Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 

16 



 

yerləri  göstərilməyə  başlanır.  Dəbdə  bunu  təkrar  etmək  qəti  şəkildə  olmazdı. 

(çünki  bu  cəmiyyətin  konservativ  qrupu  üçün  kontr  mədəniyyət  çağrışı  kimi 

səslənərdi. Ona görə də podium üçün olan haute couture modelləri, kücə üçün olan 

modellərlə  yalnız  müəyyən  qədər  səsləşə  bilər.  Yüksək  dəbdə  istifadə  edilən 

detallar sadələşdirilmiş variantda, pret-a-porter modellərinə tətbiq edilə bilər. 

Haute  couture  və  pret-a-porter  modellərinin  məqsədləri  tamamilə 

fərqlidirlər.  Haute  couture  yüksək  incəsənət  əsəri  olduğu  üçün,  heç  bir 

məhdudiyyət və utancaqlıq,  ənənə hüdudu bilmədən yaradılır və geniş fantaziyaya 

ə

saslanır. Belə modellər yalnız professional manekençilər tərəfindən nümayiş üçün 



nəzərdə  tutulur.  Pret-  a-porter  isə  cəmiyyətdə  müəyyən  mövqeyi  olan  şəxslərin 

rəsmi qəbula, teatra,  restorana,  ictimai yerlərə,  tamaşaçı qarşısına çıxması üçün 

nəzərdə tutulan geyimlərdir. 

Manekençilərlə, dəbi bərqərar edənlərin (referent qruplar, dəb təbliğatçıları) 

rolu  tamamilə    başqadır.  ncəsənətə  qulluq  edən  şəxsin  etdiyini,  ictimaiyyət 

tərəfindən qəbul edilən cəmiyyət qulluqçusu özü üçün yolverilməz sayılır. 

Beləliklə  incəsənət  -  sərbəst  və  azad  yaradıcılıq  sahəsi,  mədəniyyət  isə  - 

azadlığı  «norma»  forması  ilə  məhdudlaşdırandır.  Yüksək  dəb  -  incəsənətin  bir 

növü,  dəb  isə mədəniyyət forması olduğunu heç vaxt unutmamalı, onları bir-biri 

ilə qarışdırmamalıyıq. 



 

1.2.Dəbin yaradılması prosesinin mərhələləri 

Dəb  yaradıcılığı,  proses  kimi  bir  neçə  mərhələdən  ibarətdir.  Prinsip  etibarı 

ilə bu mərhələlər, hər hansı bir istehlak malı üçün də xarakterik ola bilər. 

1-ci  mərhələ  -  dəbin  yaradılmasıdır  ki,  o  da  öz  növbəsində  aşağıdakı 

proseslərə  bölünür:  Yeni  model  eskizi  və  rəsmləri  çəkilir.  Bu  fünksiyanı  dəb 

yaradıcıları  olan  dizaynerlər  həyata  keçirirlər.  Bundan  sonra  modellərin  material 

üzərində prosessi başlayır. Bu prosses, həm fərdi, həm də xüsusi təşkilatlar vasitəsi 

ilə  həyata  keçirilir;  məsələn  dəb  evi  vasitəsi  ilə  nümayiş  etdirilir.  Bu  mərhələdə 

geyim  modellərinin  təcrübəvi  -  nümunəvi  nüsxəsi  hazırlanır  və  razılıq  əsasında 



 

 

17 



 

bilavasitə  dəb  təşkilatları  vasitəsi  ilə  həyata  keçirilir.  Dəb  nümayişindən  sonra 

onun, kütləvi istehsalı ilə məşğul olan sahələr bu işə cəlb edilir. 

2-ci  mərhələ  -  dəb  obyektləri  olan  modellərin  yayımlanması  mərhələsidir. 

Bu  prosses  dəb  modellərinin  maksimal  dərəcədə  geniş  alıcı  kütləsinə 

çatdırılmasina imkan yaradır. 

Dəb  obyektinin  və  istehlakçı  standartlarının  imicinin  yaradılması,  əsasən 

birbaşa  və  ya  gizli  reklam  vasitəsi  ilə  həyata  keçirilir.  Birinci  halda  bizə,  dəb 

obyekti statusu alan yeni  malın yaranması haqqında məlumat verilir.  kinci halda 

isə  bizə  həmin  mallardan  bütünlüklə  istifadə  etmiş  referent  qruplar  göstərilir. 

Nəticədə  dəb  obyektinə  maraq  oyadır,  sonda  onlar  kimi  olmaq,  ideyasını  təbliğ 

edərək, nəhayət həmin malı almaq arzusu yaradılır. 

Material dəb obyektlərinin yayılması, mağazalar vasitəsi ilə həyata keçirilir 

ki,  bu  vaxt  onlar  real  əmtəə  məhsuluna  çevrilirlər.  Adətən  belə  mağazaların  iri 

yaşayış məntəqələrində fəaliyyəti məqsədə uyğun hesab edilir. 

3-cü mərhələ - dəb obyektlərinin istehlakı ilə bağlıdır. Bu mərhələdə alınan 

dəb obyekti şəxsi tələbatın ödənilməsinə və nümayiş üçün istifadə edilir. 

Hər üç mərhələ bir-biri ilə bağlı olub, qarşılıqlı əlaqədə çıxış edirlər. Geyim 

istehsalı ilə məşğul olan sahələr təbii olaraq, onları dəb obyektinə çevirməyə cəhd 

göstərərək,  kütləvi  satış  bazarını  təşkil  edərək,  daha  böyük  mənfəət  əldə  etmək 

istəyirlər.  Lakin  yalnız  o  mallar  istehsalçı  üçün  dəyər  kəsb  edir  ki,  onlar  sosial 

normaya  daxil  olaraq,  dəb  obyektinə  çevrilsinlər.  Ona  görə  də  dəb  obyektlərinin 

istehsalı və istehlakı kifayət qədər mürəkkəb prosses hesab edilir. 

Bir  çox  hallarda  geyim  istehsalçıları  öz  aralarında  rəqabət  apararaq, 

müxtəlif, bəzən isə tamamilə bir-birinə zidd modellər təklif edirlər. Bu baxımdan 

istehlakçı istehsalçıya münasibətdə azad seçim imkanıma malikdir. 

Dəb  yaradıcıları  dizaynerlərdir.  Dizaynerlərin  model  təklif  etmək  imkanı 

çoxdur.  Lakin  onun  təklif  etdiyi  modellərin  heç  də  hamısı  dəb  halını  alıb,  geniş 

yayılmaqimkanına  malik  deyillər.  Onlardan  bəzilərinin  ömürləri  podiumda 

(modellərin nümayiş etdirildiyi hər iki tərəfi açıq səhnədə) başlayaraq, elə burada 

da  sona  çatır. stehlakçı  zövqü  ilə  razılaşmamaq,  ona  hər  hansı  bir  modeli  zorla 



 

 

18 



 

tətbiq  etmək,  həmişə  uğursuzluqla  nəticələnmişdir.  Belə  bir  vəziyyətin  klassik 

nümunəsi  kimi  1969-cu  ildə  bir  sıra  amerika  firmalarının  “maksi”  tipli  yubkaları 

yenidən  dəbə  salmaq  cəhdləri  olmuşdur.  Onlar  kütləvi  informasiya  vasitələri  ilə 

geniş şəkildə bütün dünyaya “mini” dövrünün sona çatması və “maksi” dövrünün 

başlanmasını  elan  etmişdilər.  Jurnal  və  qəzetlərdə  Nyu-York  və  London 

küçələrində,  şəhər  əhalisi  adı  altında,  “maksi”  geyimli  foto  model  qruplarının 

şə

killəri çap olunmuşdur. 



Düşünülürdü ki, əyalətlərdə belə təsəvvür yaranacaq ki, artıq dəb paytaxtları 

“maksi”yə keçiblər. Lakin, istehlakçı bu çağırışın və reklamın yalan olduğunu tez 

bir  zamanda  anlayaraq,  ona  etinasızlıq  göstərmişdir.  Nəticədə  “maksi”nin 

istehsalına və reklamına vəsait sərf edən fırmalar böyük ziyana düşmüşdülər. 

Dəb  həmçinin  istehlakçının  etalon  və  yaxud  referent  qruplara  bənzəmək 

tələbini  də  yerinə  yetirir.  Dəbi  bərqərar  edənlər,  əhalinin  referent  qrupu  sayılır. 

Kütlənin  böyük  əksəriyyəti  çox  vaxt  dizaynerlərin  təklifindən  çox,  öz  referent 

qrupuna  baxır.  Əgər,  bu  qrup  hər  hansı  bir  modeli  seçibsə,  onda  kütlə  də  onun 

arxasınca gedərək, o modeli seçəcəkdir. 

Dəblə  geyinən  insan,  öz  referent  qrupuna  bənzəməyə  çalışır.  Referent 

qrupların  bərqərar  etdikləri  modellər,  sonrakı  mərhələdə,  istehsal  üçün  nümunəvi 

model  formasında  işlənərək,  daha  geniş  istehlakçı  kütləsinə  təklif  edilir.  Bunun 

üçün  artistlərdən,  tele-jurnalistlərdən,  görkəmli  siyasi  xadimlərdən,  idman 

ulduzlarından,  başqa  sözlə  desək,  populyar  fərdlərdən  istifadə  edilir.  Məhz  onlar 

dizaynerlərin ideyalarını geniş kütləyə çatdırmaq işində fəal iştirak edirlər. 

Dəb  tarixindən  məlumdur  ki,  bəzən  dəbin  bərqərar  edilməsində  siyasi 

xadimlərin  özünəməxsus  rolu  olur.  Bu  halda  siyasi  liderin  geyim  üslubunu 

təkrarlamaq,  ona  qarşı  olan  rəğbətin  nişanəsi  hesab  edilirdi.Məsələn,  Fransada  I 

mperiya  dövründə  Napoleonun  tərəfdarları  yalnız  üçbucaq  formalı  baş 

geyimlərindən  istifadə  edirdilər.  Ondan  imtina  edilməsi,  müxalifətə  keçmək 

nişanəsi  kimi  qəbul  edilirdi.  Napoleon  hakimiyyətdən  uzaqlaşdırıldıqdan  sonra, 

antinapoleon  əhvali-ruhiyyəli  insanlar,  başlarına  silindr  qoymağa,  əvvəlki  kimi 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə