Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   29   30   31   32   33   34   35   36   37

 
94
nnovasiyalar sahəvi kontekstdə differensiasiya olunurlar. Bu təsnifata texno-
loji innovasiya sferasında aşağıdakılar daxildir: 
– yanacaq-enerji; 
– poliqrafiya; 
– metallurgiya. 
Digər  sahələr  isə  məhsuldar  innovasiyaları  əhatə  edir  və  daha  elmi  tutum-
luluğu ilə fərqlənir. 
Neft sənayesində də innovasiya sahibkarlığı dinamik proses olmaqla həm tex-
noloji və həm də idarəetmə kontekstində əhəmiyyətli rol oynayır. Bu mənada nə-
həng karbohidrogen potensialı əsasında yeni neft strategiyasını reallaşdıran Azər-
baycan  Respublikasında  da  innovasiya  fəaliyyətinin  genişləndirilməsinə  böyük 
ehtiyac duyulur. 
Məlumdur  ki,  Xəzərin  böyük  potensiala  malik  neftli  strukturlarının  mənim-
sənilməsinin  texnoloji  və  iqtisadi  strategiyası  innovasiya  nailiyyətləri  sferasında 
cərəyan edir. Qeyd etmək lazımdır ki, yeni yataqlarının işlənməsində konsersium 
tərəfdaşları  tamlıqla  ən  müasir  və  qabaqcıl  texnologiyaları  tətbiq  edir  və  innova-
siya  sahibkarlığının  inkişafına  ciddi səy  göstərirlər.  Əslində burada nəzərə çarpa-
caq dərəcədə konservativ sistemli, qapalı dairəli və ləng addımlı innovasiya sahib-
karlığı  mövcuddur.  Belə  ki,  onların  tətbiq  etdiyi  innovasiyalar  geniş  diapazonda 
respublikanın  hududları  kənarında  yaranaraq  istehlak  edilir.  Konsorsium  tərəf-
daşları  Azərbaycanın  neft  infrastrukturunda  fəaliyyət  göstərən  istehsal  və  xidmət 
müəssisələrinin  universal  standartlara  uyğun  gəlmədiyini  və  müvafiq  monoqram-
lara malik olmadığını əsas götürərək innovasiya fəaliyyətini Avro-Atlantik məka-
nın  resursları  hesabına  həyata  keçirirlər.  Əlbəttə  belə  yanaşma  respublikanın  neft 
sektorunda  innovasiya  sahibkarlığının  yerli  iş  adamlarının  fəaliyyətinə  əsaslanan 
inkişaf istiqamətini xeyli məhdudlaşdırır. 
Azərbaycanın neft sənayesində innovasiya sahibkarlığının təşəkkülü, mövcud 
durumu  və  inkişaf  perspektivlərini  geniş  təhlil  etməzdən  öncə  bu  sahibkarlıq 
fəaliyyətinin mahiyyətinə və prinsiplərinə müasir tələblər baxımından yanaşılması 
vacibdir. Bu isə onunla əlaqədardır ki, Azərbaycanın neft sənayesində innovasiya 


 
95
sahibkarlığının  inkişaf  istiqamətləri  və  model  seçimi  elmi  cəhətdən  əsaslandırıla 
bilsin. 
nnovasiya  sahibkarlığı  iqtisadi  fəaliyyətin  çoxcəhətli  sahələrindən  olmaqla 
yeni məhsulun mənimsənilməsində həm hüquqi və həm də fıziki şəxslər qismində 
iştirakı təmin edir. Neft sektorunda da analoji qaydada innovasiya məhsulu yaranır. 
Geniş və əhatəli olaraq innovasiya sahibkarlığı müvafiq infrastrukturun yaradılma-
sını şərtləndirir. Bu infrastruktur şəbəkəyə fikrimizcə aşağıdakı 7 mühüm əlaməti 
daxil etmək olar: 
1. Normativ-hüquqi baza; 
2.  Elmi  işləmələrin  kommersiyalaşma  və  kapitallaşmasını  reallaşdıran 
təşkilati şəbəkə; 
3. Konsultasiya mərkəzləri; 
4.  nformasiya ötürücü mərkəzlər və xidmətlər; 
5. Yeni yaranışların idxal və ixrac əməliyyatlarını reallaşdıran təşkilatlar; 
6.  Mühəndis,  audit,  menecment,  kordinasiya  və  bu  kimi  pullu  xidmətlər 
göstərən təşkilatlar şəbəkəsi; 
7. Yenilikləri qəbul və tətbiq edən kadrlar. 
Azərbaycanın neft sektorunda innovasiya sahibkarlığının inkişafı üçün zəruri 
olan  bu  infrastruktur  komponentlərin  sırasına  nəzər  yetirdikdə  görərik  ki,  ilk 
səmərəli funksional fəaliyyət elementi sayılan normativ-hüquqi baza sahəvi irəlilə-
yişləri nəzərə almır. Belə ki, Xəzərdəki ofoşor zonada fəaliyyət kontraktlar forma-
sında, köhnə istehsal və istismar obyektlərində isə vahid neft qanunvericiliyi möv-
cud deyil. Eyni sektor üçün fərqli və üstəlik də təkmilləşməyə ehtiyacı olan qanun-
vericilik  şəbəkəsi  buradakı  innovasiya  sahibkarlığının  geniş  fəaliyyətini  məh-
dudlaşdıran başlıca amildir. Digər tərəfdən elmi işləmələrin kommersiyalaşma və 
kapitallaşmasını reallaşdıran təşkilati şəbəkənin, habelə müvafıq sferanı əhatə edən 
sanballı  konsaltinq  və  informasiya  ötürücü  mərkəzlərinin,  yeni  yaranışların  idxal 
və  ixrac  əməliyyatlarını  reallaşdıran  təşkilatların  olmaması  və  ya  məhdud  dairəsi 
milli  neft  sektorunda  innovasiya  sahibkarlığının  inkişafını  ləngidən  əsas  səbəblər 
hesab  edilir.  nnovasiya  sahibkarlığının  inkişafında  injinirinq,  audit,  menecment, 


 
96
koordinasiya  və bu kimi  pullu xidmətlər göstərən  təşkilatlar,  yaranışları  qəbul və 
tətbiq edən elmi və praktik kadrlar potensialı da mühüm rol oynayırlar [35]. 
Milli neft sektorunda innovasiya sahibkarlığını məhdudlaşdıran determinant-
lar şəbəkəsinin vəziyyəti əslində heç də mürrəkkəb və çətin sistemli deyil. Araşdır-
malar sübut edir ki, neft sektorunda bütün istiqamətlərdə fəaliyyət genişliyi, işgü-
zar biznes mühitinin formalaşdırılması normativ-hüquqi bazanın təkmilləşdirilməsi 
ilə bağlıdır. Bu sahədə ölkədə hər il müvafıq işlər görülür. Lakin bu sahədə işlərin 
daha da sürətləndirilməsinə ehtiyac vardır. Qanunvericilik sferasında fəaliyyət pro-
sesinin arxasınca getməməli, perspektivləri nəzərə alaraq daim təkmilləşdirilməli-
dir.  Aydındır  ki,  ilk  neft  akademiyası  titulunu  qazanmış  Azərbaycanın  çoxsaylı 
yüksək  ixtisaslı  mühəndis  kadrları  elmi  işləmələrin  kommersiyalaşma  və  kapital-
laşmasını reallaşdıran təşkilati şəbəkənin, müvafiq konsaltinq və informasiya ötü-
rücü mərkəzlərinin, yeniliklərin idxal və ixrac əməliyyatlarını reallaşdıran təşkilat-
ların formalaşdırılması və reytinqinin yüksəldilməsinə nail olacaqlar. Bu prosesin 
gücləndirilməsində innovasiya fəaliyyəti ilə bağlı adekvat dövlət innovasiya siya-
sətinin aparılması və bu siyasətə uzunmüddətli proqramlar çərçivəsində baxılması 
vacib şərtdir. 
Bütün bunlarla yanaşı bir cəhət xüsusi vurğulanmalıdır ki, innovasiya prosesi 
cəmiyyətin  innovasiya  fəaliyyətinə  əsaslanır.  O,  yeni  məhsulunun  yaranmasında 
intellektual əməyin məcmusu kimi çıxış edir. Yeni məhsul isə texniki, istehsal və 
kommersiya  xarakterli  ola  bilər.  Bu  üç  əlamət  neft  sektoru  üçün  olduqca  uyğun 
səciyyəvidir.  Belə  ki,  karbohidrogen  təyinatlı  neft,  qaz  və  kondensat  istehsal 
xüsüsiyyəti ilə yanaşı mühüm xalq təsərrüfatı əhəmiyyətlidir. 
nnovasiya  prosesi  texnikaya  yeni  xüsusiyyətlər  gətirən,  onun  keyfiyyət 
parametrlərini  dəyişdirən  ictimai  və  şəxsi  tələbləri  daha  dolğun  ifadə  edən  bir 
prosesdir.  nnovasiya  fəaliyyəti  innovasiya  aktivliyi  ilə  xarakterizə  olunur  və  o 
fəallıq əmsalı ilə ölçülərək aşağıdakı kimi hesablanır [83, 89]. 
 
Ə
F
 = Y
t
 / Y

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə