Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   29   30   31   32   33   34   35   36   37

 
100
Praktiki  reallıq  belədir  ki,  kiçik  və  qismən  də  orta  innovasiya  müəssisələri 
böyük  müəssisələrə  nisbətən  daha  yüksək  gəlir  əldə  etməkdə  şanslıdırlar.  Bu 
şanslılığı aşağıdakı arqumentlərlə ifadə etmək olar:  
– kiçik bazarlara oriyentasiya edilən strategiyalar; 
– kəskin rəqabət dairəsinin məhdudluğu; 
– kapitaltutumluğunun yüksək olmaması; 
– istehlakçılarla birbaşa əlaqələrin əlverişliliyi; 
– elmi-texniki nailiyyətlərin sərhədlərində olan baza nəticələrindən istifadə; 
– elmi-konstruktur layihələrinin çoxvariantlı şəbəkədə istifadə imkanlılığı; 
– iqtisadi stabitliyin nisbi üstünlük şəraiti. 
Bütün  bunları  nəzərə  alaraq  ölkənin  neft  sektorunda  biznes  fəaliyyətinin 
genişləndirilməsi  və  onun  hesabına  sahənin  iqtisadi  fəaliyyətinin  artırılması  kiçik 
neft biznes qurumlarının təşkili kontekstində məqbul sayıla bilər. Neft sənayesində 
innovasiya  sahibkarlığının  inkişafında  vençur  kapitalından  istifadə  müstəsna 
əhəmiyyəti  kəsb  edəcəkdir.  Aydındır  ki,  kapital  riskliyi  ilə  fərqlənən  innovasiya 
sahibkarlığının  inkişafı  vençur  kapitalından  istifadə  etmədən  yüksəliş  tapmaya-
caqdır. Vençur biznesi xüsusilə kiçik sahibkarlığın inkişafında böyük rol oynayır. 
Bütün  bunlarla  yanaşı  ARDNŞ-nin  vahid  və  ya  bir  neçə  Şaquli  nteqrasiya 
olunan təşkilata bölünməsi zərurətliyində iri biznes strukturlarının perspektivinə də 
nəzər  yetirilməlidir.  Baxmayaraq  ki,  iri  innovasiya  müəssisələrinə  konservativlik 
və  lənglilik  təzahürləri  xasdır,  bütöv  və  ya  daxili  strukturlar  çərçivəsində  inno-
vasiya sahibkarlığının inkişafı üçün çeviklik nöqteyi-nəzərindən iri biznes qurum-
ları daha müqabildir. Belə ki, iri innovasiya müəssisələri miqyaslı və kütləvi tex-
noloji yaranışları daha asan mənimsəmək iqtidarındadırlar. Böyük koorporativ hü-
quqlu  və  maliyyə  təminatlığı  baxımından  fərqlənərək  iri  innovasiya  müəssisələri 
sərt  rəqabət  məngənəsində  daha  şanslı  və  imkanlıdırlar.  Onların  üstün  cəhətləri 
sırasında  məhsul  aprobasiyası,  lizensiya,  patentləşmə  və  sertifıkatlaşma  kimi 
üstünlükləri də vardır. Buna görə də Azərbaycan höküməti neft sektorundakı qeyri-
maddi  aktivlərin  çeşid  və  keyfıyyət  fərqliliyinə  malik  ARDNŞ-da  innovasiya 


 
101
sahibkarlığının  inkişaf  etdirlməsində  bazar  təsisatlı  koorporativ  fəaliyyətə  dəstək 
verməlidir. 
Fikrimizcə  ARDNŞ-nin  vahid  və  ya  bir  neçə  Şaquli  nteqrasiya  olunan  təş-
kilata  bölünməsi  zərurətliyində  innovasiya  sahibkarlığının strateji xətti aşağıdakı-
lardan ibarətdir: 
–  korporativ  strategiya  (kompaniyanın  bütün  fəaliyyət  sferasında  olan  stra-
tegiya); 
– işgüzar strategiya (kompaniyanın hər bir məhsul çeşidi üzrə fəaliyyət stra-
tegiyasi); 
– funksional strategiya (təyin olunan funksional fəaliyyət sferası – marketinq, 
maliyyə və sair); 
əməliyyat strategiyası (nisbətən dar strategiya olmaqla taktiki gedişləri ifadə 
edir). 
Qeyd  etmək  lazımdır  ki,  Şaquli  nteqrasiya  olunan  təşkilata  xas  innovasiya 
sahibkarlığının  strateji  xətti  istənilən  kiçik  və  orta  biznes  bölümü  üçün  də  tətbiq 
edilə bilər. Lakin burada müvafıq biznes növünə uyğun dövriyyə müddətinin daha 
qısa olması zəruridir. Burada səmərəlilik material və enerji məsrəfınə, əmək haq-
qına, maya dəyərinə, mənfəətə, fondveriminə, rentabelliyə və bütün texniki-iqtisadi 
indikatorlara təsir edən innovasiya məhsulunun iqtisadi sturukturu ilə əlaqədardır. 
Şaquli inteqrasiya olunan ARDNŞ-da innovasiya sahibkarlığının strateji xət-
tini piramida formasında aşağıdakı sxem kimi vermək olar. 
 
 
 
 
 
 
 
 
 


 
102
Sxem 5. 
Ş
AQUL   NTEQRAS YA OLUNAN ARDNŞ-da 
NNOVAS YA SAH BKARLIĞININ STRATEJ  XƏTT  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Beləliklə,  apardığımız  araşdırmalar  sübut  edir  ki,  Azərbaycanın  neft  səna-
yesində innovasiya sahibkarlığının inkişaf etdirilməsi önəmli məsələdi.  nnovasiya 
sahibkarlığının  inkişafında  ARDNŞ-nin  vahid  və  ya  bir  neçə  Şaquli  nteqrasiya 
olunan təşkilata bölünməsi və eksplerent müəssisələr formasında təşəkkülü mühüm 
rol  oynayacaqdır.  Qeyd  edilən  tədbirlərin  həyata  keçirilməsindən  gözlənilən 
yüksək nəticə aşağıdakı keyfiyyət dəyişkənliyində öz əksini tapacaqdır: 
– neft sektorunda çeşidli innovasiya məhsulunun yaradılması; 
–  istehsal  və  maliyyə  sferasında  innovasiya  sahibkarlığının  yeni  ampulada 
təşəkkülü və inkişafı; 
Regionlar, rayonlar, müəssisələr, 
daxili funksional şöbələr
 
 
 
 
 
 
 
PLAN 
Ehtiyatlar, 
neft-qaz hasilatı, 
emal, təchizat
 
stehsal, 
elmi-konstruksiya işləri, 
mahketinq, maliyyə
 
Regionlar, rayonlar, müəssisələr, 
daxili funksional şöbələr
 
KORPORAT V STRATEG YA 
Ş
GÜZAR STRATEG YA 
FUNKS ONAL STRATEG YA 
OPERAT V STRATEG YA 


 
103
– xarici investisiya axınının gücləndirilməsi; 
– normativ-hüquqi bazanın təkmilləşdirilməsi; 
–  ARDNŞ  strukturlarında  kommersiya  fəaliyyətinin  strateji  planlar  əsasında 
təşkili; 
– milli statistikada innovasiya fəallığı əmsalının tətbiqi və bununla da analitik 
informasiya şəbəkəsinin genişləndirilməsi;  
– elmi-tədqiqat təsisatlarının vahid «Neft» institutunda təmərküzləşməsi: 
– iri təsərrüfat subyektlərində elmi-tədqiqat konstruktor bürolarının təşkili və 
NQÇ -lərdə fəaliyyət göstərən ənənəvi «Elmi-tədqiqat və  stehsalat işlər sexlərinin 
bazar müstəvisində yeni inkşaf strukturunda formalaşması. 
nnovasiyalar  çağdaş  zamanda  reputasiyalı  təşkilatın  fəaliyyət  missiyasının 
leytmotivinin əsasını təşkil edirlər. Bununla belə innovasiya sahibkarlığın inkişafı 
təkcə firma reytinqinin hədəfı deyil, o başlıca olaraq dayanaqlı inkişaf  mühafizə-
sində  və  bazar  konyukturunun  fəth  edilməsində  daim  təkmilləşən,  çevik  təşkilati 
bir alətidir. Deməli, neft sənayesində innovasiya sahibkarlığının inkişafı istiqamə-
tində  konkret  tədbirlər  sistemi  hazırlanmalı  və  həyata  keçirilməlidir.  Bu  işdə 
sahibkarlarla yanaşı dövlətin xüsusi qayğısı və dəstəyi lazımdır.  
 
 
 
 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə