Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   2   3   4   5   6   7   8   9   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
11
Kitabdakı “Bakı küləyi”, “Atamın xatirəsi”, “Lay-
lay”, “Poçtalyon” kimi şeirlər də maraq doğurur. Amma 
burada  ən çox diqqəti çəkən, dillər  əzbəri olan, şairin 
özünəməxsus bir şeiri var: ”Qaytar ana borcunu”. Bu şeiri 
təhlilə ehtiyac yoxdur, çünki, bu hamının, hətta pis oğul-
ların belə yaddaşında qala bilən, anlaşıla bilən bir şeirdir. 
Burada  şairin çox gözəl deyimləri diqqəti çəkir: ”Kədəri 
dalğa-dalğa doldusa da ürəyə”, “O oğul böyütdümü min 
işvəyə, min naza”, “Qaytarsan o gülüşü hırıldamazsan 
daha”, “Qaytarsan o yerişi yerindəcə qalarsan”... 
 
Deyirəm ki, o boyu-buxunu qaytar geri! 
Deyirəm ki, varını, yoxunu qaytar geri! 
Qaytar onun borcunu, 
Gülüşünü, adını, sözünü qaytar geri! 
Qaytar onun borcunu, 
O borc sənin özünsən, özünü qaytar geri! 
7
 
 
Ağasəf Axundov bu şeir haqqında yazırdı: ”Əli 
Kərimin “Qaytar ana borcunu” şeiri onun  şairlik isteda-
dının, yaradıcılıq axtarışlarının  ən gözəl ifadəsidir. Bu 
şeirdə yuxusuz gecələri və  həyatı bahasına oğul böyüdən 
bir ananın haq-sayını itirən, analıq hissinə  xəyanət edən 
nankor övlada qarşı  dərin nifrət hissi vardır. Bu hiss 
oxucunu mütəəssir etsə də,  şeir nəticə etibarilə ona gözəl 
insani və əxlaqi keyfiyyətlər aşılayır”.
8
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
12
“İki sevgi” kitabında şairin “Üçüncü atlı” poeması 
verilmişdir. Bu, şairin gərək ki, ikinci poeması hesab olu-
nur. Şairin istər bu əsəri, istərsə də ilk poeması olan “İlk 
siomfoniya”geniş oxucu auditoriyası qazanmışdır. Hər iki 
poema haqqında dəyərli fikirlər söylənilmişdir. Ağasəf 
Axundov “Bakı” qəzetindəki “Əli Kərimin  şeirləri” adlı 
yazısında şairin şeirləri haqqında danışarkən, onun poema-
lar müəllifi kimi də tanındığını vurğulayır. Sözünə  “Əli 
Kərimin ilk şeirləri meydana çıxan kimi oxucuda xoş 
təəssürat, yaxşı ümidlər yaratdı,  şeir-sənət aləminə öz 
nəfəsi, öz sözü ilə  gəldi, istedadı ilə sevildi” fikri ilə 
başlayan müəllif yazır:”Əli Kərim “Üçüncü atlı” və  “İlk 
simfoniya” kimi gözəl poemaların da müəllifidir. “Üçüncü 
atlı” poeması dahi rus şairi Lermantovun Qafqaza sürgün 
edilən zaman qədim  Şamaxı  şəhərinə tarixi səfərindən 
bəhs edir. Poemanın mərkəzində  Əli Kərimin etiraf kimi 
ifadə etdiyi “Sevirəm Qafqazı  mən”  şeirindəki hiss və 
fikirlər əsas yer tutur. Dahi söz ustadının Qafqazın füsun-
kar təbiətinə, qədim mədəniyyətinə, qonaqpərvər ellərinə 
bəslədiyi məhəbbət hissi, eyni zamanda görkəmli gürcü 
şairi Aleksandr Çavçavadzenin Azərbaycanın görkəmli 
sənətkarı M.F.Axundovla tarixi dostluğu poemada sadə, 
yığcam süjetlə ifadə olunmuşdur”.
9
 
Şairin “Üçüncü atlı” poemasnda sevimli rus şairi, 
elə azərbaycanlıların da şox sevdiyi Lermantovun həyatın-
dan müəyyən zaman kəsiyi və həmin vaxtda şairin Şama-
xıya “səfəri” işıqlandırılmışdır. Şair poemaya epiqraf ola-


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
13
raq “Sevirəm Qafqazı  mən” yarımmisrasını seçmişdir. 
Bəlkə də elə Əli Kərimə Lermantovu sevdirən də, bu poe-
manı yazdıran da bu şeirdir və Lermontovun Qafqaza olan 
sevgisidir. Axı, biz də hələ orta məktəbdə oxuyarkən Ler-
mantovu məhz bu şeiri ilə tanıyıb sevmişik. Bu poemada 
təkcə Qafqazın deyil,  bütünlükdə Şərqin varlığı hiss olu-
nur.  Əli Kərim rus şairinin  Şərqə vurğunluğunu, adət-
lərimizə, abidələrimizə, ulu keçmişimizə olan münasibə-
tini açıb göstərir.  Əhəd Hüseynov “Ədəbiyyat və incə-
sənət” qəzetindəki “Üçüncü atlı” adlı məqaləsində yazırdı: 
”...Obrazlı ifadələrlə, sözlə canlı lövhə  çəkməyə meyl 
göstərən Əli Kərim bu yeni poemasında da bu zəruri tələbi 
unutmamışdır.  İnsanlara və  əşyalara verilən müxtəlif xa-
siyyət və görkəm saysız-hesabsız epitetlərlə  bəzədilmiş, 
ziynətləndirilmişdir.  Şair sadəcə olaraq, “Azərbaycan dili 
gözəldir, zərifdir” demir, bəlkə  də onun təmizliyini uşaq 
nəfəsi ilə, gözəlliklə, qədimliyini “məcrasında əsrlər axan” 
Araz çayı ilə müqayisə edir, onu şirinlikdə “xatirə dili”, 
“səhər yuxusu” adlandırır. 
“Üçüncü atlı” poemasında Qafqazın və Azərbay-
canın təbiətinin rəngarəngliyinə geniş yer verilmişdir. Bu 
çox təbiidir. Heç bir fəsildə şair təbiəti ancaq sırf gözəllik 
mənasında təsvir etməmiş, bəlkə onu insanın arzuları  və 
sevinci ilə üzvi vəhdətdə götürmüşdür.”
10
 
Doğrudan da bu bağlılıq, bu vəhdət poemada açıq-
aydın hiss olunur. Əslində şair təbiətimizin gözəlliklərinə, 
mədəniyyətimizin qədimliyinə, keçmişimizin ululuğuna 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
14
olan  Əli Kərim münasibətini Lermantov münasibəti ilə 
paralel oxucuya çatdırır. 
Əli Kərim  əlinə  qələm aldığı gündən içindəki  şair 
məninin iradəsini, möhkəmliyini bilib, öz gücünə, bədii 
istedadına arxalanıb. Altay Məmmədov  şairin iki sevgi 
adlı kitabına yazdığı  “Əli Kərimin kitabı” adlı  məqalədə 
şairi sənətdə öz səsini tapmış xoşbəxt sənətkarlar sırasında 
gördüyünü qeyd edir. Onun kitabının səhifələrindən bahar 
nəfəsi gəldiyini, əsən küləklərin  çağlayan suların səsinin 
eşidildiyini həssas bir yazıçı kimi,  şeiri, sənəti bütün var-
lığı ilə duyan bir insan kimi eşidir və oxuculara da çatdırır. 
“Azərbaycan” jurnalında çap olunmuş bu geniş məqalədə 
müəllif  şairin  şeirləri haqqında dəyərli fikirlərini bizimlə 
bölüşür,  şeirlərdən gətirdiyi sitatlarla fikirlərini əsaslandı-
rır. Yazının demək olar ki, yarısı kitabda verilmiş “Üçün-
cü atlı”  poemasına həsr olunmuşdur. Müəllif  Əli Kərim 
şeirinin səciyyəvi cəhətlərini ön plana çəkir, başlıca cəhət-
ləri açıb göstərərək yazır: ”Əli Kərim təsvir və tərənnüm 
etdiyi predmetlərin həm zahiri xassələrini  ətraflı öyrənir, 
həm də mahiyyətinə nüfuz etməyi bacarır. O, predmetlər 
və hadisələr arasındakı qarşılıqlı  əlaqələri ustalıqla tapır  
müəyyən obyekt haqqında həm həyəcanla, həm də ətraflı 
danışa bilir... 
Əlinin  şeirlərində süjetlilik və xarakter yaratmaq 
bacarığı kəskin şəkildə nəzərə çarpır. Bu süjet əhvalat ki-
mi, söhbət kimi deyil,  müəyyən bir fikrin, kənar məsələ-
lərə  əl atılmadan inkişafı kimi verilir. Bu süjet şəffafdır, 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə