Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə9/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   120

 

 

27



lizin, metionin, fenilalanin, treonin, valin, gistidin tapılmışdır. 

Paxlalılarda, kələmdə  və ispanaqda zülal nisbətən çoxdur. Belə ki, 

paxlalı  tərəvəzlərdə zülalın miqdarı 4,5-6,5%-ə  qədər, kələm 

tərəvəzlərində isə 1,8-4,5%, sarımsaqda 6,3%, ispanaqda 2,6-3,7%, 

kartof, yerkökü və soğanda 1,5-2%, tomat və boranıda 0,5-1,3%-ə çatır. 

Zülali maddələr orqanizm üçün enerji mənbəyi sayılır. Meyvələrdən 

zeytunda 7%, xurmada 2,5%, banan, ərik, albalı, nar, göyəm, çiyələk, 

moruq və qarağatda 1,5% zülallı maddə vardır. 



Yağlar. Meyvə-tərəvəz tərkibindəki yağın miqdarına görə (qərzəkli 

meyvələrdən başqa) az dəyərli hesab olunur. Bunların tərkibində yağın 

miqdarı 1%-ə qədər olur. Qoz və fındığın tərkibində yağın miqdarı 50-

68%-dir. Bununla yanaşı bəzi meyvə-tərəvəz toxumu da yağla zəngindir. 

Alma toxumunda yağın miqdarı 20-22%, qarpız toxumunda 11%-dir. 

Meyvə-tərəvəzdə olan yağların faizlə miqdarı da onun ayrı-ayrı 

hissələrində müxtəlif olur. Bundan başqa qərzəkli meyvələrin 

tərkibindəki yağlarda doymamış yağ turşuları (olein, linol, linolen) 

vardır və bioloji fəal faktor hesab olunurlar. 

Ətirli maddələr. Ətirli maddələr meyvə-tərəvəzin istehlak dəyərini 

artırmaqla yanaşı, onların həzm qabiliyyətini yaxşılaşdırır.  Ətirli 

maddələrə terpenlər, fenollar, ətirli spirtlər, aldehidlər, ketonlar, efirlər, 

habelə üzvi turşular aid edilir. Meyvə-tərəvəzin  ətirliyi onların 

tərkibində efir yağlarının olması ilə izah edilir. Bu efir yağlarının 

tərkibində isə terpenlər və oksigenli törəmələr olur. Limona ətir verən 

sitral (C

10

H



16

O) maddəsidir. Bu isə limondakı efir yağının tərkibinə 

daxil olur. Efir yağları sitrus meyvələrinin qabığında daha çoxdur. 



 

 

28



Portağalda linalool, şüyüd və zirə toxumunda karvon, limon və 

narıngidə d-limonen rast gəlir. Meyvə-tərəvəzdəki efir yağlarının bir 

çoxu antibiotik xassəyə malikdir. Daha doğrusu, onlar 

mikroorqanizmlərə öldürücü təsir göstərir. Belələrinə soğan və 

sarımsaqda olan efir yağlarını misal göstərmək olar. Meyvə-tərəvəzdəki 

efir yağlarının miqdarı onların yetişmə dərəcəsindən asılı olaraq dəyişir. 

Ümumiyyətlə, meyvə-tərəvəzdə efir yağlarının miqdarı çox az olur 

(0,001%). Ancaq limon qabığında 1,5-2%, narıngidə 1,9-2,5%-dək, 

portağalda isə 1,2-2,1%-ə qədər efir yağı olur. Ədviyyəlı tərəvəzlərdən 

cəfəri, kərəviz,  şüyüd və reyhanda orta hesabla 0,05-0,5%, soğanda 

0,05%, sarımsaqda 0,01%, qıtıqotu və ağ turpda 0,05% efir yağı olur. 

Isti  şəraitdə bitən meyvələr soyuq rütubətli havada bitənlərə 

nisbətən daha ətirli olur. Meyvə-tərəvəz saxlanarkən efir yağlarının bir 

hissəsi uçur, lakin saxlanılma dövrünün əvvəlində yetişmə getdiyindən 

efir yağlarının miqdarı artır. 

Fitonsidlər. Bu maddələr bitki mənşəli olub, başqa orqanizmlərə 

öldürücü təsir edirlər. Məlumdur ki, əzilmiş sarımsaq olan yerə 

içərisində bakteriya olan məhlul qoyularsa, müəyyən vaxtdan sonra 

həmin mikroorqanizmlər məhv olur. Bu maddəni sovet alimi B.P.Tokin 

fitonsid adlandırmışdır. Fitonsidlər fərdi kimyəvi birləşmə olmayıb, 

adətən efir yağı, turşu və bir sıra qlükozidlərin birləşmə  məhsulundan 

ibarətdir. Sarımsaqda allisin adlı 

(

)



5

3

5



3

H

C

O

S

S

H

C



 bakterisid maddə 



vardır. Bu, yağlı maddə olub, suda pis, spirtdə və efirdə yaxşı həll olur. 

Vitaminlər. Meyvə-tərəvəz orqanizm üçün vitaminlərlə  zəngin 

olan məhsul sayılır. Orqanizmin vitaminlərə olan tələbatını meyvə-




 

 

29



tərəvəz ödəyir. Onlar müxtəlif vitaminlərin mənbəyidir. Meyvə-

tərəvəzdə  B, C, PP, K kimi vitaminlər vardır. Ümumiyyətlə, bitkilərdə, 

o cümlədən meyvə-tərəvəzdə A vitamini olmur. Burada karotin vardır 

ki, bu da orqanizmdə A vitamininə çevrilir. Karotinin miqdarı ayrı-ayrı 

meyvə-tərəvəzdə müxtəlifdir. Meyvə-tərəvəzdə karotinin miqdarı 

(mq%-lə) belə olur: göy noxud – 1,0; soğan – 4,8; cəfəri – 8,4; kahı – 

1,8; göy pomidor – 0,4; yerkökü – 7,2; ərik – 1,7; portağal – 0,2; albalı – 

0,2; narıngi – 0,4. 

A vitaminindən fərqli olaraq karotin istiliyə davamlı olduğundan 

meyvə-tərəvəzin bişirilməsi zamanı öz aktivliyini itirmir. Meyvə-

tərəvəzlər qurudularkən, karotinin bir hissəsi  şüaların təsiri ilə 

parçalanır. 

Yerkökünün müxtəlif hissələrində karotinin miqdarı müxtəlifdir. 

Bunu Nant sortunun müxtəlif anatomik hissələrindəki karotinin 

miqdarından görmək olar. 

Yerkökünün 

hissələri 

Yumşaq hissə 

(floema) 

Daxili özək 

(ksilema) 

Fleoma və ksilema 

birlikdə 

Yuxarı 


 

13,7 4,2 11,5 

Orta  

10,2 


3,5 

8,9 


Aşağı 

 

5,3 2,5 4,8 



 

Karotindən fərqli olaraq meyvə-tərəvəzdə B

1

 və B


2

 vitamininin miqdarı çox 

azdır. Bu vitaminlər, əsasən dən məhsullarında olur. Meyvə-tərəvəzdə isə 0,1 və ya 

0,01 mq% miqdarında olur. Məsələn, kartofda 0,07 mq% B

1

, 0,02 mq% B



2

kələmdə uyğun olaraq 0,05 və 0,04 mq%-dir. Bəzi meyvələrdə B qrupu vitaminləri 



olmur. Bu vitaminlər sitrus meyvələrində də vardır. 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə