Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

 

 

22 



 

yaranır.Bir  şərtlə  ki,  bu  cəmiyyətdə  mədəni  rəqabət  üçün  şərait  olmalıdır. 

Süpürgəçinin  də  maliyyə  oliqarxı  kimi  geyinmək,  onun  üslubunda  yaşamaq 

hüququ var, amma bu o halda baş verə bilər ki, buna onun maddi vəziyyəti imkan 

versin.  Hüquq  bərabərliyi  təmin  edilsə  də,  maddi  imkan  bərabərsizliyi  özünü 

mütləq biruzə verir. 

Dəbin  yaranması  elə  cəmiyyətdə  mümkündür  ki,  burada  dinamiklik,  sosial 

differensasiya, sosial mobillik olsun.Dəbin - statik, bağlı, maddi cəhətdən kasıb və 

mədəni  dəyərləri  məhdud,  sosial  birtipli  təbəqə  (kasta,  təbəqə  və  s.)  mövcud 

olduğu dövlətlərdə yaranması və inkişafı qeyri mümkündür. 

Dəb  sosial  norma  kimi  müxtəlif  dərəcəli  kəskinliyə  malik  ola  bilər.  Bu 

yaxınlaradək bütün istehlak malları «dəbdə olan» və «dəbdə olmayan»a bölünürdü. 

Bununla yanaşı birinci  qrup dəqiq və aydın cəhətə malik olurdu ki, bu cəhətlərə 

malik olmayan mexaniki şəkildə ikinci qrupa düşürdülər. 

Getdikcə  dəb  özünün  əvvəlki  kəskinliyini  və  birmənalığını  itirməyə  başlayır.Post 

modem  mədəniyyəti bir çox üslublara bölünür ki, onlardan hər birinin də «dəbdə 

ı»olmaq» hüququ var.C.Kampbell bu haqda yazırdı: «Bu gün dəb» yoxdur, bu gün 

«dəblər» var. 

Dəbdə olan geyimlərin kütlə içərisində geniş yayılması prosesi, insan faktoru 

ilə  bağlı  baş  verir.  Bir  sıra  hallarda  bu  proses  müqavimətə  rast  gəlir.  Çünki 

yeniliklər  insanlar  tərəfındən  müxtəlif  cür  tezlikdə  qəbul  edilir.  Burada  material 

imkanının  da  böyük  rolu  vardır.  Dəbdə  olan  modellərin  qəbul  edilməsinə  və 

alınmasma görə istehlakçılar bir neçə qrupa bölünürlər. 

“ nnovatorlar” (“referentlər”, “pionerlər”, “eksperimentatorlar”). 

Bu ən azsaylı istehlakçı qrupudur ki, onlar dəbi bərqərar edənlər kimi çıxış 

edərək,  ən  yeni  dəbləri  əldə  edirlər.  Bu  qrup,  birbaşa  və  ya  bilavasitə  təcrübə 

nümunələri istehsal edən istehsalçılarla birbaşa və ya bilavasitə əlaqədə olaraq, ilk 

təcrübə keçirmək riskini öz üzərlərinə götürürlər. Onların arasmda daha çox insana 

təsir etmək imkanı olanlar (müğənnilər, tele-diktorlar və s.) yəni referentlər, dəbi 

stabil şəkildə bərqərar edənlər olurlar. 




 

 

23 



 

“Liderlər”-Bu  qrupa  daxil  olan  insanlar,  ətrafdakıların  məxsusi  hörmət 

bəslədikləri  və  lider  kimi  gördükləri  insanlardır.  Bu  qrupa  daxil  olan  insanlar, 

böyük əksəriyyətin önündə gedirlər, lakin eksperiment etməkdən çəkinirlər. Onlar 

model  innovatorlanndan  (eksperimentatorlarından)  elə  modelləri  seçib  götürürlər 

ki,  həm  gülüş  obyektinə  çevrilməsinlər,  həm  də  bu  modellərin  əksəriyyət 

tərəfindən  bəyənilmək  şansı  daha  çox  olsun.  Yalnız  bu  qrup  tərəfindən 

mənimsənilən modellər haqqında əminliklə demək olar ki, onlar dəb tendensiyasını 

müəyyən edirlər. 

“ lkin  əksəriyyət»”  (“ilkin  ardıcıllar”,  “təqlidçilər”)-Bunlar  kütləvi  şəkildə 

dəbi  izləyib, ondan geniş şəkildə istifadə edən insanlardır. Onlar yeni modellərdən 

böyük  məmnuniyyətlə  istifadə  edən,  material  cəhətdən  heç  bir  məhdudiyyət 

bilməyən insanlardır. Yalnız bu qrup tərəfindən qəbul edilən modellər dəb obyekti 

olurlar. 

“Ləngiyən 

çoxluq” 


(“skeptiklər”,“konservatorlar”)-bu 

qrup 


üçün 

konservatizmlə bərabər, “hamı kimi olmaq” cəhdi xarakterikdir. Onlar artıq çoxları 

tərəfındən  qəbul  edilən  modeli,  öz  radikal  konservatizmliklərindən  keçərək, 

istehlakçıların  böyük  əksəriyyətinə  qoşulmaq  məcburiyyətində  qalaraq,  qəbul 

edirlər.“Ənənəyə sadiq qalanlar” (“geridə qalanlar”)-bu qrupdan olan istahlakçılar 

üçün  yalnız  ənənəyə  sadiq  qalmaq  xarakterikdir.  Onlar  da  “innovatorlar”  kimi, 

fərqlənməkdən qorxmayan, öz əqidələrinə sadiq qalan, heç bir dəb dəyişkənliyini 

qəbul  etməyən,  cəsarətli  insanlardır.  Onlar  dəbə  qarşı  etinasız  münasibət 

bəsləyərək,  gülüş  hədəfı  olmaqdan  qorxmurlar.  Onlar  üçün  öz  şəxsi  fıkir  və 

“mən”ləri ətrafdakıların qiymətindən daha yüksəkdir. 



 

 

 

 

 

 

 

 


 

 

24 



 

FƏS L II. MÜAS R GEY M NYARANMASINDA TƏŞƏKKÜL TAPMIŞ 

APARICI ÜSLUBLARIN XÜSUS YYƏTLƏR  

Geyim  tarixi  geyimin  yaradılışından  zəmanəmizə  qədər  çoxsaylı  forma 

dəyişikliklərinə  uğramışdır.  nsanların  ilk  əvvəl  istəyi  ancaq  örtünmək  və 

qorunmaq olubsa da, sonralar nə ilə örtünmək, necə örtünmək barədə düşünmüş və 

nəhayət bu düşüncə “necə fərqlənim?”-ə qədər inkişaf etmişdir. Beləliklə, hər bir 

xalqda və hər bir insan cəmiyyətində geyim mədəniyyəti meydana gəlmiş və əsrlər 

boyu inkişaf edərək yeni dəblərin, üslubların, cərəyanların  və  geyim fəlsəfələrinin 

yaranmasına gətirib çıxarmışdır. 

Dəb haqqında kifayət qədər tez-tez "italyan stili", "fransız şıklığı", "amerikasayağı" 

kimi  ifadələr  eşidirik.  Bu  səbəbdən  bu  və  ya  digər  əşyanın  müəyyən  millətin 

üslubunu necə xarakterizə etdiyini araşdırmaq, onların necə meydana çıxdığını və 

klassikaya  çevrildiyini,  müasir  dizaynerlərin  onlar  barədə  fikirlərini  öyrənmək 

lazımdır. Dəb və Fransa sinonimlərdir. Bu, təkzibedilməz faktlarla möhkəmlənmiş 

tarixdir.  Fransız  dəbi  3  dahinin  üzərində  dayanır  -  Kristian  Dior,  Koko  Şanel  və 

Yubere de Jivanşi. Məhz bu şəxsiyyətlər müasir dünya dəbinin əsasını qoyaraq, öz 

ə

sərlərini sonsuz sitatların obyektinə çeviriblər. 



Dəbi təqib edən və etməyən hər bir insan dəb sözünü işlədir. Dəb deyiləndə, 

ə

sasən, dövrün populyar geyim seçimi düşünülür. 



Hər  bir  insana  çox  zaman,  öz  üslubunu  tapmaq  və  ya  dəyişmək  üçün  cəsarət  və 

cəsurluq  lazım  olur.  Özünə  inanmaq,  öz  üslubuna  inanmağa  və  bu  da 

təkrarolunmaz, ifadəli  və yadda qalan obrazların  yaradılmasına səbəb olur. Bizim 

dövrümüzdə  hər  şey  çox  sürətlə  dəyişir,  yeni  texnologiyalar  və    yeni  materiallar 

meydana çıxır. Və, bütün bunlarla bərabər yeni ünsiyyət forması və həyat fəlsəfəsi 

yaranır.    Dəbə,  üsluba    və  ümumiyyətlə    geyimə  yeni  baxış  formalaşır.    Həyatın 

ritmi, çox şeydə, bizim geyimə olan münasibətimizi  sadələşdirir.  Uzun illərdir ki, 

dəbi  gənc  nəsil  diktə  edir.  Bəlkə  də,  məhz  bu  səbəbdən,  daha  çox  idman  üslubu 

məhşurlaşır.    nsanların  gündəlik  geyimlərində  demokrarik  üslub  üstünlük  təşkil 

edir.   



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə