Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 
85
Milli neft sektorunda biznesin tənzimlənmə mexanizminin təkmilləşdirilməsi 
istiqamətində  digər  amillərin  də  nəzərə  alınması  zəruridir.  Belə  ki,  ARDNŞ-nın 
əsas  fondlarının  köhnəliyi  sahədə  əlverişli  biznes  fəaliyyətinin  qurulmasında 
maneələr yaradır. Təhlil göstərir ki, ARDNŞ-yə mənsub əsas kapitalın aşınma faizi 
o  qədər  yüksəkdir  ki,  burada  bəzi  istiqamətlərdə  əsaslı  təmir  xərcləri  investisiya 
qoyuluşuna  bərabərdir.  Deməli,  sözügedən  problemin  həlli  sahədəki  neft  bizne-
sinin  genişləndirilməsi  strategiyasından  və  bu  strategiyada  istehsal  dövriyyəsini 
tam  əks  etdirən  hər  bir  sahəvi  element  və  təsisatın  ölçü  və  yerinin  dəqiq  təyina-
tından  asılı  olacaqdır.  Bu  məqsədləri  ifadə  edərək  vizual  müşahidələrin,  çoxsaylı 
materialların  təhlili  əsasında  aparılan  araşdırmalar  göstərir  ki,  ARDNŞ-da  biznes 
fəaliyyətinin  genişləndirilməsi  və  müvafıq  investisiya  axınının  obyekti  kimi 
aşağıdakılar istehsal və təsərrüfat komponentləri modernizasiya olunmalıdır: 
– texniki və təşkilati sferada qazma işi; 
– layveriminin yüksəldilməsi texnologiyalarının tətbiq prosesi; 
– neftin hazırlanması və nəqli sahəsi; 
– infrastrukturun genişləndirilməsinə və servis işi;  
– təhcizat və marketinq prosesi; 
– texnoloji və təşkilati menecmentin effektivliyinin artırılması işi. Moderniza-
siya  ilə  yanaşı  fundamental  işlərin də  görülməsi  vacib  hesab  ediləndir.  Bu sıraya 
yüksək keyfiyyətli məhsul istehsal edən mini neft və qaz emalı zavodlarının inşası, 
yeni  xidmət  və  servis  sahələrinin  yaranışı  və  elmi-konstruktur  işlərinin  hərtərəfli 
maliyyələşdirilməsi  ilə  bağlı  tədbirlər bloku daxildir.  Məhz  bu  sahələrə  investisi-
yaları  yönəltməklə  rəqabətli  biznes  işini  canlandırmaq  və  onu  yeni  kefıyyətdə 
tənzimləmək mümkündür. 
Qeyd etmək lazımdır ki, geoloji-kəşfiyyat sferasında da yeni fəaliyyətlər üçün 
çoxsaylı  investisiya  obyektləri  mövcuddur.  Bu  istiqamətdə  digər  bir  unikallıq  da 
yaddan  çıxarılmamalıdır  ki,  ARDNŞ-nin  iqtisadi-texnoloji  modernizasiyasında 
Qərbin birbaşa investisiyaları tələb olunmur. Burada investisiya axıcılığının qabaq-
cıl texnologiyaları gətirən orta miqyasda və ünvanlı formada olması daha münasib 
hesab ediləndir. Bu işdə isə dövriyyə mümkün qədər elə qurulmalıdır ki, qabaqcıl 


 
86
texnologiyaları neft sektoruna gətirənlər sırasında yerli sahibkarlar üstünlük təşkil 
etsinlər.  Eyni  zamanda  həmin  texnologiyaların  gələcək  modifıkasiyası  da  ölkə 
daxilində neft infrastrukturuna qoyulacaq yeni investisiyalar hesabına təmin olun-
sun.  Digər  mənada  neft  sahələrinin  təchizatı  təmin  edən  infrastruktur  və  sənaye 
obyektləri  qabaqcıl  texnologiyaları  istehsal  etmək  zəmində  rəqabətli  əsasda 
yenidən təşkil edilərək fəaliyyət göstərməlidirlər. 
Respublikanın  neft  kompleksində  mövcud  tənzimləmə  sisteminin  də  biznes 
fəaliyyətinin  tənzimlənməsi  ilə  birbaşa  əlaqəsi  vardır.  Bu  sırada  isə  vergiqoyma 
sistemi  çox  mühüm  əhəmiyyət  daşıyır.  Belə  ki,  neft  sektoru  vergi  qanunveri-
ciliyinin  əhatə  etdiyi  xüsusi  müstəvidə  yerləşir.  Müvafiq  müstəvinin  quruluş  və 
xüsusiyyəti də vergi qanunvericiliyinin buradakı sırf fiskal xarakteri ilə bağlıdır. 
Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi növləri 
kiçik  istisnalarla  bütünlüklə  neft  sektorunda  tətbiq  edilir.  Bununla  belə  neft 
sektorunun,  xüsusilə  hasilat  sferasının  xarakterik  xüsusiyyəti  burada  əlahiddə 
vergiqoymanı  şərtləndirir.  Beynəlxalq  praktikada  karbohidrogen  məhsulunun 
çıxarılması  ilə  bağlı  vergi  hasilatın  pay  bölgüsü  üzrə  realaşdırılır  və  o,  yatağın 
açılmasından  əvvəl  üç  qeyri-müəyyən  parametrdə  –  hasilat,  neftin  qiyməti  və 
xərclərlə müəyyən edilir. 
Respublikada hasilatın pay bölgüsü üzrə qanun qüvvəsinə malik olan sazişlər 
çərçivəsində  karbohidrogen  sahəsində  fəaliyyət  göstərən  şirkətlər  üçün  «Mənfəət 
vergisi  haqqında»,  «Xarici  subpodratçıların  vergiyə  cəlb  olunması  haqqında», 
«Fiziki şəxslərin  vergiyə  cəlb  olunması  haqqında»,  « dxal  və ixrac  vergiləri haq-
qında»  və  digər  müvafiq  protokollarla  tənzimlənən,  vergi  məcəlləsindən  fərqli 
üstünlüklərə  malik  olan  xüsusi  rejimli  vergi  sistemi  tətbiq  olunur  [7].  Köhnə 
yataqlarda  istismarı  həyata  keçirən  «Azneft»  stehsalat  Birliyi  üçün  isə  bir  qədər 
mürəkkəb  quruluşlu  mədən  vergisi  tətbiq  edilir.  Təbii  ki,  mədən  vergisi  renta  ilə 
bağlıdır.  Buna görə  də  bu  vergi  növünün  milli  neft sektorunda  tətbiqi,  fiskal  alət 
olaraq  onun  köməyi  ilə  neft  biznesinin  tənzimlənmə  mexanizmi  kimi  əhəmiyyəti 
qeyd edilməlidir. 


 
87
Tarixən  formalaşmış  praktikaya  görə  inkişaf  etmiş  ölkənin  öz  bazarında 
işləyən  neft  kompaniyası  üçün  kapital  qoyuluşuna  müqabil  normal  mənfəət  5-6 
faiz həcmində müəyyən edilmişdir (risk mükafatı formasında L BOR stavkası +2-3 
faiz
).  Əgər  transmilli  kompaniya  inkişaf  etmiş  və  keçid  iqtisadiyyatı  ölkələrində 
fəaliyyət göstərirsə illik normal mənfəətin 15-17 faizə qədər artır (L BOR stavkası 
+ 12-14 faiz)
 [16]. 
Çağdaş  zamanda  mədən  ərazisindən  istifadə  və  burada  hüquqi  münasibətlər 
Azərbaycan  Respublikasında  müvafıq  olaraq  «Yerin  təki»  haqqında  qanun, 
«Torpaq Məcəlləsi», «Vergi Məcəlləsi» və sair normativ aktlarla tənzim olunur. 
Məlumdur ki, yaşadığımız coğrafı məkanın tən yarısına bərabər, sahəsi 43,1 
min  km
2
  təşkil  edən  quru  ərazilərində  ehtiyatlar  potensialı  tükənmış,  dağ-mədən, 
geoloji  şərait  xeyli  çətinləşərək  istismar  kəskin  mürəkkəb  həddə  yetişmişdir.  Son 
30-40 il ərzində burada hasilat 10 dəfə aşağı düşərək dayanaqlaşan orta göstəricidə 
illik  1,5  milyon  ton  neft  və  230-250  milyon  m
3
  qaz  həcminə  müvafıq  olmuşdur. 
Belə vəziyyətdə isə hasilat obyektlərindən eyni zamanda mədən və həm də torpaq 
vergisinin tutulması normal fəaliyyəti daha da məhdudlaşdırmışdır. Digər tərəfdən 
müxtəlif çalarlı olaraq yüksək torpaqtutumlu, ekoloji çətin, yanğın təhlükəli hesab 
edilən neftqazçıxarma müəssisələrinin ərazisindən yığılan torpaq və mədən vergisi 
diferensiallaşdırılmır. Qazanılmış məntiqi reallıq belədir ki, mədən vergisi stratiq-
rafik  və  coğrafı  bölgüdə  yataqların  parametrlərini,  məhsuldarlığını,  dərinliyini, 
hasilatını, bazarlara yaxınlığını və s. şərtləri nəzərə almalıdır. 
Azərbaycanın qurudakı istismar zonasında mədən və torpaq vergisinin maya 
dəyərində  orta  kommulyativ  çəkisi  17-19  faiz  təşkil  edir.  Taktiki  praktikada  bu 
göstərici  8  faiz  konturunda  standart  hesab  edilərək  diferensiallaşdırıldıqda  6-16 
faiz  həddində  tərəddüdü  normal  sayılır  [82,  15].  Nəzərə  alnmalıdır  ki,  Azərbay-
canın köhnə dəniz və quru sektorunda, Xəzərdəki «Günəşli» yatağı istisna olmaqla, 
hasilat əsasən qeyri-rentabellidir. Dənizdə hasil edilən hər ton neftə 5 ton və fontan 
hasilatı  tamamilə  dayanmış  quru  ərazilərdə  isə  13  ton  su  düşür.  Burada  hasilat 
elektrik enerjisindən qaynaqlanan avadanlıq və qurğular vasitəsilə reallaşır. Hesab-
lamalara görə müvafıq qatışığın çıxarılmasına 14 ton neftin hasilatına sərf olunan 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə