Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

Ömürdən düşən yarpaqlar 
 
157
 
Əti dırnağıyla qoparan dünya, 
Yaxşını bir anda aparan dünya. 
Göz yaşı axıdan, suvaran dünya, 
Bəzən güldürəndi, bəzən ağladan. 
 
Töhməti, tərifi götürən dünya, 
Ruzini,çörəyi yetirən dünya. 
Gəlib-gedənləri ötürən dünya, 
Bəzən güldürəndi, bəzən ağladan. 
 
Şahmat taxtasıdı, xanadı dünya, 
Bəylərə həyandı,  anadı dünya. 
İnsanın çırağı, qanadı dünya, 
Bəzən güldürəndi, bəzən ağladan. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
158
 
DÜNYA QORXULUSAN 
 
Üzbəüz durmuşam zamanla, vaxtla, 
Dünya, qorxulusan, vallah qorxulu. 
Oyun oynayırsan, talehlə, bəxtlə, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
Yer Günəş boyunda dolanır, gəzir, 
Üstündə gah soyuq, gah alov əsir. 
Dişim bağırsağı içimdə kəsir, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
Qəribə gediş var, dövranda, anda, 
Fəsadlar çoxalır plazma qanda. 
Təndir alovu var, sökülən danda, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
Qısılıb hissinə, düşünür insan, 
Pələngə  dərs deyir, ağ cılız siçan. 
Mərdi ta, alnından alırlar nişan, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
Daha adiləşib “kesarla” doğuş, 
Yuvasından perik düşüb çoxlu quş. 
Düz əyriyə, yaxşı pisə gəlir tuş, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
Daş üstündə fikrə gedir, ərən-nər, 
Əyni nimdaş, çiyni yara, canı tər. 
At oynadır gülüstanda, atır zər, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
159
 
Boş qalıbdı nehrə, qazan, ta bardaq, 
Yıxılanı əl uzadıb, qaldıraq. 
Zəmi yanıb, gör nə qədər gül daraq, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
Keçir süzgəclərdən yaxşılıq, pislik, 
Yaxşı söz, düz əməl, gətirər dinclik. 
Hər gündə yüz dəfə ölüb dirillik, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
Vahimə, qorxu var şər sifətində, 
Dostu sınayarlar darda, çətində. 
Çox beyin korlanır ana bətnində, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
Bəşəri cənginə alıbdır dava, 
Zəhər, od qoxuyur meh, külək, hava. 
Tapılmır evlərdə od-ocaq, soba, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
Aranlı uzaqdır, qeybətdən-qaldan, 
Daş atmaz düşmənə arxadan, daldan. 
Gül ətri gəlməyir alınan baldan, 
Dünya, qorxulusan, vallah qorxulu. 
 
         
 


Məhəmməd Bəylər Aranlı  
 
160
 
BU DÜNYA 
 
Azalıb ədalət, azalıb inam, 
Heç kimin vecinə deyil bu dünya. 
Ərənlər yollarda yorulub qalıb, 
Heç kimin vecinə deyil bu dünya. 
 
Yollar çarpaşıqdı, sonu qaranlıq, 
Puç olub, tez solur, gənclik, cavanlıq. 
Süfrələr boşalıb, yoxdu yavanlıq, 
Heç kimin vecinə deyil bu dünya. 
 
Sitəm qalaq-qalaq dərdin üstədir, 
Maymaqlar, nadanlar özün istədir. 
Çox üzlü, çox sifət yaman üzdədir, 
Heç kimin vecinə deyil bu dünya. 
 
Haqqı haqq yerinə qoyanlar yoxdur, 
Bəs deyib xalq malın, doyanlar yoxdur. 
Xalqın gözün oyan, oyanlar çoxdur, 
Heç kimin vecinə deyil bu dünya. 
 
Yozumlar çeynənmiş qara-quradır, 
Ürəklər vərəmli, sinə yaradır. 
Ərköyün məmurun gözü qaradır, 
Heç kimin vecinə deyil bu dünya. 
 
Talanıb ürəklər, talanıb canlar, 
Yel olub, ötüşür saatlar, anlar. 
Çürüyüb, dağılır damarda qanlar, 
Heç kimin vecinə deyil bu dünya. 


Ömürdən düşən yarpaqlar 
 
161
 
Pulluya qanun yox, qadağalar yox, 
Nə qədər istəsən müəmmalar çox. 
Məzara ölüylə dirinidə sox, 
Heç kimin vecinə deyil bu dünya. 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
162
                   
QALMADI 
 
Qara tellərimə dən gətirən bəxt, 
Yazmadı püşkümə dövlət, qızıl, taxt. 
Ey şimşək ildırım, başım üstə çax, 
Gənclik əldən getdi, gücüm qalmadı. 
 
Cəhd etdim, çox qaçdım mətləb dalınca, 
O ki var işlədim, yuva salınca. 
Başım həsrət qaldı yumşaq balınca, 
Gənclik əldən getdi, gücüm qalmadı. 
 
Çək-çevir elədim, özüm-özümlə, 
Əməlim bir oldu, işim sözümlə. 
Yoxuşlar adladım, səbir dözümlə, 
Gənclik əldən getdi, gücüm qalmadı. 
 
Gözümün yağını verdim dostlara
Sevdiyim canana, sevdiyim yara. 
Bu yollar könlümü aparır hara? 
Gənclik əldən getdi, gücüm qalmadı. 
 
Bəxtimə gün doğdu, taleh lal oldu, 
Hissim aşdı-daşdı, yerdə sal oldu. 
Leylilər sinəmdə yurd-yuva saldı, 
Gənclik əldən getdi, gücüm qalmadı. 
 
Döyüşdüm, bərkidim, qayaya döndüm, 
Yüksəlib zirvədən zirvəyə endim. 
Düyünü dişimlə dağıtdım, diddim, 
Gənclik əldən getdi, gücüm qalmadı. 


Ömürdən düşən yarpaqlar 
 
163
 
Haqqın dərgahında Bəylərin adı, 
Şöhrəti yandırır düşməni, yadı. 
Sənəmi dilinin əzbəri, dadı, 
Gənclik əldən getdi, gücüm qalmadı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
               


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə