Microsoft Word ?liyeva Zibeyd? 869M. doc



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix21.06.2018
ölçüsü0,53 Mb.
#50634
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

52 



 

çəltik  satan  olmayan  Puare  bir  neçə  il  ərzində  məşhur  dəb  evlərinə  hədsiz  baha 

qiymətə  öz  eslləkizlərini  satan,  şəxsi  marka  sahibinə  çevrildi.  Artıq  XX  əsrin 

ə

vvəlində  adi  qadını  şahzadəyə,  adi  günü  isə  bayram  gününə  çevirə  bilən  bir 



sənayenin başlanğıcını qoydu. Bu sənayedə geyimlə bərabər istifadə edilməli olan 

hər  bir  aksesuar,  ayaqqabı,  şlyapa,  ətir  və  s.  eyni  usta  üslubunda  olub,  “eyni 

imzanı”  daşıyırdı.1896 –  cı ildə  adi  dükançının oğlu  gənc  Puare  Parisin  ən  yaxşı 

salonunda  –  Jak  Ausenin  yanında  işə  girdi.  Burada  o,  moda  Olimpinə  doğru 

pillələrdə  ilk  addımlarını  atdı.  Ause  yenicə  fəaliyyətə  başlayan  rəssama  Sara 

Bernar, Qabriel rejan və Mistanqent kimi ən şıltaq müştəriləri ilə işləməyi həvalə 

etdi.  Bu qadınlar  Parisin paytaxt  səhnəsini  və  ən  zərif,  qəşəng  qadın şöhrətini  öz 

aralarında paylaşan qadınlar idilər. 

Koko Şanel - “Əgər siz sizdə olmayan nəyisə istəyirsinizsə, demək ki, siz heç vaxt 

etmədiyinizi  etməlisiniz.”  Bunu,  işləməkdən  heç  vaxt  yorulmayan,  ən  əsası  da 

fədakarcasına  çalışan,  işi  yolunda  can  qoyan  valehedici  bir  qadın  –  Koko  Şanel 

demişdi. O hər zaman nə istəyirdisə və ən çox nə sevirdisə onu da edirdi. Ona görə, 

insan sevdiyi işlə məşğul olmalıdır. Şanel üçün uğurun açarı: biz başa düşməliyik 

ki,  biz  daha  çox  nə  ilə  məşğul  olmağı  xoşlayırıq;  bunu  anladıqdan  sonra  isə  biz 

həyatda  özümüzü,  öz  yerimizi  tapmalı,  sonra  çalışıb,  şərait  qurub,  uğura  dərs 

verməliyik. 

O,  uğur  qazanmış  və  “əfsanəvi   qadın”  adına  layiq  görülmüşdür.  Belə  bir 

deyim var: “Uğurlu bir başlanğıc üçün hansısa xüsusi bir şərtlər tələb olunur” deyə 

bir  deyim  var.  Amma,  Şanel  bu  fikri,  illuziyanı  darmadağın  edir.  Buna  yetərincə 

səbəbi və deyərdim ki haqqı da var. Çünki, Qabriel Şanel dünyaya şanslı bir ulduz 

altında  gələnlərdən  deyildi.  Onun  həyatını  izləyənlər    bunu  daha  yaxşı  bilir. 

Məşhur bir dizayner olana kimi onun keçdiyi yollar heç də asan olmayıb. 

O çox qabiliyyətli, bacarıqlı idi və o heç vaxt özünü rəssam adlandırmırmış, 

uzaq  başı  kustar,  dərzi.  O  əllə  nəsə  düzəltmək  bacarığına  malik  idi.  Kişi 

dizaynerlər  öz  kolleksiyalarında  valehedici  qadını,  gülü  tərənnüm  edirdilərsə,  o, 

qadın olduğu halda ancaq bir şeyə can atırdı, o da ki – azadlıq. Sosial yollardan, 

ə

ziyyətli narahatlığacan, bütün şeylər, hansı ki, bədənin hərəkətini, beyni və ürəyi 




 

 

53 



 

sıxlaşdırırdı  –  o  bütün  bunlara  qarşı  idi.  Qadınların  üstündən  karseti  çıxararaq, 

onların  bədəninə  rahatlıq  gətirdi.  Onun  arzusu  bu  idi  ki,  qadına  özü  olmağı,  öz 

təbiəti ilə qarmoniya içində yaşamağı çatdıra bilsin. 

1940-cı illərdən sonra Kristian Dior adlı bir modelyerin gün işığına çıxması 

Ş

anel üçün daha bir zərbə oldu. Şanelin qadın üçün yaratdığı rahatlıq və sadəlik elə 



bil  ki,  yerləyeksan  edildi  və  Şanelə  görə  yenidən  əvvəlki  darıxdırıcı  və  sıxıcı 

geyimlər dəbə düşdü. Amma, Şanel bilirdi ki, bunun ömrü çox olmayacaq. Elə düz 

də  bilibmiş.  Artıq  85  yaşında  Şanel  yenidən  öz  işinin  başına  geri  dönmüş  olur. 

Təbii,  bu  sırf  öz  istəyi  ilə  deyil,  həm  də  çoxsaylı  insanların  Şanel  markasını,  bu 

markanın  yetişdirdiyi  rahalıq  dolu  geyimləri  axtarması,  istəməsi  ilə  baş  verdi. 

Yenidən  yeni  bir  üslub    üzərində  çalışmağa  başladı.  O  üslub    ki,  asketlik  və  ya 

klassika  ilə  bərabərlik  təşkil  edirdi.  Başqa  modelyerlərlə  onun  işlərindən, 

ideylarından  kopyalayaraq,  öz  kolleksiyalarında  istifadə  edirdilər.  Bu  isə  Şanelə 

böyük  sevinc  və  fərəh  verirdi.  Jaklin  Kennedinin  çəhrayı  kostyumu  da  Şanel 

tərəfindən  yaradılmışdı.  Bununla  Şanel  elə  bil  ki,  artıq  ikinci  dəfə  idi  ki,  qadın 

görüntüsünü dəyişirdi. Koko Şanel 88 yaşında vəfat etdi. Bu 88 il ərzində məşhur 

xanım  geyim  üslublarına,  kostyumlara,  dəb  evlərinə,  ətirlərə  öz  adını  və  həyatını 

vermiş  oldu.  Şanel  çox  yeniliklər  yaratmaışdı,  ən  əsası  da,  o  elə  bir  qadın 

yaratmışdı  ki,  hansı  ki,  ona  qədər  heç  kim  bunu  bilmir,  tanımırdı.(şəkil  23)  Bu 

məşhur xanım  “dəb  dahisi,  filosofu”  idi.  Amma,  bütün  bunlara  baxmayaraq  qoca 

yaşlarında Şanel elə tərfiləniləsi halda deyildi: özündənrazı, burnu göylərdə, kinli, 

ə

davətli və hökmlü bir qarı kimi idi və tənha idi. 



XX  əsrin  qadın  siluetini  yaradan,  “Mən  bütün  dünyanın  qadınları  üçün 

geyim yaratdım, amma, indi onlar lüt gəzməyə can atırlar” deyən Qabriel Şanel 10 

yanvar 1971-ci ildə ömrünün sonuna da tamamilə tənhalıqda son vermiş oldu. O, 

tənhalığı da sevirdi. 

Janna  Lanven-  Ailəsinə  maddi  kömək  etmək  məqsədilə  13  yaşında  ikən 

Parisdə  şlyapa  atelyesində  işələməyə  başlayır.  Sonra  onu  Madame  Felix 

atelyesində işə dəvət edirlər, sonrada öz bilik və bacarığını təkmilləşdirmək üçün 

Cordeau şlyapa atelyesinə keçir və Barselonaya köçür. 




 

 

54 



 

1885  –  ci  ildə  Parisdə  özünün  şəxsi  atelyesini  açır.  Onun  yaratdığı 

kolleksiyalar şəhərin zəngin xanımları tərəfində böyük rəğbətlə qarşılanır. 

1896 – cı ildə Janna Lanven Emilio di Pyetroya ilə ailə qurur. 1897 – ci ildə 

qızı Marqarita Mari – Blanş dünyaya gəlir. Janna Lanvenin həyatında bu mühüm 

hadisə  baş  verməsəydi  o  məşhur  modelyer  olaraq  qala  bilərdi.  Ailənin  yeganə 

övladı  anası  üçün  yeganə  ilham  mənbəyi  olur.  Janna  kiçik  qızlar  üçün  geyim 

kolleksiyası  yaradır.  Sonra  gənc  qızlar  üçün  ingilis  tikmələri  ilə  bəzədilmiş 

valehedici  geyimlər  yaradır.  Lanvenin  rəsmləri  əsasında  yaradılmış  geyimlər 

müştərilərin çox xoşuna gəlir və onlar da öz qızları üçün belə geyimlər tikdirmək 

arzusunda olurlar. 

Tezliklə  Janna  qərara  alır  ki,  uşaqlar  üçün  pret  –  a  –  portye  geyim 

kolleksiyası yaratsın. Sonra qərara alır ki, öz məhsullarının satsın və 1889 – cu ildə 

Parisdə  mağaza  açır.  Bu  zaman  lanvenin  22  yaşı  var  idi.  Yəqin  Lanvenin  ilk 

mağazasını  açanda  heç  ağlına  belə  gəlmirdi  ki,  bu  mağaza  100  ildən  sonra  da 

Lanven stilinin pərəstişkarları üçün işləyəcək. Öz firma mağazasını açandan sonra 

Janna qadınlar üçün kolleksiya yaratmağa başlayır.  

1917  –  ci  ildə  Janna  qəzet  jurnalisti  Tempslə  evlənir.  Onunla  birlikdə  çox 

səyahət  edir.    Müxtəlif  şəhərlərə  səyahətdən  ilhamlanan  Janna  özünü  müxtəlif 

mədəniyyətlərə  və  formalara  həsr  olunmuş  obrazlar  yaradılmasına  həsr  edir. 

Gəzdiyi yerlərdən yeni, maraqlı parçalar əldə edir ki, bunun hesabına da  yeni zərif 

obrazlar  yaratmağa  nail  olur.  Jannanın  əldə  etdiyi  təcrübə  Lanvin  model  sırasına 

təsir  göstərir.  O  vaxtın  camaatı  artıq  şərq  mədəniyyətinə  maraq  göstərmişdi, 

Lanvin

 kolleksiyası isə öz ətrafında xüsusi ajiotaja, səs – küyə səbəb olur. 

1909 – cu il onun həyatında dönüş ili olur, Janna qərara alır ki, modacıdan 

kutyureyə  çevrilsin  və  özünün  Moda  Evini  açsın  və  burada  onun  nadir  üslubunu 

həyata keçirən modellər təqdim olunsun. 

Onun  kolleksiyalarının  yaradılmasında  ilham  mənbəyi  səyahətləri  və 

kolleksiyasını topladığı impressionizm üslubunda rəsm əsərləri olur. Dizayner çox 

gözəl  mərasim  və  toy  paltarları  yaradır.  1909  –  cu  ildə  artıq  yüksək  modaya 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə