Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

49 



 

Punk  TərziPunk  tərzi  əsilliyi  və  müəyyən  qaydalara  bir  üsyankarlıq 

xarakterində, grunge üslubu isə daha çox rahatlığı və etinasızlığı ifadə edir.  Ancaq 

günümüzdə  iki  üslubu  sintezini  də  görmək  mümkündür.Rəngli  geyimlər  seçim 

edilərkən,  zolaqlı,  şəkilli  futbolka  əyləncəli  bir  göürünüm  yaradılır.  Çəhrayı, 

bənövşəyi, mavi saç rəngləri də punk tərzinin əvəzolunmaz detallarıdır. 

Metal Tərzi 

Qara,  zəncirli,  metal  aksessuarlarla    tamamlanan  geyim  tərzidir.  Rok  & 

Metal qrupların rəmzləri, şəkilli futbolka üstünlük verilir. 

Androgen  tərzi: 

Androgen geyim tərzi, qadınların kişi geyimləri içinə girməsi şəklində təsvir 

olunur. Qısa kəsilmiş saçlar, köynək və şalvarlar janrın mühüm hissələri arasında 

yer alır. Androgen geyim tərzi olduqca rahat və geniş paltarlardan ibarətdir. Qadın 

incə görünməkdən daha çox mərdlik və sərt görünməyi sevən xanımlar üçün ideal 

bir üslubdur. 

 

3.3. Məhşur dizaynerlərin layihələndirdiyi idman üslublu geyimlərdə 



elementlərin analizi 

Dizaynerlər  idman  üslubu  haqqında  fikirlərində  belə  deyirdilər:  Versace, 

Gerbi,  Ferre,  Dolce&gabbana  kimi  məşhur  dizaynerlər,  idman  geyimin  qadının 

təbiətinə  çox  yaraşdığını  hesab  edirlər.    Əvvəllər  xüsusilə  kişilər  qiymətli  olan 

idman ayaqqabısı, bol cibli şalvar və rahat geyim geyinirdisə, indiysə qadınlar istər 

gündəlik, istərsədə iş geyimində idman tərzinə üstünluk verirlər. 

Bəzi  dizaynerlər  var  ki,  illər  sonra  belə  layihələri  nümunə  göstərilir. 

Markaları  bir  klassik  olan  bu  adlar    bir  çox  geyim  və  aksesuarların  da 

yaradıcılarıdır.Dəb  dünyası  içində  olan  və  ya  olmayan  hər  kəs  onlara  təşəkkür 

borcludur.  Bu  gün  qarderobların  əvəzolunmazı  olan  qara  paltarın,  idman  edərkən 

geyindiyimiz  bodynin,  gecə  dəvətlərinin  favoriti  uzun  paltarların  yaradıcıları 

onlardır. 




 

 

50 



 

Hal-hazirda  qəbulolunmuş  dörd  əsas  dəb  paytaxtları  Paris,Milan,Nyu  York 

və  London  şəhərləri  sayılır.Bu  şəhərlərdə  dünya  dəbinə  ciddi  təsir  göstərən  ən 

böyük dəb şirkətlərinin qərargahları yerləşir.Dəb həftələri adları çəkilən şəhərlərdə 

keçirilir,  harada  ki,  məşhur  dizaynerlər  öz  yeni  dəb  kolleksiyalarını  tamaşaçi 

auditoriyalarına  nümayiş  etdirirlər.Koko  Şanel  və  v  Sen  Loran  kimi  tanınmış 

dizaynerlərin uğurları Parisi hələ də dəbin mərkəzi statusuna layiq görməyə imkan 

verir.Son  illərdə  Asiya  dəbi  də  yerli  və  dünya  bazarlarında  geniş  vüsət  almağa 

başlayıb.Belə  ki,Çin,Yaponiya,Hindistan  və  Pakistan  kimi  ölkələrin  geniş  tekstil 

sənayeləri ənənəvi olaraq Qərb dizaynerlərinin diqqət mərkəzində olub, lakin indi 

Asiyada  yerli  ideyalara  əsaslanaraq  istehsal  olunan  parça  növləri  birbaşa  satış 

bazarlarına  çıxarılır.  dman  üslublu  geyimlərə  edilən    yeniliklər    bəzi  dəb 

dizaynerlərinin adıyla bağlıdır. 

Pol Puare - Dəb tarixi  dizaynerləri arasında Pol Puarenin adı xüsusilə çəkilməlidir. 

Pol Puare dəb  tarixinə, ən nüfuzlu dəb yaradıcısı kimi daxil olmuşdur. XX əsrdə 

gənclər  üslubunun  yaradılması  məhz  onun  adı  ilə  bağlıdır.  Onun  əlvan,  ekzotik 

boyaları təsviri sənətdəki modern üslubu ilə səsləşirdi. 

Çox vaxt Pol Puareni Pikasso ilə müqaisə edirlər. Əgər Pikasso öz sənətində 

primitivizm  fəlsəfəsinə  əsaslanırdısa,    P.Puare  öz  mövzularının  daha  çox 

ekzotikada  axtarırdı.  P.Puare  özünün    «Dövrü  geyindirən»    adlı  memuarlarında 

qeyd  edirdi  ki,  onun  yaradıcılığına  rus  teatr  sənətinin,  əsasən  də  Bakst 

rəngkarlığının    mühüm    təsiri  olmuşdur.    Parisdə  keçirilən  Rus  mövsümləri»  nin 

dekoratoru  kimi  Bakst  antik  və  şərq  motivlərini  stilizə  etməklə  nəfis  dekorativ 

fantastik  teatral geyimlər  yaradırdı.  Puare  1903  –  cü  ildə  “Puare  və  raquo  evi” – 

nin təməlini qoyur. 

Puare  yeni  əsrin  ilk  geyim  dizayneri  və  qadın  kostyumunun  ilk 

yenidənqurucusu idi. Məhz bu rəssam geyimdə yeni əsrin yeni doğulan obrazının 

ə

lamətlərini ifadə edə bildi və kutyurenin müsair zəmanədə tamamilə xüsusi yerini 



müəyyən etdi. O, təkcə geyimin formasında deyil, həmçinin yaşam üslubunda da 

dəbi diktə edən Diktator oldu. Puarenin refomasında korsetdən istifadə edilməməsi 

qadın bədənini azad edərək, geriyə dönüşü olmadan irəlilədi. Puare 1905 – ci ildə 



 

 

51 



 

təklif etdiyi korsetsiz, köynək tipli qadın geyimi təklif etdi ki, bu da korsetin tam 

ləğvinə doğru ilk addım oldu. 

1890—1910  illər  ərzində  dizayner    antik  dəbə  qayıdışı  təbliğ  edir  –  Parisə 

tunika və peplos tipində geyimlər təklif edir, həmçinin Avropada kimononu dəbə 

saldı. 


Kutyure  “topal  ətək”  adlandırılan  ətək  növünün  də  yaradıcısı  hesab  edilir. 

Bu  ətək  dizdən  təxminən  30  sm  aşağı  olub,  ədalı  yeriş  üçün  əlverişli  idi.Onun 

cskizlərində  yapon  kimanosu,  əlvan  iran  tikmələri,  şərq  çalmaları,  xəz  və  zərli 

parçalardan geniş istifadə edilirdi.Onun yaradıcılığı dəb tarixində mühüm mərhələ 

hesab  edilir.  P.Puare  dəbə  korsetdən  birdəfəlik  imtina  və  qadın  paltarlarına  geniş 

köynək üslubunu gətirmişdir ki, bu öz aktuallığmı müasir günlərdə də saxlayır. 

O, birinci dünya müharibəsinə qədər dəbdə hökmranlıq etdi. Çoxsaylı ktatr 

kostyumları yaradılmasında iştirak etdi, lakin 1927 – ci ildə dəb evini bağladı. 

Dəb tarixçiləri Puarenin yüksək dəb aləmindən uzaqlaşmasının səbəbini dəbdə ki, 

o  zaman  üçün  ifrat  hesab  olunan  təmtəraqlılığını  göstərirlər.  Puare  birinci  dünya 

müharibəsindən  sonra  dəbdə  baş  verən  azadlığa,  demokratlaşmaya,  dəbin 

sənayeləşdirilməsinə öyrəşə bilmədi, çünki o, kostyumun yaradılmasına incəsənət 

kimi yanaşırdı, müharibə dövründə isə buna ehtiyac yox idi. 

Yaradıcı teatral təfəkkürə malik olan dizayner, daima nağılvari geyimləri ilə 

yüksək cəmiyyətlərdə bayram əhvali- ruhiyyəsi yaratmağa çalışırdı. 

Puare güclü artistik xarakteri və yaradıcı fantaziyası ilə  rəsm çəkir, ondan 

da  yaxşı  biçir  və  tikirdi.  O  həmçinin,  parça  və  furnituranın  gözəl  bilicisi  idi, 

incəsənət  tarixi  və  folklorla  yaxından  maraqlanırdı.  Onunyaratdığı  hər  şey 

istedadla yaradılmış, parlaq, özünəməxsus və cəsarətli idi. Puare Uort və Dussenin 

fəxr  etdikləri  dərzi  və  çevik  ticarətçi,  dəbdə  olan  malları  gətirən  kimi  adlardan 

imtina  edərək  kütləni  məcbur  etdi  ki,  kostyuma  əsil  incəsənət  əsəri  kimi, 

mədəniyyətin vacib hissəsi kimi baxsınlar,  

Biz Puareyə bir də ona görə borcluyuq ki, o, hər hansı kostyumla və onunla 

birlikdə yaşar olan insan bədənin də gizlətməyin deyil, ona hörmətlə yanaşmanın 

ə

sasını qoydu. Puarenin şöhrətə doğru yolu qeyri – adi sürətli oldu. Çox da uğurlu 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə