Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

 

43

b. Strategiyanı qiymətləndirmə  



c.  Strateji “səbəb-nəticə” analizi  

d.  Strategiyanı  inkişaf  etdirmək  üçün  alternativ  layihələrdən  ən  optimalının 

seçilməsi 

i. Seçilən layihənin tətbiqi və buna uyğun təşkilatlanma 

Strateji  planın  hazırlanması  aşağıdakı  sxemdə  göstərilən  proseslərin  ardıcıl 

tətbiqi ilə əlaqədardır. Müəssisənin rəhbərliyi və kollektivinin iştirakı ilə strateji bxış, 

missiya və kollektivin ortaq dəyərləri müəyyənləşdirilir. Sonra  müəssisənin struktur 

vahidlərinin  rəhbərləri  tərəfindən  müəəyənləşdirilən  strateji  baxış  vəmissiya 

çərçəvəsində  həmin  struktur  vahidlərinin  hədəfləri  müəyyənləşdirilir,  bu  hədəflər 

aylıq,  rüblük  və  həftəlik  olaraq  alt  hədəflərə  bölünür  və  ya  daha  kiçik  günlük 

hədəflərə  bölünür.  Qeyd  etmək  olar  ki,  strateji  planın  hazırlanması  prosesini 

müəssisənin  sahibkarları  və  rəhbərliyi  bilavasitə  müəyyən  edir,  onun  icrası  isə 

aşağıdan yuxarı olaraq həyata keçirilir.  

Biznesin strateji planlaşdırma prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir 

(şəkil 3). 



 

44

 



Birinci  mərhələ  -  firmanın  strateji  məqsədinin  müəyyənləşdirilməsidir.  Bu 

mərhələdə bazar infrastrukturunun vəziyyəti, real və potensial malgöndərənlərin sayı, 

buraxılan  məhsulun  iqtisadi,  elmi-texniki və keyfiyyət  göstəriciləri,  rəqib  firmaların 

fəaliyyəti  haqqında  lazımi  məlumatları  özündə  əks  etdirən  vahid  informasiya 

bankının yaradılması problemi həll edilir. 

kinci  mərhələ  -  firmanın  maliyyə,  material  və  əmək  resurslarının  mövcud 

vəziyyəti  və  perspektiv  inkişafı  üzrə  məqsədlərin  və  real  imkanların 

müəyyənləşdirilməsidir.  Strateji  planlaşdırmanın  bu  mərhələsində  müəssisənin 

mövcud  idarəetmə  strukturunun,  əmək  kollektivində  daxili  mikroiqlimin, 

investorlarla qarşılıqlı əlaqələrin qurulması vəziyyətinin obyektiv qiymətləndirilməsi 

olduqca vacib məsələdir.  

Üçüncü mərhələ - firmanın kommersiya sahəsində uğur qazanması üçün xarici 

mühit  amillərinin  biznesə  təsir  dərəcəsinin  qiymətləndirilməsidir.  Bu  mərhələdə 

siyasi,  iqtisadi,  sosial  və  texnoloji  amilləri  nəzərə  almaqla  təchizat  bazarının 

konyukturunun dəqiq proqnozlaşdırılması ilə bağlı məsələlər həll edilir. 

Fəaliyyətin 

məqsədi 

Strateji məqsədin formalaşması 

Firmadaxili imkanların qiymətləndirilməsi 

Xarici amillərin təhlili və onların biznesə 

təsirinin nəzərə alınması 

Firmanın inkişafının üstün variantlarının 

seçilməsi 

Reallaşdırmanın və nəzarətin 

qiymətləndirilməsi mexanizmi 

Şə

kil 3. Strateji planlaşdırmanın əsas mərhələləri (28,519) 



 


 

45

Dördüncü  mərhələdə  firmanın  strateji  məqsədi  və  ona  nail  olmağın  konkret 



yolları,  inkişafının  prioritet  istiqamətləri,  həm  daxili  və  həm  də  xarici  bazarlarda 

reallaşdırılması üsulları axırıncı dəfə müəyyənləşdirilir. 

Beşinci  (sonuncu)  mərhələdə  strateji  planın  reallaşdırılması  və  yerinə 

yetirilməsinə  nəzarətin  təşkili  mexanizmlərindən  düzgün  istifadə  olunması  nəzərdə 

tutulur. Bu mərhələdə firmanın imicinin formalaşması, şöhrətlənməsi və cəmiyyətdə 

nüfuz  qazanması  ilə  bağlı  məsələlər  də  həll  edilir.  Bundan  başqa  firmanın  bazarda 

mövqeyinin  zəiflənməsi,  vəziyyətinin  pisləşməsi  barədə  qərar  qəbul  edilə,  yəni 

müflisləşmə və iflas haqqında məsələyə baxıla bilər. 

Planlaşdırma  prosesinin  mürəkkəbliyi  və  çoxcəhətliliyi  bütün  planlar 

sisteminin  kompleks  xarakter  daşımasını  səciyyələndirir.  Strateji  plan  gələcəkdə 

müəssisənin  yerini  müəyyənləşdirən  ümumi  məqsədini,  missiyasını,  seçilmiş 

fəaliyyət  strategiyasını  özündə  əks  etdirir.  Strateji  planın  tərkib  hissəsi  müəssisənin 

siyasəti  təşkil  edir.  Müəssisə  tərəfindən  reallaşdırılması  nəzərdə  tutulan  qlobal 

proqramlar strateji plana daxil edilir. 

Bir çox müəlliflər strateji planlaşdırmanın konseptual əsasları kimi müəssisənin 

missiyasını təklif edirlər. Missiya anlayışı iqtisadi ədəbiyyata hərbidən gəlib. Hərbdə 

elmdə  missiya  dedikdə  yerinə  yetirilməsi  nəzərdə  tutulan  tapşırıq  başa  düşülür. 

qtisad  elmində  isə  hər  bir  müəllif  missiya  anlayışına  özünəməxsus  məna  verməyə 

çalışır. Onlardan ən geniş yayılanları qeyd etmək istəyirik: 

-  missiya – biznes növünü fərqləndirən məqsədin dəqiq xarakteristikasıdır; 

-  missiya – biznesin mövcud olması səbəbinin deklarasiyasıdır. 

-  missiya – uzun müddətli perspektivdə biznesə baxışdır, hansıki necə olmaq 

cəhd edir və kimə xidmət göstərir. 

-   Çox vaxt missiyanı biznesin məqsədi, fəlsəfəsi, dəyəri və prinsipli, yaxud  

sadəcə təsəvvürü kimi müəyyənləşdirmək olar. 



 

46

Missiyaya  verilən  müxtəlif  təriflərin  təhlili  göstərir  ki,  onlardan  hər  biri 



aşağıdakı suallara cavabı formalaşdırmağa özünəməxsus cəhddir: 

1.  Bir və edirik və başqalarının elədiklərindən və ilə fərqlənirik? 

2.  Bizim məhsulu, yaxud xidməti alan istehlakçı hansı faydanı görür, 

3.  Bizim biznes həyata nəyi dəstəkləyir və nəyə xidmət edir, 

4.  Bizim istehlakçı kimdir? O bizdən nə gözləyir? 

Başqa  sözlə,  missiyanın  formalaşdırmağa  edilən  bütün  səylər  biznes 

fəaliyyətinin  mahiyyətini,  yəni  biznes-ideyasını  müəyyənləşdirməyə  göstərilən 

cəhddir. 

Müəssisənin  fəaliyyəti  o  zaman  uğurlu  sayılır  ki,  onun  istehsal  etdiyi  məhsul, 

yaxud  göstərdiyi  xidmət  son  nəticədə  sahibkara  mənfəət  gətirir.  Uğurlu  biznesin 

əsasını  ilə  istehsal-kommersiya  fəaliyyət  növü təşkil  edir, hansıki  müəyyən  istehlak 

dəyəri yaradır və onu istehlakçılar müəyyən qiymətlə almağa hazırdırlar.  şgüzar uğur 

qazanmağa  imkan  verən  biznes-ideyasını  formalaşdırmaqdan  ötrü  aşağıdakı  işlərin 

görülməsi vacibdir: 

-  istehlakçı  üçün  dəyəri  olan  bəri  faydalı  işin  yaradılmasının  yeni  üsulunu 

açmaq; 


-  həmin  faydalı  işin  yaradılmasını  təmin  edən  xüsusi  qabiliyyətlərin 

kombinasiyasını yaratmaq; 

-  unikal  formula  yaratmaq,  hansıki  onun  köməyilə  yaradılan  faydalı  işin 

dəyərində maksimum sahibkarlıq mənfəəti əldə edilsin. 

Biznes ideyası bazar tələbatının, müəssisənin daxili qabiliyyətinin, müəssisə- 

nin qabiliyyətinin inkişaf imkanlarının və biznesin fəaliyyət göstərdiyi şəraitin təhlili 

nəticəsində formalaşır. 

Biznes ideyasını formalaşmaqdan ötrü tələb və təklifin strukturunu, müəssisənin 

malik  olduğu  kapitalın  strukturunu,  həmin  biznes  növünün  inkişaf  perspektivi 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə