Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 

 

25 



 

Sosial, yaş və milli çərçivələr arasındakı sərhəd pozulur, məsələn: qadın və 

kişi  geyimi,  gündəlik,  iş  və  ziyafət  geyimi.  Əvvəllər  bir-birindən  kəskin  ayrılan 

üslublar, indi  bir-birinə qarışır,  birləşir və bir-birindən nəisə  götürürlər.  

Ə

gər,  XX  əsrin  ortalarında,  dəbdə    2-3  aşkar  istiqamət  varidisə,    bu  gün  



istiqamətlər  saysız  hesabsızdır.    Belə    bir    halda    üslubun  yeganəliyi  haqqında 

danışmaq  çox çətindir.   Dəblə geyinmək, əslində o və ya bu  üslubun arxasınca 

getmək deyil, öz üslubunu tapmaqdır. 

Dəb  isə  üslub  deyil,  şəxsi  obrazdır.  Seçdiyimiz  üslub  və  geyimimizdəki, 

elementlər  bizim  xarakterimizlə  bağlıdır.  Ona  görə  də  biz  üslub  haqqında  yox, 

üslubların psixoloji  tipləri haqqında danışacağıq. 

nsanın  daxili    keyfiyyəti,  onun  xarici  formasını  diktə  edir.  Seçdiyimiz  üslubun 

ə

sasında,  ətrafdakılar bizim daxilimizi  və xarakterimizi başa düşə bilər. 



Tam  və  tanınmış  obrazlar  olan  bir  neçə  üslub  haqqında  fikirlərimizi  izah 

etməyə çalışaq. 



2.1.Klassik üslubun xüsusiyyətləri 

Bu üslub  illər ötsə də, yaxşı görünür. Ona görə ki, klassik üslubda tikilmiş 

geyimlər  əbədidir,  dəbin  tendensiyaları  kimi  dəyişmir.  Ciddi,  dəyişən  dəblərin 

tendensiyasına  uyğun  tikilməyən  geyimlərin  universal  elementləri  olur.Klassik 

üslublu  geyimdə  istənilən  vəziyyətdə  yaxşı  görünəcəksiniz.Bir  neçə  dəbdə  olan 

aksesuar əlavə etməklə müasir görünmək heç də çətin deyil. 

Fransada  baş  verən  inqilabla  birlikdə  azadlıq  və  fərdiyyət  anlayışları  girdi 

həyatımıza.  Maarifçilik  dövrü  olaraq  da  bilinən  klassik  dövr  intibahın  lüks  və 

dəbdəbənin əksinə, sadə, dəbdəbəsiz bir hörmətin ifadəsi olaraq anadan olub. 

Bu  növ  geyimlərdə  artıq  heç  bir  element  gözə  dəymir.  Bu  üslub  dəblə  o 

qədər də ayaqlaşmır. Ciddi insanların üslubudur və  dövlət əhəmiyyətli tədbirlərdə, 

məclislərdə istifadə olunur.  

Klassik  üslubu  asanlıqla  tanımaq  olar.  O  öz  sadəliyi,  ciddiliyi,  yığcamlığı, 

rahatlığı    və    ahəngdarlığı  ilə  yanaşı  zəriflikdə  yaradır.  Klassik  üslub  qışqıran 




 

 

26 



 

cəlbedicilyə və qeyri-adiliyə yol vermir.Klassik üslub geyimdə ilk növbədə inkişaf 

etmiş zövqü vurğulayır. O, işgüzar və təntənəli geyim  kimi istifadə oluna bilər. 

Klassik üslubda işlənmiş məmulat olduqca uzun sürən silsiləyə malikdir və 

öz  aktuallığını  itirmir,  yəni  bir  neçə  mövsüm  ərzində  dəbdən  düşmür.  Bundan 

ə

lavə,  o  başqa  üslublu  geyimlərlə  yaxşı  komplektləşir  ki,  bu  da  onların 



çoxvariantlığına kömək edir, bu isə qarderobun yaradılmasında çox vacibdir. 

Bu üslub hələ XIX əsrin sonundan formalaşmağa başlamış və XX əsrin  

30-cu illərində başa çatmışdır. (şək. 4) 

Bu  üslubun  vətəni  ngiltərə  olduğundan  (bu  üslub  üçün  məhz  ingilis  kişi 

kostyumunun əlamətləri səciyyəvidir) bunu həm də “ingilis” üslubu adlandırırlar. 

Bu üsluba aid olan insanlar peşəkar, zövqlü və yaxşı təşkilatçıdırlar. Onların 

xarakterinə, özünə inamlılıq, nizam-intizamlılıq, şöhrətpərəstlik,  məqsədyönlülük, 

nüfuzluluq,  praktiklik  və  yaxşı  fiziki  formada  olmaq  xasdır.  Bu  qadınlar 

mükəmməlliyə can atarlar. Özləri üçün də yaxşı görünməyə üstünlük verərlər. 

ş

ində  və  şəxsi  həyatında  da  şanslıdırlar.  Hər  bir  vəziyyətdə,  klassik  üslubun 



nümayəndələri  öz  markalarını  saxlaya  bilir:  nəzakətli,  xarici  görkəmi  baxımlı,  

eleqant,  hörmətə layiq, tam və sağlam insan təəssüratı yaradırlar. 

Klassik  geyim  dedikdə,  adətən  sıxıcı  iş  geyimləri  ağla  gəlir.  Lakin  klassik 

geyimdə də hər kəs öz bədən tipinə və zövqünə görə bir tərz yarada bilər. 

 

Kişilər  artıq  ağır  rəng  tonlarının  başqa  canlı  rəngləri  də  gündəlik 



həyatlarında  istifadə  etməyə  başladılar.  Əlbəttə  klassik  geyim  deyince  ilk  ağla 

gələn kostyumlar olur. Kostyumdan başqa  bir-birinə uyğun şalvar, pencək, jilet və 

köynək  kombinler  də  seçilə  bilər.  Amma  seçəcəyimiz  hissələrin  bir-birinə 

uyğunluğu qədər bədən obrazımıza uyğunluğu da çox əhəmiyyətlidir. Bədənimizi 

nə qədər yaxşı tanısaq geyindiyimiz geyimlər də o dərəcədə yaraşacaq. 

Uzun  boylu  kişilər  boyunlarını  daha  da  uzun  göstərməmək  üçün    xətli 

kostyumları    geyinməkdən  çəkinməlidirlər.  Həmçinin  ayaqqabı  seçimində  də  iti 

burun  əvəzinəküt  burunlu  modellər  üstünlük  verməlidirlər.Qısa  boylu  kişilər  isə 

eninə xətli kostyumlar yerinə,  incə xətli kostyumlara üstünlük verməlidirlər.  



 

 

27 



 

Beləliklə  olduğundan  daha  uzun  görünürlər.  Kostyum  seçərkən  düz  və  tək 

rəng seçim etməlidirlər. Pencəkləri uzun olmamalıdır, siluetə oturan iki üç düyməli 

qısa pencəklər geyinməlidirlər. 

Qadınlarda  isə  seçim  hər  zaman  daha  çox.  Klassik  bir  paltar,  uyğun  bir 

ayaqqabı  və  çanta,  dəbdən  heç  vaxt  düşməyəcək  kostyumlar,  ya  da  həm  klassik, 

həm  rahat  olsun  deyirsinizsə  kətan  parçalı  şalvar,  ətək,  köynəklə  kombinlər  edə 

bilərlər.Klassik geyimdə şalvar əhəmiyyətli bir yer tutur. Şalvar seçimində tez-tez 

olmaq  və  olduğundan  kök  görünməmək  üçün  büzgüsüz  və  pilesiz  şalvarları 

üstünlük verin. Çünki büzmələr hər zaman sizi daha qarınlı göstərir. 

Ə

tək klassik geyimdə çəkinizin gizlənməsinə kömək edir. Ətək üzunluğunda 



diz  səviyyəsini  seçim  etsəniz  ayaqlarınızın  yaxşı  görünməsini  təmin  edər.  Boyu 

qısa olan qadınlar isə bu baxımdan uzun ətək seçməməlidirlər. 

Klassik  üsluba  üstünlük  verən  kişilər  səliqəli,  qısa  kəsimli  saçı,  taraş 

olunmuş  üzü  və  baxımlı  əllərlə  seçilir.  Bir  və  ya    iki  bortlu  klassik  kostyumlara 

üstünlük  verərlər.  Kostyuma  uyğun  bir  rəngli  və  yaxud    xətli  köynəkləri,  sakit 

tonlu, həndəsi naxışlı qalustukları sevirlər. Onların qarderobunun əsas elementi iş 

geyimləridir.  Əsasən,  boz  tonlara  üstünlük  verirlər.  Paltosu  isə  hər  zaman 

düzbiçilmiş, qara  və yaxud tünd boz rəngdə olur. Şlyapası, əlcəkləri və ayaqqabısı 

bir tondadır. 

Klassik  üsluba  üstünlük  verən  qadınlar  elə  saç  düzümünü  seçirlər  ki,  onu  

müxtəlif  formalara salmaq mümkün olsun, məsələn kare.  Dəbi saxlamaqla yanaşı,  

saçını  öz  təbii  rənginə  yaxın  bir  rənglərə  də  boyaya  bilərlər.  Əgər  saçları  qısa, 

yaxud orta uzunluqdadırsa, onlara yumşaq forma verilir,  əgər uzundursa yumaq, 

yaxud quyruq formasında orijinal sancaqlarla yığmağa üstünlük verərlər. Makiyaj 

sakit,  neytral, amma dəqiq işlənmiş olmalıdır. Dodaqlar isə yumşaq tonlu dodaq  

boyası  ilə  boyanmış  ola  bilər.  Bu  tipə  aid  olan  qadınlar,  məşhur  firmaların, 

yoxlanmış, yaxşı keyfiyyətli, bahalı kosmetikasına üstünlük verərlər. 

Bu  xanımların    qarderobları  geyim  elementlərinin  məhdud  sayı  ilə,  ciddi 

biçimi,  rəng  qamması  və    yüksək keyfiyyətli parçaları ilə seçilir.    Hər   bir şeydə  

zövq,   sadəlik və    eleqantlılıq vardır.    Klassik  üslubu  bəyənən  qadınların sevimli 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə