Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 
91
kı», «Yanacaq Bankı», «Enerji Bankı» kimi spesifik mahiyyətli bankların yaradıl-
ması zəruridir. Buradakı spesifiklik isə həmin banklarda neft işi ilə bağlı mütəxəs-
sislərin toplanması və uyğun profilliyin təminatı ilə əsaslandırılır. 
Neft  biznesinin  tənzimlənməsi  mexanizminin  təkmilləşdirilməsində  uyğun 
biznes  qurumlarının  assosiativ  inteqrasiyası  da  vacibdir.  Bu  zərurilik  də  əsassız 
deyildir.  Dünya  təcrübəsi göstərir  ki,  hər hansı  bir  sahədə  eyni  iqtisadi  maraqları 
həyata  keçirən  təsərrüfat  sübyektləri  firma  xaricindən  təzyiqlərə,  əsassız  rəqabət-
lərə və müdaxilələrə məruz qalmaması və bu təsirləri neytrallaşdırmaq üçün asso-
siativ inteqrasiyanın qurulması vacibdir. Ona görə də dövlətin milli neft sektorunda 
neft  biznesinin  genişləndirilməsi  istiqamətində  fəaliyyəti  nəticəsində  artan 
firmaların  bir  və  bir  neçə  assosiasiyalarda  birləməsi  məqsədəuyğundur.  Bununla 
yanaşı neft biznesini həyata keçirən firmalar öz maraqları zəmində sivil və qanuni 
lobbizmin  genişləndirilməsi  və  tətbiqi  istiqamətində  də  fəaliyyət  birliyi  yaratma-
lıdırlar.  nkişaf  etmiş  ölkələrdə  iqtisadi  maraqları  ifadə  edən  lobbizm  çoxdan 
təşəkkül  tapmış,  özünün  qanunvericilik  bazasını  yaradaraq  təkmilləşmə  fazasına 
daxil  olmuşdur.  Əslində  respublikamızda  da  neft  sektorunda  nəzərə  çarpacaq 
lobbizm  vardır.  Lakin bu lobbizmi  legitimləşdirmək  və  daha məqsədyönlü  etmək 
gərəkdir.  Ona  görə  də  respublikamızda  biznesin  tənzimləmə  mexanizmi  kimi 
«Lobbizm» qanunu da qəbul edilməlidir. 
Milli  neft  sektorunda  biznes  fəaliyyətinin  təkmil  sistem  əsasında  tənzimlən-
məsi  istiqamətində  apardığımız  təhlil  belə  nəticəyə  gəlməyə  əsas  verir  ki,  neft 
biznesinin  genişləndirilməsi  imkanları  yetərli  və  səmərəlidir.  Bunun  üçün  dövlət 
müvafiq  proqamlar  əsasında  bu  fəaliyyətin  genişlənməsinə  dəstək  verəcək  qərar-
larla  çıxış  etməlidir.  Tənzimləmə  mexanizmi  kimi  də  bütün  ağırlıqlar  dövlətin 
üzərinə düşür. Buna görə də dövlət yeni keyfiyyətlər gətirəcək işin canlandırılması 
üçün müvafiq normativ-hüquqi baza yaratmalı və onun ardıcıl təkmilləşdirilməsini 
həyata keçirməlidir. Bu işdə biznes qurumları da fəaliyyətlərini sistemləşdirməli və 
bazar konyukturası ilə hesablaşmalıdırlar. 
Yuxarıda qeyd edilən fikirləri ümumiləşdirərək neft biznesinin təkmilləşdiril-
məsi mexanizmini aşağıdakı kimi təklif etmək olar: 


 
92
Sxem 4. 
 
NEFT B ZNES N N TƏNZ MLƏNMƏ MEXAN ZM N N 
TƏKM LLƏŞD R LMƏS  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bununla belə milli neft sektorunda biznes fəaliyyətinin tənzimlənməsi prose-
sinin  ardıcıl  və  daim  tənzimlənən  strategiya  əsasında  qurulması  üçün  dövlət  və 
biznes partnyorluğunda qloballaşma aspektində yaranan keyfıyyət dəyişikliklərinin 
də nəzərə alınması vacib şərtidir. 
 
 
 
 
 
 
BA
ZA
R
 T
ƏN
Z
M
L
ƏN
M
ƏS
 
B ZNES FƏAL YYƏT N N 
TƏNZ MLƏNMƏS  
DÖVLƏ
TƏNZ MLƏNMƏS  
F RMADAX L 
TƏNZ MLƏNMƏ 
L SENZ YA VƏ 
KONSENS YA 
 
VERG  
 
KRED T 
DÖVLƏ
PROQRAMLARI 
 
QANUNVER C L K 
TƏŞK LAT - QT -
SAD  METODLAR 
 
MARKET NQ 
BANK 
PARTNYORLUĞ
ASSOS AT V 
NTEQRAS YA 
 
LOBB ZM 


 
93
2.5. Neft sənayesində innovasiya sahibkarlığnın inkişafı 
 
nnovasiya  fəaliyyəti  elmi-texniki və intellektual  potensialda  səmərəliliyə  və 
digər  iqtisadi  fərqlənmələrə  nail  olmanı  aktivləşdirən  tədbirlər  sistemi  kimi  çıxış 
edir. Məqsədyönlü, dəqiqləşdirilmiş kollektiv nəticənin məhsulu olmaqla innovasi-
ya məqsəd və məramında geniş anlamlarda ehtiva edilən üstün praktiki mahiyyəti 
ilə fərqlənir.  qtisadiyyat inkişaf etdikcə innovasiya anlayışı da daha geniş məzmun 
kəsb  edir.  Bu  baxımdan  əvvəllər  yalnız  texnologiya  sferası  ilə  məhdudlaşan 
innovasiya  müasir  zamanda  istehsal  idarəetməsinin  təşkilatı  metodlarını  da  əhatə 
dairəsinə  qatmış,  sahibkarlıq  fəaliyyəti  ilə  simbioz  vəhdət  təşkil  edərək  biznes 
sferasının ən fəal və intellektual qaynaq elementlərindən birinə çevrilmişdir. 
Bazar  iqtisadiyyatında  rəqabət  mübarizəsinin  üsullarından  biri  kimi  innova-
siya  sahibkarlığının  başlıca  nəticəsi  əmək  məhsuldarlığını  artırmaq  və  mənfəəti 
yüksəltməkdən  ibarətdir.  Rəqabət  mübarizəsindən  o  qalib  çıxır  ki,  lazımi  zaman 
kəsiyində  mütərəqqi texnologiyaları  tətbiq  etməklə  əsaslı irəliləyişlərə nail olsun. 
Formalaşmış nəzəri müddəalara görə innovasiya sahibkarlığının subyektini innova-
siya fəaliyyətini reallaşdıran müəssisə və təşkilatlar əhatə edirlər. 
nnovasiya sahibkarlığı zamanı yeni tələb yaranır və bunun müqabilində alıcı-
lar  mənəvi  köhnəlmiş  malları  almaq  istəmirlər.  Məhsulun  əmtəə  növünün  yaxşı-
laşdırılması üzərində aparılan işlər dinamik keyfıyyət təzahür etdirir, əmtəə imicini 
daimi dəyişən və inkişafa aparan məcraya yönəldir.  stənilən innovasiya fəaliyyəti 
sahibkarlıq mahiyyəti daşıyır və aşağıdakıları əhatə edir: 
– yeni ideyaların axtarışı;  
– zəruri resurslar axtarışı; 
– təşkilatın yaranması və idarə olunması; 
– şəxsi nəticəyə nail olmaqla pul gəlirlərinin əldə edilməsi. 
Bununla belə istənilən sahibkarlıq fəaliyyəti innovasiyalı hesab edilmir. Bura-
da o fəaliyyətlər istisna olunur ki, innovasiya məhsulunun diffuziyası və istifadəsi 
əsasında sahibkarlıq gəliri əldə edilir [39]. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə