Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə8/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   120

 

 

24



Əsasən limonun, narınginin qabığında rast gəlir. Bu qlükoziddə P vitamininin 

xassələri var. Sitrus meyvələrində, həmçinin naringin,  limonin, sitronin 

qlükozidləri də vardır. Quşüzümünün tərkibindəki vaksinin C

13

H



16

O

7



 qlükozidi ona 

göynədici tam verir. Salonin C

45

H

71



NO

15

 qlükozidi, əsasən kartofda, tomatda və 



badımcanda rast gəlir. Kartofda bunun miqdarı 0,01%-ə  qədərdir. Kartof 

göyərərkən saloninin miqdarı 0,02%-ə qədər artır ki, bu da zəhərlənmə verə bilər. 

Salonin parçalandıqda qlükoza, qalaktoza və başqa maddələr  əmələ  gətirir. 

Xardalın göynədici tamı onda siniqrin (C

10

H

16



KNS

2

O



9

) qlükozidinin olması ilə 

izah olunur. 

Cəfəriyə göynədici tam verən qlükozid apiin C

26

H

28



O

14

 adlanır. Kapsaisin 



qlükozidi (C

18

H



27

O

3



), əsasən saplaqlı istiota acılıq verir. 

Aşı  və boya maddələri polifenol birləşmələrdir. Meyvə-tərəvəzdəki aşı 

maddələri onların dadına təsir göstərir. Meyvələrin büzüşdürücü dadı onların 

tərkibindəki aşı maddələrinin miqdarı ilə  əlaqədardır. Aşı maddələri havanın 

oksigeninə qarşı çox həssasdır. Odur ki, tərkibində aşı maddəsi çox olan meyvəni 

kəsdikdə  kəsilmiş yer tez tündləşir. Buna səbəb, aşı maddəsinin oksidləşməsidir. 

Aşı maddələr 2 yerə ayrılır: 

1.

 

Parçalana bilən aşı maddələri. Bunlar turşuların və fermentlərin təsirindən 



parçalanırlar. Məsələn, tanin. 

2.

 



Kondisiyalaşan aşı maddələri. Bunlar parçalanmır, yalnız dəmir oksidi duzu 

ilə kondisiyalaşırlar. Nəticədə yaşıl rəng əmələ gəlir. Məsələn, katexin. 

1-ci qrup aşı maddələri mürəkkəb efirlərin birləşməsindən ibarətdir. Tanin 

tanaza fermentinin təsirindən parçalanır, 2-ci qrup aşı maddələri tərkibcə 

birincilərdən fərqlənir. Daha doğrusu bunlar flavon tipli aşı maddələrindən əmələ 

gəlir. Bu qrupa aid aşı maddələrindən katexinlər daha yaxşı öyrənilmişdir. Bunlar 

kondisiyalaşdıqdan sonra aşı maddələrin xassəsini alırlar. Almanın,  əriyin və 

üzümün tərkibində katexin tipli aşı maddələri vardır. Tanin aşı maddəsi,  əsasən 

çayda çoxdur. Bunlar suda yaxşı həll olurlar və suda məhlulu lakmusu qızardır. Aşı 

maddələri fermentlərin (oksidaza) təsiri ilə oksidləşir. Odur ki, meyvələr 




 

 

25



qurudularkən rənglərini saxlamaqdan ötrü, onları kükürd qazına verir və ya 

pörtürlər. Bu zaman fermentlərin fəallığı itdiyindən oksidləşmə getmir və meyvə 

öz rəngində qalır. Aşı maddələrinin miqdarı meyvə-tərəvəzdə müxtəlifdir. 

Göyəmdə 1,7%, xurmada 0,25-1,54%, heyvada 0,06-0,61%, zoğalda 0,6%, almada 

0,025-0,27%, armudda 0,015-0,17% aşı maddəsi vardır. Meyvələrə nisbətən 

tərəvəzlərdə aşı maddələrinin miqdarı daha az olur. Meyvə yetişdikcə protopektin 

kimi aşı maddələrinin də miqdarı azalır. 

Boya maddələri. Meyvə-tərəvəzdə çoxlu miqdarda boya maddələri olur. 

Tərkibində müxtəlif boya maddələri olduğundan, müxtəlif meyvə-tərəvəzin rəngi 

də müxtəlif olur. Boya maddələri meyvə-tərəvəzin həzminə müsbət təsir göstərir. 

Meyvə-tərəvəzin növü boya maddələrinə  əsasən müəyyənləşdirilir. Meyvə-

tərəvəzdə  ən çox xlorofil, karotinoid kimi boya maddələri var. Xlorofil yaşıl 

piqment olduğundan meyvə-tərəvəzə yaşıl rəng verir. Bu, 2 formada rast gəlir: 1. 

α-xlorofil – C

55

H



72

N

4



O

5

Mg; 



β-xlorofil C

55

H



70

O

6



N

4

Mg. 



Xlorofil turşu iştirakı ilə parçalanarkən Mg ayrılır və onu əvəz edir. Bu 

zaman yeni tünd rəng feofitin alınır. Meyvə-tərəvəzin  əksəriyyətində boyayıcı 

maddələrdən karotinoidlər çox olur. Karotinoidlərin müxtəlifliyindən asılı olaraq 

təzə meyvə-tərəvəz sarı-qırmızı  və narıncı  rəngdə olurlar. Bu qrup boya 

maddələrinə karotin C

40

H



56

, likopin C

40

H

56



, ksantofil C

40

H



56

O

2



, kapsantin 

C

40



H

56

O



4

 və sitroksantin C

40

H

56



O aiddir. Bunlar yağda həll olurlar. Karotin, əsasən 

yerkökündə rast gəlir və onlara narıncı rəng verir. Karotin tomatda, ərikdə və sitrus 

meyvələrində olur. Karotin 

α,  β  və  γ formalarında olur. Bunlar biri digərindən 

aktivliyinə görə  fərqlənir. 

β forma α formaya nisbətən,  α forma isə  γ formaya 

nisbətən aktiv sayılır. 

Karotindən fərqli olaraq likopin qırmızı rənglidir. Odur ki, tərkibində likopin 

olan meyvə-tərəvəzin rəngi qırmızıya çalır.  Əsasən tomatda çox olur. Ksantofil 

piqmenti isə sarı  rəngli maddədir. Karotin və xlorofillə birlikdə yaşıl meyvələrin 

tərkibinə daxil olur. Meyvə-tərəvəzin yetişmə  dərəcəsindən asılı olaraq 

karotinoidlərin miqdarı da dəyişir. Meyvə-tərəvəz yetişdikcə, onlarda rəngləyici 




 

 

26



maddələrin miqdarı artır. Istiota qırmızı  rəng verən tərkibindəki kapsantin 

piqmentidir. 

Boya maddələrindən flavonoidlər meyvə-tərəvəzə sarı  və narıncı 

rəng verir. Quru soğanın qabığında olan kversetin piqmenti bu qrup 

boya maddələrinin əsas nümayəndəsidir. 

Meyvə-tərəvəzdə rast gələn boya maddələrindən bir qrupu da 

bitkini qırmızıdan bənövşəyi rəngə  qədər boyayan antosianlardır. 

Antosianların kimyəvi tərkibcə qlükozidlərdən ibarət olduğu 

müəyyənləşdirilmişdir. Bu qrup boya maddələrindən meyvə-tərəvəzdə

əsasən enin (C

23

H

24



O

12

), enidin (C



17

H

14



O

7

), idein (C



21

H

20



O

11

), sianidin 



(C

15

H



10

O

6



), kerasianin (C

27

O



30

O

15



) və betainə (CH

3

)



3

C

2



H

2

O



2

 rast 


gəlmək olur. Məsələn, enin qırmızı üzümdə rast gəlir. Çuğundura rəng 

verən betanin boya maddəsidir. Karotinoidlərdən fərqli olaraq, 

antosionidlər suda həll olur. Çox qızdırdıqda parçalanır. Kartofda 

antosian qrupuna daxil olan, lakin aqlyukon hissəsi ilə  fərqlənən 

peonidin, sianidin, delfinidin və s. tapılmışdır. 

Azotlu maddələr. Azotlu maddələr meyvələrə nisbətən (qərzəkli 

meyvələrdən başqa) tərəvəzdə daha çox olur. Meyvə-tərəvəzdə olan 

azotlu maddələrin  əsasını zülallar təşkil edir. Bunların tərkibində olan 

zülallı maddələr öz xüsusiyyətlərinə görə  fərqlənməklə yanaşı 

orqanizmdə asan həzm olunurlar. Əsasən meyvələrdə azotlu maddə 1%-

ə qədər olur. Qərzəkli meyvələrdə isə bunun miqdarı 20%-ə qədər çatır. 

Müəyyən edilmişdir ki, meyvə-tərəvəz zülallarının tərkibində orqanizm 

üçün zəruri olan bütün əvəzedilməz aminturşular vardır. Kartof 

zülalında (tuberin) əvəzedilməz amin turşularından leysin, izoleysin



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə