Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   2   3   4   5   6   7   8   9   ...   21

 

 

10 



 

bağlı  olduğu  üçün  o,  yalnız  hər  hansı  fərdin  sosial  vəziyyəti  və  nəhayət  alıcılıq 

qabiliyyəti ilə bağlıdır. 

Yalnız XX əsrdən başlayaraq, dəb ictimai həyatın tənzimləyicisi kimi özünü 

göstərməyə  başlayır.  Məhz  bu  dövrdən  etibarən,  dəb  haqqında,  ölkənin  bir 

təbəqəsinin  norması  kimi  deyil,  məhdud  zaman  ərzində  universal  norma  kimi 

nəzərdən  keçirilir.  O  bu  zaman  özünün  sosial  məziyyətini  qismən  itirmiş  olur.

 

Dəbin  başlıca  dəyəri  onun  müasirliyindədir.  O  öz  müasirliyini,  hətta  çox 



qədim elementə yenidən qayıtdıqda belə saxlayır. Dəb müasir olmaya bilməz, bu 

onun  mahiyyətinin  kökündədir.Müasirlik  və  keçərilik  –  dəbin  əsas  mahiyyətini 

təşkil edir.Köhnə dəb isə, artıq antidəbdir.Dəb nə qədər təzədirsə, onun keyfıyyəti 

və dəyəri də yüksək olur.Dəb bir sıra universal xassələrə malikdir. 

Dəb  üçün  regional  çərçivələr,  dövlət  sərhədləri  və  etnik  məhdudiyyətlər 

yoxdur.Dəb cəmiyyətdəki təbəqələşmə və müxtəlif siniflər arasındakı fərqi aradan 

qaldırmaq xassəsinə malikdir. 

XX  əsr  mədəniyyət  sahəsində  baş  verən  dəyişikliklər,  dəb  sənayesi  və  dəb 

üslublarında  öz  əksini  tapmışdır.  Müasir  dövrün  dəb  fenomeni,  bu  vaxta  qədər 

geyim  mədəniyyətində  mövcud  olan  təbəqələşmənin  zəifləməsi  və  bütün  sosial 

təbəqənin vizual cəhətdən bərabər görünmələrini təmin edən faktor kimi meydana 

çıxır.XX  əsrin  əvəllərində  dəb  liderləri,  yüksək  ixtisaslı  professional  dizaynerlər, 

kiçik elitar cəmiyyətdə birləşdilər. Ona görə də sosioloji nəzəriyyələrdə bu prosses 

ə

vvəlcə  dəb  standartlarının  istehsalı  və  onun  yuxarıdan  aşağılara  doğru  hərəkəti 



kimi nəzərdən keçirilir. 

Görkəmli sosioloq Q. Zimmel bu haqda yazırdı: “Dəb” müəyyən bir obrazın 

təqlid  edilməsi  olub,  sosial  mövqeyə  istinad  edilməsi  tələbini  ödəyir.  Dəb  ayrıca 

götürülən  insanı,  hamının  riayət  etdiyi  ümumi  axına  salmaqla,  həmin  insanı 

“çoxlarından birinə” çevirir. 

Dəb  eyni  vaxtda  fərqləndirmək,  differensasiya  etmək,  ümumi  axından 

ayırmaq  xassəsinə  də  malikdir.  Dəb  həmişə  sinfı  xarakter  daşımış,  yuxarı 

təbəqənin  dəbi,bütün  vaxtlarda  aşağı  təbəqəninkindən  fərqlənmişdir.  Bu  da  bir 




 

 

11 



 

faktdır  ki,  dəbaşağı  təbəqələrə  keçməyə  başladığı  halda,  yuxarı  təbəqələr  ondan 

dərhal imtinaedirdilər. 

Belə  dəb  istehsalı  konsepsiyası  XX  əsrin  I  yarısınadək  saxlanılır,  yalnız 

elitanın  obrazı  dəyişilir.  Sosioloq  T.Veblenin  nəzəriyyəsinə  görə“ABŞ-da  dəbin 

inkişafına  aristokratlar  deyil,  yenicə  pullanan  “nuvorişlər”,  özlərinin 

yaxın vaxtlarda əldə etdikləri yüksək statusu vurğulayanlar təkan verirdilər”. 

1950-ci illərdə dəb sahəsində vəziyyət əsaslı şəkildə dəyişir. 

Qeyd etməliyik ki, bu universallıq yalnız müasir dövrə aid edilir. Bu isə öz 

növbəsində  cəmiyyətin  demokratikliyini  və  dünyaya  açıqlığını  tələb  edir.  Dəbin 

ayrılmaz  cəhəti  onun  nümayişkarlığıdır.  Dəbin  obyekti  olan  geyim,  şəxsi  tələbatı 

ödəməklə  yanaşı,  həmçinin  onu  ətrafdakılara  nümayiş  etdirmək  üçün  alınır. 

stehlak obyekti yalnız ona baxan kütlə qarşısında dəyərləndirilir. Lakin bu dəyər, 

çox qısa müddətli və yalnız nümayiş etdirildikdə meydana çıxır. Burada nümayişin 

miqyası fərqli də ola bilər. Geyimin nümayiş sferası televiziya ilə yayınlanmadan, 

az  adamın  iştirak  etdiyi  toplantıya  və  yaxud  iki  nəfərlik  görüşədək  kiçilə  bilər. 

Lakin  bütün  hallarda  onun  nümayişkarlıq  funksiyası  öz  əhəmiyyətini  qoruyub 

saxlayır. 



 1.1.Dəbin meydana gəlməyolları 

 

Dəb(moda) - fransızca  mode- ölçü, obraz, qayda deməkdir. Bu söz vaxtda, 

müəyyən  mühitdə  geyim  və  digər  məişət  əşyalarının,  əsas  meyar  kimi  qəbul 

edilməsi  mənasında  işlədilir.  Bu  sözün  latınca  modusvariantı  isə,  öz  növbəsində 

qədim  hindlilərin  işlətdikləri  sanskrit  dilində  madh  -  sözün-  dən  götürülmüş, 

mənası  ölçü,  çəki  deməkdir.  Latınca  işlədilən  “modus”  sözü,  XVII-XVIII  əsrin 

fılosofları  tərəfindən,  materiyanın  keçici  xassəsini  bildirmək  üçün  işlədilirdi.  Rus 

dilində “dəb” sözü, I Pyotrun hakimiyyəti dövründə işlədilməyə başlanmış və ilk 

rus lüğətlərinə salınmışdır. 

Dəb, bizim qədim alaqaranlıqdır. Ya da yeni ictimai mövqeyimizdir. Payızda 

düşən yarpaqlar qədər qədim, baharda açan çiçəklər qədər yenidir. Dəb cəmiyyətin 

sosial,  siyasi  və  mədəni  vəziyyətinə  əks  olunur.  Tarix  boyu  müxtəlif  xalqların 




 

 

12 



 

müxtəlif  geyimlər,  bəzəklər,  boyalar  istifadə  edərək  fərqli  tərzlər  yaratmasına 

səbəb  olan  şeydir,  dəb.  Dəbin  ilk  ortaya  çıxışı  bu  günlərdə  ekspertlərin  diqqət 

mərkəzindədir.  Əksəriyyətinin    fikrinə  görə  dəbin  mənşəyi  ilk  insanın  ortaya 

çıxışına  əsaslanır.  Dəb  bəşəriyyət  tarixi  boyu  cəmiyyətlərin  ayrılmaz  bir  hissəsi 

oldu. Bu gün hamımızın ənənəvi geyim adlandırdığımız geyim tərzləri də əslində 

hamımızın içində olan o gizli hisslərin, mədəniyyətin xaricə əks olunmasıdır. 

Dəb  geniş  mənada  müəyyən  dövrdə  mövcud  olan  və  bu  vaxt  əksəriyyət 

tərəfindən  qəbul  edilmiş  mədəniyyətin  zahiri  formalarına  münasibəti  əks  etdirir.   

Dəb  sözü  mədəniyyət  təzahürlərinin  bütün  formalarına  şamil  edilsə  də,  öz  bədii 

həllini, daha çox geyim tərzində tapmışdır. 

nsan  geyiminin  tarixi  inkişafı,  dəb  ilə  qırılmaz  sürətdə  bağlı  olub,  insanın 

yeni  formalar  axtarmaq  cəhdinin  və  onun  tətbiqini  bu  sahədə  reallaşdırır.  nsan 

bədəni,  dəb  üslublarının  tətbiq  edildiyi  əsas  predmet  sayılır.  Hər  bir  dövr  insan 

bədəni  üçün  öz  məxsusi  estetik  ideal  miqyaslarının,  mütənasibliklərini  və 

siluetlərini yaradır. Beləliklə, dəb - insan bədəninin müəyyən hissələrini gizlətmək 

və ya əksinə onları daha çox qabartmaqla, silueti həmin dövr üçün qəbul edilmiş 

ideala yaxınlaşdırmaqdır. 

Dəbin yaranması bir çox amillərlə bağlıdır. Məsələn, dəb yarandığı ölkənin 

iqlimi,  təbii  xammal  mənbələri,  onun  adət-ənənələri,  sosial-siyasi  quruluşu, 

sənayesinin inkişaf səviyyəsindən asılı olaraq meydana çıxır. Dəbin yaranmasında 

iqlim  faktoru  özünü  belə  biruzə  verir.  Əgər  Skandinav  ölkələrinin  dəb 

yaradıcılığının  inkişafında  dəri  və  xəz  məmulatları  istiqaməti  üstürılük  təşkil 

edirsə,  Afrika  xalqlarının  dəb  yaradıcılığının  inkişafında  isə  daha  çox  təbii 

materiallar  olan  pambıq  və  kətanla  bağlı  layihələrə  üstünlük  verilir.  ngiltərənin 

iqlimi  yağışlı  olduğundan,  burada  üst  geyimləri  plaş  və  gödəkçələrin 

modelləşdirilməsi üstünlük təşkil edir və s. 

Lakin  bu  o  demək  deyildir  ki,  bu  ölkələr,  digər  mövsümlərlə  bağlı  geyim 

məmulatlarının  layihələndirilməsinə  və  istehsalına  qarşı  biganədirlər.  Bu 

ölkələrdəhər  cür  geyim  dəbi  işlənib,  hazırlana  bilər.  stər-istəməz  tələbatın 

üstünlük  təşkil  etdiyi  geyim  məmulatları  ən  çox  iqlim  faktoru  ilə  bağlı  olaraq 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə