Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 

13 



 

meydana  çıxacaq.Dəbin  adət-ənənələrlə  bağlı  inkişafı  öz  parlaq  əksini,  Şərq 

dəbindəki  qapalılıq  istiqaməti  ilə,  Qərbdə  isə  daha  çox  açıq  və  qısa  təmayüllərin 

inkişaf  etməsində  tapır.Sosial-siyasi  durumun  dəbə  təsiri  isə,  əhalinin  yaşayış 

səviyyəsində,  ölkənin  siyasi  və  iqtisadi  durumunun  vəziyyətində,  sosial 

təbəqələşmənin sürəti və dərəcəsindən asılı olaraq meydana çıxır. 

Haute  Couture  -  fransız  dilindən  tərcümədə  ən  yüksək  tikiş  deməkdir. 

Buraya  ən  nüfiızlu  dizaynerlərin  hazırladıqları  fantastik,  qeyri  adi,  əsl  sənət 

nümunəsi  hesab  edilən  modellər  aid  edilirlər.  Haute  Couture  dizaynerlərinin 

hazırladıqları  modellər,  çox  nadir  sənət  nümunələri  olub,  yeganə  nüsxədə 

hazırlanırdı. 

Belə modellərin parçası ülgü ilə deyil, fərdi ölçülər əsasında kəsilir, demək 

olar ki, bu modellərin bütün tikişləri əl ilə tikilir, yalnız bir neçə iri detal maşınla 

tikilir.  Belə  modellər  üçün  ən  yüksək  keyfıyyətli  parçalardan  istifadə  edilir.Bu 

modellər dəbə bilavasitə aiddirlər. Onlar daha çox incəsənət əsəri sayılaraq, hər bir 

dizaynerin  tikiş  ınədəniyyətinin  göstəricisi,  onun  nəyə  qadir  olduğunu  göstərən 

meyardır. 

Bəs, «haute coutur»un dəbdə ki, rolu nədən ibarətdir? 

I.  Haute  Couture  -  «sənət  üçün  sənət»dir.  Burada  bir  çox  ınodellər 

hazırlanarkən, yalnız podiumda göstərilmək üçün nəzərdə tutulur. Hətta onların nə 

vaxtsa  kütləvi  şəkildə  istehsalı  və  ya  belə  geyimdə  kiminsə  küçəyə  çıxması  da 

nəzərdə tutulmur. 

II.Haute  Couture  -  laboratoriya  nüsxələri  olub,  şəraitdən  asılı  olaraq, 

müəyyən  korreksiyalarla,  az  həcmdə  hazırlana  da  bilər.  Sadəcə  olaraq,  haute 

couture,  kütlə  üçün  işləyən  dizaynerlər  üçün  münbit  ilham  mənbəyi  və  maraqlı 

ideyalar üçün bir təkandır. 

Ə

gər yüksək dəb incəsənətdirsə, dəbdə - real həyatdır.  ncəsənət, o cümlədən 



yüksək  dəbmüstəqil və hər cür məhdudiyyətlərdən azad şəkildə yaradılır. Burada 

sənətkarın orijinallığı və novatorluğu dəyərləndirilir.  ncəsənətdə təkrarçılıq yaxşı 

iş hesab edilmir.  ncəsənət təkraredilməz və nadirlik əsasında qurulur. Buna görə 



 

 

14 



 

də incəsənətdə,   həmçinin  yüksək dəbdə sənətkar  heç bir  məhdudiyyət  bilmədən, 

fantaziyasınm imkan verdiyi qədər yarada bilər. 

Mədəniyyət dedikdə isə artıq bərqərar olmuş davranış və istehlak formaları 

nəzərdə tutulur  ki,  bunlar da  adətən  bir  nəsildən  o  biri nəsilə  ötürülür.  Dəb  -  hər 

hansı  bir  ölkə  əhalisinin  mədəniyyətinin  ayrılmaz  hissəsidir.  O,  müəyyən 

cəmiyyətin  «hamı  kimi  olmaq»  yox,  «ən  yaxşılarından»  (referent  qruplar)  olmaq 

tələbini  təmin  edir.  Ona  görə  də  yüksək  dəbin,  dəbdən  fərqi  ondadır  ki,  dəb 

ə

nənələrdən, 



ə

xlaqdan, 

inzibati 

məhdudiyyətlərdən, 

sosial 

psixoloji 



tənzimləyicilərdən azad deyildir. 

Haute  Couture-nin  əsasını  qoyan  şəxs  ingilis  Çarlz  Frederik  Vort 

olmuşdur. yirmi  yaşında,  cibində  117  frankla,  fransız  dilini  bilməyən  gənc, 

Fransaya  gələrək  yalnız  öz  əzmkar  zəhməti  sayəsində  nüfuzlu  saray  dizaynerinə 

çevrilir. 

1860-cı ildə, Çarlz Vortun Fransaya gəlişindən 15 il keçmiş onun gənc həyat 

yoldaşı,  Parisin  nüfuzlu  xanımları  ilə  görüşərək  ərinin  modellərini  onlara  təqdim 

edir.  Belə görüşlərdən birində Avstriya səfırinin arvadı, xanım Mettemix Vordun 

eskizlərini  bəyənərək  ona  sifariş  verir.Hazır  paltarı  saraya  geyinən  xanım 

Mettemix  imperatriça  Yevgeniyanın diqqətini  cəlb  edir.  mperatriça onu bu  dərzi 

ilə tanış etməyi tələb edir. Az sonra Çarlz Vortu imperatriçaya təqdim edirlər. Bu 

görüş Ç.Vortun gələcək professional taleyində mühüm rol oynayır.Ç.Vortun böyük 

istedadını  görən  imperatriça  onu  Paris  dəbinin  kralına  çevirir.  Onun  sifarişlərinin  

sayı  gündən-günə çoxalır.   

Dəb  tarixində ikinci elə bir dərzi tapmaq çətindir ki, o eyni zamanda doqquz 

kralın fərdi dərzisi kimi fəaliyyət göstərmiş olsun. Təkcə Süyets kanalının açılması 

münasibəti ilə keçiriləcək böyük tədbir üçün  Ç.Vort yanlız imperatriça üçün 150 

model  hazırlamışdı.  Zəngin  təfəkkürə,  incə  zövqə,  yüksək  səviyyəli  tikiş 

mədəniyyətinə  malik  olan  Ç.Vort  bir-birindən  gözəl  və  nəfis  modelləri  ilə 

Avropanın  yüksək  saray  dairələrində  böyük  nüfuz  qazanmışdır.Dəb  tarixində 

mühüm  mərhələ  olan  k r i n o 1 i n (paltarınbeldən  aşağı  hissəsinə  nazik  məftildən 

çəmbər  salınaraq,  onun  daha    geniş  qalmasını  təmin  edən  element)  tətbiqi  məhz  




 

 

15 



 

Ç.Vortun  adı  ilə  bağlı  olmuşdur.(şək.  1)Krinolin  dəbdən  düşdükdən  dərhal  sonra 

Ç.Vort   d ə b ə   t u r n y u r u   (arxa  hissəsində  üst-üstə  tikilən  qatları  yerədək 

sallanan  paltar  növü)  gətirir.(şək.  2)Dəb  aləmində  ilk  dəfə  m a n e k e n - dən 

istifadə edən də Ç.Vort olmuşdur. 

XIX  əsrin  sonunda  Vortun  Dəb  Evi  Parisin  aparıcı  dəbevi  kimi  fəaliyyət 

göstərir.1884-cü  ildə  Vort  vəfat  edir.Dəb  evi  onun  oğulları  tərəfindən  idarə 

edilərək, buraya nüfuzlu sifarişçilər cəlb edilirlər. 

XX  əsrdə  də  Ç.Vortun  Dəb  Evi  öz  nüfuzunu  və  yüksək  statusunu 

saxlamışdır.  Burada  hazırlanan  modellər  bütün  dünyada  öz  keyfıyyəti  və  müasir 

tələblərə cavab vermək baxımından seçilirlər. 

1900-cü ildə Parisdə keçirilən Ümumdünya sərgisində Frasnsadəbini madam 

Paken  təmsil  edirdi.  O,  ilk  yüksək  səviyyəli  qadındizayneri  olub,  Şərəf  legionu 

ordeninə  layiq  görülmüşdür.  Onun  yaratdığı  modellər  orijinal,  onları 

yaymasıyolları  çox  özünəməxsus  idi.  Məsələn,  onlarlamanekençilərinə  öz 

modellərini  geyindirərək,  onlarıLonqçampda  keçirilən  məhşur  cıdıra  apararaq, 

buraya  gələn  zəngin  qadınlara  nümayiş  etdirirdi.Onun  xeyli  zəngin  fərdi 

sifarişçiləri arasında xaricilər də az deyildi. Madam Paken hətta Berlin sarayı üçün 

dəgeyimlərtikirdi.Kütləvi  istehsal  üçün  işləyən  dizaynerlər,  incəsənət  üçün  deyil, 

geyim istehsalı üçün işləyirlər. Belə modellər fransızca pret-a-porter (geyim üçün 

yararlı) adlandırılır. Artıq bu modellərin adından məlum olur ki, onlar yüksək tikiş 

modellərindən, geyim üçün yararlıqlarına görə fərqlənirlər. 

Dizaynerin  modelini  nümayiş  etdirən  şəxs  manekençi  adlandırılır.  Qadın 

geyimlərini  manekençi  qız,  kişi  geyimlərini  isə  manekençi  oğlanlar  nümayiş 

etdirirlər. Manekençinin modeli nümayiş etdirdiyi səhnə  podium adlandırılır. 

Manekençi podiuma modelyerin ona təklif etdiyi modeldə çıxmalıdır. Model 

o  zaman  müvəffəqiyyət  qazanır  ki,  dizayner    qəbul  edilmiş  qaydalardan  güclü 

şə

kildə  fərqlənən  geyim  təklif  etmiş  olsun.  Ona  görə  də  yüksək  dəb  üçün 



ekstravaqantlıq və ekzotiklik xasdır.1990-cı illərin ikinci yansında Haute Couture 

üçün qadın bədəninin daha çox çılpaqlanması meyli xas idi. Podiumda demək olar 

ki,  əsrlər  boyu  qərb  mədəniyyətinin  qadağan  qoyduğu  qadın  bədəninin  bütün 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə