Microsoft Word orxan eliyev enver doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix07.12.2017
ölçüsü0,62 Mb.
#14249
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

 

47

öyrənmək  vacibdir.  Bundan  başqa  müəssisə  öz  kapitalının  strukturunu  biznesin 



perspektiv növünə uyğunlaşdıra bilməsi imkanın da aydınlaşdırmaq lazımdır. 

Biznes-ideyasının  formalaşdırılmasında  müəssisənin  biznes  potensialının  təhlili 

və sahibkarlıq risklərinin nəzərə alınması müstəsna əhəmiyyət kəsb edir. 

Müəssisənin  biznes  potensialı  dedikdə  maddi  və  qeyri  maddi,  maliyyə,  əmək, 

intellektual və mənəvi aktivlərin məcmusu başa düşülür, hansıki təhlil aparılan zaman 

müəssisə malikdir və biznes fəaliyyətində tam istifadə edə bilər. Biznes potensialının 

təhlilində  məqsəd  seçilən  biznes  fəaliyyətini  həyata  keçirmək  üçün  müəssisənin 

imkanlarını müəyyənləşdirmək və onları səfərbərliyə almaqdan ibarətdir. Bu təhlilin 

nəticəsindən  müəssisənin  biznes  məkanına  inteqrasiyası  üsulu,  vasitəsi  və  həddinin 

müəyyənləşdirilməsi barədə qərarın qəbulu asılıdır. 

Sahibkarlıq  riskləri  müxtəlif  səbəblərdən,  xüsusilə  istehlakçının  müəssisənin 

istehsal etdiyi məhsulun, yaxud xidmətin alınmasından imtina etməsi nəticəsində baş 

verir ki, bu da müəssisəyə həmin səbəbdən dəyən maddi və mənəvi zərərin miqdarını 

müəyyən edir. 

Öz biznesin inkişaf etdirmək  məqsədilə müəssisənin fəaliyyətinin istiqaməti və 

xarakteri  biznes  məkanında  onun  strateji  mövqeyindən  bilavasitə  asılıdır.  Bu 

mövqeyin  qiymətləndirilməsi  müəssisə  üçün  işgüzar  mühitdə  davranış  xəttini  və 

məqsədinin  müəyyənləşdirmək  imkan  yaradır.  Strateji  mövqe  daxili  imkanlar  və 

xarici  qüvvələr  və  mühit  arasında  nisbətdir,  hansıki  təsiri  altında  müəssisə  konkret 

istehsal-təsərrüfat  fəaliyyəti  prosesinə  düşür.  Müəssisənin  strateji  mövqeyi  biznes 

fəaliyyətini  və  dərəcədə  effektiv  aparması  barədə  qəti  fikir  sürməyə  əsas  vermir, 

ancaq o biznesin inkişafı üsulları və istiqaməti barədə nəticə çıxarmağa imkan verir. 

Tutduğu strateji mövqeyindən asılı olaraq bu aqressiv, konservativ, müdafiə üsulu ola 

bilər. 



 

48

Tutduğu strateji mövqeyindən asılı olaraq müəssisə öz biznesini inkişaf etdirmək 



üçün  müəyyən  məqsədli  istiqamət  seçir.  Araşdırmalar  göstərir  ki,  bu  cür  davranış 

istiqamətləri doqquz ola bilər: 

-  biznesin aparılması ilə əlaqədar risklərin minimumlaşdırılmasına göstəriş: 

-  həmin biznesin növündə müəssisənin üstünlüyünü təsdiqinə göstəriş; 

-  həmin biznesin növündə müəssisənin lider mövqeyinin saxlanmasına 

göstəriş; 

-  istehsal-kommersiya əməliyyatlarının nəticələrinin artırılmasına göstəriş; 

-  bazarda müəssisənin seçki ekspansiyasına göstəriş; 

-  biznesin artımına göstəriş; 

-  itkilərin və qeyri məhsuldar xərclərin minimumlaşdırılmasına göstəriş; 

-  biznesin ehtiyatlı ekspansiyasına, yaxud onun mümkün məhdudlaşdırılmasına 

göstəriş; 

-  bazarın inkişafına göstəriş; 

Biznesin  aparılması  ilə  əlaqədar  riskin  minimumlaşdırılmasına  göstəriş  özünün 

bazar  seqmentini  ağıllı  azaltmaq  və  öz  daxili  potensialını  bazarın  tələbatına 

uyğunlaşdırmaq  yolu  ilə  həmin  biznes  növündə  mənfəət  normasının  artırılmasına 

istiqamətləndirilmiş tədbirlərin görülməsini müəssisədən tələb edir.       

        Çox ideal bir hal kimi  rəhbərliyin idarəetmə fəaliyyətinin səmərəli təşkil etmək 

niyyəti  qarşıya  qısa  müddətli  və  uzun  müddətli  məqsədlər  qoyulur.Qısa  müddətli 

məqsədlərdə  rəhbərlik    daha  yaxın  müddət  ərzində  görüləcək  iş  və  vəzifələri 

qoyur,təşkilatın  fəaliyyəi  ilə  bağlı  təkmilləşdirmələr  aparır.Uzun  müddətli 

məqsədlərdə isə rəhbərlik mövcud fəaliyyətdə və idarəetmədə elə işlərin aparılmasını 

məqsədə  gətirir  ki,bunun  nəticəsində  təşkilat  uzun  müddət  fəaliyyətdə 

olsun,rəqabətdə  uduzmasın  ,maliyyə  vəziyyətini  yüksəltsin.  Bu  məqsədlərin 

müqayisə    edilməsində  həmişə  uzun  müddətli  məqsədlərə  üstünlük  verilir,  çünki, 

rəhbərlik  müəssisənin  bu  gününü  yox,daha  çox  gələcəyini  düşünməlidir.Uzun 




 

49

müddətli  məqsədlərin  qisa  müddətli  məqsədlər  qurban  verilməsə  çox  az  təsadüf 



olunur. 

 

Bir  qayda  olaraq  bütün  şirkətlərin  fəaliyyətinin  iki  əsas  kriteryanı  gözləyərək 



təşkil  olunması  əsas  vəzifədir.Bunlardan  biri  maliyə  məqsədi  ,digəri  strateji 

məqsəddir.Birincidə  maliyyə  ona  görə  durmalıdır  ki,risq  dərəcəsi  müəyyənləşsin  və 

gəlir  xərclərdən  aşağı  düşməsin  ,çünki  əks  halda  təşkilat  iflasa  ugrayar. kinci  halda 

isə  strateji  məqsəd  bazarı  itirməyi,rəqabətdə  uduzmamağı,fəaliyyətin  davamlı 

olmasını təmin edir. 

 Təbii ki,bu iki faktorun diqqət mərkəzində durmasını bir çox digər səbəblərlə 

də  əsaslandira  bilərik.Məsələn  ,maliyyə  məqsədi  qazancın  artması,investisiya 

qoyulma  şəraitinin  yaranması,kreditlərin  vaxtında  qaytarılması,səhmdarların 

gəlirlərinin çoxalması və bu kimi bir çox əlamətlərlə xarakterizə edilə bilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

50

FƏS L III.   STRATEJ    DARƏETMƏN N  NK ŞAF POTENS ALININ 



Q YMƏTLƏND R LMƏS  (BANK SEKTORU T MSALINDA) 

 

3.1. Bankın strateji hədəfləri və əsas məramnaməsinin təhlili 



 

        Azərbaycanda maliyyə bölməsi struktur etibarı ilə zəifdir. Əhalinin ticarətə daha 

çox  meyilli  olduğu  görülməkdədir.  Lakin  bunun  üçün  lazımi  qədər  maliyyə  vəsaiti 

yoxdur. Ölkədə daha əvvəl yaşanan böhranlardan sonra xalqın banklara olan etibarı 

xeyli azalmışdır. Bu səbəblə də maddi vəziyyəti yaxşı olanlar bu imkanı bank xarici 

vasitələrə  istiqamətləndirirlər.  Bir  qisim  insanlar  bankların  kredit  vermə 

funksiyasınıda  həyata  keçirirlər.  Bank  bölməsinin  problemlərinin  başında  likidite 

(nağd  pul)  məsələsi  gəlməkdədir.  Bu  sahədə  lazımından  artıq  olan  kommersiya 

bankları,  tək  şöbəli  vəya  geniş  şöbə  şəbəkəsinə  sahib  olmayan  bu  banklar  eyni 

zamanda  məhdud  kapital  imkanlarına  sahibdirlər.  Bundan  əlavadə  bank  bölməsində 

dövlət  banklarının  ağrılığı  mövcuddur.  Problemlərin  həlledilməsi  ilə  əlaqədar 

fəaliyyətlər  isə xeyli yavaş  irəliləməkdədir.  Azərbaycan  öz  bank  sistemini  meydana 

gətirməyə  çalışırkən,  dövlət  bankları  ilə  əlaqədar  yenidənqurma  fəaliyyətləridə 

davam  etməkdədir.  Sovet  dövründən  qalan  əsas  dörd  bankdan  üçünün  birləşməsi 

ancaq  2000-ci  ildə  mümkün  olmuşdur.  Xüsusilə  iqtisadiyyatda  böyük  əhəmiyyətə 

sahib  olan  banklarda  özəlləşdirmənin  tərkibinə  daxil  edilmişdir.  Lakin  Beynəlxalq 

Bankın  tam  özəlləşdirilməsi  2013  ilindədə  nəzərdə  tutulmamışdır.  Bank 

Bölməsindəki  slahatlar dövlət banklarında həyata keçirilən islahatlar; idarəetməinin 

inkişafı,  yeni  xidmətlər  və  bazarların  inkişafı,  bankların  təşkilatlanmasının  inkişafı 

məqsədi ilə Dünya Bankının SAC proqramına görə həyata keçirilməkdədir. 16 Fevral 

2001-ci  ildə  Mərkəzi  Bank,  banklar  tərəfində  ölkə  daxilində  daha  sürətli  istifadə 

etmək  və  on-line  sistemdə  tətbiqi  üçün  AZIPS  sistemini  qurmuşdur.  Bu  sistem 

beynalxalq  standartlara  uyğun  olaraq  SWIFT  əsasında  qurulmuşdur.  Bank 

bölməsindəki  nöqsanların  həll  edilməsi  məqsədi  ilə,  hökümət  1999-cu  ildə  Dünya 

Bankı  və  Beynalxalq  Valyuta  Fondunun  iştirakı  ilə  program  hazırlamışdır.  Bu 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə