38
Ümumiyyətlə, kartofun 2 minə qədər təsərrüfat-botaniki sortu məlumdur. 80-
dək sort isə xalq təsərrüfatı əhəmiyyətlidir. Təsərrüfat-botaniki sortlar bir çox
göstəricilərinə görə bir-birindən fərqlənirlər. Bunların əsas göstəriciləri meyvəsinin
forması, qabığının və meyvəsinin rəngidir.
Kartofun yumru, uzunsov və yumurtavari formaları ilə yanaşı başqa
formaları da rast gəlir. Qabığının rəngi ağ, çəhrayı, sarı, habelə bənövşəyi olur.
Məhsuldarlığına görə çox məhsuldar, orta məhsuldar və az məhsuldar
qruplara ayrılır.
Yetişmə müddətinə görə tezyetişən (50-80 günə), orta tezyetişən (80-90),
orta yetişən (90-100), orta gecyetişən (100-120) və gecyetişən (120-140) sortlara
ayrılır.
Tərkibində olan nişastanın miqdarına görə çox nişastalı (20%-dən çox), orta
nişastalı (16-19%) və az nişastalı (15%-dən az) sortları vardır.
Təyinatına görə kartof – aşxana kartofu, texniki kartof, yem kartofu və
universal kartof qruplarına bölünür. Aşxana sortlu kartofda nişastanın miqdarı 12-
18%-dir. Yem kartofu zülal, texniki kartof isə nişasta ilə (20%-dən çox) zəngin
olmalıdır.
Tez və orta tezyetişən kartof sortlarına Volqa, Priekul, Epron, Falen, Iskra,
Varmas, Sedov, Yaz kartofu, Voronej, Kuryer, Oktyabryonok, Volqalı və s.
göstərilə bilər. Orta yetişən kartof sortlarına Alma, Ella, Oqonyok, Kameraz,
Majestik, Yubel və s., orta gecyetişən kartof sortlarına Lorx, Korenev, Loşinski,
Ostbote, Ora, Berlixinqen və s., gecyetişən sortlardan isə Voltman, Kandidat,
Olyev, Temp, Foran, Fram, Belorusiya və s. göstərmək olar.
Kartofun keyfiyyəti aşağıdakı tələblərə cavab verməlidir.
Kartof yumrusu təmiz, yetişmiş, sağlam, bütöv, quru, cücərməmiş, rəngi və
forması bircinsli olmalıdır. Kartof yumrusunun diametri – tezyetişən kartofda 30
mm-dən (5% diametri 20-30 mm ola bilər), gecyetişən kartofda 45 mm-dən (5%
diametri 35-45 mm ola bilər) az olmamalıdır. Əgər kartof uzunsov olarsa, onda
39
tezyetişən sortlarda 25 mm-dən (5% diametri 20-25 mm ola bilər), gecyetişənlərdə
isə 30 m-dən (5% diametri 20-30 mm ola bilər) az olmamalıdır.
Gecyetişən kartof üçün yumruların böyüklüyü yumru-oval formalılar üçün
35 mm (5% diametri 25-35 mm ola bilər), uzunsov formalılar üçün 30 mm (5%
diametri 20-30 mm ola bilər) müəyyən edilmişdir.
Standart üzrə 2% miqdarında (tezyetişənlərdə 3%) mexaniki zədələnmiş, 2%
zərərvericilər tərəfindən zədələnmiş, 2% cücərmiş və yaşıl, 2% fitoftora dəymiş və
vəz ləkəsi düşmüş, 2% səthinin 25%-i dəmgil xəstəliyinə tutulmuş kartof
yumrularının olmasına icazə verilir. Kartofun səthinə yapışmış torpağın çəkisi 1%-
dən çox olmamalıdır. Keçmiş ilin kartofu realizə edilərkən 5% miqdarında
büzüşmüş və səthi zəif qırışıq kartofların olmasına icazə verilir.
Kartofa yapışmış torpağın miqdarı 10 kq kartofu yuduqdan 2-3 dəqiqə sonra
çəkməklə və kartofun səthindəki suyu nəzərə almamaq üçün təmiz kartofun
çəkisindən 1% çıxmaqla hesablanır.
Topinambur və ya yerarmudu (Helianthustuberosus L.) çoxillik bitki olub,
kökyumrusu 50-60 q-dır. Tərkibində 13-20% inulin, 6% şəkər, 5% protein və 2%
mineral maddə vardır. Inulinin tərkibində 28 fruktoza qalığı vardır. Ona görə də
topinamburdan sənayedə fruktoza və spirt istehsal edilir. Bişirilmiş və qızardılmış
halda yeyilir. Quraqlığa və şaxtaya davamlıdır. Yem bitkisi kimi də əhəmiyyətlidir.
Bataq (IpomoeaBatatum Lam.) şirin kartof da adlanır. Kartofa oxşayır.
Əsasən Çində, Cənubi Amerikada, Yaponiyada, Hindistanda, Yeni Zelandiyada,
Şimali Qafqaz və Türkmənistanda yayılmışdır. Bataq istisevən çoxillik bitkidir.
Uzunsov formalıdır, çəkisi 0,3-dən 1,5 kq-a qədərdir. Tərkibində orta hesabla
72,5% (7-175%) su, 3,75% zülal, 24% karbohidrat, o cümlədən 15-20% nişasta və
1,2-2% şəkər, 0,8-1,5% mineral maddə, 1% sellüloza vardır. 100 qr bataq 466
kCoul enerji verir. Tərkibində 397 mq% K, 49 mq% P, 1 mq% Fe, vitaminlərdən
mq%-lə: C – 23, B
1
– 0,10, B
2
– 0,05, P – 0,5 və 0,3 mq% karotin vardır.
Batatın ətli hissəsi ağ-qırmızı və ya çəhrayı olur. Şirin xörəklərin və 1-ci
xörəklərin hazırlanmasında istifadə olunur.
40
2.2. Kökümeyvəli tərəvəzlər
Yerkökü (Daucus carota L.) kökümeyvəlilər içərisində ən çox yayılmış
tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz
konservləri və karotin istehsalı üçün istifadə olunur.
Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı
maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və
ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda
şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur.
Yerkökünün tərkibində orta hesabla 4-12% şəkər, 0,53-2,23% zülal, 0,1-
0,7% yağ, 0,54-3,50% sellüloza, 0,4-2,9% pektin maddəsi, 2,3-5,6% azotsuz
ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6-1,7% kül olur. Quru
maddələrin ümumi miqdarı 8-20%-ə qədərdir.
Şəkərlərin əsasını saxaroza (3,5-6%), az miqdarda qlükoza (1-2%) və
fruktoza (0,2-1,9%) təşkil edir. Yerkökünün özək hissəsində xarici təbəqəyə
nisbətən şəkərin miqdarı azdır.
Nişasta toxumalarda kiçik, dairəvi və rəngsiz dənələrdən ibarət olub, ən çox
özək ilə ətli hissənin arasında yerləşir. Özəkdə nişasta olmur.
Pentozanların (araban, qalaktan) miqdarı yaş çəkiyə görə 0,8-1,4%-dir.
Pektin, sellüloza, liqnin və başqa maddələr yerkökünün aşağı hissəsində
toplanmışdır. Pektin maddəsinin bütün formaları yerkökündə vardır, lakin bunlar
palda əmələgətirmə xassəsinə malik deyildirlər.
Yerkökü zülalında əvəzedilməz aminturşularından metionin, fenilalanin,
leysin, izoleysin, valin, treonin, lizin, triptofan və s. tapılmışdır.
Yerkökünün yağı lipoproteidlər şəklindədir. Yağda palmitin, olein, linol və
petrozelin yağ turşuları tapılmışdır. Yerkökündə, həmçinin 0,1%-ə qədər lesitin və
fitosterin var. 10 mq%-ə qədər efir yağı vardır ki, bunun tərkibi pinen, limonen,
seskviterpen və mürəkkəb efirlərdən (sirkə və qarışqa turşusunun) ibarətdir. Üzvi
Dostları ilə paylaş: |