Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

 

 

43 



 

Bunların  sonunda  da  mürəkkəbləşməyə  başlamışdır.  Geyimdə  olan  hər  bir 

elementin  ayrıca  bir  yaranma  səbəbə    və  tarixçəsi  var.  Tarixə  əsaslanaraq,  dəbin 

keçmişinə nəzər salsaq bu dəyişiklikləri və təsirləri daha yaxşı anlaya bilərik. 

1914-cü  ilin  avqustunda  Almaniya  Fransaya  müharibə  elan  edir.Bütün 

ölkədə  səfərbərlik  elan  olunur və  kuturye  geyimləri  ikinci  plana  düşür.  Yüngül 

sənaye   bütün  cəbhə  ehtiyacını  ödəməyə  yönəlir.  Mövsüm  kolleksiyalarından 

təntənəli  ziyafət  paltarları  yoxa  çıxır.Və  beləcə  xanımların  gündə  4  dəfə  paltar 

dəyişməsinə ehtiyac  qalmır.Əsgər  və  onun  geyimi  hər  vaxt  xalqın  güvənc  yeri 

olub.Birinci  Dünya  müharibəsindən  sonra  xalq  kasıblaşanda,  geyinməyə  bir  şey 

tapmayanda,  müharibədən  qayıdan  əsgərlərin  aksesuarlarını  geyiniblər.  ri 

parıltılı   metal  düymələr,  toqqalı  qayışlar,  hərbi  köynək,  çəkmələr  dəbdə  olub. 

Bunları  insanlar  fəxrlə,  qürurla  geyiniblər.Hətta  uzun  dövrlər  mübahisə  mənbəyi 

olan  aşıqlar  da  bu  geyimlərdən  istifadə  ediblər.Elə  o  vaxtdan  dəbdə  hərbi  üslub 

məşhurlaşıb. 

Dəbə  əvvəllər  ancaq üst  geyimlərdə  istifadə  edilən:  qara,  tünd  göy,  boz  və 

tünd  rənglər  daxil  olur.  O  dövrdən  etibarən  xanımların  qarderobu  militari  üslubu  

ilə  tanış  olur.  Gündəlik  geyimlərdə  minimalizmin  və  hərbi  üslubun  təsiri  hiss 

olunmağa  başlayır.  Ətəklər   qısalır  və  yanlarında  ciblər  peyda  olur.  Bu  dövrdən 

etibarən  iri  düymələri  olan  pencəklər,  nənələrimizin  müasir  hesab  etdiyi  yubka-

karandaşlar  (qələm  ətəklər)   işgüzar  xanım  obrazını  əmələ  gətirir. 

Ə

təklərin qısalması ilə ayaqqabıların rolu daha vacib hal alır.Məhz bu hərbi illərdə 



Koko Şanelin ulduzluq dövri başlayır:  

Müharibədən  sonra,  1946  və  47-ci  illərdə    kişilər  uniformalardan 

yorulmuşdular  və  yeni  bir  görüntü  istəyirdilər.  Amerikan  dizaynerləri  dünyanın 

idman  geyimi  üzərindəki  hakimiyyətlərini  saxladılar.  Amerikanın  idman  geyim 

meyllərini  Avropaya  keçməyə  başladı.  Tarixdə  ilk  dəfə,  gənc  insanlar  dəb 

yaratdılar, yaşlılar da onları təqib etdilər. 

Qadınlar, 1950-ci illərdə "Cigarette adlanan dar şalvarlar, çiçək motivli, incə 

detallarla  dar  və  qısa  pencəklər  geyirdilər.  1960-cı  illərdə  başlayan  hazır  geyim 

(pret  a  porter)  anlayışı,  dəb  tarixi  anlayışını  podiumlara  daşımağa  başladı.  Dəbə 



 

 

44 



 

təsir  edən  mühüm  trendlər,  arxivlərin  süzgəcdən  keçirilərək  yenilənirdi.  1960-cı 

illərda mini ətək "küçə tərzi tərəfindən mənimsəməyə başladı.  

Ancaq,  1973-ci  ildə  iş  adamlarıyla  müqayisədə,  orta  sinifin  nümayəndələri 

daha çox idman üslublu köynək, idman paltarlar kimi rahat geyimləri alırdılar. Bu 

idman  geyimləri  geymək,  iş  paltarları  geyinməkdən  daha  çox  həssaslıq 

göstərirdilər. 

19-cu  əsrlə  müqayisədə  20-ci  əsr  sonlarındakı  paltarların  daha  mürəkkəb 

olduğunu  görürük.  19-cu  əsr  geyimləri  sinif  və  regionlar  arasındakı  fərqləri  əsas 

götürürdü.  Şəhərlərdə  sinif  kodlarını  qəbul    və  şərh  etmək  asan  regional  kodlar 

yersiz  görünürdü.  20-ci  əsrin  sonlarında  isə  müxtəlif  tiplərdə  işlər  üçün  geyilən 

paltarlar  ifşa  edilməyi  olduqca  açıq  idi.  Ancaq  küçə  tərzi  19-cu  əsrdəki  tərzdən 

daha çox mürəkkəb idi. Rahat paltarların tanınması peşə paltarlarına nisbətən daha 

çətindir,  çünki  bunlar  insanın  özünü  ifadə  olunmasında  bir  vasitədir  və  çox 

fərqlilik  göstərir.  Qadınlarda  19-cu  əsrdə,  cinsiyyət  və  fərdlik  təsirlərinin 

görüldüyü  mədəni  normalara  uyğun  geyim  və  fiziki  görünüş  dəyişikliklər,  dəb 

dəyişikliyində klassik modeli təqib edirdi. Bunlar dəb dizaynerləri tərəfindən təklif 

edilib,  yüksək  təbəqədə  ki,  qadınlar  tərəfindən  istifadə  edilərək,  populyarlıq  əldə 

etdi. Fransada ortaya çıxan dəb, bu ölkədəki ənənəvi qadın dizaynerlərinin təzyiqi 

ilə  istifadə  edilməyə  başlandı.  Bütün  bu  siniflərə  mənsub  qadınlar,  geyimdə  kişi 

tərzini  qəbul  etdilər,  dominant  mədəniyyətə  üsyanlarını  göstərmədilər,  amma 

müxtəlif  tiplərdə  fəallıqları  asanlaşdırdılar.  19-cu  əsrdə  köhnəlmiş  olan  geyim 

növləri  20-ci  əsrdə  nisbətən  və  ya  tamamilə  sərt  tərz  olaraq  ortaya  çıxdı.  19-cu 

ə

srdə bəzi şeylərdən məhrum edilmənin başlıca səbəbləri arasında insanların sosial 



statusunun  səviyyəsi  və  uyğunsuz  qarşılanacağı  fikri  yer  alırdı.  20-ci  əsrin 

sonlarında isə bu səbəblər yerini yaş və bəzi zamanlarda da adamlar arasında yarış 

amilinə buraxdı.  

Həmçinin  geyilən  geyimlər,  sosial  qrupların  bir-birini  dərk  etməsi 

məsələsində də bir yol idi. Bir ünsiyyət olaraq geyim, bəşəri dildən çox regional bir 

dil  halına  gəldi.  Dəb  və  geyim,  ictimai  quruluş  və  mədəniyyət  arasındakı 




 

 

45 



 

münasibətləri  fərq  etmək  məsələsində  bir  ipucu  təqdim,  həmçinin  parçalanmış 

cəmiyyətlərdə mədəniyyət nəzarəti üçün izlənəcək yol məsələsində bir işarə edir. 

1960-70-ci  illərdə  dəb  tendensiyasına,  gənclərin  “kontr  -  mədəniyyət” 

hərəkatı(xüsusilə “hippi”lər) çox böyük təsir göstərir. 

 

“Submədəniyyət” təmayülünə görə, isə dəb lideri kimi ayrı-ayrı cəmiyyətlər 



çıxış edirlər. Bu cəmiyyət üzvləri isə öz növbəsində sosial statuslarına görə deyil, 

zövqləri,  mədəni  səviyyələri,  ideologiyaları  baxımından  bir-birinə  yaxın  olan 

insanlardan ibarət olduqlarından, burada hər hansı bir tendensiya çox tez yayılmaq 

imkanı qazanırdı. 

“Hippi” hərəkatı dəbi “şəxsiyyəti sıxan”, onu “özü” olmaqdan məhrum edən 

vasitə  elan  etmişdir.  Dəb  sənayesi  isə,  bu  məntiqdən  çıxış  edərək,  marketinq 

texnologiyası və reklam təbliğatında daha çox “seçim azadlığı”, “müstəqil seçim” 

kimi sözlərdən istifadə etməklə onları özünə cəlb etməyə müvəffəq olmuşdur. 

Məsələn,  1976-cı  ildə  dəb  haqqında  nəşr  edilən  kitab  “Dəbdən  azad 

olmaq”adlanırdı. 

 

Dəbin  dəyişkən  və  dəyişmiş  olduğu  dövürlərdə  mikroüslublarda 



yaranırdı.80-cı illərdə “dəb sənayesində” siqmentasiya baş verir, bir obraz əvəzinə 

tədricən,      

Hamı üçün dəb üslublardan ibarət “yığma dəst” (looks) yaranır. Bu qarışıq üslublar 

arasında hər kəs istədiyini seçə bilər. 

Jül Lipovetski bu proses haqda yazırdı ki, “eyni tipli dəb əvəzinə” açıq oyun 

məntiqinə  əsaslanan  dəb  meydana  gəlmişdir.  Bu  vaxt  təkcə  geyim  modellərini 

seçmək  kifayət  deyil,  özünü  dünyaya  təqdim  etməyin  ən  ağlasığmaz  variantları 

arasında  seçim  etmək  lazımdır.  Dəb  silsilələri  fasiləsiz,  hər  hansı  bir  yerə 

bağlanmaqla, “on line” axınında dünyanın istənilən nöqtəsinə çatdırılır. 

Mikroüslublar dedikdə, adından göründüyü kimi böyük üslublara daxil olan 

xırda  üslublar  nəzərdə  tutulur.(şək.8,9,11,12,13,14)Ayrı-ayrı  üslublardan 

götürülmüş  elementlərdən  də  istifadə  edərək  mikro  üslub  yaratmaq  mümkündür. 

Dəb  formalaşmağa  və  müəyyən  üslublara  bölündüyü  zamandan,  xırda  yəni, 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə