Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

55 



 

qayııdır.  O əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, öz müştəriləri üçün tam bir dəb 

aləmi yaradır. 

 1922 – ci ildə Lanvin moda evinin loqotipini yaradır və burada qızına olan 

məhəbbətini əbədiləşdirir. Bu emblem bu günə qədər də məşhurdur. 1923 – cü ildə 

Lanvin Sport, 

1926 – cı ildə isə Lanvin Tailleur/Chemister xəttini buraxır. 

Bütün karyerası boyu J. Lanven yeni – yeni xətlər istifadəyə verərək daima 

öz  markasını  genişləndirirdi:  xəz  geyim  kolleksiyası,  alt  geyim  kolleksiyası,  kişi 

geyimləri. 

O  özünün  zərif  və  yaraşıqlı  icra  olunmuş  təkrarsız  geyimlər  yaratmaq 

istedadı ilə şöhrət qazanmışdır, 

Özünün peşəkarlığına və məşhurluğuna görə hörmət qazanan Janna Lanvin 

digər fransız moda evlərinə sərmayə qoyur və müxtəlif sərgilərə sponsorluq edirdi. 

O  teatr  aktrisaları  üçün  və  kino  ulduzları  üçün  həm  səhnə,  həm  də  gündəlik 

geyimlər tikirdi.  

1941 – ci ildə o, “Rayka uşaqları” filminə, sonra isə Saşa Qitrinin tamaşaya 

qoyduğu  pyes  üçün kostyumlar  tikir. Janna  Linven 1946  –  cı  ildə  özündən  sonra 

tam bir moda imperiyası qoyaraq dünyasının dəyişir. 

Onun  istedadı  hələ  sağlığında  layiqincə  dəyərləndirilmişdir.  1926  –  cı  ildə 

Fəxri  legion  ordeni  ilə  təltif  olunur.  Onun  dəb  evinin  bu  günə  qədər  də  çoxlu 

pərəstişkarları var. Janna Linven üslubu yaşamağa davam edir. 

v Sen Loran - Dəb ədəbiyyatına adını qızıl hərflərlə həkk etdirmiş adlardan 

biridə  v  Saint  Laurentdir.  O,  bir  mədəniyyət  xadimi,  ədəbiyyatı  geyimlərə  əks 

etdirən,  Metropoliten  Muzeyindəki  ilk  defile  həyata  keçirən,  qadınlara  smokinq 

geydirən,  qara  manikenləri  podiuma  ilk  çıxarandır.    Dəb  dünyasına  gətirdiyi 

yeniliklərlə divarları gözəl bir şəkildə yıxan  v Saint Laurent qəlblərdə xüsusi yer 

fəth etdi.  nanılmaz bir həssaslıqla tilsimləri qırdı. Bu həssas ruh, az sayda stilistə 

nəsib olmuşdur. Həyat yoldaşı və adının lüks dünyasının ən prestijli markalardan 

biri  halına  gəlməsində  ən  böyük  rol  oynamış  olan  Pyer  Berg,  dizaynerinin  ruh 

halını ən yaxşı həll edən insan kimi son anına qədər yanında oldu. 




 

 

56 



 

O,  hər  şeydən  əvvəl  "bir  mədəniyyət  adamı  idi.  Dəbin  bir  sənət  növü 

olmadığını  ancaq  sənətlə,  mədəniyyətlə  iç-içə  olduğunu  sübut  etdi.  Vlasquezin 

spaniyanı, Delacroixnın Mərakeşlini, Pikassonun, Braqueın əsərlərini podiumlara 

qaldırdı.  Şekspir,  Aragon,  Marcel  Prust,  Jan  Cocteau  kimi  yazıçı  və  şairlərə  həsr 

etdiyi kolleksiyaları ədəbiyyatı geyimlərə əks etdirdi. 

Saint  Laurent,  qadının  qadınlığını  utopik  hala  gətirən  üslubu,  Əlcəzairdə 

keçirdiyi  gənclik  illərində  aldığı  mədəniyyətin  rəng  həssaslığı  və  qadına 

qazandırdığı  yeni  geyim  anlayışı  dünyanın  ən  qabaqcıl  dizayneri  olmuşdu. 

Qadınların  xəyal  gücünü  əks  etdirən  möhtəşəm  kolleksiyalar,  tikmələr,  görkəmli 

nümayişlər  etdi.  Dünyanın  dörd  bir  tərəfindən  Parisə  gələn  məşhur  və  zəngin 

müştərilərin sayı artdı. 

Laurent, bir prinsip daha imza ataraq Afrika ölkələrinə olan həssaslığını qara 

müqəvvaları  podiuma  çıxardaraq  ifadə  etdi.  Carol  Miles,  manın,  Rebecca  kimi 

qara  müqəvvalar  fırtınası  illərlə  aktuallığını  qorudu.  Peşəkarlığı  və  qabiliyyəti 

qədər  şəxsiyyəti  də  ən  hiddətli  dəb  mütəxəssisindən  jurnalistlərə,  ən  nüfuzlu  iş 

adamlarından emalatxana işçilərinə hər kəsin könlündə yer aldı. 

1966-  cı  ildə  smokinqi  qadın  qarderobuna  daxil  etdi,  1968-ci  ildə  təqdim 

etdiyi safari kolleksiyası,  rahatlıq anlayışına androgen bir toxunuş gətirən məşhur 

dizayner, illərlə dəb meyllərinə istiqamət verdi. 1967-ci ildə isə "YSL Rive Gauche 

loqosu ilk hazır giyim mağazasını açaraq daha geniş kütlələrə çatmaq strategiyasını 

başladı.  Saint  Laurent  tərəfindən  çəkilən  kolleksiyaların  sənayelər  tərəfindən 

istehsal edilməyə başlanması tekstil dünyası da yeni bir impuls qazanmış oldu. 

Paco Rabanne 

1965-də  Paco  Rabanne,  metal  paltarlar  istehsal  edərək  dəbdə  tam  bir 

sensasiya  yaratdı.  70-ci  illərdə  məşhur  Yapon  stilistlər  Kenzo  Takado,  Mitsuhiro 

Matsuda,  Yohji  Yamomoto,  Issey  Miyake  sayəsində  Avropa  geyimlərində  şərq 

küləkləri  əsməyə  başladı.  Bu  stilistlər  bir  tərəfdən  orijinal  Avropa  geyimləri 

istehsal  edərkən,  digər  tərəfdən  də  ənənəvi  şərq  paltarlarının  detalları  üzərində 

çalışdılar.  Hətta  Kenzo  Takado,  Avropa  dəbinə  şərq  kəndli  paltarlarından  sitatlar 

da əlavə etməyi etinasızlıq etməmişdi. 



 

 

57 



 

MariQuant 

Beatles  və  Carnaby  Street  illərinin  rəmzi  mini  ətək.Yeni  dəbi  tanıtmaq 

məqsədi  ilə  turneyə  çıxan  ilk  dizayner.1965-ci  ildə,  14  gündə,  pop  musiqinin 

ritmində rəqs edən manikenlərlə 12 şəhər dolaşdı. Buckingham Sarayına mini ətəyi 

gətirən ilk adam oldu. Quant, Chanelin başladığı inqilabı davam etdirmək istəyirdi. 

 

Giorgio Armani 



1934-cü ildə  taliyada göz açan Giorgio Armani 1970-cı ildən  taliyanın bir 

çox dəb  evlərində yeni geyim kolleksiyaları hazırlamağa başlayır və 1974-cü ildə 

bütün  dünya  Giorgio  Armaninin  kolleksiyasını  görür.  Onun  ilk  işi  çox  uğurlu 

alınır. Hal-hazırda Armani dünyada aparıcı dəb evlərindən biridir. 

O,  iddialı  işlərin  müəllifidir.  Dayaq  nöqtəsi  olan  boz  kostyumu  ortaya 

çıxaran  Armani  pret-a-porter  dünyasındakı  karyerasında  kişi  dəbini  qadın  dəbinə 

tətbiq edən nadir dizaynerlərdəndir. Əsas forması eyni qalsa da, kişi pencəkləri bir 

az  dəyişikliklə  qadına  uyğunlaşdırır,  köynəklərin  yumşaqlığı  hardasa  eyni  qalır. 

Yaratdığı sadə və qəşəng paltarlar çalışan qadın tərəfindən asanlıqla mənimsəndi. 

Bəzilərinə görə, 80-ci illərə estetik Georgio Armani ilə gəlmişdir. Digərlərinə görə 

isə Versace 1972-ci ildə Milanda çalışmağa başlayaraq və 1978-ci ildə ilk pret-a-

porter kolleksiyanı yaradaraq, 80-ci illərin havasını tamamilə dəyişmişdi. 

Eksklüziv  kişi  və  qadın  geyimləri,  ayaqqabılar,  aksessuarlar,  saatlar  və 

zərgərlik nümunələri Armani adı ilə təqdim olunur. “Emporio Armani”,  “Armani 

Exchange”,  “Armani  USA”,  “Jeans  Armani”  kimi  qolları  isə  firmanın  adını  dəb 

aləminə qızıl hərflərlə yazdırır.  

Calvin Klein 

“Calvin  Klein”  firması  isə  1968-ci  ildə  Nyu-Yorkda  Barri  Şvars  və  dostu 

Kelvin  Kleyn  tərəfindən  yaradılıb.  Atelye  əvvəl  kişilər,  daha  sonra  isə  qadınlar 

üçün geyimlər hazırlayıb. 1970-ci ildə dizayner qadınlar üçün nəzərdə tutulan kişi 

kostyumu təqdim edir.  

Həmin  ildə  o,  2  tərəfi  düymələnən  buşlat,  yəni  matros  pencəyi  kimi  enli 

yaxalıqlı qısa palto ərsəyə gətirir. Bu model tək fəslin hiti yox, bundan sonra 10 il 

ə

rzində  üst  qadın  geyiminin  üslubu  olur.  1974-cü  ildən  isə  firma  aksessuarlar  və 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə