Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

39

2.2.    Strateji planın tətbiqi və qiymətləndirilməsi yolları 



 

Müəssisədə  bütün  planlaşdırma  prosesi  iki  əsas  mərhələyə  bölünür:  bazarda 

müəssisənin  fəaliyyət  strategiyasının  işlənib  hazırlanması  (strateji  planlaşdırma)    və 

işlənilmiş  (seçilmiş)  strategiyanın  reallaşdırılması  taktikasının  müəyyənləşdiril-məsi 

(operativ, taktiki planlaşdırma). 

Firmanın inkişaf strategiyası onun başlıca məqsədlərinin və həmin məqsədlərə 

nail  olunmasının  əsas  üsullarının  məcmusunu  ifadə  edir.  Firmanın  inkişaf 

strategiyasının  işlənib  hazırlanması  onun  fəaliyyətinin  ümumi  istiqamətlərinin 

müəyyənləşdirilməsi deməkdir. 

Strategiya  arzu  olunan  məqsədlərin  və  onların  yerinə  yetirilməsi  üsullarının 

sadəcə  müəyyənləşdirilməsi  deyil,  o  müəssisənin  inkişafının  real  imkanlarına 

əsaslanmalıdır.  Daha  doğrusu,  strategiya  –  müəssisənin  öz  fəaliyyətində  obyektiv 

xarici və daxili şəraitə adekvat reaksiyasıdır. 

Strateji planlaşdırma uzunmüddətli dövrə hədəflənir. Strategiya əslində vaxtı  

deyil,  oriyentasiyanın  funksiyasını  əks  etdirir.  O,  müəssisənin  inkişafının  qlobal 

ideyalarının  məcmusunu  ifadə  edir.  Strateji  planlaşdırma  çox  böyük  məsuliyyətli  iş 

olub geniş miqyaslı fəaliyyətin həyata keçirilməsi və müəssisənin gələcəyi haqqında 

idarəetmə qərarlarının qəbulu ilə əlaqədardır. 

Taktiki  planlaşdırma  strateji  məqsədlərə  nail  olmaq  üçün  müəssisənin  malik 

olduğu  resursların  bölgüsü  haqqında  qərarın  qəbulu  mexanizmidir.  Bu  növ 

planlaşdırma  qısamüddətli  və  ortamüddətli  dövrü  əks  etdirir.  Əgər  strateji 

planlaşdırma perspektiv dövrdə müəssisənin nəyi istədiyini müəyyənləşdirirsə, taktiki 

planlaşdırma  isə  buna  necə  nail  olunmasına  istiqamətlənmiş  tədbirləri  özündə  əks 

etdirir. Strateji planlaşdırma ilə taktiki planlaşdırma arasında başlıca fərq məqsədlər 

və vasitələr arasındakı fərqlərdir. 



 

40

Planlaşdırma prosesi bir sıra mərhələlər üzrə həyata keçirilir. Birinci mərhələdə 



müəssisənin xarici və daxili mühitinin təhlili aparılır, işgüzar mühitin proqnozu tərtib 

olunur, bazarda müəssisənin real vəziyyəti qiymətləndirilir. 

kinci  mərhələdə  müəssisənin  fəaliyyətinin  əsas  istiqamətləri  və  oriyentirləri, 

görünüşü, missiyası və məqsədi göstərilir. 

Üçüncü  mərhələdə  strateji  təhlil  aparılır,  arzu  olunan  göstəricilər,  xarici  və 

daxili  mühit  amillərinin  tədqiq  nəticələri  ilə  müqayisə  edilir,  strategiyanın  müxtəlif 

variantları formalaşdırılır. 

Dördüncü  mərhələdə  alternativ  strategiyalardan  biri  seçilir  və  onun  yenidən 

işlənilməsi həyata keçirilir. 

Beşinci  mərhələdə  sonuncu  dəfə  müəssisənin  fəaliyyətinin  strateji  planı 

aşkarlanır. 

Altıncı  mərhələdə  ortamüddətli  planlaşdırma  reallaşdırılır,  ortamüddətli 

proqramlar işlənib hazırlanır. 

Yeddinci  mərhələdə    strateji  plan  və  ortamüddətli  planlaşdırmanın  nəticələri 

əsasında müəssisənin illik operativ planlar və layihələri işləyib hazırlayır. 

Sonuncu  mərhələdə  yeni planların formalaşdırılması üçün zəminlər müəy- 

yənləşdirilir. 

Beləliklə, planlaşdırma prosesi birbaşa (strategiyanın işlənilməsindən planların 

reallaşdırılması  və  nəzarətinə  qədər)  və  əks  (planın  yerinə  yetirilməsi  nəticələrinin 

uçotundan onun dəqiqləşdirilməsinə qədər) əlaqələrlə qapalı tsikli ifadə edir. 

Strateji planın müəyyən edilməsi zamanı rəhbərlik aşağıdakı mərhələləri həyata 

keçirir:  




 

41

Şə



kil 1.Strateji planın müəyyən edilməsi mərhələləri (32,4) 

STRATEJİ PLANIN MÜƏYYƏN 

EDİLMƏSİ MƏRHƏLƏLƏRİ

 

•  Strategiyanın müəyyənləşdirilməsi; 



•  Strategiyanın tətbiqi; 

•  Strateji öyrənmə.  

Strategiyanın müəyyənləşdirilməsi mərhələsi bir "strateji düşünmə''  müddətidir. 

Bu  müddət  ərzində  strategiyalar  yaradılır.  Strategiyanın  tətbiqi  mərhələsi  çıxarılan 

strategiyaların və strateji məlumatların həyata keçirildiyi addımdır. Tətbiq əsnasında 

əldə olunan məlumatların və qazanılan təcrübələrin yeni strategiyaların yaradılmasına 

köməkçi olması vəziyyətini strateji öyrənmə mərhələsi olaraq qiymətləndirə bilərik.  

Strategiyanın müəyyənləşdirilməsi  

a. Vizion meydana gətirmə  

b. Missiya meydana gətirmə  

c.  Uzaq ətrafın analizi (PEST) 

d. Yaxın ətrafın analizi  

e. Swot analizi 




 

42

f. Strategiyanı inkişaf etdirmək üçün alternativ layihələrin hazırlanması  



g.  Strategiya alternativlərinin təyin olunması  

h.  Strategiya alternativlərinin müqayisə edilməsi  

i. Strategiya seçimi 

Şəkil 2. Strateji planın hazırlanması prosesi 

M SS YA

V ZYON


DƏYƏRLƏR

STRATEJ  MƏQSƏD 2

STRATEJ  MƏQSƏD 1

HƏDƏF 1.2

HƏDƏF 1.1

HƏDƏF 2.1

HƏDƏF 2.2

HƏDƏF 2.3

FƏAL YYƏT 

1.1.2


FƏAL YYƏT 

1.2.3


FƏAL YYƏT 

1.2.2


FƏAL YYƏT 

1.2.1


FƏAL YYƏT 

1.1.1


FƏAL YYƏT 

2.1.2


FƏAL YYƏT 

2.1.1


FƏAL YYƏT 

2.2.3


FƏAL YYƏT 

2.2.2


FƏAL YYƏT 

2.2.1


FƏAL YYƏT 

2.3.2


FƏAL YYƏT 

2.3.1


 

Strategiyanın tətbiqi 

a. Sənədləşdirmə  

b. Təchizat hazırlama  

c. Təlim və ixtisaslaşdırma  

d. Təqdimat  

Strateji öyrənmə  

a. Strategiya izləmə  




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə