Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 



 

və  görünüşü  ilə    tamlıq  yaradan  geyim  öz  funksiyası  xaricində  təsəvvür 

olunabilməz  və  sahibinin  cinsi  mənsubiyyətini,  yaşını,  həmçinin  xarici 

görünüşünün ayrı-ayrı xüsusiyyətlərini nəzərə almalıdır.Geyimin müasir təkamülü 

ictimai-siyasi  həyatla,  iqtisadiyyatın  səviyyəsi,  elm  və  mədəniyyətlə  bilavasitə 

müəyyənləşən  dəb il sıx bağlıdır. 

Insan  mədəniyyətinin  bədii  dəyər  sistemləri  içərisində  incəsənət  aparıcı  rol 

oynayır.  Bu  mədəniyyət  çoxcəhətli  anlayış  olmaqla,  özündə  musiqi,  həmçinin 

onunla  əlaqəli  olan  vokal,  rəqs,  teatr,  sirk,  kino  və  əlbəttə  ki,  incəsənətin  plastik 

növlərini birləşdirir. 

Beləliklə,  geyim  dizaynı  və  ya  bədii  layihələndirilməsi  arxitektonik 

incəsənət  sahəsinə  aid  olub  iki    funksiya  daşıyır-  estetik  və  praktik.  Biz  çalışırıq  

ki,  öz  qarderobumuzda  praktik,  isti  və  rahat,  eyni  zamanda  estetik  tələblərimizə 

cavab  verən,  yeni  gözəl,  dəbdə  olan  və  bizim  xarici  görünüşümüzü  daha  yaxşı 

nəzərə çarpdıran geyimlər olsun. 

Digər  halda  geyim  yazılmış  və  yazılmamış  qanun  normaları  ilə  qorunan, 

adətə  çevrilmiş,  ümumqəbul  olunmuş    vərdişlərin    məcmusunu    əks    etdirən    və 

cəmiyyətin,  eləcə  də  onun  ayrı-ayrı  təbəqələrinin  riayət  elədiyi  məişət  ənənəsini 

bildirir.Bundan başqa geyim bütün dövrlərdə insanın milli, dini, peşə, mülki 

mənsubiyyətini  müəyyənləşdirmişdir.  Tarixi  təkamülün  hər  bir  mərhələsində 

cəmiyyətin həyat tərzi geyimin istifadə xüsusiyyətində əks olunmuşdur, buna görə 

də deyə bilərik ki,  geyimin müxtəlif funksiyaları tarixən toplanmışdır. 

Cəmiyyətin  inkişafı  gedişində  geyim  tədricən  mükəmməlləşmiş,  öz 

vəzifəsinin  spektrini  genişləndirmişdir.  Müəyyən  obrazlı  geyim  quruluşu  təqlid 

edilmə nümunəsi olurdu.  ctimai təsəvvürü, davranış normalarını, şəxsiyyətin fərdi 

xüsusiyyətlərini əks etdirən geyim anlayışı bu cür yaranırdı. Paltardan fərqli olaraq 

geyim dəsti nəinki ayrıca bir insanın, eləcə də , millətin, xalqın və hətta bütöv bir 

dövrün  obrazlı  xarakteristikasını  özündə  daşıyır.  O,  incəsənət  əsəri  kimi  həmişə 

mədəniyyətin  müəyyən  bir  inkişaf  mərhələsini  əks  etdirmiş,  memarlıq, 

heykəltaraşlıq, rəssamlıq, musiqi və teatr ilə six bağlı olmuşdur.Xalq geyimləri və 

bəzək əşyaları ilə əsrlər boyu öz zövqünü və mədəniyyətini əks etdirən Azərbaycan 



 

 



 

xalqı  da  nəinki  Şərqdə,  bütün  Avropada  özünəməxsus  yer  tutur.Başqa  xalqlarda 

olduğu kimi XIX əsrin sonlarında qərbsayağı geyimlər Azərbaycana  da nüfuz etdi 

və geniş yayıldı. Sadə biçimli müasir geyimlərin kostruksiya həlli müasir olsa da, 

onun  tərtibat  işləri  klassikaya    müraciət  edir.  Azərbaycanın  müasir  musiqilərinin 

muğamlar  üzərində  köklənməsi,  müasir    memarlıqda    Şərq  elementlərinin  əks 

olunması,    incəsənət  əsərlərində  milli  koloritin olması,  dizaynerlərə  əsas  verir  ki, 

onlar öz yaradıcılıqlarında klassikaya istinad edərək müasir geyimlər hazırlasınlar, 

keçmişə  baxaraq  daima  yenilik  axtarsınlar.  Bütün  xalqların  geyimlərində  müasir 

geyimlə milli geyimlərin sintezi özünə yer tapıb. Lakin bütün bunları incə zövqlə, 

peşəkarlıqla, ifrat dərəcəyə çatdırmamaq şərti ilə yerinə yetirmək lazımdır. 

Geyimin   modelləşdirilməsində  əsas  önəmli  olan  geyim  dizaynerinin   öz  

fantaziyasının  məhsulu  olan  eskizlərin  məmulat  olaraq  tikilib  hazırlanmasıdır . 

Bunun    üçün    düşünülmüş    modelin    hazırlanmasında    başlıca    şərtlər    nəzərə  

alınmalıdır. Həmin  şərtlər  əsasında  tikiləcək  geyim  rahat , baxımlı, erqonomik     

şə

rtlərə  cavab  verən,  müasir  zamanla  ayaqlaşan  bir  geyim  olmalıdır. 



Vəsaitin  məqsəd  və  vəzifəsi  də  tələbələrin-gələcək  dizaynerlərin  geyimi  

modelləşdirərkən    sadalanan  şərtlərin  yerinə  yetirilməsinə  istiqamət verməkdir. 

Vəsaitdə    əsasən    geyimin    modelləşdirilməsi    prosesi    yığcam    şəkildə    ızah  

olunur. 


Modelləşdirmənin    ən    başlıca    xüsusiyyətlərindən    biri    dizayner  

fantaziyasının  real    vəziyyətlər    ilə    üst-üstə    düşməsidir.  Bu    da    mulyaj    üsulu  

forma    yaratmada    daha    maraqlıdır.  Sancaqlama    üsulu    ilə    maniken    üzərində  

yaradılan    hər    bir    forma    modelyerin    öz    təxəyyülüdür.    Sanki    bir    rəssamın  

kətan  üzərində  yaratdığı  bir  tablodur.  Lakin  fərq  ondan  ibarətdir  ki,  çəkilmiş  

tablo  nə  qədər  beyini  düşündürürsə  modellər  o  qədər  zövqü  oxşayır  bədənə  

rahatlıq  və  sakitlik  gətirir. Hər  bir  insanın  xarakterindən  asılı  olaraq  dinamik  

və   statik   geyimlər    ola    bilər.  Geyim  insanın  ilk  təqdimatıdır  desək  yanılmarıq. 

Geyim  bəzən  yada  həmişə  bizi  bizdən  öncə  ətrafdakılara  təqdim  edir.  Çox  nadir 

hallarda geyimin bizim haqqımızda yaratdığı fikir yalnış olur. Çünki geyim bizim 

içimizi, xarakterimizi, əhval-ruhiyyəmizi göstərən amillərdən biridir. 



 

 



 

Mövzunun  aktualliğı.  Geyim  cəmiyyətin  maddi  mədəniyyətinin  tərkib 

hissəsini  təşkil  edir.  Bu  bir  tərəfdən  insan  əməyi  ilə  bağlı  müəyyən  tələbatını 

doğruldan  maddi  sərvətdir,  digər  tərəfdən  isə  insan  görkəmini  estetik  cəhətdən 

dəyişən  sənət  nümunəsidir.  Müasir  geyimin  inkşafı  və  bu  inkşafıyla  əlaqəli  olan 

dəb  keçmiş,  indiki,  gələcək  dövrlər  arasında  əlaqələndirici  bənd  olmaqla, 

cəmiyyətin maddi və mənəvi həyatının vacib hissələridir. 

Geyimin əsas vəzifəsi onun geyinən insanın fiziki və mənəvi rahatlığı üçün 

şə

rait  yaratmaq,  bu  şəxsin  cəlbediciliyini  gücləndirmək,  fərdiyyətini  nəzərə 



çapdırmaqdan ibarətdir. Dizaynın nəzəri əsası geyimin bədii layihələndirilməsidir. 

Müasir  geyimin  hazırlanması  ən  müxtəlif  sahələrin  mütəxəssisləri  çalışan 

mürəkkəb və  çoxmərhələli    prosesdir.  lk  növbədə,  rəssam-dizaynerlər  və  ya  dəb 

dizaynerləri  yeni  geyim  modellərini  layihələndirirlər.  Bu  geyimlərin  hazırlanma 

prosesini dizayner-konstruktorlar, texnoloq-mühəndislər həyata keçirir. 

Yeni geyim formalarının layihələndirilməsi üzərində çalışan dizaynerlər eyni 

zamanda  bir  neçə  keyfiyyətdə  çıxış  edir:  o,  həm  rəssam-dizayner,  nəqqaş,  yeni 

estetika  yaradan  tərtibatçı,  öz  ideyalarını  materialda  reallaşdırmağı  bacaran 

konstruktor,  həm  insanlara  geyim  vasitəsilə  daxili  keyfiyyətlərini  izhar  etməyə, 

özlərində  inam  yaratmağa  kömək  edən  psixoloq  və  hətta,  geyimin  sahibinə  hər 

dəfə yeni sima və bununla yanaşı geyim sahibinə müəyyən mənada yeni davranış 

tərzi təklif edən rejissordur. 

Dəb  aləmində  araşdırılmış  üslubların  tarix  boyu  nə  qədər  dəyişmiş, 

yenilənmiş  oldugunu  gördük.  Bu  sahədə  işləmiş  dəb  dizaynerlərinin  idman 

üslubuna  gətirdikləri  yeni  dizayn  elementləri  bugündə  geyimlərə  tətbiq  olunur. 

Ümumiyyətlə  dəbdə  ki,  üslublar  yenilikləri  gecdə  olsa  qəbul  edir.  Dəb  yeniliyi 

sevsədə,  cəmiyyətin  qəbul  etməsi  azda  olsa  zaman  alır.  Yaşlı  və  orta  nəsillə 

müqayisədə gənc nəsil yeniliyi olduğu kimi qəbul edir və özünküləşdirir. 

Artıq  təcrübələr  göstərir  ki,  istər  iş  yerlərində,  istər  gəzintidə,  istərsə  də 

gündəlik  həyatda  idman  üslublu  geyimlər  üstünlük  təşkil  edir.  Bunun  əsas 

səbəblərindən  biri  insanların  rahatlığı  sevməsidir.  Idman  üslublu  geyimdə  insan 

özünü daha çox olduğu kimi aparır, buda sadəlik və səmimilik yaradır. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə