Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 

 

34 



 

ə

sas  elementləri  diqqətlə  çəkilmiş  gözlər,  boyanmış,  sulu  dodaqlardır.    Bu  tipin 



nümayəndələri,  böyük  həcmli,  barokko  üslubunda  olan  aksessuarları  xoşlayarlar. 

Onlar düşünərlər ki, seçdikləri bu tip aksessuarlar onları daha da cazibədar edər. 

Dəb  artıq  ciddi  qaydalar  və  üsullar  diktə  etmir,  hər  kəsə  adi  şeylərin  yeni 

obrazda  təzahürü  üçün  axtarışlar,  cəsarətli  eksperiment  aparmağı  təklif  edir. 

Dizaynerlərin  işləyib  hazırladıqları  dəbli  meyillər  bu  gün  insana  imkan  verir  ki, 

kostyum  vasitəsilə      öz  fərdiliyini  ifadə  etsin,  ona  daha  çox  yaraşanı  seçsin, 

bununla  da  zahiri  ləyaqətini  nəzərə  çarpdırsın  və  xarakterinin  təkrarsız 

xüsusiyyətlərini açıb göstərsin. 



 

2.4.Folklor  üslubun xüsusiyyətləri 

Belə geyimlər insanları adətən əcdadlarına, keçmişinə daha yaxın edir.  

Bunlar əsasən milli geyimlər üzərində tikilən paltarlardır. Müxtəlif milli naxışlarla, 

ornamentlərlə  bəzədilmiş  geyimlərdir.(şək.10)Folklor  üslublu  geyimin  yaranma 

mənbəyi    milli  geyimlərdir.  Onun  fərqləndirici  xüsusiyyətləri  rahatlıq  və  milli 

koloriti, sadə biçimi, funksionallığıdır. 

Folklor üslublu  geyim  adətən,  rahatlığı  ilə  seçilir,  bu geyimdə  insan  özünü 

sərbəst,  rahat,  azad  hiss  edir.  O,  müasir  şəhər  sakininə  çox  müyəssər  olmayan 

təbiətə  yaxınlığı  nəzərdə  tutur.  Bu  keyfiyyətlər  həmin  geyimdən  bağda,  dəniz 

istirahətində,  qış  dağ  turunda  sərbəst  istirahət  şəraitində  istifadə  etməyi  nəzərdə 

tutur. 

Folklor  üslubu  etnik  üslub  kimi  də  qəbul  olunub.  Folklor  üsluba  mənsub 



olan  müasir  geyim  müxtəlif  xalqların  və  epoxaların  milli  kostyumların  ruhunda 

hazırlanır və onlardan əsas cəhətləri – sadəliyi və biçim rasionallığını, rahatlığı və 

forma funksionallığını, çoxqatlığı, yüksək dekorativliyi götürürlər. 

Etnik  üslublu  kostyum  xalq  geyimi  üçün  səciyyəvi  olan  aksessuarlardan  – 

parlaq bijuteriyalardan, şərf və yaylıqlardan, kəmərlərdən, müxtəlif baş geyimlərin 

və ayaqqabılardan, toxunma corabın istifadə olunmasını nəzərdə tutur. 




 

 

35 



 

Folklor  üslublu geyimi  gənclər xüsusilə çox  sevirlər.  Etnik üslub  XX  əsrin 

ə

vvəlindən  xalq  milli  mədəniyyətinə  ümumi  marağın  artdığı  dövrdə  və  bununla 



yanaşı xalq sənətini öyrənməyin, qoruyub saxlamağın, onun ən yaxşı nümunələrini 

muzeylərdə saxlamağın vacibliyinin başa düşüldüyü müasir dəbdə bərqərar olmağa 

başlamışdır. 60-cı illərin əvvəlində öz geyimlərinə milli kostyumların elementlərini 

daxil  edən  hippilərin  sayəsində  folklor  üslubu  daha  geniş  yayılmağa  başlayır.  O, 

vaxtdan bu üslub dəbdə öz lider mövqeyini əldən vermir. 

Müxtəlif  vaxtlarda  dizaynerlər  dünyanın  müxtəlif  regionlarının  folklyor 

kostyumlarına  müraciət  etmişlər:  bunlar  həm  rus  kostyumu,  həm  amerika 

hindlilərinin  kostyumu,  həm  Ucqar  Şimal,  budda  Şərq,  Şimali  Afrika  və  s. 

xalqlarının geyimidir. 

Müasir kostyumun öz ilkin mənbəyinə yaxınlığı dərəcəsini dizaynerlərin özü 

seçir. Lakin yadda saxlamaq vacibdir ki, etnik üslubda hazırlanmış müasir geyim 

heç bir vəchlə xalq kostyumunun surətinə çevrilməməlidir. Yaradıcılıq mənbəyilə 

assosiativ əlaqə nə  qədər incə və zərifdirsə müasir dizaynerin yaratdığı kostyum 

da bir o qədər təkmilləşmiş və harmonik olar. 

Bu  tipin  nümayəndəsi,  təvazükar,  ənənələrə  sadiq,  öz  ayaqları  üzərində  

dayanmış,    ailəyə  hörmət  edən bir  insan tipidir.  Qadınlar üçün  ailə,  uşaq  əsasdır.  

Bu xanımlar,  ev rahatlığını sevən, qonaqpərvər, nümunəvi ana və qadın, etibarlı, 

diqqətli dost və sirdaşdırlar. Belə qadınları qarderobunu dəyişməyə məcbur edirlər, 

çünki ona heç vaxt, heç nə lazım olmur.  Qarderobları, ancaq vacib olan şeylərdən 

ibarətdir. 

Folklor    üslubun  qadınları  praktik  və  səliqəli  saç  kəsimi  saxlayırlar.  Saç 

rəngi təbii olar, makiyaj demək olar ki, istifadə edilməz, onlar üçün sanki, sabun və 

su hər şeyi həll edir. Şəhər üslubu düz ətək, qırçınlı və ya plise ətəklər qəbul edilər. 

Bu  tipin  nümayəndələri  alçaq,  enli  dabanlı  ayaqqabı,  makasınilər,  ziyafət  geyimi 

ilə qara laklı “lodoçka” geyinməyi xoşlayarlar.  

Folklor    üslubda  geyinən  insanlar  dəbsiz    görünərlər.Kişilər  saçlarını  çox 

qısa  kəsdirməz,  hərdən  bığ  saxlayarlar.  Kişi  geyimində,  ənənəvi  geyim 

ingilissayağı kostyum olur. Köynəklər bir rəngli və ya xətli olur, qalstuklarını bir 




 

 

36 



 

rəngli, tünd noxudlu və yaxud xətli seçərlər.  Sərbəst geyimdə isə idman üslubuna 

üstünlük  verərlər.  Onlar  üçün  rahat  makasinilər,  işlənmiş  portfel  vacibdir.  Rəng 

qammaları qəhvəyi, göy və yaşıl tonlardan ibarət rəng çalarlarına üstünlük verirlər. 



 

2.5. Müasir kostyumda eklektika 

Müasir məişət geyimində üslublar öz xalis təzahüründə çox nadir hallarda istifadə 

olunur  –  daha  çox  üslubların  qarışığını  müşahidə  edirik.  ncəsənətdə  bu  hadisə 

eklektika  adlanır.Müxtəlif  üslublar  bir-biri  ilə  rahat  və  təbii  şəkildə  birləşərək 

vahid  və  harmonik  kostyum  yaradırlar.  Beləki,  məsələn,  klassik  üslublu  kostyum 

üzvü  olaraq  romantik  və  idman  üslubları  ilə  əlaqələndirilir.  Samballı  kostyumla 

geyilmiş  romantik  bluz  nəinki  zahiri  görünüşü  pozmur,  əksinə  qadının  simasına, 

görkəminə  böyük  yüngüllük  və  məlahət  verir.  Klassik  pencəyin  cinslə,  sviterlə, 

yaxud mayka birləşməsi bu gün heç kəsi təəccübləndirmir. Belə komplekt işğüzar 

şə

rait üçün (əgər bu, rəsmi xarakter daşımırsa) tamamilə uyğundur. 



dman  üslubu  ilə  folklor  üslubunu,  folklor  üslubunun  romantik  üslubla 

birləşməsi  də  uğurlu  nisbət  yaradır.  Üslubların  bacarıqla  və  yerində 

ə

laqələndirilməsi, 



bir 

tərəfdən, 

qarderob 

çərçivəsində 

kostyumların 

çoxvariantlığına nail olmağa, digər tərəfdən, müasir geyimin obrazlı səslənməsini 

gücləndirməyə  imkan  verir.  Belə  halda,  kostyumun  bütövlüyünün  və 

ahəngdarlığının  saxlanmasının  başlıca  şərti  –  zövqə  və  ölçü  hissinə  riayət 

olunmasıdır.Son  vaxtlar  geyimdə  eklektiklik  dəbli  meylə  çevrilmişdir.  Bir 

kostyumda  ənənəvi  olaraq  birləşdirilməsi  mümkün  olmayanı  birləşdirmək  müasir 

dizaynerlərin  üsuluna  çevrilmişdir,  onlar  bunda  yenilik  axtarışının  qeyri-məhdud 

imkanlarını görürlər. 

 

Bu gün Paris və dünya podiumlarında eyni zamanda ən nazik ipək və kobud 



pambıq kətan, təbii bahalı dəri və “sürtülmüş” cinslər, əcaib rəsimli parça və ciddi 

ingilis tvidi geymiş modelləri görmək mümkündür. 

Dəb  artıq  ciddi  qaydalar  və  üsullar  diktə  etmir,  hər  kəsə  adi  şeylərin  yeni 

obrazda  təzahürü  üçün  axtarışlar,  cəsarətli  eksperiment  aparmağı  təklif  edir. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə