Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 

 

37 



 

Dizaynerlərin  işləyib  hazırladıqları  dəbli  meyillər  bu  gün  insana  imkan  verir  ki, 

kostyum vasitəsilə öz fərdiliyini ifadə etsin, ona daha çox yaraşanı seçsin, bununla 

da zahiri ləyaqətini nəzərə çarpdırsın və xarakterinin təkrarsız xüsusiyyətlərini açıb 

göstərsin. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

38 



 

FƏS L  III.  DMAN ÜSLUBLU GEY MLƏRDƏ 

D ZAYNELEMENTLƏR N N ANAL Z  

3.1.  dman üslubunun xüsusiyyətləri 

XX  əsrin  əvvəllərində  Avropa  dəbi  kəskin  şəkildə  xarici  təsirlərə  məruz 

qalır. Belə ki, o dövrdə idmanın hərtərəfli tanınması, şərq üslubunun təbliği, daha 

sonra  Rusiyanın  milli  üslubu  və  əlbəttə  ki,  birinci  dünya  müharibəsi  insanların 

dəbə  olan  münasibətini,  ümumilikdə  bütün  dəb  sənayesini  tamamilə  dəyişir. 

dmana  olan  həvəs  idman  geyimlərinin  yaranmasına  səbəb  olur  və  illər  keçdikdə 

bu  üslub  təkmilləşir.  dman  geyimləri  artıq  məşq  zallarından  kənara  çıxaraq 

müəllimlərin,  həkimlərin,  jurnalistlərin,  artistlərin,  biznesmenlərin,  işgüzar 

adamların  və  tələbələrin  həyatının  ayrılmaz  hissəsinə  çevrilir.  Bu  gün  əminliklə 

demək  olar  ki,  tennis  oyunları  ətəklərin qısalmasına,  şortların  və  qırçınların  dəbə 

minməsinə gətirib çıxarır. Bu da idman üslubunun rahatlığı ilə əlaqədardır. Atçılıq 

idman növü isə bizə bu gün daha mükəmməl formada təqdim olunmuş pencəkləri, 

konki  sürmək  və  xizəkçilik dəb  dünyasına  norveç  papağı  və  norveç  poluverini 

gətirib.  

Londonda başlayan gənclərin dəbi şüarı dünyaya ayaq səslərini eşitdirməyə 

başlayırlar və bu dəb tezliklə bütün dünyaya yayılır. 50-ci illərdə ortaya çıxan sənət 

cərəyanı Pop Art (Mücərrəd ekspressionizm) xüsusilə  ngiltərə və ABŞ da böyük 

ajataja səbəb oldu. 

1905-ci ildə Parisdə fofizm stilində (Matissa və Derena və başqaları) parlaq, 

rəngarəng  əsərlər  sərgidə  nümayiş  etdirilir.  1911-ci  ildə  Sergey  Dyaqilev  balet 

qastrol çərçivəsində Londonda səhnəyə şərq üslubunda hazırlanan “Kleopatra” və 

“Şəhrizad” baletlərini qoyur. Canlı boyalar və zəngin şərq dekorları 1910-cu illərin 

yeni dəb trendinin başlanğıcı olur və podiuma parlaq rənglər gətirir. 

1960-cı  ilDəbi:  Dəb  küçələrin  və  gənclərin  səsinə  qulaq  verməyə  başladı. 

Bahalı  geyimlərin  əksinə,  iqtisadi  olaraq  asan  əldə  edilə  bilən  geyimlər  ortaya 

çıxdı.  Hazır  geyim  dediyimiz  bu  anlayış  Haute  Couture    taxtından  saldı  və  bu 




 

 

39 



 

zamandəb  faktı  bu  dövrdə  sarsıntıya  uğrayır  və  "hippie  lookakımıyla"  birlikdə 

böyük çiçəkli naxışlar,kolyeler və cinslər hakimiyyəti başlayır. 

Müasir  dövrdə  əksər  xanımların  qarderobunda  şalvara  rast  gəlmək 

mümkündür.  Yəqin  ki,  bunun  da  əsas  səbəbi  şalvarın  daha  praktik  olması, 

xanımların əksəriyyətinin bu geyimdə özlərini rahat hiss etməsidir. Bəs görəsən bir 

zamanlar yalnız kişilərin geyindiyi şalvar qadınların qarderobuna necə daxil olub? 

Mövzu ilə bağlı bir sıra mənbələrə müraciət edəndə bəlli oldu ki, tarixdə ilk dəfə 

ş

alvarı  şərq  qadınları  geyiniblər.  Hətta  belə  deyirlər  ki,  3  min  il  bundan  əvvəl 



ş

alvarı  Assur  padşahının  həyat  yoldaşı  Semiramida  dəbə  salıb.  Şalvarların  qadın 

qarderobuna  tam  şəkildə  keçməsi  isə  XX  əsrdə  baş  verib. Qadın  şalvarları  hələ 

qədim  türk  qadınlarının  əsas  geyimlərini  təşkil  edib.  Bu  da  onların  köçəri  həyat 

tərzi  keçirmələri  ilə  bağlı  olub.  Dünya  tarixinə  türk  qadınları  döyüşkən,  cəsarətli 

qadınlar  kimi  daxil  olub.  Onlar  daima  at  belində  olduqlarına  görə  şalvar  türk 

qadınlarının  ən  vacib  geyimi  sayılıb.  Ancaq  slam  dinində  qadının  şalvar 

geyinməsinin  günah  olub-  olmaması  bir  qədər  ziddiyyətlidir.  Bəzi  din  xadimləri 

ümumiyyətlə  qadının  şalvar  geyinməsinin  böyük  günah  olduğunu  deyirlər: 

“Qadının kişi, kişinin qadın libasında dolaşması ən böyük günahdır”. Digərləri isə 

ş

alvarın  bədəni  daha  yaxşı  örtdüyü  üçün  qadınların  şalvar  geyinməsinin  fəzilət 



olduğunu düşünürlər. Ancaq türk qadınları hələ islamdan çox- çox əvvəllər şalvar 

geyinməyə  başlayıblar.  Ərəb  ölkələrində  isə  hər  bir  şahzadənin  qarderobunda 

mütləq  bir-iki  dəst  ipək  şalvar  olub.Nədənsə  indiki  dövrdə  şalvar  geyinən 

müsəlman  qadınlarına  qarşı  olan  mənfi  fikirlər  hələ  də  mövcuddur.  Şalvarın 

Avropaya  aid  bir  geyim  tərzi  olduğunu,  müsəlman  qadının  şalvar  geyinməsinin 

məqsədəuyğun  olmadığını  düşünənlərə  maraqlı  bir  faktı  xatırlatmaq  istəyirəm. 

Avropada orta əsr xanımı şalvar geyinsəydi, onu tonqalda yandırardılar. Ona görə 

də  qadınlar  uzun  donlarda  gəzirdilər.  Hətta  qısa  donlar  altından  belə  şalvar 

geyinmək onların ağır cəzalandırılması ilə nəticələnə bilərdi. Onlar yalnız ballarda 

bu  cür  geyinə  bilərdilər.  lk  dəfə  şalvar  geyinməyə  cəsarət  edən  avropalı  qadın 

Janna  Dark  olmuşdu.  Bu  hərəkətinə  görə  kilsə  onu  cəzalandırmışdı.  1809-  cu  ilə 

qədər Fransada Napoleon “Qadınların şalvar geyinməsinə qarşı” qanun qoymuşdu. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə