Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   2   3   4   5   6   7   8   9   ...   37

 
4
Azərbaycanda  sovet  hakimiyyətinin  qurulması  zəminində  yaranan  yeni  siyasi-
iqtisadi sistem isə bütün biznes sferasında olduğu kimi, neft biznesinin inkişafında 
və  onun  nəzəri-metodoloji  əsaslarının  təkmilləşdirilməsində  müvafıq  məhdudlaş-
malar yaratmışdır. Lakin Azərbaycanın dövlət müsətəqilliyinin bərpası və Xəzərdə 
əvvələr  aşkarlanmış  nəhəng  karbohidrogen  yataqlarının  dünyanın  aparıcı  neft 
şirkətləri  ilə  müştərək  işlənməyə  verilməsi  respublikada  neft  biznesinin  inkişafı 
üçün  yeni  bir  mərhələnin  əsasını  qoymuşdur.  Bu  reallıq  neft  sənayesində  ümumi 
iqtisadi  problemlərin  öyrənilməsinə,  xüsusən  də  daha  az  tədqiq  edilən  neft 
biznesinin  inkişafı  ilə  bağlı  elmi  araşdırmaların  aparılmasına  yeni  keyfiyyət 
dəyişiklikləri gətirmişdir. 
Neft  sənayesinin  texniki,  texnoloji  və  iqtisadi  problemlərinə  dair  çoxsaylı 
tədqiqatlar  aparılmış  və  sanballı  elmi  əsərlər  nəşr  olunmuşdur.  Belə  ki,  xarici 
ölkələrin  alimlərindən  A.A.Konoplyanik,  A. .Perçik,  A.L.Arbatov,  R.Dunkan, 
D.Yerqin,  K.Xübbert,  K.Kempell,  .M.Broyde,  V.N.Şelkaçov,  E.S.Kudinov, 
L.K.Linnik  və  başqaları  neft  sənayesində  sahibkarlığın  inkişafının  bəzi 
problemlərini tədqiq etmişlər. 
Azərbaycanda  neft  biznesinin  təşəkkülü  və  inkişafının  ayrı-ayrı  problemləri 
neftçi alimlər Ə.Ə.Əlizadə, Ə.C.Əmirov, Ə.N.Əlixanov, S.A.Vəzirov, S.A.Orucov, 
Ə. .Tağıyev,  A.X.Mirzəcanzadə,  Ə.B.Süleymanov,  X.B.Yusifzadə,  C.M.Mahmu-
dov  və  E.K.Şahbazov,  iqtisadçı  alimlər  Z.Ə.Səmədzadə,  N.A.Əliyev,  A.A.Nadi-
rov, A.A.Ağayeva, A.B.Abbasov, T.Ə.Hüseynov, M.Ə.Axundov, Ş.A.Səmədzadə, 
T.N.Əliyev,  B.S.Xıdırov,  M.A.Atakişiyev,  R.M.Əliyev,  E.M.Hacızadə  və  başqa-
larının tədqiqat obyekti olmuşdur. 
Bu sahədə aparılan tədqiqatların əhəmiyyətini azaltmadan qeyd etmək lazım-
dır  ki,  respublikada  neft  biznesinin  formalaşması  və  inkişafı  məsələlərinə  həsr 
olunınuş  müstəqil  elmi  tədqiqat  işi  yerinə  yetirilməmiş,  bu  problemin  nəzəri-
metodoloji  və  praktiki  məsələləri  kompleks  tədqiq  edilməmişdir.  Məhz  bu 
istiqamətdə  elmi  tədqiqatların  aparılması  zərurəti  dissertasiya  mövzusunun 
seçilməsini şərtləndirmişdir. 


 
5
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işinin əsas məqsədi qloballaşan 
iqtisadiyyat  şəraitində  neft  biznesinin  formalaşması  və  inkişafnın  nəzəri-
metodoloji  əsaslarını  öyrənmək,  Azərbaycanda  neft  biznesinin  inkişafının  müasir 
vəziyyətini kompleks təhlil etməklə onun perspektiv inkişafına dair elmi cəhətdən 
əsaslandırılmış  təklif  və  tövsiyələr  hazırlamaqdan  ibarətdir.  Bu  məqsədə  çatmaq 
üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdur: 
–  müasir  biznesin  mahiyyəti  və  onun  iqtisadiyyatda  yeri  və  rolunun 
qiymətləndirilməsi; 
– neft biznesinin formalaşması və inkişafının nəzəri-metodoloji aspektlərinin 
öyrənilməsi; 
–  yeni  neft  strategiyasının  reallaşdırılması  və  biznes  mühitinin 
yaxşılaşdırılması istiqamətində əməli təkliflərin hazırlanması; 
–  neft  sənayesində  müştərək  müəssisələrin  istehsal-təsərrüfat  fəaliyyətinin 
təhlili və inkişaf perspektivlərinin müəyyən edilməsi; 
– neft biznesinin inkişafının müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi; 
–  neft  biznesinin  dövlət  tənzimlənməsi  mexanizminin  təkmilləşdirilməsi 
istiqamətlərinin müəyyən edilməsi; 
–  neft  sənayesində  innovasiya  sahibkarlığının  inkişaf  istiqamətlərinin 
araşdırılması. 
Tədqiqatın  obyekti  kimi  Azərbaycan  Respublikasının  neft  sektorunu 
bilavasitə  əhatə  edən  əsas  istehsal  və  xidmət  sahələri,  ARDNŞ  və  onun  müvafıq 
servis təyinatlı təsərrüfat subyektləri seçilmişdir. 
Tədqiqatın predmetini müasir bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq 
neft  biznesinin  təşəkkülü,  çevik  inkşafı  və  onun  mütərəqqi  biznes  komponentləri 
ilə zənginləşdirilməsi proseslərində yaranan yeni iqtisadi münasibətlər təşkil edir.  
Tədqiqatın  nəzəri  və  metodoloji  əsasını  iqtisad  elmi  klassiklərinin  əsərləri, 
xarici  və  ölkə  iqtisadçı  alimlərinin  elmi  tədqiqat  işləri,  Azərbaycan 
Respublikasının  müvafiq  qanunları,  ölkə  Prezidentinin  fərman  və  sərəncamları, 
Nazirlər Kabinetinin qərarları, Milli neft strategiyası, Azərbaycan Respublikasının 


 
6
Yanacaq-Enerji  Kompleksinin  nkişafı  (2005-2015-ci  illər)  üzrə  Dövlət  Proqramı 
təşkil edir. 
Tədqiqat prosesini analiz, sintez, induksiya, deduksiya, müqayisəli və sistemli 
təhlil üsullarından istifadə edilmişdir. 
Tədqiqatın informasiya bazasının Azərbaycan Dövlət Statistika Komitəsinin, 
qtisadiyyat  və  Energetika  Nazirliklərinin  materialları,  Azərbaycan  Respublikası 
Dövlət  Neft  Şirkətinin  və  Dövlət  Neft  Fondunun  hesabatları,  habelə  nüfuzlu 
beynəlxalq təsisatların dövrü nəşrlərinin və müvafıq vebsaytlarının informasiyaları 
təşkil edir. 
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 
–  müasir  neft  biznesinin  mahiyyəti,  formalaşması  xüsusiyyətləri, 
iqtisadiyyatdakı  rolu  və  dinamik  inkişaf  amillərinin  elmi-nəzəri  əsasları  yeni 
təcrübi nailiyyətlər və metodik işləmələrlə zənginləşdirilmiş, qloballaşma şəraitin-
də fəaliyyət mexanizminin təkmilləşdirilməsi istiqamətləri əsaslandırılmışdır; 
– neft biznesi ilə bağlı nəzəriyyənin emprik əsasları, məqsəd və funksiyaları 
təsərrüfatlaşan  subyekt  səviyyəsində  yeni  metodoloji  təsnifatda  və  sxematik 
quruluşda təklif olunmuşdur; 
–  neft-qaz  resurslarının  qlobal  inkişaf  dinamikasının  təhlili  əsasında  neftin 
qiymətləndirilməsini şərtləndirən təsnifat parametrləri ümumiləşdirilmişdir; 
–  dərinləşən  inteqrasiya  və  qloballaşma  şəraitində  neft  biznesinin  səmərəli 
təşkilinin mütərəqqi fəaliyyət mexanizmləri əsaslandırılmışdır; 
–  neft  strategiyasının  reallaşdırılması  fonunda  kiçik  və  orta  biznesin 
perspektiv inkişafı istiqamətləri əsaslandırılmışdır; 
– neft sənayesində müştərək müəssisələrin istehsal-təsərrüfat fəaliyyəti təhlil 
edilərək qiymətləndirilmişdir; 
– neft biznesinin diversifikasiyası istiqamətində hasilat sahəsində konsessiya 
üsullu  kontrakt  formasına  keçidin  üstünlüyü,  onun  multipkativ  effektivliyi 
əsaslandırılmışdır; 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə