Microsoft Word M?mm?dova Lale 709 docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix17.01.2018
ölçüsü0,69 Mb.
#21164
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

51 

 

1. Balığın növünü təyin etmək.  



2. Balığını keyfiyyətli olmasını təyin etmək.  

Nümunə  götürməsi.

  Balığın  və  balıq  emalı  məhsullarının  keyfiyyəti  hər 

partiya  üçün  yoxlanılmalıdır.  Bir  cinsli  partiya  o  məhsullara  deyilir  ki,  malın  adı 

eyni  olsun,  növü  və  işlənmə  üsulu  eyni  olsun,  təhvil  vermə  və  təhvil  alma  eyni 

vaxtda olsun və miqdarı çox olmasın. Xarici görünüşə, qablanmanın vəziyyətinə və 

qablaşdırılmasına baxdıqdan sonra bütün partiyanın 5%-i yoxlanılmaq üçün seçilir. 

Ə

gər  məhsulun  keyfiyyəti  eyni  növ  olmazsa,  daha  çox  sayda  yoxlamaq 



mümkündür.  Laborator  müayinə  üçün  hazır  nümunə  və  orta  nümunəli  məhsul 

götürülür. Yekun nümunə qablaşdırılmış məhsulun ayrı-ayrı yerlərindən götürülür 

və  bir  neçə  ədəd  balıq  və  ya  balıq  məhsullarına  aid  edilir.  Laborator  nümunə 

laboratoriyaya göndərilən yekun nümunəyə deyilir. Bu aşağıdakı ardıcıllıqla tərtib 

edilir:  Əgər  bir  ədəd  balığın  çəkisi  100q-a  qədərdirsə,  nümunə  1kq-dan  çox 

olmayaraq  götürülür.  Əgər  balığın  çəkisi  2kq-dan  5kq-a  qədərdirsə,  1-2  balığın 

yarısı götürülür. Əgər bir balığını çəkisi 5 kq-dan çox olarsa, 3sm ensiz zolaq, orta 

və  quyruq  hissələrdən  zolaq  şəklində  nümunə  kəsilib  götürülür.  Bu  nümunələrin 

ümumi  çəkisi  500qr-dan  çox  olmamalıdır.  Laboratoriyanın  daxil  olan  məhsulun 

keyfiyyətini  yoxlamaq  və  onun  standartlara  cavab  verib  verməməsini  yoxlamaq 

ixtiyarı vardır. Məhsulun hər hansı bir göstəricisi tələbata cavab vermirsə o zaman 

ikiqat  miqdarda  nümunə  yoxlanılır.  Təkrar  yoxlama  zamanı  məhsul  hətda  bir 

standart  tələbata  cavab  verməsə  məhsulun  bütün  partiyası  çıxdaş  edilir. 

Orqanoleptik  müayinələr

.  Təzə  dondurulmuş  və  duza  qoyulmuş  balığın 

orqanoleptik  müayinəsi  4  göstəriciyə  görə  təyin  edilir:  xarici  görünüşü,  hissələrə 

ayrılması, konsistensiyası və iyi. Qurudulmuş və soyuq hisə verilmiş balıq: xarici 

görünüşünə,  konsistensiyasına,  dadına  və  iyinə  görə  yoxlanılır.  Xarici  görünüşü: 

balığın  köklük  dərəcəsini,  xarici  örtüyün,  seliyin  və  qəlsəmələrin  vəziyyəti  ilə 

xarakterizə  edilir.  Konsistensiyası  -  soyudulmuş  balığın  ətli  hissələrini  əlləmək 

yolu  ilə  təyin  edilir. Donmuş  balığın  konsistensiyası, onun  ətinin  dərin  qatlarının 

temperaturu  0-dan  +5

0

C  -yə  qədər  olduqda,  buzu  açıldıqdan  sonra  təyin  edilir. 




52 

 

Buzun  açılması  suyun  temperaturu  +15



0

C-dən  yuxarı  olduqda  və  havanın 

temperaturu  15-20 

0

C  olduqda  aparılır.  yi  –  dəmir  və  ya  taxta  (iynəyarpaqlı 



ağacdan hazırlanmış) biz vasitəsilə təyin edilir. Təmiz bıçaq və ya ağac (taxta) biz 

balığın  gövdəsinə  sancılır,  çıxarılır  və  dərhal  iyi  təyin  edilir.  yin  yoxlanıması 

zamanı bıçaq və ya biz balığın müxtəlif yerlərinə sancılmalıdır: bel üzgəci ilə bel 

arasına,  yaralanma  və  ya  mexaniki  zədə  yerinə,  anal  dəlik  vasitəsilə  daxili 

orqanlara  və  s.  Balığı  ehtiyatla,  balığı  zədələməmək  şərti  ilə  yoxlamaq  lazımdır. 

Dondurulmuş  balığın  iyi  qızdırılmış  bıçaq  vasitəsilə  təyin  edilir.  Şübhəli  hal 

olduqda  balıq  və  ya  onun  bir  hissəsinin  buzu  açılır.  Dondurulmuş  balığın 

qəlsəməsində olan iyi bilmək üçün qəlsəmənin bir hissəsi kəsilib götürülür və isti 

suda buzu açılır. Müxtəlif cür emal olunmuş balıqların iyi, şübhə əmələ gətirdikdə, 

bişirmə  yolu  ilə  təyin  edilir.  Dadı  -  kulinar  emaldan  keçməyən  məhsullar  üçün, 

balığın ətli hissələrindən nazik dilimlər kəsməklə yoxlanılır. [2,4] 

Təzə və dondurulmuş balıqların orqanoleptik göstəriciləri

Birinci  növ  balıq.  Balıq  düzgün  kəsilməlidir,  konsistensiyası  sıx  olmalıdır. 



Xarab olma əlamətləri olmayan təzə balıq iyi verməlidir. 

  kinci  növ  balıq  -  Balıq  bir  qədər  əzilmişdir  və  qansızma  əlamətləri  var. 

Qəlsəmələr  ağarmışdır,  bulanıq  seliklə  örtülüdür,  səthi  tutqunlaşıb.  Uzaq  Şərq 

lasosunda çütləşmə dövrünə xas zolaq və ləkələr ola bilər, lakin çənəsi dəyişmir və 

donqarı olmur. Konsistensiyası zəif ola bilər. Lakin boş deyil. Qəlsəmələrindəki və 

səthindəki  selik  tutqundur.  Dondurulmuş  ağ  balıqda,  semqada,  velmada,  Xəzər, 

Baltik  və Uzaq Şərq durna balığında səthi yağ qatı bozumtuldur. Lakin bu hal ətin 

dərin qatlarına keçməməlidir.[1,2] 

 Təzə  olmayan  (köhnə)  balıq.  Göz  almaları  batmışdır,  gözün buynuz  qişası 

bulanıqdır, bəbək ətrafı qişa qanlıdır. Qəlsəmələr tünd-qonur və ya boz rəngdədir. 

Qəlsəmə vərəqləri epitelə qədər çılpaqlaşıb və seliklə örtülüdür. Dəri boşalmışdır, 

pulcuqlar asanlıqla qopur, selik pambıq lifli olub bulanıqdır.  




53 

 

2.2.2. Diri, soyudulmuş və duzlanmış  nərə balıqlarının keyfiyyətinin 



orqanoleptik qiymətləndirilməsi. 

 Diri balıq tədarükündə çay-göl və süni balıq yetişdirmə təsərrüfatları xüsusi 

yer tutur. Diri nərə balığı yüksək keyfiyyətli qidalılıq dəyərinə malik qida məhsulu 

olub,  ondan  balıq  emalı  sənayesində  və  məişətdə  istənilən  qida  məhsulları 

hazırlanır. Tədarük edilən balıq sağlam hərəkətli, xəstə və zədələnməmiş olmalıdır. 

Eyni  zamanda  onlarda  kənar  iylər  (lil,  neft  məhsulları)  müşahidə  edilməməlidir. 

Müəssisəyə  daxil  olan  balıq  –  xammalının  keyfiyyəti  texniki  şərtlərin  müvafiq 

tələblərinə cavab verməli və ümumi olaraq baxılan bu şərtlərə - orqanoleptik, fiziki 

və  kimyəvi  göstəricilərə  uyğun  müəyyən  edilməlidir.  Hər  daxil  olan  balıq 

partiyasının  ilk  öncə  sənədləri  yoxlanılır,  daha  sonra  isə  onun  keyfiyyətini 

müəyyən etmək üçün analiz aparılır.[5] 

Qablaşdırılmamış balığın qəbulu zamanı isə balığın yerləşdirildiyi tarada bir 

neçə sıraya və ya təbəqəyə baxmaq vacib şərtdir. Balığın baxılan sıralarının və ya 

təbəqələrinin  sayını  və  onlardan  orta  nümunənin  təşkili  üçün  seçilən  balıq 

miqdarını  inspektor  müəyyən  edir.  Ayrı-ayrı  qablaşdırılmış  balıq  cərgələrinə 

baxışın  və  balıqdan  seçilmiş  orta  nümunənin  tədqiqinin  əldə  olunan  nəticələri 

bütün balıq partiyasının keyfiyyətini müəyyən edir. Əgər daxil olmuş ümumi balıq 

partiyasında  nərə  balığının  tədqiqi  aparılarsa,  o  zaman  balığın  və  ondan  seçilən 

orta nümunənin tədqiqi zamanı aşağıdakı göstəricilərə diqqət yetirmək lazımdır: 

 • Ümumi balıq partiyasında nərə balığının faizlə miqdarına;  

•  Əgər  balıq  ölçüsünə  görə  çeşidlənməyibsə,  balığın  kütlə  və  uzunluq 

nisbətlərinə; 

 • Balığın xarici görünüşü və sensor xüsusiyyətlərinə;  

• Mexaniki zədələrin və əzilmələrin olmasına və miqdarına;  

• Balığın üst səthinin rənginə;  



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə