Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   2   3   4   5   6   7   8   9   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
23
Ağasəf Axundov “Kommunist” qəzetindəki “İki sevgi” 
adlı  məqaləsində poema haqqındakı fikirlərini də oxucu-
lara çatdırır: ”İlk simfonuiya” poeması  Əli Kərimin epik 
janrda ilk müvəffəqiyyətli addımıdır. Poemadakı konflikt 
bəstəkar  İlham və Azadın xarakterləri arasındakı ziddiy-
yətlər  əsasında inkişaf edərək ictimai məzmun kəsb edir. 
İlham və Azadın sənətdə buraxdığı  səhvlər, birincinin 
düzgün, ikincinin saxta yayadıcılıq yolu, onların sənətə 
müxtəlif baxışları, bir-birinə zidd olan əxlaqi keyfiyyətləri 
poemada ustalıqla təsvir edilmişdir”.
21
 
Kitabdakı ikinci poema “O mənə danışdı ki...” ad-
lanır. Poema “Ayaqlar”, “Ayrılıq”, “Adsız fəsil”, “Açıl-
mamış güllələrin yarası”, “Ana, hardasan”, “Ayıldım bir 
səhər” adlı bölümlərdən ibarətdir. Burada şair bir ayağını 
itirmiş bir kişi ilə kurortda tanış olur və kişi ona başına 
gələnləri danışır. Elə poemanın adı da buradan alınmışdır. 
Burada müharibənin ağrı-acısını əks etdirən şair təkcə bir 
adamın, ayağını itirmiş bir əsgərin deyil, bütünlükdə mü-
haribədə faşistlərə qarşı mübarizə aparan, canını düşün-
məyən, yalnız bir məslək uğrunda vuruşan insanların 
hekayətini yazır. Burada xalqlar dostluğu da tərənnüm 
olunur. Bu gün bu kimlərinsə xoşuna gəlməyən mövzu 
olsa da, mənə elə gəlir ki, bu olanları, yaşanmış keçmişi-
mizi heç cürə tariximizdən kəsib atmaq mümkün deyil. 
Heç lazım da deyil. Çünki, o dövrdə olanları nəinki unut-
maq,  əksinə bu gün üçün faydalı  cəhətlərini hətta təbliğ 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
24
etmək gərəkdir. O zaman vətənpərvərlik indikindən qat-
qat güclü idi... 
Əli Kərimin sağlığında cəmi dörd kitabı  işıq üzü 
görüb. Amma bu dörd kitabla Əli Kərim təkcə Azərbay-
canda deyil, bütünlükdə keçmiş sovet məkanında güclü 
şair kimi tanınıb. Təkcə oxucular deyil, bütün sənət dost-
ları da, ümumi ədəbi mühit də, ədəbi tənqid də Əli Kərim 
şeirinin özünəməxsusluğunu duyub, Əli Kərim lirikasının 
bədii dəyərini yüksək qiymətləndirmişdir. Asəf Axundov 
“Bakı” qəzetindəki məqaləsində yazırdı: ”Əli Kərimi lirik 
bir  şair kimi oxucuya sevdirən də onun yeni söz demək, 
yeni fikir və həyati hisslər ifadə etmək meylləridir... 
İnsanın zəngin daxili aləmi,  əxlaqi keyfiyyətləri, 
mənəvi gözəlliyi və qüruru Ə.Kərimin şeirlərinin ruhunu, 
canını təşkil edən başlıca hisslərdir”.
22
  
Elə bu cəhətlərdir ki, yarımçıq ömür yaşamış, dün-
yasını vaxtsız dəyişmiş (kim bilir, bəlkə  də elə vaxtında 
dəyişmiş)  Əli Kərim özündən sonra qoyub getdiyi ədəbi 
irsi ilə bu gün də aramızdadır. Sənət dostları da, oxucuları 
da  Əli Kərimi bu gün də yaşadırlar. Bu gün də  Əli 
Kərimin ölümü ilə razılaşa bilmirlər, indi də söz düşəndə 
yana-yana danışırlar, ağır olsa da, həmin günə qayıdırlar. 
Həmin gün! 1969-cu ilin qızmar iyul günü... 
“Ədəbiyyat və incəsənət” qəzeti 1969-cu il, 5 iyul 
tarixli sayında bu ölümə bir səhifəlik göz yaşı gölü ayırdı. 
Mirzə İbrahimovun Moskvadan vurduğu teleqramda oxu-
yuruq: ”Qeyri-adi poetik istedadına, qələminə  dərin mə-


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
25
həbbət bəslədiyim  əziz  Əlinin vaxtsız vəfatından doğan 
kədərimi ifadə üçün söz tapmıram...Onun  ədəbi irsi ədə-
biyyatımız üçün çox qiymətlidir. Sizin ağır dərdinizə qəl-
bən şərik oluram”.
23
 
Səhifədə Məmməd Arazın “Torpağa qarışdı”, Qabi-
lin “Budaq sındı”, Rəsul Rzanın “Bir şair–bir insan öldü” 
adlı yazıları, Yazıçılar  İttifaqının nekroloqu və  Əli Kəri-
min “Vəsiyyət” adlı  şeiri dərc olunmuşdur. Nekroloqda 
oxuyuruq: ”Əli Kərimin  şeirlərində müasir gənclərin 
mənəvi tələblərinə  və estetik zövqlərinə uyğun olan qiy-
mətli cəhətlər–coşqun vətənpərvərlik və beynəlmiləlçilik 
ruhu,  əməkçi insana dərin məhəbbət, daim yeniliyə, 
tərəqqiyə can atmaq meyli güclü idi. Şairin hər bir yeni 
əsəri ciddi yaradıcılıq axtarışlarının məhsulu idi”.
24
 
Əli Kərimi sadəcə bir insan, bir şair deyil, özünə 
doğma qardaş    bilən xalq şairi Rəsul Rzanın təəssüfü də 
diqqəti çəkir. O yazırdı: ”Ölüm bir nəğməkarı  əlimizdən 
aldı. Şair Əli Kərim artıq sıralarımızda yoxdur. Onun son 
şeirinin adı “Vəsiyyət”dir. O, insanlara yaxşılığı vəsiyyət 
edib getdi. Onun şeirləri qaldı, həyəcanlı, müdrik şeirləri, 
insan qəlbinin nadir hərarəti ilə isinmiş şeirləri. Biz ondan 
yeni yaradıcılıq icadları gözləyirdik... 
Biz  şairin vəsiyyətinə hörmətlə onun tabutuna 
qələm-kağız qoyduq. Nə yazıq ki, bu qələm onun əlində 
əvvəlki sənətkarlığına qovuşa bilməyəcək”. 
25 
 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
26
Hardan gəldi çıxdı 
Ölüm–bu qoca kaftar. 
Yaman kəmfürsətdir, 
Görmür ki, 
      əlimdə nə qədər 
            işim var? 
Heç kim inanmır ki,  
Öləcək... 
Elə mən də... 
Amma ölüm 
     oğlanlarımın 
         kədərli təbəssümüylə 
               gülümsəyəndə, 
Onların, hələ dünyanı 
Tamam yığa bilməmiş 
Gözləriylə baxanda, 
Onlarla bir oyanıb da, 
Bir oynayanda, 
Hər işdə onlardan 
Geri qalmayanda, 
Sadiq köpək kimi  
             girəni,  
              çıxanı yoxlayıb, 
Qapının yanından  
                 ayrılmayanda, 
            inandım öləcəyimə... 
Demədim heç kimə.
26 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə