33
bərkliyini yoxlamaq üçün müxtəlif cihazlardan (OPT-10, PP9-500 və
DT-500) istifadə olunur.
Saxlanma, soyuducu vaqonlarda daşıma və emal zamanı istilik
enerjisi sərfinin hesablanmasında meyvə-tərəvəzin istilik tutumu
göstəricisi vacib şərtdir. Meyvə-tərəvəzin tərkibində olan maddələrdən
ən böyük istilik tutumu olan sudur. Ona görə də meyvə-tərəvəzin istilik
tutumu onların tərkibindəki suyun miqdarından bilavasitə asılıdır.
Meyvə-tərəvəzlərin tərkibində 80-90% su olduğundan və
tərkibindəki qidalı maddələr çox da yaxşı mənimsənilmədiyindən
(şəkərlər 89-90%, yağlar 86%, zülallar 60-70%) yüksək enerjivermə
qabiliyyətinə malik deyildir. 100 qr kartof 277, kələm 71, alma 172,
çuğundur 164 kCoul enerji verir. Qərzəkli meyvələrdə su az, yağ isə çox
olduğundan onların ləpəsinin 100 qramı 1592-2220 kCoul enerji verir.
35
II FƏSIL. TƏZƏ TƏRƏVƏZLƏR
Tərəvəzlər müxtəlif göstəricilərə görə təsnif edilir. Əmtəəşünaslıqda
tərəvəzlərin kompleks göstəricilərə görə təsnifatı belədir:
1.
Vegetativ tərəvəzlər. Bu tərəvəzlərin yeyilən hissəsi bitkinin müxtəlif
vegetativ orqanlarıdır, yəni kökü, zoğu, yarpağı və saplağıdır.
2.
Generativ və ya meyvəli tərəvəzlər. Bunların meyvəsi və hamaşçiçəyi
istehlak edilir.
Vegetativ tərəvəzlər 7 yarımqrupa bölünür.
1.
Köküyumrulara – kartof, bataq (şirin kartof) və topinambur (yerarmudu)
aiddir.
2.
Kökümeyvəlilərə – yerkökü, aşxana çuğunduru, ağ köklər - cəfəri, kərəviz,
cırhavuc; turp, qırmızı turp, ağ turp, şalğam, qıtıqotu aiddir.
3.
Kələm tərəvəzlərinə ağbaş kələm, qırmızıbaş kələm, savoy, Brüssel kələmi
və gül kələm, həmçinin kolrabi (daş kələm) aiddir.
4.
Soğan tərəvəzlərinə baş soğan, sarımsaq, göy soğan, kəvər, altay soğanı,
çoxcərgəli soğan, pero, porey və batun soğanı aiddir.
5.
Kahı-ispanaq tərəvəzlərinə kahı (yarpaq, romen, kök), vəzəri, ispanaq,
turşəng, cavan çuğundur yarpaqları, gicitkən, əvəlik və s. aiddir.
6.
Ədviyyəli göyərtilərə – şüyüd, nanə, reyhan, tərxun, keşniş, dağ keşnişi,
yarpız, dağ nanəsi, cəfəri və kərəvizin yaşıl yarpaqları aiddir.
7.
Desert tərəvəzlərə ravənd, qulançar və ənginar aiddir.
Meyvəli və ya generativ tərəvəzlər 3 yarımqrupa bölünür:
1.
Bostan tərəvəzlərinə xiyar, qabaq, qovun, qarpız, qabaqcıq (göy qabaq) və
patisson aiddir.
2.
Tomat tərəvəzlərinə tomat (pomidor), badımcan və saplaqlı istiot (bibər)
aiddir.
36
3.
Paxlalı və dənli tərəvəzlərə tərəvəz noxudu, tərəvəz lobyası, paxla və sütül
qarğıdalı aiddir.
Tərəvəzin birillik, ikiillik və çoxillik qrupları olur. Birillik tərəvəzlərə bütün
meyvəli tərəvəzlər, turp, şüyüd, ispanaq və kahı, ikiillik tərəvəzlərə kələm,
yerkökü, çuğundur, baş soğan, çoxillik tərəvəzlərə sarımsaq, qıtıqotu, ravənd,
turşəng və topinambur aiddir. Ikiillik tərəvəzlər birinci ildə istehlak ediləsi məhsul,
ikinci ildə isə toxum verirlər.
Yetişmə dövrünə görə tərəvəzlər tezyetişən (faraş), ortayetişən və gecyetişən
qruplara ayrılır. Botaniki nöqteyi-nəzərdən tərəvəzlər fəsilələrə, cinslərə və növlərə
görə təsnif edilir. Tərəvəzlər, həmçinin bostanlarda becərilən açıq sahə
tərəvəzindən və ya da istixanalarda becərilən qapalı sahə tərəvəzindən ibarət olur.
2.1. Köküyumrulu tərəvəzlər
Kartof (Solanum tuberosum) bitkisinin vətəni Cənubi Amerikadır. Lakin
kartof, əsasən şimal yarımkürəsində yayılmışdır. Kartofun 90%-dən çoxu burada
yetişdirilir.
Kartof öz əhəmiyyətinə görə taxıldan sonra 2-ci yeri tutur. Kartofdan 100-
dən artıq müxtəlif xörək hazırlanır. Kartofun xalq təsərrüfatı əhəmiyyəti ondan bir
çox məhsulların alınmasında xammal kimi istifadə olunmasıdır. Kartofdan nişasta,
patka, spirt istehsalında istifadə edilir. Tərkibində 17,5% nişasta olan 1 ton
kartofdan 170 kq quru nişasta və 112 litr spirt almaq mümkündür. Kartofun belə
yüksək əhəmiyyətə malik olmasını nəzərə alaraq onun məhsuldarlığının
artırılmasına və əkin sahəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Kartofun
becərilməsi şəraiti və onun məhsuldarlığının artırılması sahəsində akad.
T.D.Lısenko görkəmli rol oynamışdır.
Azərbaycanda kartof, əsasən Gədəbəydə, Tovuzda, Ağstafada, Abşeronda və
digər bölgələrdə becərilir. Respublikaya Irandan və Türkiyədən də kartof gətirilir.
37
Kartof quruluşuna görə bu hissələrdən ibarətdir: 1. qabıq hissə – 30-40%; 2.
kontial həlqə – 15-19%; 3. xarici özək – 32-42%; 4. daxili özək (ətli hissə) – 5-9%.
Cavan kartof yumruları nazik epidermis təbəqəsi ilə örtülmüş olur. Sonra bu
təbəqə qalınlaşır və periderma ilə əvəz olunur. Kartofun üzərində gözcüklərin çox
olması onun çıxar hissəsini artırır.
Kartofun kimyəvi tərkibi onun sortundan, yetişdirildiyi şəraitdən, yumruların
yetişməsi dərəcəsindən, daşınma və saxlanılma şərtlərindən asılıdır. Onun
tərkibində orta hesabla 75% su, 18,2% nişasta, 1,5% şəkər, 2% zülali maddə
vardır. 100 qr kartof 347 kCoul enerji verir, bu isə yerkökündən 2 dəfə, kələmdən 3
dəfə, pomidordan 4 dəfə çox, 1-ci sort buğda unundan hazırlanmış çörəkdən isə 3
dəfə azdır.
Kartofun tərkibində olan şəkərin miqdarı 2,5%-dən artıq olduqda xoşa
gəlməyən şirin tam verir. Tərkibindəki azotlu maddənin 60%-ni zülali azot (40%-i
həll olandır), 30%-ni amin azotu, 10%-ni isə amid azotu təşkil edir. Kartof zülalları
qlobulin zülalından ibarətdir. Az miqdarda isə albumin zülalı da vardır.
Kartofda olan tuberin zülalı, əsasən albumindən ibarətdir. Kartofda
əvəzedilməz aminturşularından 86 mq% lizin, 81 mq% valin, 78 mq% leysin, 62
mq% izoleysin, 51 mq% fenilalanin, 43 mq% treonin, 24 mq% metionin vardır.
Ümumiyyətlə, kartof zülalında 20-dən çox aminturşu tapılmışdır. Qış fəslində
orqanizmin C vitamininə olan tələbatı, əsasən kartofda olan C vitamininin hesabına
ödənilir. C vitamininin miqdarı payızda 20-25 mq%, qışda 8-10 mq% və yazbaşı 5-
6 mq% olur. C vitaminindən başqa kartofun tərkibində pantoten turşusu, biotin
(vitamin H), B
1
, B
2
, B
6
, PP, E, K vitaminləri və karotinin izi vardır. C vitamini bəzi
hallarda 40 mq%-ə çatır. Kartofda 0,12 mq% B
1
, 0,05 mq% B
2
, 0,90 mq% PP
vitamini vardır.
Bəzən kartof acı dadır. Bu isə onun tərkibində solanin və çakonin (2-10
mq%) qlükozidlərinin olması ilə əlaqədardır.
Kartofda 1,0% sellüloza, 0,1-0,28% üzvi turşu, 1%-ə qədər mineral maddə,
0,1%-ə qədər yağ və 0,04% fosfatidlər vardır.
Dostları ilə paylaş: |