Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   29   30   31   32   33   34   35   36   37

 
97
Burada: 
Ə
f
    innovasiya fəallığı əmsalı
 
 
 
Y
t
  
hesabat dövrü ərzində tətbiq edilən yeni yaranışlar;
 
 
 
Y
r
   qeydə alınmış və ya patentləşmiş yeni yaranışların ümümi sayı. 
 
nnovasiya  fəallığı  əmsalının  milli  neft  sektorunda  hesablanması  mürəkkəb 
məsələdir. Bu mürəkkəblik həm neft sektorunda 25 neft kontraktının mövcudluğu 
və  eyni  zamanda  köhnə  istismar  zonasında  innovasiya  aktivliyinin  yetərli 
olmaması  ilə  bağlıdır.  Həmçinin  müvafıq  sahə  statisikasının  kasıb  olması  belə 
hesablamanı məhdudlaşdırır. Bu məqam səmərəlilik və strateji inkişaf baxımından 
belə bir nəticə çıxarmağa əsas verir ki, dövlət statistika orqanları həm bütövlükdə 
respublika iqtisadiyyatı üzrə və həm də əlahiddə olaraq neft sektoru üzrə innova-
siya fəallığı əmsalını hesablamaq üçün statistik göstəricilər şəbəkəsini genişləndir-
mək lazımdır.  nnovasiya fəallığı əmsalının tətbiqi həmçinin innovasiya sahibkarlı-
ğının  inkişafında  meyar  və  tərəqqi  katalizatoru  kimi  fərqləndirici  üstünlüyünü 
nümayiş etdirə bilər. 
Azərbaycanın neft sektorunda mövcud vəziyyəti nəzərə alaraq innovasiya sa-
hibkarlığının mövcud durumunu əks etdirən müvafıq leviric əmsal – reytinq göstə-
ricisindən istifadə olunmasını təklif edirik. Belə əmsalın tətbiqi isə xarici innova-
siya ilə daxili innovasiya arasındakı proporsiyada innovasiya sahibkarlığının məh-
sul çeşidi diapazonundakı vəziyyəti xarakterizə edir və aşağıdakı düstür vasitəsi ilə 
hesablanır:  
Sl 

d
/

Burada:  
Sl
  
innovasiya sahibkarlığının təyinat leverici;  
 
 
d
  
daxili innovasiyalar,  
 
 
x
  
xarici innovasiyalar. 
 
nnovasiya  sahibkarlığının təyinat levericinin  reytinq dəyişməsi  0-la 1  qədər 
dəyişir.  Burada  təyinat  0-dırsa  deməli  neft  sektorunda  innovasiya  sahibkarlığının 
məhsulu yoxdur. Bu levericin vahidə bərabərliyi də təqdir olunan deyildir. Vahidə 
bərabər  əmsal  yaxşı  hesab  edilsə  də,  o  qapalı,  inteqrasiyasız  fəaliyyəti  səciyyə-


 
98
ləndirmiş olar. Belə hal Yaponiya, Cənubi Koreya, ABŞ və Qərbi Avropa ölkələri 
üçün də məqbul hesab edilə bilməz. Optimallığı isə 50:50 nisbətində götürülə bilər. 
Lakin nəzərə alsaq ki, respublikamızın bazar təsisatlandırmaları və yaxın texnoloji 
durum  perspektivi  qərb  standartlarından  xeyli  geridədir,  onda  ilk  5  illik  mərhələ 
üçün bu əmsalın 0,1 - 0,3 həddini normal qəbul etmək olar. Analoji hesablamalar 
göstərir  ki,  bu  hədd  Azərbaycanın  iqtisadi  inkişafı  ilə  bağlı  digər  göstəricilər 
şəbəkəsi əhatəsində də müqabil ölçülüdür. 
Neft  sənayesi  müəssisələrdə  innovasiyaların  geniş  tətbiqi  müvafiq  təsərrüfat 
subyektlərinin  rəqabət  qabiliyyətliliyinin  artmasına  gətirib  çıxaracaqdır.  Məlum 
həqiqətdir ki, respublikanın neft sənayesində hasilatın 20-25 ildən sonra azalması 
prosesi baş verə bilər. Belə olan təqdirdə ölkənin neft sənayesində mütərəqqi tex-
nologiyaların tətbiqi genişləndirilməli, malliyə axınlarının innovasiya mahiyyətin-
də  səmərəli  konsollidasiyası  möhkəmləndirilməlidir.  Eyni  zamanda  innovasiya 
sahibkarlığının inkişafı sahəsində xarici ölkələrin təcrübəsi ətraflı öyrənilməlidir. 
Təhlil  göstərir  ki,  innovasiya  sahibkarlığı  kontekstində  neft  gəlirlərindən 
istifadə sahəsində uğurlu və uğursuz təcrübə mövcuddur. Daha doğrusu bu sahədə 
uğurlu  fəaliyyət  Norveçdə  və  uğursuz  fəaliyyət  isə  Nigeriyada  müşayiət  olunur. 
Həmin  ölkələrin  təcrübəsi  bir  daha  sübut  etmişdir  ki,  təsərrüfat  prosesinə 
innovasiyalı  yanaşmanın  çox  mühüm  əhəmiyyəti  vardır.  Belə  ki,  zəngin  neft 
yataqlarından səmərəli istifadə edərək aqrar bir ölkə olan Norveç çox qısa zamanda 
sənayecə  inkişaf  etmiş  «neft  bahadırına»  çevrilmişdir.  Ötən  əsrin  70-ci  illərində 
ölkədə neft sənayesinin inkişafı nəticəsində ÜDM-nın həcmi son 25-30 ilə nisbətdə 
6-7 dəfə yüksəlmişdir. Norveçin uğur modeli innovasiya sahibkarlığının hərtərəfli 
inkişafına  əsaslanmışdır.  Nigeriyada  isə  neqativ  təzahürlər  baş  vermişdir.  Neft 
gəlirlərindən  sahibkarlığa  və  xüsusən  də  innovasiya  sahibkarlığına  məhdud 
həcmdə  istifadə  olunması  nəticəsində  dünya  neft  nəhəngləri  sırasında  qərar  tutan 
Nigeriyanın  xarici  borcları  xeyli  çoxalmışdır.  Yoxsulluq  və səfalət  neft  resursları 
ilə zəngin olan ölkəni almış, məmur ambisiyası və korrupsiya ölkə iqtisadiyyatını 
kəskin  böhran  vəziyyətinə  salmışdır.  Xatırlatmaq  lazımdır  ki,  hər  iki  ölkədə  neft 
sektoru  əsasən  dövlət  inhisarındadır.  Lakin  buna  baxmayaraq  Norveç  daim 


 
99
innovasiya  sahibkarlığının  inkişafı  qayğısına  qalmış,  Nigeriyada  isə  mövcud 
reallıqları nəzərə almadan intensiv və ekstensiv gəlir gətirmə hakim kəsilmişdir.  
Təcrübədən  bəlli  olan  bir  elmi  nəzəriyyələşmiş  həqiqət  də  vardır  ki,  inno-
vasiya  sahibkarlığını  həyata  keçirən  neft  kompaniyası  hər  şeydən  öncə  biznesin 
inkişaf  konsepsiyasını  işləyib  hazırlamalıdır.  Bu  məqsədlə  ilk  növbədə  biznes 
mühitinin təhlili aparılmalı və mövcud situasiya qiymətləndirilməlidir. Neft səna-
yesində innovasiya sahibkarlığını inkişaf etdirmək üçün biznes fəaliyyətinin hər üç 
ölçü sferasında – kiçik, orta və iri biznesdə müvafıq proseslər strateji planlaşdırma 
əsasında  reallaşdırılmalıdır.  Bu  innovasiya  sahibkarlığının  təşəkkülü  və  inkişafı 
üçün birinci şərtidir.  
kinci
  addım  kimi  konkret nəticələri  ifadə  edərək  biznes  qurumunun  qısa  və 
uzun müddətli strategiyası reallaşdırılmalıdır. 
Ücüncü
  mərhələ  ümümi  məqsədlər  fonunda  seçim  edilən  strategiyanın 
reallaşdırılması üçün sistem tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. 
Dördüncü
  mərhələ  bir  qədər  mürəkkəblik  tələb  edən  işgüzar  aktivliyi 
yüksəldən tədbirlər blokunu səciyyələndirir. 
Sonuncu beşinci mərhələ nəticələrin təhlilinin aparılması, plan və metodların 
dəyişkənlilik məsələlərini şərtləndirir. 
Neft  sənayesində  innovasiya  sahibkarlığını  inkişaf  etdirmək  üçün  təqdim 
edilən  strateji  planlaşdırma  funksiyası  interaktiv  formada,  yəni  hər  bir  mərhələdə 
keçrilmiş  dövrə  qayıdışın  götür-qoy  edilməsi  fonunda  əhəmiyyətlidir.  Bu  baxım-
dan  da  interaktivlik  prosesində  mərhələlər  arasında  əlaqəlik  real  deyil,  daha  çox 
konseptual mahiyyət daşımalıdır. 
nnovasiya sahibkarlığının əsasını kiçik innovasiya firmaları –  eksplerentlər 
təşkil  edir.  Eksplerentlər  texnoloji  liderlər  olaraq  iqtisadiyyatın  yeni  bazar  seq-
menti törədən sahələrində təşəkkül tapırlar. Onlar elmitutumluğu və rəqabət qabi-
liyyətliliyi  ilə  üstünlük  təşkil  edərək  yeni  texnoloji  ukladlar  yaradırlar.  Eksple-
rentlər  neft  sektorunda  da  uğurlar  qazanan  təsərrüfat  subyektlərindəndirlər.  Bu 
baxımdan neft sənayesində innovasiya sahibkarlığının inkişafı üçün eksplerent tipli 
müəssisələrin formalaşdırılması son dərəcə əhəmiyyətlidir. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə