Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   2   3   4   5   6   7   8   9   10   ...   21

 

 

19 



 

imperatora rəğbət bəsləyənlər isə üçbucaq formalı baş geyimlərində şəhərə çıxaraq, 

ona öz rəğbətlərini bu şəkildə bildirirdilər. 

Bu baxımdan, müasir dövrdə Amerika prezidentləri də, bir sıra hallarda öz 

geyim  üslubları  ilə  kişi  dəbinin  inkişafına  təsir  ediblər.  Belə  ki,  Con  Kennidinin 

saçları buruq və gur olduğuna görə o, dəbdə olan şlyapadan imtina edərək, demək 

olar  ki,  bütün  fəsillərdə  başıaçıq  gəzməyə  üstünlük  verirdi.  Bu  bütün  dünyada 

ş

lyapanın dəbdən çıxarılması üçün möhkəm təkan olmuşdu. 



SSR -də  1920-50-ci  illərdə  Stalindən  başlayaraq,  bütün  siyasi  elita, 

hərbiləşdirilmiş  üslubda  tikilən  kostyumlara  üstünlük  vermişdilər.  Bu  o  dövrün 

məmur  dəbini  müəyyənləşdirən  amilə  çevrilmişdi.  1960-cı  illərdən  başlayaraq, 

SSR -də və bir sıra dünya ölkələrində Kuba partizanları və Fidel Kastroya rəğbət 

göstərmək  istəyənlər,  başlarına  beret  qoymağa  başladılar.  Beleliklə  beret  bütün 

dünyada sol təmayüllü gənclərin baş geyiminə çevrilmişdir. 

Dəbin inkişafı bilavasitə ölkə sənayesinin inkişafı ilə də sıx şəkildə bağlıdır. 

Burada  istehsal  sahəsindəki  maşınların,  parça  istehsalına  tətbiq  edilən  əməyin 

professional səviyyəsi və s. bu kimi faktorlar mühüm əhəmiyyət kəsb edir. 

Dəb  nəzəriyyəçiləri  V.D.Parıqin  və  Q.Q.Şubin,  dəbi  cəmiyətdə  üç  əsas 

funksiya daşıyıcısı kimi müəyyənləşdirirlər. 

Bunlardan: 

1.Dəbin  kommunikativlik  funksiyasıdır.  Bu  funksiya  əsasən  informasiya 

mübadiləsində öz əksini tapır. Bu vaxt dəb sosial işarə, nüfuz və rəmz kimi çıxış 

edir. 

2. Dəbin interaksiya (beynəlxalq hərəkat) funksiyasıdır. Bu funksiya özünü 



dəb  sahəsində  müəyyən  addımın  razılaşma  yolu  ilə  həyata  keçirilməsində, 

qarşılıqlı  anlaşma  və  birgə  fəaliyyətində  öz  əksini  tapır.  Dəb  qəbul  edilmiş  bir 

üslubu  yönəltmək  və  yaymaq  xüsusiyyətinə  malik  olub,  yeniliyə  marağı,  qəbul 

edilmiş  vasitələrlə  (məsələn,  dəb  nümayişi,  reklam  və  s.)  stimullaşdırır.                      

3.  Dəbin  kompensatorçu  fünksiyası.  Bu  funksiya  öz  əksini,  az  təminatlı  və 

yakifayət qədər təmin olunmamış insanlarm tələbatının ödənilməsində tapır, sosial 

tələbatın tənzimləyicisi kimi çıxış edir. 



 

 

20 



 

1.3. Dəb istehlakçıları 

Dəb iki bir-birinə zidd olan iki başlıca tələbləri təmin edir: 

1. Dəb - başqalarından fərqləndirən vasitədir. 

2. Dəb - başqalanndan seçilməmək, onlara oxşar olmaq vasitəsidir. 

Dəb  sinifli  cəmiyyətdə  təbəqələşmə  və  fərqləndirmənin  zahiri  ifadəçisi 

funksiyasını  yerinə yetirir.  Sosioloq və dəb tədqiqatçısı  E.Fuks bu haqda yazırdı: 

Rəsmi olaraq, təbəqələşmə məhdudiyyətləri ləğv edildikdən sonra,  bütün insanlara 

vətəndaşlıq  hüqüqları  verilmişdir.  Onlar  bərabər  hüquq  və  vəzifələr  qazandılar. 

Beləliklə hərbi mundirdən başqa - elə bir qanun və göstəriş yoxdur ki, fəhlə  bu və 

ya  digər  geyimdə  gəzə  bilməz,  qulluqçu  və  ya  qabyuyan  qadın  hər  hansı  bir 

materialdan paltar tikdirə bilməz və ya bəyəndiyi bəzəklərdən istifadə edə bilməz. 

və  s.  Ona  görə  də,  yuxarı    cəmiyyətə  mənsub  olan  insanlar  kütləvi  şəkildə, 

mümkün qədər «misera plebs»dən («aşağı təbəqə», «qara kütlə») fərqlənmək tələbi 

meydana çıxır. Başqa sözlə, bütün zahiri  hüquq bərabərliyi saxlanılmaqla, yuxarı 

təbəqə  özünün  üstün  mövqeyini  vurğulamaq  üçün  bu  vasitəni  əlindən  vermək 

istəmir». 

Dəbin    inkişaf  prosesi  -  daimi  yürüş  kimi  səciyyələnir.  Referent  qruplar 

kütlədən  qaçırlar,  kütlə  isə  onlara  çatmağa  cəhd  göstərir.  Bir  çox  hallarda  bu 

yürüşün trayektoriyası dairəvi xarakterə malik olur. Bu proses təxminən bu cür baş 

verir: Kütlə yenicə enli daban ayaqqabılara təmin olunmuşdur ki, dəb «pioner»ləri 

nazik  daban  ayaqqabılara  keçirlər,  kütlə  onların  ardınca  (maddi  imkanlarının  yol 

verdiyi  qədər)  gedə  bilir.Kütlənin  yenicə  aldığı,  təzə  nazik  daban  ayaqqabı,  heç 

ikicə  dəfə  geyilməmiş,  «pioner»  qruplar  yenidən,  silueti  tamamilə  dəyişdirilmiş, 

lakin  enli  daban  ayaqqabılara  keçirlər.  Bu  vaxt  kütlənin  aldığı  ayaqqabıların 

keyfıyyəti yaxşı olmadığına görə onlar ya xarab olmuş və ya onu artıq köhnəlmiş 

bilib çoxdan atmışdılar. Başqa halda əvvəlki model yaxşı saxlanılarsa da o «mənən 

köhnə»  görünür,  çünki  silueti  dəyişdirilmiş  yeni  model,  əvvəlkilərdən  əsaslı 

surətdəfərqlənir  və  s.    Beləliklə  yenilik  ardınca  yürüş  davam  edir.  Dəbi  bərqərar 

edənlər  («pionerlər»  və  ya  «referent»  qruplar)  əhalinin  böyük  əksəriyyətindən 



 

 

21 



 

fərqli  maddi  mövqeyə  və  statusa  malik  olduqlarma  görə  onlar,  geyim 

mədəniyyətində təşəbbüskar kimi çıxış etməyi öz üzərlərinə götürürlər. 

Lakin  onlar,  öz  seçimlərində  kənara  doğru  kəskin  sıçrayışlar  da  edə 

bilmirlər. Onlar «ağ qarğa»ya bənzəmək ıstəmirlər. Belə olan halda, onlar kütlədən 

aynlaraq, öz ınodəni kapitallarmı itirmək təhlükəsində qalmalıdırlar. Buna görə də 

onlar ən optimal variantı seçirlər; 

1.Onlar «hamı kimidirlər». 

2.Lakin onlar hamıdan «xeyli öndədirlər». 

E.Fuks bu haqda yazırdı: «O, kəslər ki, özünün qəribə geyimi ilə seçilmək istəmir, 

onların iki yolu var: 

1.  Dəbin  daha  tez-tez  dəyişdirilməsinə  müvəffəq  olmaq.  Bu  halda  maddi 

vəziyyəti aşağı olan təbəqələr onlarla ayaqlaşa bilməyəcək. 

2. Mümkün qədər «eleqant» geyinmək. 

Bütün bunlar dəbin  innovasiya və yeni texnologiyalara cəhd göstərməsinin 

xarakterinin gözlənilməz ıstiqamətdə inkişafının əsl mahiyyətini əks etdirir. 

stehsal  sisteminin  xarakterinin  özü  daimi  hərəkət  və  tərəqqiyə  meylli  olmaqda 

maraqlıdır. Çünki istehsal, öz təbiəti etibarı  ilə kütləvidir. O, yalnız normal şəkildə 

o vaxt inkişaf edə  bilər ki, kütləvi istehsal daima ona yeni sifarişlər versin. Yalnız 

kütləvi  istehsal  gəlir  gətirir.  O,  yerdə  ki,  insanlar  gcyimi  fıziki  cəhətdən  sıradan 

çıxanadək  işlədirlərsə,  istehsalın  inkişaf  stimulu  olmayacaqdır.Ona  görə  də  dəb 

tələbin artımını süni şəkildə yaradır. 

Bu  halda,  fıziki  cəhətdən  sıradan  çıxan  deyim  yox,  dəbdən  düşən,  «mənən 

köhnələn» geyimlərdən imtina edilir. Bu isə hər ilin dörd mövsümündə baş verirsə, 

bu  o  qədər  dəaz  deyil. stehsalat  menecerləri  dəb  «pionerlərini»  kütlədən 

fərqləndirməyi  təmin  etdikləri  kimi,  eləcə  də  kütləni  onların  ardınca  getmələrini 

təmin etməkdə maraqlı tərəf kimi sıxış edirlər.Çünki yalnız bu əbədi yürüş, onun 

tükənməz  gəlir  mənbəyini  təmin  edir.Buna  görə  də  bir  sıra  iri  dəb  istehsalçıları 

özlərində «elitarlıqla» «demokratizmi» birləşdirirlər. 

Kütlədən  ayrılmaq  cəhdi,  dəb  yaradıcılarının  hərəkətverici  motividir.Ona 

görə  də  dəb,  kifayət  qədər  sosial  bərabərsizliklərin  mövcud  olduğu  cəmiyyətdə 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə