Əli Kərim
15
gözə görünməzdir, zərifdir. Əlinin yaratdığı xarakterlər isə
yalnız birtərəfli olmayıb, müəyyən cizgilərə malikdir. Əli-
nin süjetli, xarakterli şeirləri onun poema janrına müvəf-
fəqiyyətlə keçməsi üçün möhkəm zəmin olmuşdur”.
11
Adil Babayev “Azərbaycan gəncləri” qəzetində çap
etdirdiyi “Uğur olsun, gənc şair” adlı məqaləsində isə Əli
Kərimin bir şair kimi sənəti, sənətkarlığı başa düşdüyünü,
insanların ruhuna müsbət təsir göstərən poetik çalarları,
rəngləri şeirinə gətirdiyini, öz qabiliyyətinə arxalanıb,
ədəbiyyat qarşısındakı borcunu layiqincə yerinə yetirə
bildiyini diqqətə çatdırır. Həmin məqalədən bəzi fikirləri
burada veririk: ”...Ə. Kərimov gənclik aləminin rəngarəng
arzularını, sevgisini, məhəbbətini, əmək cəbhəsində
göstərdikləri hünər və cəsarəti tərənnüm edir....
Ə.Kərimov ədəbiyyatın yazdığı hər bir kiçik şeirin
vəzifəsini çox aydın başa düşür. O öz şeirlərini zəhmət
adamlarına kömək etmək üçün, onları yeni əmək
xarüqələri yaratmağa ruhlandırmaq üçün yazır...
Əli Kərimov şeir yazmağa başladığı ilk günlərdən
çox düzgün bir yol tutmuşdur. Yaradıcılığına həmişə tə-
ləbkarlıqla yanaşan bu gənc şair öz şeirləri üzərində diq-
qətlə işləyir. Yeni sözlər, ifadələr, bədii formalar axtarır.
12
Xalq şairi Cabir Novruz isə “Azərbaycan” jurna-
lında çıxan “Şair dostlarım” adlı məqaləsində Əli Kərim
şeirini ədəbiyyatımızın ən dəyərli poetik nümunələrindən
hesab edir, şairin yaradıcılığına yüksək qiymət verərək,
heyrətini belə ifadə edir: ”Əli Kərimin “İki sevgi” kitabını
Sona Xəyal
16
vərəqləyirəm. Misralar, poetik dönüşlər, siqlətli fikirlər,
ədəbi priyomlar təzədir. Onun yazı manerasını xüsusilə
xoşlayıram. Şairin əsərlərində oxucunu heyrətə salan
ifadələr, təbii hissər güclüdür. “Qaytar ana borcunu” poe-
ması kimin qəlbini həyəcanlandırmır? Bu kiçik həcmli
şeiri bilə-bilə poema adlandırıram. Həmin yazıda təbliğ
olunan böyük humanist fikir, sənətkarlıq son illərdə ədə-
biyyatımızda yaranan bəzi uzun-uzadı poemalara dəyər,
desəm, səhv etmərəm”.
13
***
Şairin növbəti kitabı “Həmişə səfərdə” adlanır.
Kitab 1963-cü ildə Azərnəşrdə çap olunub. Kitabın anno-
tasiyasında oxuyuruq: ”Həmişə səfərdə” – həmişə oxucu-
ları düşündürməyə, təzə, obrazlı sözlər deməyə can atan
şair Əli Kərimin Azərbaycan diində çıxan ikinci kitabıdır.
Bu kitabdakı şeirlərdə zəhmətin romantikasını, bə-
şəri duyğuları, ülvi sevgini tərənnüm edən həssas bir
ürəyın döyüntüləri duyulur”.
14
Kitab “Mənim həyatım” adlı şeirlə açılır. Kitabı və-
rəqləyirsən, “Əllər”, “May səhəri”, “Romantiklər”, “Dost-
lar, mühəndis və dəniz”, “Bir gecəlik Kür olmuşam” və s.
şeirlərdəki poetik misralar, sərrast fikirlər səni tutur: ”Adi
bir insanam mən, Adidən də adiyəm. Bir əl boyda kağıza
sığmaz amma bu aləm”, “Gah tək qalan bir söyüd, gah da
bir daş olduğum”, “Min ölənin, qalanın həyatıdır həya-
tım”, “Birisi də elə bil Özü öz əllərini Oğurlayıb bayaqdan
Əli Kərim
17
qoymuşdu ciblərinə”, “Çiçək səpdi çiyinlərinə yaşıl bu-
daqlar”, “Bir şar uşdu, gözdən itdi evlər dalında, Bir
zamanlar uçurduğum uşaqlığım tək”, “Romantikdirlər
onlar, onlarçün nə uzaqlıq, nə də məsafələr var”, “Sinəsin-
də gəzdirdiyi o dəniz İndi onu sinəsində gəzdirir”,
“Xoşbəxtəm ki, heç olmasa bir gecəlik Kür olmuşam”...
Diqqəti “Həmişə səfərdə” adlı şeir cəlb edir. “Qa-
tarlar dayananda, Təyyarələr enəndə, Məncə bitməyir
səfər, Səfərdəsən yenə də”,— yazan şair düşünür ki, insan
dünya kimi əbədi səfərdədir. Hətta bir daşın üstandə
oturub mənalı bir kitabı varaqlayırsa, yenə də səfərdədir...
Yuxlayanda hər axşam,
Yuxusu körpüdürsə.
Günlə gün arasında–
Səfərdədir o adam...
Hətta məzardadırsa,
Xatirəsi dostlara
Bir təpə aşmaq üçün
Qüvvə verirsə əgər,
O yenə səfərdədir.
Mənzilə çox var hələ...
Səfərdədir, yol gedir...
15
Kitabı vərəqləməkdə davam edirəm. Bir-bir şeirləri
oxuyuram, bəzilərinə təkrar qayıdıram, bir də oxuyuram.
“Məkr və məhəbbət qalası”, “Zaksda”, “Gəldin”, “Qızın
Sona Xəyal
18
sevgisi” adlı şeirlərdəki hiss, duyğu tutur məni. “Daş”,
“Nəğmələrin yuvası”, “Fəhlələr”, “Ölülər ordusu”, “Ana-
lar ağlayır”, “Göylər adamının himni” adlı nümunələrdə
müxtəlif mövzular, yerdən göyə, sağdan sola, təpədən
dırnağa yol başlayan fikirlər diqqəti çəkir. Buradakı
obrazlar, şairin yaratdığı xarakterlər adamı düşündürür. Və
nəhayət, ən çox sevdiyim şeirlərdən birini tapıram bu
kitabda. Gözümün önündə çox sevdiyim müğənnilərdən
biri Flora Kərimova canlanır. Sanki onun səsini eşidirəm.
Bu səs Əli Kərim şeirinin ruhuna qarışıb puhumu oxşayır.
Hardasa, haçansa itirdiklərimi xatırlayıram, pıçıltıyla
“Qayıt” deyirəm, gözlərim dolur, amma ağlamıram, Əli
Kərim şeirinin sehri məni öz aləminə, şairin söz aləminə
aparır və “Qayıt”ı oxuyuram:
Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı!
16
Əli Kərim şeirdə daha böyük müvəffəqiyyət qazan-
sa da, təkcə şair kimi qalmadı. Qələmini ədəbiyyatıızın bir
Dostları ilə paylaş: |