Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

 

 

31 



 

Azərbaycanda  idman  geyimlərinin  yaranma  tarixinə  ov  və  idman  oyunları 

zamanı  qadınların  da  xüsusi  geyim  geyməsi  faktlarına,  ən  ilkin  məlumat  olaraq,    

N. Gəncəvi poeziyasında rast gəlirik. 

1.“Papaq qoyub gözəl oğlanlar sayaq, 

Qızlar geyindilər, sığallanaraq. 

Belə adət vardı-ova gedənlər, 

Oğlan paltarında gedərdi, yeksər” . 

Nizami poeziyasında kişi paltarı geyib, kişi kimi döyüşə bilən qadınlar, igid 

qızlar haqqında da maraqlı məlumatlar verilir: 

2.“Paltar geyinmişdi kişilər kimi”. 

dman  geyimlərinin    ilk  formaları  haqqında  ilkin  məlumatları  N.Gəncəvinin 

ə

sərlərinə  çəkilən  miniatürlərdə  çovğanoynayan  qızlar  da  oğlanlar  kimi  geyim 



geyindiyi göstərilir. 

Bu  il  bütün  ölkələrin  diqqəti  Azərbaycanda  keçiriləcək  Avropa  Oyunlarına 

yönəlmişdir. Respublikamızda Avropa Oyunlari ilə əlaqədar aparılan yeni tikililər 

və abadlıq işləri ilə yanaşı idmançılarımızın geyinəcəkləri idman formalarında da, 

milli  ornamentlərdən  və ya sırf milliliyi tərənnüm edən elementlərdən istıifadəsi 

məqsədə uyğun olardı. 

 

2.3.Romantik üslubun əsas əlamətləri 

O,  bütün  üslubların  ən  zərifidir.    Əlbəttə,  onunda  tarixi  kökləri  var. 

Romantik  üslubun  geyimləri  qadına  zəriflik  və  müəmmalıq  verir.Klassik  dövrü 

tanımaq 


çox 

asandır, 

bunu 

romantik 



üslub 

barədə 


demək 

çətindir.Romantiküslublugeyim ilk dəfə özünü  taliyada göstərdi.Klassik və idman 

üslublu  geyimin  əlamətlərini  o  qədər  müxtəlif  təzahürləri  var  ki,  onu  “fantaziya” 

üslubu  da  adlandırırlar.  Romantik  üslub  daha  çox  tarixi  kostyuma  meyillidir  və 

ə

sasən    formanı,  biçimi,  dekorativ işləməni, obrazlılığı  əks  edir.(şək.  6)Romantik 



üslublu geyim fomasına görə çox müxtəlifdir. Onun həcmi kiçik ola bilər, bədənə 


 

 

32 



 

kip oturur, həcmli, yüngülcə sallanan, bədən boyunca yayıla,karkasların köməkliyi 

ilə saxlanan təmtəraqlı formada ola bilər. 

Romantik  paltarların  və  kostyumların  hazırlanmasında  istifadə  olunan 

parçalar  və  materiallar  da  müxtəlif  olur.  Romantik  üslub  üçün  təbii  ipək,  yaxud 

viskoz  kimi  yüngül,  axarlı,  yumşaq  plastikaya  malik  parça  səciyyəvidir;  bərk  və 

həcmli  formalar  yaradan  materiallar  –  zərxara,  orqanza,  kapron  parçalar və  digər 

bir çox sintetik parçalar da xarakterikdir.Romantik kostyumların rəng həlli o qədər 

də  sadə  deyildir.  Burada  həm  pastel,  dolğun  və  eyni  zamanda  daparlaq  rənglər 

seçilir.  Romantik  üslub üçün  rəngli  rəsmli,  yaxud  noxud  şəkilli  parçadan  istifadə 

çox səciyyəvidir. 

Lakin  romantik  üslubların  təzahür  variantlarının  çox  olmasına  baxmayaraq 

burada bir birləşdirici başlanğıc mövcuddur – belə geyimi nəzərə çarpdıran qadın 

incəliyini  əks  etdirilməsidir.  Buna  müxtəlif  dekorativ  elementlər  və  üsullar: 

büzmələr,  volanlar,  jabo,  krujevalar,  bağlar,  tikmələr  sayəsində  nail 

olunur.Geyimin romantik incə qadın xarakterini nəzərə çarpdırmaq üçün həmçinin 

müxtəlif aksessuarlarda – şlyapalar, yüngül şərflər və yaylıqlar, krujevalı əlcəklər 

və  əlbəttə  ki,  bijuteriya  –  muncuqlar,  brasletlər,  sırğalar,  bəzək  sancaqları  da 

kömək edir. 

Romantik  üslublu  geyim  qadını,  onun  zahirini,  davranış  manerasını 

tanınmaz dərəcədə dəyişdirə bilər. Belə geyim xoş əhval-ruhiyyə yaradır və buna 

görə də bayram, təntənə, istirahət şəraitinə daha çox münasibdir. 

Qarşımızda valehedici və hissiyyatlı insan tipi durur.Qadın romantik və çox 

zərifdir.Onlar,  sevmək  və  sevilmək  istəyərlər.  Bu  tip  insanlar  həyat  enerjisini 

aldıqları  təbiəti  və  genişlıyi  xoşlayırlar.  Dəyişkən  və  emosionaldır.Bu  qadınların 

xarici  görünüşü,  skripkaya  bənzəyir.  O,  ideal  qadın  fiqurasına  nail  olmaq  üçün 

istənilən pəhriz və təlimlərlə özlərinə hər cür işgəncə verməyə hazırdırlar. 

Romantik  üsluba  üstünlük  verən  kişilər  cazibəli  (məlahətli)  və  riqqətli 

olurlar.  Tez  aşiq  olan,  sentimental,  çox  zaman  poeziyaya    meylli  olurlar.  Onlara 

alicənablıq,  cəngavərlik  kimi  xüsusiyyətlər  də  məxsusdur,  sevdikləri  qadına  görə 

fədakarlıq edə bilərlər. Gəncliyində qamətli olar, yaşa dolduqda isə kökələrlər,  düz 



 

 

33 



 

və  ya  dalğalı  saçlarını  çiyinlərinə  qədər  uzatmağı  sevərlər.  Geyimləri  onların  

artistlik  təbiətlərini  ifadə  edər.  Romantik üslubun  nümayəndələri, uzun plaşa,  əsa 

formasında olan çətirə, ağ köynəklərə, enli yaxalıqlara, əlvan jiletlərə, qalstuklara, 

açıq rəngli kostyumlara və şlyapalara biganə deyillər. Onu göz oxşayan şeylər cəlb 

edir: trubka, kişi üzükləri, qədimi saatlar və s. 

Qadınların uzun və ya yarı uzun saçlar xoşuna gəlir. Tez-tez saçlarını yumaq 

formasında yığarlar. Makiyajları yüngül, və şəffaf olur. Gözlərə və kipriklərə daha 

çox  diqqət  yetirilir.Onun  geyimi  fiqurasını  vurğulayar,  cazibədar  edər,  amma 

ş

övqlü göstərməz.                    



Romantik    qadınlar  fantastik  və  abstrakt  naxışlı  yüngül  parçaları  

xoşlayarlar. Koftaları isə  kəpənəkşəkilli,  bəzəkli və jabolu olar. Ətəkləri  yüngül 

və  geniş  seçərlər.  Onların,  adətən  aksessuar    kolleksiyaları  olar.    Şərflərin,  ipək 

yaylıqların    köməyi  ilə  o,  diqqəti  boynuna  və  dekoltesinə  çəkər.  Bəzək  əşyaları 

miniatür,  kameyalar,  gül  yaxud  ürək  formasında  düzəldilmiş  kulonlardan  ibarət 

olar. 


Parlaq üslub:  Bu üslubun  nümayəndələri fitnəkar kimi olarlar.  

Bu  üslubun  tərəfdarları  olan  qadınlar    kişiləri  yoldan  çıxardan,  öz  bədən 

quruluşu ilə fəxr edən və  bunu nümayiş  etdirməkdən  yorulmayanlardır.  Onlar, 

öz temperamenti və sərbəstliyi ilə hamını heyrətə gətirərlər. Otağa girdikdə, sanki 

səhnəyə  çıxırlar.  Danışığı,  hərəkəti  və  geyimi  ilə  hamının  diqqətini    öz  üzərinə 

çəkməyə çalışar. 

Parlaq  üslubun    kişiləri,    yaraşıqlı  və  ürəkləri  fəth  edən  olarlar.  Yaxşı 

qamətləri  və  görkəmli  xarici  görünüşləri  olan  bu  kişilər    kübar  hərəkətləri,  yaxşı 

saç  düzümü,  əllərinə  qulluq  etməsi,  bahalı  və  zövqlə  geyinməsi  ilə  seçilərlər. 

Onların üslubu müasir klassikadır.  Bu kişilər aksessuarlara xüsusilə diqqət edərlər. 

Onların  çox  keyfiyyətli  qalstukları  və  tanınmış  markalardan  olan  son  dəbli 

ayaqqabıları  olur.    Onlar,  yaxa  üzərindəki  ciblərinə  ipək  yaylıq  taxar,    qol 

sancaqları və siqaret qabı gəzdirərlər. 

Qadınlar saç düzümünə və rənginə çox diqqət yetirərlər. Onlar mütləq dəbli 

olmalıdırlar.  Makiyajı  sevir  və  makiyajdan  yaxşı  istifadə  edə  bilirlər.  Makiyajın 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə