Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 
88
qədər elektrik enerjisi məsrəf edilir. Bundan başqa lay təzyiqini saxlamaq üçün də 
əlavə  xərclər  tələb  olunur.  Lakin  bu  xərclər  də  bütün  təsərrüfat  palitrasını  əhatə 
etmir.  Bununla  belə  xərclər  və  gəlirlər  balansının  qeyri-müqabilliyi,  vergi  pres-
sinqi, kəskin aşınan fondlar faktoru, səngiməyən «ödəməmələr» sindromu və döv-
riyyə vəsaitlərinin qıtlığı ümumi toplumda istehsal fasiləsizliyinin normal tempdə 
inkişafına təsir edir, rennovasiyon prosesi məhdudlaşdırır. Monopsoniya şəraitində 
yataq  müxtəlifliyini,  çıxarılan  faydalı  qazıntının  təyinat  və  istifadəsini,  satışın 
nəticəsini  və  həmçinin  digər  amilləri  nəzərə  almadan  tətbiq  edilən  mədən  vergisi 
istehsal  prosesinə  reinvestisiya  olunmur.  Bu  isə  öz  növbəsində  bir  daha  renta 
tədiyyələrindən, elmi-metodoloji prinsipsiz və təyinatsız toplantısından xəbər verir. 
Qurudakı  yataqlar  əhatəsindəki  renta  prosesini  tədqiq  edərək  Xəzərin  Azər-
baycana məxsus 78,8 min km
2
-lik ərazisinin mövcudluğunu da nəzərdən qaçırma-
malıyıq.  Respublikanın  vergi  qanunvericiliyinə  görə  bu  sektor  da  müvafiq  vergi-
qoyma  obyekti  hesab  olunur.  Aydındır  ki,  akvatoriyada  və  dəniz  dibi  məkanda 
ödənişlərdə icarə sahəsi, suyun qalınlığı, məhsuldarlıq, naviqasiya, texniki və kom-
munikasiya imkanlığı kimi iqtisadi komponentlər ön sırada dayanır. Deməli, dəniz 
şelfindəki hasilatda renta ödənişiləri baza predmetinə çevrilməlidir. 
Məhz  bu  spesifık  cəhəti  nəzərə  alaraq  köhnə  dəniz  və  quru  sahələrini  əhatə 
edən  istismar  zonalarında  şaquli  ədalət  prinsipli  vergiqoymanın  tətbiq  edilməsi 
məqsədəmüvafıq  sayılır.  Vergi  rəqabəti  kimi  qəbul  edilməyən  güzəştli  sistemin 
istismarın  sonuncu  fazasına  daxil  olan  köhnə  yataqlarda  rentabelliyin  təminatı 
məqsədilə  müəyyən  müddət  sınanması  məntiqli  və  dövlət  mənafeləri  baxımından 
zəruridir. Bu həmçinin neft biznesinin tənzimlənməsi mexanizminin elastikliyinin 
artırılmasında zəruri addımlardan biri sayılmalıdır. Belə istiqamət respublikamızın 
quruda  yerləşən  yataqlarından  yaşca  cavan,  ehtiyatları  nisbətən  az  tükənmış 
Tatarıstanda da geniş tətbiqini tapmışdır. Ümumiyyətlə, vergi prosesində belə stra-
teji xəttin praktikada tətbiqi geniş yer almışdır. Belə ki, ABŞ və Kanadanın da neft 
sektorunda  azdebitli,  yüksək  istismar  xərcləri  tələb  edən  sahələrdə  vergi  yükünü 
azaltmaqla məhsuldarlığın və rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olurlar. 


 
89
Apardığımız  təhlil  və  müşahidələr  bir  daha  göstərir  ki,  respublikanın  neft-
çıxarına sənayesində vergi qanunvericiliyinin təkmilləşdirilməsi, xüsusən ds azde-
bitli,  resessiya  vəziyyətində  olan  qurudakı  istismar  zonasında  renta  münasibətləri 
ilə bağlı normativ-hüquqi aktların istismar strategiyasına uyğunlaşdırılması yalnız 
istehsal baxımından deyil, həm də bərabər nisbətdə biznesin inkişafı problemi kimi 
qarşıda  durur.  Neft  biznesinin  tənzimlənməsi  mexanizmini  təkmilləşdirmək 
məqsədilə  qurudakı  istismar  zonasında  bütün  spektri  və  dövriyyəni  əhatə  edən 
əlahiddə  spesifik  vergi  rejimi  yaradılmalıdır.  Ümumilikdə  neft  sənayesində  vergi 
siyasəti  biznes  fəaliyyətinin  səmərəli  təşkilinə,  istehsalın  stimullaşdırılmasına  və 
əlverişli  biznes  mühitinin  yaranışına  yönəlməlidir.  Fikrimizcə,  bu  siyasətin 
gerçəkləşməsi aşağıdakıları ehtiva edir: 
– maliyyə dayanıqlığına qədər vergi güzəştlərinin tətbiq edilməsi; 
– biznesin tənzimlənməsində yeni vergi siyasətinin tətbiq edilməsi; 
– fiskal oriyentirli vergiqoymadan effektli istehsalı və onun həcminin artırıl-
masını stimullaşdıran investisiya oriyentirli vergiqoyma sisteminə keçidin təşkili; 
–  iqtisadi  konyukturu,  yataq  parametrləri  və  dağ-mədən  şəraiti  fərqliliyini 
nəzərə alan optimal vergi yükünün müəyyən edilməsi, stabil, idarə olunan sahəvi 
universal vergi rejiminin yaradılması; 
– vergiqoymaya ekoloji istiqamət verilməsi. 
Neftqazçıxarmada  strateji  məqsədləri  ifadə  edən  vergi  siyasətinin  tətbiqi 
istehsalda xammaldan effektiv istifadəyə, fəaliyyətsiz quyu fondunun işlək rejimə 
qaytarılmasına,  çətin  dağ-mədən  şəraitli  yataqların  mənimsənilməsinə  və  layveri-
minin artırılmasına səbəb olacaqdır.  
Azərbaycanın  neft  strategiyasına  uyğun  olaraq  aparılan  islahatla  prosesinin 
yeni  mərhələyə qədəm qoyması təkmil qanunvericilik bazasının genişləndirilməsi 
ilə  şərtlənir.  Konsensiya  müqaviləsinin  bağlanması  toplanmış  təcrübəyə  istinadən 
daha nizamlı və elmi cəhətdən əsaslandırılmış xətt üzərində qurulmalıdır. Bu xəttin 
nizamlayıcıları  bilavasitə  normativ-hüquqi  bazanın  təkmilləşdirilməsindən  keçir. 
Ona  görə  də  müasir  dövrdə  Azərbaycanın  neft  sənayesinin  inkişafı  və  səmərə-


 
90
liliyini  təmin  edən  mükəmməl  normativ-hüquq  baza  yaradılmalıdır.  Dünya  təcrü-
bəsinə əsaslanaraq bu normativ-hüquqi baza özündə aşağıdakıları birləşdirməlidir:  
– Karbohidrogen məhsullarının hasilatı və işlənməsi haqqında qanun; 
– Yerin təki haqqında qanun;  
– Neft və qaz təchizatı haqqında qanun; 
– Hasilatın pay bölgüsü və konsessiya haqqında qanun; 
– Enerji təhlükəsizliyi haqqında qanun; 
– Magistral neft və qaz kəmərləri haqqında qanun;  
– Karbohidrogen ehtiyatlarının təsnifatı üzrə normativ-hüquqi akt; 
– Neft və qaz emalını tənzimləyən normativ-hüquqi aktlar; 
– Neft sektorunda istehsal xərclərini normalaşdıran təlimat; 
– Neft infrastrukturunun təşkilini nizamlayan normativ-hüquqi aktlar; 
– Neft işinin auditi haqqında təlimat. 
Neft  sektorunda  biznes  fəaliyyətinin  genişləndirilməsində  və  təkmil  tənzim-
ləmə mexanizminin qurulmasında YEK-in inkişafı ilə bağlı müvafiq dövlət proq-
ramları  müstəsna  rol  oynayır.  Dövlətin  milli  neft  sektorunda  biznes  fəaliyyətinin 
genişləndirilməsi və onun optimal tənzimlənməsi üçün firmanın inkişaf strategiya-
sının  təkmilləşdirilməsini  zəruri  edir.  Burada  məlum  və  situasiyalı  yanaşmada 
operativ  tənzimləmə  mexanizmlərindən  istifadə  xüsusilə  əhəmiyətlidir.  Müasir 
mərhələdə neft biznesini təşkilati-iqtisadi metodlarla firmadaxili tənzimləməsində 
informasiya axınlarını gücləndirən və təminatlı edən, onu taktiki və strateji planda 
qərarverməyə  kökləyən  mexanizmlərin  qurulması  vacibdir.  Bunun  üçün  bütün 
informasiya  axınlarını  «qərarvermə  pultunda»  akkumulyasiya  edən  iqteqrir  infor-
masiya sistemləri qurulmalıdır. Bu sistem klassik avtomatik idarəetmə sistemindən 
informasiya texnologiyalarına əsaslan üstünlüyü ilə fərqlənir. 
Neft biznesinin tənzimlənməsində banklarla yeni mütərəqqi əməkdaşlıq üzə-
rində partnyorluq münasibətlərinin qurulması əhəmiyyətlidir. Bu həm sövdələşmə-
lərdə  təminat,  kredit  təminatı,  maliyyə  əməliyyatlarının  operativliyi  və  xüsüsilə 
borclar probleminin həllində çox mühüm funksional mahiyyət daşıyır. Belə əmək-
daşlığın  genişlənməsi  və  daha  münasib  olması  üçün  respublikamızda  «Neft  Ban-


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə