Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

 

 

40 



 

Artıq  1911-ci  ildə  Paris  mağazalarında  şarovarlara  (türk  şalvarları)  və  ətək- 

ş

alvarlara  rast  gəlmək  olardı.  Buna  baxmayaraq  1931-ci  ildə  Paris  meri  aktirisa 



Marlen  Ditrixi  şalvar  geyindiyi  üçün  şəhərdən  qovdu.  Çünki  bu  qadın  küçələrdə 

ş

alvarda gəzirdi. Deməli, avropalı qadınların yalnız evdə şalvar geyinmək icazəsi 



var idi. 

1851-ci ildə Londonda feminist Cenkins və onun tərəfdarları donlarını qısa 

kəsərək,  altdan  şalvar  kimi  geyinməyə  başlayırlar.  Onlar  öz  etirazlarını  şalvar 

geyinməklə  nümayiş  etdirir,  azadlıqlarını  tələb  edirdilər.  Xanımlar  müəyyən 

müddətdən  sonra  velosiped  sürməyə,  idmanla  məşğul  olmağa  başladılar.  Şalvar 

ə

həmiyyətli bir geyimə çevrilməyə başladı. XIX əsrin 70- ci illərində Amerikada 



qadınlar  artıq  velosiped  sürürdülər.  Ancaq  onlar  ətək  və  ya  donlarda  velosiped 

sürməkdə  çətinlik  çəkirdilər.  20  ildən  sonra  yəni  XIX  əsrin  90-  cı  illərində 

jurnallarda  velosiped  sürən  xanımlar  üçün  yeni  şalvar  modelləri  dərc  olundu.  Bu 

modellərdə də ətək var idi, ancaq onu lazım olanda yığmaq üçün toqqa da nəzərdə 

tutulmuşdu.  Bir  müddət  sonra  Amerikada  xanımlar  üçün  mavi  cinslər  dəbə 

düşməyə  başladı.Qadınların  həyatına  cinsin  girməsi  azadlıq  dövrünün  başlanğıcı 

olur  və  bu  azadlıq  həyatın  hər  sahəsində  olduğu  kimi,  qadınların  geyimində  də 

təsirini göstərir. Cins şalvarlar qadın şalvarlarının qələbəsi oldu. Bu şalvarlar qadın 

və  kişi  hüquqlarının  bərabərləşməsində  mühüm  rol  oynayıb.  Əvvəllər  qadınlar 

üçün nəzərdə tutulan şalvarların bağlanma yeri böyürdən olub. 

1990-cı  illərin  sonlarına  doğru  isə  dar  şalvarlar  dəbi  başlandı.  Təxminən 

2000-ci ildən qadın şalvarlarının “nabedrınnı”(bağlanma yeri normadan aşağı olan 

ş

alvarlar)  deyilən  forması  dəbə  mindi.  Hal-hazırda  qadın  şalvarlarının  müxtəlif 



modelləri geniş yayılıb. 

1910-cu  illərdə 20 əsr avropa dəbi dünyanın digər ölkələrinin xarici təsirinə 

qapıldı.  Məsələn   hər  yerdə    idman  üslubulu geyimin  yayılması.  Elə  həmin  ildən 

idmanla  məşğul  olmaq  yalnız  sağlamlıq  deyil,  həmdə  idman  üslubunu  surətlə 

inkişaf  etdi   və dəbə daxil oldu.1905-ci ildə Parisdə fovistlərin  rəngbərəng parlaq 

ə

sərləri sərgidə nümayiş etdirilmişdir. 




 

 

41 



 

1910-cu    illərin  fərqləndirici    cəhəti  ornamentli,  dəbdəbəli  dekor  və  parlaq 

çalarlar olmuşdur. XX əsrdə  yalnız rənglər deyil, həm də üslublar dəyişirdi. Məhz 

onda  klassik  korsetlər    yerinə,    incə  formalı  və  daha  yüngül  paltarlar  dəbə  daxil 

oldu. 

Bu  vaxt  Pol  Puare  qadın  geyimlərinin  formasını    dəyişdi.  1913-ci  ildə  isə  



qadınların  qarderobunda  idman  geyimləri  yer  aldı.  Avropada velosiped  və  atçılıq  

kimi  idman  növləri  məşhur  olmuşdur.  Avropa  qadınlarına  gəldikdə  isə,    onlar 

kroket,  qolf,  tennis,  atçılıq  və.s  bu  kimi  idman  növləriylə  məşqul  olmağa 

başlamışdılar.  Bütün  bunlar,  onlaraın  daha  rahat  və  komfortlu  paltarlar 

geyinməsinə  gətirib  çıxardı.Ona  görə  də  qadınlar  çox  geniş  paltar  və  korsetdən 

imtina  edib,  düz  biçimli,  siluetə  oturmuş  yüngül  paltarlara  üstünlük  verməyə 

başladılar. 

Ə

nənəvi çay dəsgahı  zamanı xanımlara korsetdən istifadə etməməyə icazə 



verirdilər.  ndi  onlar  korseti  əvəzinə,  uzun  rəngli  şəkillərlə  ətəkli  paltar    geyinə 

bilərdilər.  Müəyyən  üslubda  görünmək  üçün  heç  də  vacib  deyil  kor-koranə  dəbə 

uyğunlaşmaq. Obraz üslubla vəhdət təşkil etməlidir. Ona görə çox vacibdir, dəb və 

üslub anlayışlarını fərqləndirmək. 

Üslubun  seçimi  zamanı  insanın  fərqləndirici  xüsusiyyətini,  fərdiliyini,  onun 

makiyajını, geyim və davranışının necə olduğunu müəyyən etmək olar . Əgər üslub 

düzgün  seçilibsə,  o  həmişəlik  insanla  qala  bilər  və  nəticədə  onun  davranışına, 

dünya görüşünə və ən əsasda həyat tərzinə təsir göstərəcək. 

dman geyiminin incəlikləri: 

1-ci  dman geyimi geyinmək üçün əsas şərt zəif olmaq deyil. 

2-ci  dman  paltarı  geyinərkən  diqqət  edilməsi  lazım  olan  başlıca  məqam, 

aksesuarların nələr olduğudur. Yəni eynəklərin, saatın, corabın rəngi və modeli də 

gündəmə uyğun olmalıdır. 

3-cü  Çox  makiyaj  istifadə  etməmək  lazımdır.  Çox  boyalı  bir  üz  və  idman 

üslubulu geyim, ortaya çox təzadlı bir mənzərə çıxarır. Sanki sadəcə dəbdə olmaq 

üçün geyinilmiş kimi, görünür. 




 

 

42 



 

4-cü  Uyğun  rənglər  və  uyğun  naxışlar  əhəmiyyətli  bir  mövzudur.  Jilet, 

pencək,  idman  paltarı,  qolsuz  köynək  və  ya  geyim  əşyalarının  bir  bütün  olaraq 

uyğun olması mütləqdir. Rəng və forma olaraq da. 

Bu  üsluba  üstünlük  verənlər  əsasən,  ətrafı  ilə  rahat  ünsiyyət  qura  bilən, 

sərbəst insanlardır. Onlar, enerjili, ünsiyyətçil, aktiv həyat yaşıyanlardır. Qadınlar 

isə  hər  işi  çatdırar,  eyni  zamanda  yemək  hazırlayar,  uşaqlarla  məşğul  olarlar, 

qaynanasının suallarına və telefona da cavab verməyə vaxt taparlar.  dman bu tip 

insanların  həyatının  bir  hissəsidir.  Belə  insanları  sağlam  qida,  təmiz  hava, 

vitaminlər daha çox maraqlandırar. Xarici görnüşləri gənc və demokratik görünür. 

Kişilər  üçün  ən  optimal  geyim  elementləri  cins,  hörmə  və  trikotaj 

köynəklərdir.  Onların  qarderobu  əsasən,  futbolka  və  rahat  şalvardan  ibarət  olar. 

Sevimli ayaqqabısı krasovka və yaxud  çəkmədir. Bu kişilər saçlarını qısa kəsdirər, 

üzləri  isə  təraş  olunmuş  olar.  Kişinin  aksessuarları  kompas  və  taymerli  idman 

saatları, böyük çanta və ya rükzaqdan ibarət olar. 

 

3.2.  dman üslubunda mikroüslubların fəaliyyəti 

Son  30  ildə,  dəbin  keçirdiyi  təkamül,  cəmiyyətdə  müasir  parçalanmalarla 

paralellik  göstərərək,  müxtəlifliyin  artması,  sosial  qruplar  arasındakı  mürəkkəb 

münasibətlər  və  müxtəlif  sosial  qruplar  arasındakı  ünsiyyətin  böyüməsi 

istiqamətində  oldu.  Dominant  tərz  dəyişikliklər,  müxtəlif  dairələrdəki  adamlara 

sürətlə  çatdırıldı.  Bu  prosesdə  yuxarı  sinifdəki  insanlar  model  kimi  böyük  rol 

oynadılar.  Cəmiyyətdəki  sosial  siniflər  daxilində  və  arasında  olan  bu  parçalanma 

dəbinin  3  ayrı  kateqoriyada  inkişaf  etməsinə  səbəb  oldu:  Lüks  dizayner  dəbi, 

sənaye dəbi və küçə tərzi. Bu 3 kateqoriya zəif bir bağ ilə bağlanır: küçə tərzinin 

lüks dizayner tərzi üzərində, bu ikisinin də sənaye dəb üzərində bəzi təsirləri var. 

Dəb  dünyasının  mərkəzləri  olan  Paris,  Nyu-york  və  London  fərqli 

aspektlərdən  əhəmiyyət  daşıyır.    Nyu-york  dizaynerləri,  spesifik  həyat  tərzlərini 

göstərən,  həqiqi  və  ya  xəyali  paltarlar  yaratmaqda  ustadırlar.  Dəb  mənbələri, 

cərəyanları tarix boyu  dəyişikliklərə uğramış  və  bir  çox hadisədən təsirlənmişdir. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə