Okeanın dibinə göndərilən səs dalğası saniyə ərzində gedib qayıdarsa suyun dərinliyini tapın



Yüklə 12,12 Kb.
tarix11.01.2018
ölçüsü12,12 Kb.
#20435

VI TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ.

Şagirdin soyadı və adı_______________________ Sinif____ Tarix “___” ________ 201_ il



1.Okeanın dibinə göndərilən səs dalğası 6 saniyə ərzində gedib qayıdarsa suyun dərinliyini tapın.

A)6000 m B)7500 m C)5000 m D)4500 m E)3000 m



2.Qabarma dalğalarının daha yüksək olduğu su obyektləri:

A)Fandi körfəzi,Bostol körfəzi,Oxot dənizi

B)Baltik dənizi,Azov dənizi,Fandi körfəzi

C)Botnik körfəzi,Benqal körfəzi,Xəzər dənizi

D)Filippin dənizi,Azov dənizi,Sarqas dənizi

3.Düzgün ifadələri seçin:

1.Sakit okean ən cavan okeandır

2.Müasir okeanlar Hondvana və Lavrasiya quru sahələrinin parçalanması nəticəsində yaranmışdır.

3.Yerdə ilk yaranan okean Tets adlanır

4. Yerdə ilk yaranan sular vulkan püskürmələri nəticəsində əmələ gəlmişdir.

5.Yerdə toplanan suların əsas hissəsi kosmosdan gəlmişdir

6.Suyun müasir kimyəvi tərkibi biosferin,litosferin,atmosferin iştirakı ilə formalaşmışdır

4.Verilmiş sxemdə dalğanın elementlərini müəyyən edin.

1._______________ 2.______________

3._______________ 4._______________ http://2.bp.blogspot.com/-cmyewmyi-i0/u3iejon28di/aaaaaaaafyk/c5pqzmbcl8e/s1600/image.bmp
5.Səhv fikirləri düzgün olanla əvəz edin.

-Okean cərəyanları Günəşin və Ayın təsiri ilə yaranır

-Zəlzələ və vulkan püskürmələri zamanı qabarma dalğaları yaranır

-Sunami dalğası daimi küləklərin təsiri ilə yaranır

-Okean cərəyanlarının temperaturu ekvatordan qütblərə doğru artır

-Qütblərdən ekvatora doğru hərəkət edən cərəyanlar isti,ekvatordan qütblərə hərəkət edənlər isə soyuq olur



6.Okean cərəyanları üçün doğru olan fikirləri seçin:

1.Tropik enliklərdə materiklərin şərq sahillərindən isti cərəyanlar,qərb sahillərindən soyuq cərəyanlar keçir

2.Okean cərəyanları sahilləri geoloji yaşına,tektonik quruluşuna və faydalı qazıntıların yerləşməsinə təsir edir.

3.Okean cərəyanları sahillərin iqliminə,orqanizmlərin yerdəyişməsinə,suyun dövranına,onun temperaturu və duzluluğunun dəyişməsinə təsir göstərir.

4.Cərəyanın gətirdiyi suyun temperaturu ətraf suyun temperaturundan aşağı olduqda o,isti cərəyan adlanır.

5.Koriolis qüvvəsiinin təsiri ilə cərəyanlar şimal yarımkürəsində sola,cənubda sağa meyl edir.

6.Suyun səthində temperaturun yüksək olması suyun buxarlanmasına,buludların əmələ gəlməsinə və yağıntının düşməsinə gətirib çıxarır.

7.Afrikanın sahillərində isti cərəyanlar:

1.Qvineya 2.Labrador 3.Peru 4.Somali 5.Mozambik 6.İynə burnu



8.Orta duzluluğa malik dünya okeanının 200 l suyundan nə qədər duz almaq olar?

____________________________________________________________________________________________________________________________________________________________



9.Xəzər dənizindən(12‰) 48 ton duz almaq üçün nə qədər su götürmək lazımdır?

______________________________________________________________________________
10.Tropik enlikdə suyunun duzluluğunun yüksək olmasının səbəbləri:

1.Okeanların çox dərin olması.

2.Yağıntıların az olması.

3.Aysberqlərin əriməsi.

4.Çayların çoxlu su gətirməsi.

5.Buxarlanmanın yüksək səviyyəsi.


Düz cavab______ Səhv cavab_________ Qiymət___________
Fənn müəllimi:___________ /____________________/
Yüklə 12,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə