Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

46 



 

mikroüslublarda  yaranmışdır.  Müasir  idman  üslubuna    bir  neçə  mikroüslublar  

daxildir. 

Hip-hop  təkcə  geyim  üslubu  deyil,  həm  də  həyat  tərzidir.  Bu, 

cəngəlliklərdən  məhrum  olmuş,  asfalt  və  daşlı  küçələrdə  yaşayan  çoxsaylı 

insanların  bir-birindən  fərqlənib  özünü  ifadə  etməsinin  bir  üsuludur.  Bu  üslub 

yüngül,    rahat,  maraqlı  və  böyük  şəhərin  müvafiq  ritminə  uyğun  imic  yaratmaq 

deməkdir. Hip-hop üslubu bir növ idman üslubuna yaxındır, lakin musiqinin təsiri 

altında  bir  qədər  dəyişdirilib.  Şəhərlə  əlaqələndirilən  və  ya  şəhər  dəbi  anlayışına 

xas hip-hop geyim üslubu Afrika və Amerika gəncliyinin yaşadığı Nyu-York, Los-

Anceles, Çikaqo, San-Fransisko, Detroyt kimi bölgələrdə ortaya çıxıb.   

Bu gəncliyin özünə xas olan musiqi janrı olduğu kimi, geyim tərzi də fərqli 

idi. Kasıb məhəllələrdə böyüyən Amerika və Afrika gəncliyi həyat tərzinə uyğun 

olan  rahat  və  dəlisov  geyim  üslubunu  yaradır.  Müasir  geyim  üslubunda  hip-hop 

tərzi  çox  məşhurdur.  Bu  tərz  torba  şalvarların  və  kobud  obrazların  hesabına 

yaranır. Bu üslub çoxşaxəli istiqaməti ilə seçilir, rahat və çox hərəkət edən insanlar 

üçün əlverişlidir. 

 

Hip-hop  geyim  cərəyanının  yaranması  1970-cı  illərin  sonları  və  1980-cı 



illərin əvvəllərinə təsadüf edir. Hip-hop Amerikada parlaq rəngli idman paltarları, 

tünd  rəngli  dəri  bomber  gödəkcələr,  idman  ayaqqabıları  və  idman  kepkalarından 

ibarət  olan  rahat  və  dağınıq  geyim  tərzi  kimi  xarakterizə  olunur.  1970-ci  illərin 

sonlarında  “Le  Coq”,  “Kangol”,  “Adidas”  və  başqa  firmalar  hip-hop  geyim 

üslubunda  geyimlər  istehsal  edirdilər.  Daha  sonra  bu  markalara  “Nike”  və  başqa 

markalar da əlavə olunur. 

Zamanla  hip-hop  geyim  tərzinə  bəzi  əlavələr  və  dəyişikliklər 

olunur.Məsələn, enli cins şalvarlar və şortlar da bu üsluba aid geyimlərdir.Xüsusilə 

hip-hop musiqisi ilə məşğul olan sənətçilər bu üslubda geyinirlər.Həmçinin bu dəb 

hip-hop  musiqi  janrının  heyranları  tərəfindən  də  təqib  edilir.Hip-hop  üslubu  həm 

də  əla  çevikliyi  ilə  xarakterizə  olunur.Qeyri-məhdud  hərəkətlər  fikir  azadlığına 

kömək  edir  və  yaradıcılıq  üçün  geniş  imkanlar  yaradır.Ona  görə  də  bu  üslub 

hərəkət edən insanlar üçün çox gözəl yarayır, onun fəaliyyət sahəsi rəqs üzərində 



 

 

47 



 

qurulub. Top maykaların üstündən geyilən dama-dama köynək və papaqlar səhnə 

obrazı  üçün  idealdır.  Çünki  səhnədə  fəal  hərəkət  etmək  tələb  olunur,  deməli, 

burada idman ayaqqabılarsız keçinmək olmaz. 

Bu  üslubda  geyinmək  üçün  kasıb  məhəllədən  olan  və  ya  dələduzlarla  rəqs 

edən  ulduz  olmaq  vacib  deyil.  Rahatlığına  düşkün  olan  savadlı  və  intellektual 

insanlar  da  bu  üsluba  müraciət  edə  bilərlər.    ndi  isə  müasir  hip-hop  tərzində 

geyinən  məşhurlara nəzər salsaq görərik ki, 2010-cu  ildə hip-hop  dəb  cərəyanına 

ə

n  çox  Rihanna,  Cennifer  Lopez  və  Mayli    Sayrus  kimi  görkəmli  simalar  əməl 



edirdi. 

Minimalist tərz 

Sadə geyim tərzidir. Klassik geyim tərzinə yaxın incəliklər var. Adətən tək 

rəng  və  pastel  tonlar  seçim  edilir.Minimalist    qadınları  hər  şeydən  çox  rahatlığa 

önəm verirlər, bu bir həqiqətdir.    stər 70-ci illər olsun, istərsədə 40-cı illər, geyim 

tərzində  mütləq  bir  sportivlik  mövcud  idi.  Kinoya,  konsertə,  gecə  gəzintisinə  və 

hətta  ziyafətə  gedərkən  belə,  xüsusilə  qadınlar  ayaqlarına  idman  ayaqqabılarını, 

üstlərinə də çox təbii bir görünüş verən idman üslublu gödəkcə geyirdilər. Parça, 

bol cibli şalvarlar beldən büzgülü ətəklər də idman tərzinə uyğun sayılır. 

dman tərzi 

dman  edərkən  seçilən  geyimlərin  xaricində,  gündəlik  həyatda  rahatlığı 

üstünlük verənlərin tərzidir. Geniş  və pambıq  geyimlər, idman ayaqqabıları, geniş 

ş

alvarlar,  idman  tərzli  şlyapa  və  eynəklər,  kətan  köynək  və  şalvarlar  seçim  edilə 



bilər.    dman  geyiminin  ən  qabarıq  və  üstün    tərəfi,  hər  yerə  geyinmək  mümkün 

olmasıdır.  Xüsusilə  qəşəng  və  dəb-dəbəli  geyinmə  arzusu  olmayanlar  üçün  ideal 

bir  tərzdir.    Cibli  şalvarlar,  toqqalı  idman  jiletlər,  qalın  corab  və  sweat-shirt  tipli 

geniş poluverlər bu tərzin əsas elementləridir. 

Maksimalist tərz 

Minimalist janrın tam əksi olan dəbdəbəli geyim tərzini ifadə edir. Cəlbedici 

parlaq rənglər, böyük aksessuarlar, qabarıq saç modelləri, böyük şlyapa və eynək 

seçimi ilə maksimalist tərzində ola bilərsiniz. 




 

 

48 



 

Son zamanlarda tez-tez eşitdiyimiz  maksimalisttərz, kişi geyimlərinin  qadın 

çizgileri  ilə  əldə  edilmiş  bir  tərzdir.  Bu  tərəzi  seçən    xanımlar    rahatlığı  sevən 

olduqları  üçün,  bu  tərzdən    ayrıla  bilmirlər.  1980-cı  illərdə  alternativ    rokun  bir  

növü  kimi  Amerika  da  Sietldən  bölgəsində  ortaya  çıxan  musiqi  cərəyanı, 

mədəniyyət  və  həyatı  ifadə  edən  grunge,  punk,  metal  və  rok  musiqilərindən  də 

təsirlənmişdir. Tərz olaraq daha çox aqressiv, içə dönük və saymazyanadır.  Hərifi   

mənası isə "dağınıq, çirkli" mənasını verir. 

Küçə tərzi 

Dəbi yaxından təqib edən, trend olan geyimləri  əks etdirən küçə tərzi üçün, 

adətən,  diqqət  çəkən  detallar  əks  etdirilir.  Cırılmış    cinslər,  futbolka  seçim 

edilərkən, asimmetrik saç formaları ön plandadır. 

Bohemiya Tərzi 

1970-ci    illərin  təsirləri  ilə  sərbəst  geyim  tərzidir.  Barak  geyim  üçün,  geniş  paça 

ş

alvarlar, uzun geniş  ətəklər ön plandadır. Pastel tonlarda yaşıl, tünd qırmızı, qara, 



mavi bohemiya tərzə hakim olan rənglərdir. 

Vintage Tərz 

1960-cı illəri əks etdirən geyim, aksessuarlarla keçmişə bağlılığı əks etdirən 

geyim  tərzidir.  Keçmişə  qayıdışı  ifadə  edən  Vintage  ilə,  nostaljik  paltarlara  

üstünlük  verilir.  Adətən,  krujeva,  pastel  tonlar,  çiçək  naxışları,  köhnəlmiş  dəri 

çantalar üstünlük verilir. 

Gothic Tərzi 

Qara,  krujevalar,  uzun  yaraşıqlı  krujevalı  paltarlar,  şlyapalar  Gothic  Tərzi 

ə

ks  etdirir.  Qara  makiyaj  və  qara saç ilə tamamlanır.90-cı  illərin ortasında  dəbdə 



olan  grunge  axını  son  zamanlar  yenidən  səhnəyə  çıxdı.  Grunge  tərzini  musiqi, 

fəlsəfə və geyim tərzi olaraq bir bütün görmək lazımdır. Rahat və saymazyana tərzi 

də  ifadə  edən  grunge  geyim  tərzi  dama-dama  köynəyi  ilə  özünü  müəyyən  qədər 

ifadə  edir.  Cırılmış  yamaqlı  şalvar,  mini  şort,  dama-dama  köynəklər,  sallanmış 

qollu  jiletlər,  dəri  şalvarlar,  dama-dama  parça  ətəklər,  geniş  qolsuz  köynəklər 

grunge geyim üslubu üçün xarakterikdir. Grunge üslubunu bir qədər punk tərzinə 

bənzətmək mümkündür,  ancaq fəlsəfələri fərqlilik göstərir.  



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə