Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 
79
təkmilləşdirilməsi  məsələsi  növbəti  mərhələyə  qədəm  qoymuşdur.  Lakin  respub-
likada  yaradılan  MM-lərin  ölkəyə  yeni  texnika  və  texnologiyaların,  beynəlxalq 
marketinqin  müasir  metodlarını  və  qabaqcıl  menecmentin  cəlb  olunmasında 
pozitiv rol oynadıqları nəzərə alındıqda, onda bu sahədə normativ-hüqüqi bazanın 
təkmilləşməsi ehtiyacı da şübhəsiz olaraq artır. 
Qeyd olunmalıdır ki, Azərbaycanın neft-qaz sektorunda normativ-hüqüqi baza 
toplum şəklində deyildir. Bu baza ayrı-ayrı normativ-hüquqi aktlardan ibarətdir ki, 
bunların da mühümləri aşağıdakılardır:  
Azərbaycan Respublikasının Konstitusiyası
–  14-cü  maddə  -  «Təbii  ehtiyatların  hər  hansı  fiziki  və  ya  hüquqi  şəxslərin 
hüquqlarına  və  mənafelərinə  xələl  gətirmədən  Azərbaycan  Respublikasına 
mənsubluğu». 
Azərbaycan Respublikasının Qanunları: 
Azərbaycan  Respublikasının  xarici  ölkələrin  neft  şirkətləri  ilə  perspektiv 
strukturların və onları  əhatə  edən  ərazilərin kəşfıyyatına,  işlənməsinə  və  hasilatın 
pay bölgüsünə dair imzalanmış kontraktların ratifıkasiya edilməsi barədə Azərbay-
can Respublikasının qanunları: 
– «Enerji resurslarından istifadə haqqında»; 
– «Yerin təki haqqında»; 
– «Qaz təchizatı haqqında»; 
– «Energetika haqqında»; 
– «Ekoloji təhlükəsizlik haqqında»; 
– «Ətraf mühitin mühafizəsi haqqında»; 
– Boru kəmərləri magistralları ilə neft və neft məhsullarının tranziti sahəsində 
razılaşdırılmış  siyasətin  aparılması  haqqında  12  aprel  1996-cı  il  tarixli  Sazişin 
təsdiq edilməsi barədə; 
– Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında neft sənayesi 
sahəsində  əməkdaşlıq  haqqında  18  fevral  1997-ci  il  tarixli  Müqavilənin  təsdiq 
edilməsi barədə; 


 
80
–  Energetika  Partiyası  Müqaviləsinin,  Energetika  səmərəliliyi  və  müvafiq 
ekoloji  baxışlar  məsələsi  üzrə  Avropa  Energetika  Partiyası  Protokolunun  təsdiq 
edilməsi barədə; 
–  Azərbaycan  Respublikası  və  Qazaxıstan  Respublikası  arasında  neftin  bey-
nəlxalq bazarlara nəql olunmasında əməkdaşlıq haqqında 10 iyun 1997-ci il tarixli 
Müqavilənin təsdiq edilməsi barədə; 
–  «Dövlətlərarası  neft  və  qaz  nəqli  sistemlərinin  yaradılması  üçün  təşkilati 
prinsiplərə dair çərçivə» 22 iyul 1999-cu il tarixli Sazişinin təsdiq edilməsi barədə.  
Azərbaycan Respublikası prezidentinin fərmanları: 
–  «Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  yaradılması  haqqında» 
(1999-cu il 29 dekabr tarixli fərman); 
–  «Heydər  Əliyev  adına  Bakı-Tbilisi-Ceyhan  Əsas  xrac  Boru  Kəmərinin 
layihəsində  ARDNŞ-in  iştirak  payının  maliyyələşdirilməsi  haqqında»  (2002-ci  il 
30 iyul tarixli fərman); 
– «ARDNŞ-in strukturunun təkmilləşdirilməsi haqqında» (2003-cü il 24 yan-
var tarixli fərman). 
Qlobal  təcrübə  isə  bu  işdə  daha  geniş  və  konkret  qanunverici  şəbəkənin 
yaradılmasını  diqtə  edir.  Beynəlxalq  aləmdə  xarici  partnyorluğu  hüquqi  əsaslan-
dıran  mühüm  qanunlar  toplusu  kimi  « nvestisiya  kodeksi»  çıxış  edir.  Belə 
kodeksin  Azərbaycanda  da  yaradılması  aktuallığı  artıq  iqtisadi  fəaliyyətin  zəruri 
həyat normasına çevrilmişdir. Bununla belə iqtisadiyyatın yeni dirçəliş məqamında 
ötən təcrübənin təhlili, buraxılmış səhvlərin təkrarlanmaması, toplanmış elmi nai-
liyyətləri nəzərə alınmaqla ölkədə yeni nümunədə biznes işi hərəkətə gətirilməlidir. 
« nvestisiyon  kodeks»,  «Neft»,  «Hasilatın  pay  bölgüsü»  haqqında  qanunların 
işlənib hazırlanması neft sektorunda biznes işində yeni qabaqcıl seqmentlərin tət-
biqinə və başlıca olaraq fəaliyyətin legitim çərçivədə inkişafına kömək edəcəkdir. 
MM-lərin  fəaliyyət  səmərəliyini  artıran  prinsipial  cəhətlərdən  bir  də  vergi 
sistemi  ilə  əlaqədardır.  Bu  proses  MM  strategiyasında  çox  mühüm  rol  oynayır. 
Məlum  olduğu  kimi,  MM-lərlə  bağlı  neft  sazişləri  ARDNŞ-lə  ayrı-ayrı  neft 
şirkətləri arasında imzalanıb.  


 
81
Ümumiyyətlə, beynəlxalq təcrübəyə görə mineral-xammal sektorunda dövlət 
ikili fiskal münasibətdən çıxış edir. Belə ki, dövlət bir tərəfdən sahibi olaraq təbii 
resurslardan  maksimal  gəlir  götürməyə  çalışır,  digər  tərəfdən  isə,  ali  vergi  haki-
miyyəti  kimi  burada  fəaliyyət  göstərən  şirkətləri  vergiyə  cəlb  edir.  Beynəlxalq 
təcrübədə  mineral  resursların  hasilatında  tətbiq  edilən  başlıca  ödənişlər  bonuslar, 
icarə haqqı – rentals, royalti və vergilərdir. 
Neft sektorunda vergilərlə bağlı araşdırmalar bir də belə nəticəliyə əsas verir 
ki,  burada  qanunverici  şəbəkə  unifikasiya  olunmalıdır.  Xarici  və  daxili  investor 
neft biznesi bazarına daxil olmaq istədikdə o, tam aydınlığı ilə mövcud normativ-
hüquqi mühit haqqında müfəssəl informatik məlumatı bilməlidir. 
Ölkədə  neft  biznesinin  MM  çərçivəsində  inkişaf  etdirilməsi  üçün  normativ-
hüquqi bazanın təkmilləşdirilməsi, fiskal siyasətdə liberal mexanizmlərin tətbiqi ilə 
yanaşı daxili strukturun özündə də modernizasiya işləri aparılmalıdır.  
Məlumdur ki, investisiyaları birbaşa və portfel investisiyalar olmaqla fərqlən-
dirirlər. Birbaşa investisiyalar sahibkar kapitalının investisiyalaşan obyektin nəza-
rətə  götürülən  hissəsini  təşkil  edir.  Sahibkar  kapitalı  yalnız  mənfəət  əldə  etmək 
məqsədi daşıyırsa, bu beynəlxalq kredit kimi, qiymətli kağızlar – istiqraz və səhm-
lər çeşidini əhatə edən portfel investisiyası adlanır.  nvestisiyaların bu bəsit təsni-
fatına uyğun olaraq MM-lərdə portfel investisiyaların tətbiqi geniş vüsət almalıdır. 
Bununla belə neft-qaz sənayesinin inkişafı xarici investorların sərmayələrinin hesa-
bına təmin olunmaqla yanaşı, daxili imkanlar hesabına da inkişaf etdirilməli, MM 
çərçivəsində fəaliyyətsiz və aşağı debetli quyuların milli sahibkar əllərə verilməsi 
prosesinə başlanılmalıdır. 
 
2.4. Neft biznesinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi 
 
Beynəlxalq təcrübə göstərir ki, güclü dövlət və onun aktiv yaradıcı rolu olma-
dan  güclü  iqtisadiyyat  yoxdur  və  ola  da  bilməz.  Dövlətin  siyasi  gücünü  biznesin 
iqtisadi  gücü  ilə  birləşdirmək  üçün  onların  partnyor  olması  gərəklidir.  Dövlətlə 
biznes arasında sosial-işgüzar partnyorluq isə yetərli mürəkkəb və çoxaspektli bir 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə