Microsoft Word M?mm?dova Lale 709 docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix17.01.2018
ölçüsü0,69 Mb.
#21164
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

60 

 

Mixaelis  aparatının  köməyi  ilə  metanitrofenol  intidaktoru  istifadə  etməklə  təyin 



edilir.  Təzə  balığın  əzələsindən  hazırlanmış  filtratın  pH-ı  6,8-7,0;  köhnə  balığın 

filtratı bulanıq olur, xoşagəlməyən iyi var. pH-ı 7,2-7,6 olur. 



Nessler rəqəminin təyini.

 Reaksiyanı aparmaq üçün əzələ filtratı pH-ın təyin 

olunmasındakı kimi hazırlanır. Sınaq şüşəsinə 2 ml filtrat tökülür və üzərinə 0,5 ml 

Nessler reaktivi əlavə edilir. Sınaq şüşəsinin içərisindəki yüngülcə çalxalanır və 5 

dəqiqə  saxlanılır.  Bundan  sonra  maye  3  dəqiqə  sentrifuqadan  keçirilir  onun 

rənginin  intensivliyi  ağ  fonda  şkalalı  sınaq  şüşəsində  olan  bixromatla  müqayisə 

edilir.  Yaxşı  keyfiyyətli  təzə  balıqda  Nessler  rəqəmi  1-ə  qədər,  təzəliyinə  şübhə 

olan balıqda 1,2-1,4;  köhnə balıqda 1,6-2,4  və  daha  çox olur. Nessler  reaktivinin 

hazırlanması. 200ml-lik ölçülü kolbaya 30 qr kalium  yod çəkilib tökülür, üzərinə 

20ml destillə suyu və kalium yod həll olduqdan sonra üzərinə 22,5 qr kristal yod 

ə

lavə  edilir.  Bu  məhlulun  üzərinə  30  qr  metallı  civə  əlavə  olunur,  yoddan  alınan 



rəng itənə qədər yaxşıca çalxalanır və həcmi distillə suyu ilə 200 ml- ə çatdırılır. 

Bundan  sonra  həmin  kolbadan  məhlul  həcmi  800-1000  ml  olan  başqa  kolbaya 

keçirilir, üzərinə 375 ml 10%-li natrium qələvisi əlavə edilib, diqqətlə qarışdırılır. 

Alınan məhlul ağzı kip bağlı qabda 1 sutka qaranlıq yerdə saxlanılır və sonra sifon 

vasitəsilə  çöküntüdən  ayrılır.  Nessler  reaktivi  tünd  rəngli  şüşə  qabda  ağzı  bağlı 

şə

kildə  qaranlıq,  sərin  yerdə  saxlanılır.  Etibarlılıq  müddəti  5-6  aydır.  Reaktiv  o 



zaman  etibarlı  sayılır  onun  0,5ml  həcminə  2ml  distillə  suyu  əlavə  etdikdə  maye 

demək  olar  ki,  rəngsiz  qalır.  Bixromatlı  şkalanın  hazırlanması.  Rəngsiz  şüşədən 

eyni  dametli  8  sınaq  şüşəsi  götürülür.  Həcmi  25ml  olan  ölçülü  kolbalarda  0,1N 

bixromat natrium durulaşdırma aparılır  (duruluşdırma 0,6, 0,8, 1,0, 1,2, 1,4, 1,6, 

1,8 və 2,4 ml olmalıdır) və həcmi ditsillə suyu ilə 25ml-k ölçüyə çatdırır. Diqqətlə 

qarışdırdıqdan  sonra  hər  durulaşdırılmadan  7ml  götürüb  ayrıca  sınaq  şüşəsinə 

tökülür. Sınaq şüşələrinin ağzı ya lehimlənir yaxud kip bağlanır, hər birinin üzərinə 

bixromat  kaliumun  millilitrə  miqdarı  yazılır  ki,  bu  da  Nessler  rəqəmini  göstərir. 

Ş

kalalar qaranlıq yerdə saxlanılır. Etibarlılıq müddəti 1 ildir.[22] 




61 

 

Hidrogen-sulfidin təyini.

 Nərə balığınınn əti xarab olarkən ayrılan hidrogen-

sulfid  (H

2

S),  qurğuşun-asetat  Pb(CH3COO)



2

  ilə  isladılmış  kağıza  toxunduqda 

qurğuşun-sulfidin  əmələ  gəlməsi  nəticəsində  tünd  ləkə  əmələ  gətirir.  Bu  reaksiya 

aşağıdakı kimi gedir:  

(CH3COO) 

2

Pb + H



2

S ↔ PbS + 2CH3COOH 

 Ləvazimat  və  reaktivlər:  40-50  ml  həcmli  büks,  süzgəc  kağızı,  qurğuşun 

duzunun  məhlulu  (bu  məhlul  30%-li  natrium  qələvisinə  4%-li  qurğuşun  asetat 

ə

lavə etməklə hazırlanır).  



ş

in  gedişi.  Tədqiq  olunan  balığın  ətindən  hazırlanmış  qiymədən  təqribən 

15-20 qram götürüb həcmi 40-50 ml olan büksə qoyulur. Zolaq şəklində kəsilmiş 

süzgəc kağızının bir ucuna qurğuşun asetatın 4%-li qələvi məhlulundan 2-3 damcı 

töküb  büksün  içərisinə  salır  və  büksün  ağzını  örtən  xırda  tıxacla  süzgəc  kağızı 

kolbaya  bərkidilir.  Büksün  içərisində  asılı  vəziyyətdə  yerləşdirilmiş  süzgəc 

kağızının  aşağı  ucu  orada  olan  qiymədən  1  sm  aralı  (yuxarı)  olmalıdır.  Bu  cür 

hazırlanmış sınaq büksü 15 dəqiqə saxlandıqdan sonra tıxacı açıb süzgəc kağızını 

götürürük. Alınan nəticələri müqayisə etmək üçün, əsas işlə yanaşı, nəzarətçi işi də 

aparılmalıdır. Süzgəc kağızı qurğuşun duzu məhlulu ilə isladıldıqdan sonra havada 

15 dəqiqə müddətində saxlanılır. Əsas işlə nəzarət işinin süzgəc kağızından alınan 

qara və ya bozumtul-qəhvəyi ləkələri müqayisə edilir. Təhlilin nəticələri aşağıdakı 

kimi qeyd edilir:  

(-) – süzgəc kağızında heç bir dəyişkənlik görünmür, mənfi reaksiya;  

(+-)  –  süzgəc  kağızının  üzərində  olan  məhlul  damcısının  kənarlarında  boz 

rəngli ləkə əmələ gəldikdə zəif müsbət reaksiya;  

(++)  –  süzgəc  kağızındakı  məhlul  damcısı  yeri  bütövlükdə  boz  rəngli 

olduqda, müsbət reaksiya;  

(+++)  –  süzgəc  kağızındakı  məhlul  damcısının  yeri  bütövlükdə  boz  və  ya 

qara rəngli olduqda, kəskin, müsbət reaksiya. 




62 

 

2.2.5. Nərə balığının ətində ammonyakın təyini.

 

Xarab olmuş qızılbalıq ətinin tərkibində olan amin turşularının parçalanması 



nəticəsində  ammonyak  və  digər  aralıq  məhsullar  əmələ  gəlir.  Əmələ  gəlmiş  bu 

ammonyak  xlorid  turşusu  ilə  reaksiyaya  girərək  ağımtıl  duman  şəklində 

ammoniumxloridə çevrilir. [5] 

NH

3



 +HCl =NH

4

 Cl 



 Ləvazimat  və  reaktivlər:  enli  sınaq  şüşəsi,  ucu  əyilmiş  şüşə  çubuğa 

bərkidilmiş  tıxac.  Eber  qarışığı  (bu  1  hissə  25%-li  sıxlığı  1.12  q\sm

3

  olan  xlorid 



turşusunun məhlulu, 3 hissə 95%-li spirt və 1 hissə efir qarışdırmaqla hazırlanır).  

ş

in gedişi. Enli sınaq şüşəsinə 2-3 ml Eber qarışığı tökülür, ağzı bağlanır və 



2-3  dəfə  çalxalanır.  Sonra  tıxac  çıxarılır,  ucunda  əyri  şüşə  çubuq  olan  tıxacla 

tıxanır.  Şüşə  çubuğa  tədqiq  olunan  balıq  əti  sancılır.  Əti  sınaq  şüşəsinə 

yerləşdirərkən  elə  etmək  lazımdır  ki,  balıq  sınaq  şüşəsindəki  məhluldan  1-2  sm 

hündürlükdə  olmaqla,  sınaq  şüşəsinin  divarına  toxunmasın.  Sınaq  şüşəsində  olan 

ammonyakın və amin birləşmələrinin xlorid-turşusu ilə qarşılıqlı təsiri nəticəsində 

ağ  duman  şəklində  ammonium-xlorid  əmələ  gəlir.  Tədqiqat  nəticəsində  əmələ 

gələn reaksiyanın intensivliyi aşağıdakı kimi qeyd edilir:  

(-) – reaksiya mənfidir (ağ duman əmələ gəlmir), deməli, balıq təzədir;  

(+) – reaksiya zəif gedir (tez dağılan ağ duman əmələ gəlir) balığın təzəliyi 

ş

übhəlidir;  



(++)  –  reaksiya  müsbətdir  (daim  ağ  duman  alınır),  deməli,  balıq  təzə 

deyildir;  

(+++) – reaksiya kəskin müsbətdir (reaktiv əlavə edildikdən sonra ağ duman 

tədricən alınır), deməli, balıq xarab olmuşdur.  

 Nərə  balığının  bu  qayda  ilə  tədqiqi  zamanı  reaksiya  mənfi  (-)  olmuş  və 

buradan balığın təzə olduğu müəyyən edilmişdir 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə