Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 



 

Tədqiqatın  predmet  və  obyekti.  Dissеrtasiyanın  predmeti  idman  üslublu 

geyimlərin  formalaşması,  müasir  dövrə,  zəmanəmizə  gəlib  çıxma  yolları  və 

ümumiyyətlə  geyim  sferasındakı  yeridir.    Obyektiisə  20-ci    əsrdə  tanınmış 

dizaynerlər tərəfindən idman üslubuna nə kimi yeniliklər gətirmiş olmasıdır. 

Tədqiqatın əsas məqsədi və vəzifələri.  Elmi işin əsas məqsədi və vəzifələri 

idman  üslublu  geyim  haqqında  söz  açılan  yeni  təmayüllər,  cərəyan  və  üslubları 

öyrənməkdən, onların bitkin elmi təhlilini verməkdədir.  dman üslublu geyimlərdə 

tətbiq  olunan  dizayn  elementlərinin  еlmi  –  nəzəri  təhlili  və  müasir  dövrdəidman 

üslubuna daxil olan mikroüslubların, istifadəsi üzrə təkliflərin irəli sürülməsindən 

ibarətdir. 

Dissеrtasiyada bu məqsədlə aşağıdakı əsas məsələlər araşdırılmışdır: 

1.Dəbin  meydana  gəlməsi  yolları,  zamanla  dəyişib  formalaşması  və  bütün 

dövrlərdə dəbdə ki,  dəyişikliklər.  

2.Geyimdə  yeni  forma  və  üslubların  yaranma  tarixi,  dövrlərin  müəyyən 

е

dilməsi və  üslubların təhlili. 



3.Geyim sferasinda idman üslubunun yerinin müəyyən еdilməsi. 

4.Üslubların  psixoloji  xüsusiyyətləri,  idman  geyiminin  bir  üslub  kimi  dəb 

aləminə daxil olması və müasir dəb aləminində ki, yerinin təhlili. 

5. dman  üslubuna  daxil  olan  mikroüslublar  –  minimalist,  maksimalist, 

bohemiya, vintage, punk, metal, androgen kimi mikroüslubların dəbdə ki, yeri və 

geyimdə  tədqiqi;  tanınmış  dizaynerlərin    idman  üslubuna  gətirdikləri  yeniliklərin 

araşdırılması. 

Tədqiqatın  informasiya  bazarı  və  işlənilməsi  metodları  sistеmli  şəkildə 

yanaşmaya,  tariхən  yaranmış,  formalaşmış  geyimlərin  formlarında  olan 

yeniliklərin    üslublara  tətbiqi,  dəyişikliklərin hansı  səbəbdən  olmasıdır.  Eləcə  də, 

fоtоfiksasiyaların,  həmçinin  Google,  Yandex  internet  xidmətlərinin  vasitəsi  ilə 

müəyyən еdilmişdir. 

Tədqiqatın  elmi  yeniliyi.  Tədqiqatın  elmi  yeniliyi,  burada  idman  üslublu 

geyimin  araşdırılmalar  əsasında  ilk  dəfə  olaraq  ayrıca  tədqiqat  işində  sistemli 

şə

kildə öyrənilmiş, geyim üslubları və buraya daxil olan kompozisiyalar tədqiqata 




 

 



 

cəlb edilmişdir.  dman üslublu geyimin ilk  dəb formalaşmağa başladğı zamanlarda 

sırf idman geyimi olduğunu əminliklə demək olar. Bu gün dəb inkşaf etdiyi,azadlıq 

qazandığı  müasir  dövrümüzdə,    insanların  özlərini  sırf  rahat  hiss  etdikləri  üçün  

idman üslublu geyimlərə üstünlük verirlər.  

Tədqiqatın təcrübi əhəmiyyəti.  stər idman geyimi, istərsədə idman üslublu 

geyimlərdə  yeni  formaların  əvvəlki  formalardan  nə  qədər  sadə,  praktik  olduğunu 

ə

minliklə  demək  olar.  Dəyişmiş  formalarda  dizayn  elementlərinin  tətbiqinə  dair  



yenilikər  və    təkliflər  Azərbaycanda  dəb  dizaynerlərin  layihələrində  və  tikiş 

evlərinin işində istifadə оluna bilər. 

Dissеrtasiyanın  əsas  müddəaları  və  əldə  еdilən  nəticələri  həmçinin 

Azərbaycan  Dövlət  Iqtisad  Universiteti  “Texnologiya  və  Dizayn”  fakultəsinin 

diplоm və kurs layihələrində, həmçinin mühazirə kurslarında istifadə оluna bilər. 

Abrobasiya.Dissertasiya  ilə  əlaqədar  başlanılan  tədqiqat  və  araşdırmalr 

dövründən  indiyə  kimi  “Dəb  aləmində  bərqərar  olmuş  üslubların  psixoloji 

tiplərinin xüsusiyyəti” adlı bir məqalə, “ mic şəxsi üslub, şəxsi təqdimat kimi” və 



“ dman  geyimləri  -  yarandığı  dövrdən  günümüzədək”  adlı    iki  tezis  nəşr 

olunmuşdur. 

Disserrtasiya işin strukturu. Disserrtasiya işi giriş, 3 fəsil, 11 yarımfəsil, 79 

səhifə çap vərəqi, 14 şəkil,  nəticə və təkliflər, ədəbiyyat siyahısından ibarətdir. 

 

 

 



 

 

 



 

 

 

 

 


 

 



 

FƏS L I.DƏBSOS AL FENOMENK M  

 

Dəb  sosial  fenomen  olub,  elm  və  iqtisadiyyatın  o  cümlədən,  sənayenin 

yüksək  səviyyədə  inkişaf  etdiyi  cəmiyyət  üçün  xasdır.  Hər  hansı  bir  cəmiyyətdə 

dəb,  sosial  norma  kimi,  cəmiyyət  üzvlərinin  istehlakçı  davranışının  müəyyən 

modelini  irəli  sürür.  Dəb  sosial  norma  kimi,  fərdin  zahiri  xarakterini  müəyyən 

edir.Dəb o vaxt məxsusi dəyərə malik olur ki, cəmiyyətin qəbul etdiyi zahiri forma, 

fərdin daxili  tələbatı ilə üst-üstə düşsün  və  arzu olunan  obraz kimi  qəbul  edilsin. 

Bu halda dəb, istehlakçı davranışının kompasna çevrilir və insanlar öz istəkləri ilə 

dəbin “arxasınca getməyə” üstünlük verirlər. 

Dəb  strukturuna  dəb  obyektləri  və  standartları  daxildirlər.  Dəb  obyektləri, 

dəb sferası ilə bağlı olan hər hansı bir obyekt ola bilər. Məsələn, geyim, aksesuar 

və s. Dəb obyektləri ən çox dəyişkənlik təsirinə məruz qalan obyektlərdir. Bir sıra 

hallarda,  məsələn  geyim  detallarında  və  bir  sıra  aksesuarlarda  faydalılıq  meyarı 

dəyişməz  qaldığı  halda  belə,  onun  elementləri  və  müəyyən  hissələri  dəyişdirilə 

bilər.  Dəb  standartları  dedikdə  isə  qəbul  edilmiş  meyara  uyğun  geyim  və 

aksessuarlardan faydalanmaq, onlardan istifadə etmək, başqa sözlə onların dəyərini 

ödəyib, almaq nəzərdə tutulur. 

Hər bir sosial norma kimi dəb də, müəyyən sanksiyalara istinad edir. Lakin 

bu  sanksiyalar  yumşaq  xarakterə  malikdir.Məsələn,  dəbilə  ayaqlaşmaq  yaxşıdır, 

lakin bu, fərdin milli qəhrəmana çevrilməsi üçün çox azdır.Dəbə riayət etməmək, 

ona qarşı etinasız olmaq arzu edilməzdir.Lakin bu halda da, heç bir sosial təcriddən 

və  cəza  tədbirlərinin  tətbiqindən  söhbət  gedə  bilməz.  Sadəcə  olaraq,  elə  yüksək 

dairələr  mövcuddur  ki,  məsələn  nüfuzlu  diplomatiya  strukturları,  elitar  klublar, 

“ulduz”ların  toplandığı  “bomond”  adlandırılan  yığıncaqlarda  dəbi  vacib  şəkildə 

aktuallaşır  və  nisbətən  kəskin  xarakter  daşıyır.  Dəbə  uyğun  geyinməmək  belə 

cəmiyyətlərdə, kifayət qədər pis qarşılanır və şəxsin nüfuzuna böyük xələl gətirir. 

Dəb  sosial  norma  kimi  konkret  tarixi  xarakterə  malikdir.  Bu  o  deməkdir  ki,  dəb 

cəmiyyətin  konkret  tiplərinə  xasdır.Dəb  özlüyündə  müəyyən  dəyər  vəqiymətlə 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə