Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   14   15   16   17   18   19   20   21   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
85
     dənizə salladığı  
     nur zolağı tək oynaq. 
Gah da ağır qatarlı  
     qoşa rels kimi dümdüz,  
          qüdrətli, güclü, parlaq. 
Gah qısa yol... 
Məqsədə tez yetirən  
               kəsə yol... 
Gah da ki, bu dünyanın  
        sinəsinə dolanan  
        ekvatorla meridian–  
belə şair də vardır! 
Onun ömrünün yolu 
Bir əbədi yazadır. 
O, sözlər sərkərdəsi, 
Fikirlər qəhrəmanı 
Şair Rəsul Pzadır!
80
 
 
Əli Kərimin bu şeiri elə bu günün özündə də bütün 
yazıçıları əhatə edə bilər. Bəlkə də bu nə dünənçün, nə bu 
günçün deyil, bütün zamanlarçündür. Hər dövrdə ömrünü 
başlamamış bitirən, cansız əsəriylə birgə ömrünü də itirən, 
eləcə də ümüdünü qafiyəyə, vəznə bağlayan, özünü başqa-
sına bənzədən  şairlər olub, indi də var. Amma bunlarla 
yanaşı Əli Kərimin yüksək qiymətləndirdiyi həqiqi sənət-
karlar da həmişə olub, həmişə  də olacaq. Və bu dəyərli 
sənətkarlardan biri də Mikayıl Müşfiqdir.  Şairin “Müş-


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
86
fiqə”  şeirində dediyi kimi hərəkəti, məhəbbəti, həqiqəti 
şeir olan, hər kəlməsi gəncliyinin vüqarına bir yaraşıq, şeir 
ilə, sənət ilə dolu bir ürək sahibi olan Müşfiq. 
Əli Kərimin Səməd Vurğuna həsr elədiyi “Ölüm, 
sevinmə çox...” adlı şeirində də həqiqi sənətkar itkisindən 
doğan yanğını, ağrı-acını görürük. Şair ölümü qınayır, 
deyir ki, onsuz da adın cahana tanışdı. Şöhrətinmi azalardı, 
nə olardı, belə bir insana əl vurmasaydın? O, həyat naminə 
yazıb-yaratdı, onun hər bir şeiri sənə bir ölümdür: 
 
Gedir, şair gedir, sənətkar gedir, 
Bu gedən hər gedib-gələndən deyil. 
Ölüm, sevinmə çox, bu sevinc nədir?! 
Bu ölən, sənə hər öləndən deyil.
81
 
 
Ənvər  Əlibəyliyə”  şeirində  də ölümə qarşı üsyan 
səsi eşidilir. “Nə  səni dindirdi Ölüm, Nə bizi... Gəldi...” 
şikayəti ilə başlayan  şair, gəlişiylə bir insan nəbzini sön-
dürən ölümdən aman istəməyən, insan dəryasında qayığı 
axan, rəngi bir qədər dəyişmiş, ağarmış  şair dostuna 
müraciət edir. 
“İstedadı adından böyük olan Əhməd Cəmilə” şei-
rində  şair çap olunmuş  hər sətri toya gedən adam adlan-
dırır və hay-harayın, atəşfəşanlığın  Əhməd Cəmilə yad 
olduğunu vurğulayır. Burada müqayisə olunan tərəfləri 
“Toyda məst olub hamı qocalıq da göstərər. Səninki tufan 
dolu, sükutlu qəhrəmanlıq” kimi verən  şair evdə  dəftər-


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
87
dəftər əsərləri olan, lakin çapa gələndə “xeyr” deyən Əh-
məd Cəmili alqışlayır. Künc-bucaqdan yığılan tozlu şeir-
ləri oxucuların gözünə dürtənlərlə müqayisədə evi kainatın 
bir guşəsi, hər sətri  şeir meridianının bir parçası olan 
Əhməd Cəmil istedadını Əli Kərim bu cür qiymətləndirir. 
Əli Kərimin  şairlərə  həsr olunmuş  bəzi  şeirlərində 
tamam başqa mənzərənin şahidi oluruq. Lermantova yaz-
dığı  şeirdə  şair onun gəldiyi yerə  gəldiyini, hər izə bax-
dığını, onun izini axtardığını qeyd edir. Müəllif  şairin 
baxışıyla oxşadığı güllərə baxır, sanki hər tərəfdə onun 
əsərinə, səsinə rast gəlir. Onun adını gah bir sal qayaya, 
gah aydın suya, gah da bir qaya qaşında pəncərəyə, gah 
ağaca, gah ətir saçan gülə, gah da təmiz dağ havasına verir. 
Bu adı həm torpaq, həm göy işıq saçan yer-göy hesab edir, 
sonda “Şair, bütün bu yerlər həsr olunubdur sənə”,- deyə 
fikrini yekunlaşdırır. 
Şekspirin təqdim olunduğu  şeirdəsə insanları axta-
rışa səslyən şair yazır: 
 
Barışma kədərlə, 
Hər şeyə biganə olarsan. 
Barışma sevinclə, 
Sərməst qalarsan. 
Mübarizəylə barış. 
Axtarış lazımdır, 
             axtarış! 
Fikirləş bir, 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
88
Şekspir var, 
        Şekspir! 
82
 
 
Şair burada Şekspir yaradıcılığından söz açıb onu 
tərif etmir. Nə  də başqaları ilə müqayisə edib təşbehlərə 
bürümür. Bircə sözlə Şekspir dühasının əzəmətini göstərir. 
Şair ifrat kədəri də, ifrat sevinci də  rədd edir, həyatı se-
vincdə, kədərdə deyil, mübarizədə tapmağı bildirir. Sənət-
dəsə bircə yol var; axtarış! Bu isə  Şekspiri yüksəklərə 
aparan yoldur. Təkcə  Şekspirimi?  İlk yaradıcı insandan 
başlayaraq, bu günümüzün sənətkarlarına kimi ancaq bu 
yolla gedənlər sənətdə öz yerlərini tapa bildilər. Bir gün 
sevincə, bir gün kədərə baş əyənlər, mübarizədən yayınan-
larsa, elə yaşadıqları günlərdə qaldılar. 
Əli Kərimin “M.Hadiyə” adlı kiçicik şeirində daha 
fərqli bir təqdimat görürük: 
 
Həqiqət it şəklindəsə, - 
       yalan  
            ceyran şəklində. 
Olma iti    
    madonnatək  
      sevəcəyim şəkkində.
83
 
        
Əli Kərimin “Üçüncü atlı” poemasında da şairlərin 
həyat yolunu, səciyyəvi cəhətlərini işıqlandıran məqamlar 
vardır. (Bu barədə əvvəldə söz açılmışdır.       


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə