Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə22/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   18   19   20   21   22   23   24   25   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
55
Sovet gömrük qaydalarının tətbiqinə V.İ.Leninin 1917-ci il dekabrın 
29-da imzaladığı “Malların idxal və ixracına icazələr haqqında” dekreti ilə 
başlanıldı. Sənədə  əsasən, xarici ticarətdə icazə-qadağan sistemi tətbiq 
edilməsi ilə gömrük orqanlarının fəaliyyətində  əsas yeri malların keçiril-
məsinə  nəzarət funksiyasını yerinə yetirirdi. İcazəsiz keçirilən mallar 
qaçaqmal hesab edilir və gömrük əməkdaşları sərhəddən icazəsiz buraxılan 
mallara görə cinayət məsuliyyəti daşıyırdılar. Sənaye və ticarətin milliləş-
dirilməsi gömrük siyasətinin də ciddi surətdə  mərkəzləşdirilməsini tələb 
edirdi. Sovet hökumətinin xarici ticarətin milliləşdirilməsi haqqında 1918-ci 
il 22 aprel tarixli dekreti ilə  əslində dövlət xarici bazarda yeganə  alıcı  və 
yeganə satıcı kimi çıxış etməyə başladı. Sovet dövlət aparatında gömrüyün 
yeri V.İ.Leninin imzaladığı 1918-ci il 29 may tarixli “Vergilərin yığılma-
sında mərkəzi və yerli Sovet hakimiyyət orqanlarının səlahiyyətlərinin 
bölüşdürülməsi və yerli gömrük müəssisələrinin fəaliyyətinin tənzimlənməsi 
haqqında” adlı dekreti ilə aydınlıq gətirildi. Sovetlərə gömrüyün texniki-
inzibati işlərinə müdaxilə etmədən ümumi fəaliyyətinə  nəzarət etmək 
hüququ verilirdi. Gömrük müəssisələri mərkəzi icra hakimiyyəti olmaqla 
Maliyyə Komissarlığının gömrük Departamenti tərəfindən idarə edilirdi. 
Heç bir mülki və  hərbi hakimiyyət orqanının, eyni zamanda həmkarlar 
təşkilatının gömrüyün fəaliyyətinə müdaxilə etməyə və gömrük  işindən irəli 
gələn vəzifələrin icrasına mane olmasına icazə verilmirdi. Bu dekreti, 
əslində sovet gömrük müəssisələrinin yaradılması haqqında akt hesab etmək 
olardı. 1918-ci il iyunun 29-da RSFSR XKS-nin dekreti ilə Gömrük 
rüsumları departamenti ticarət və  sənaye komissarlığının tabeçiliyində 
olmaqla Baş Gömrük Nəzarəti İdarəsi adlandırıldı [192, 575-576, 601-602]. 
İngiltərə, ABŞ, Almaniya, İsveç və b. ölkələrlə ticarət  əlaqələrinin 
fəallaşması ilə  əlaqədar olaraq, sərhəddən daşınan xarici ticarət yüklərinin 
gömrükdə qeydiyyatdan keçirilməsinin reqlamentə salınması bütün ciddiliyi 
ilə qarşıda dururdu. İdxal-ixrac mallarının gömrükxanalarda qəbul edilməsi, 
mühafizəsi və buraxılmasının hüquqi cəhətdən nizamlanmasını tənzimləyən 
yeni qaydalar hazırlanmalı idi. RSFSR hökumətinin 1920-ci il 12 noyabr 
tarixli “İdxal və ixrac mallarının qəbulu, mühafizəsi və buraxılması 
qaydaları haqqında” dekreti ilə xarici ticarət yüklərinin sərhəddən daşınma-
sının reqlamenti müəyyən edildi. Sovetlər  İttifaqının ilk gömrük məcəlləsi 
bu sənədin əsasında formalaşdı [215, 1920, № 94, статья 513].  
Azərbaycanın xarici ölkələrdə iqtisadi əlaqələrinin təşkil edilməsi üçün 
görülən tədbirlərdən biri də 1920-ci il iyunun 1-də Azərbaycan  İnqilab 
Komitəsinin sədri N.Nərimanovun imzaladığı “Xarici ticarətin inhisarı” adlı 
dekret oldu. Bu dekretə  əsasən xarici ticarət dövlət inhisarına alındı, ölkə 
ərazisindən malların idxal və ixracı yalnız Azərbaycan Hökumətinin icazəsi 
ilə həyata keçirilməli idi. Lakin bu tədbir sovet Rusiyasına malların idxal və 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
56
ixracına aid edilmirdi, bu ölkə ilə  əmtəə mübadiləsinə gömrük nəzarəti 
tətbiq edilmir və heç bir gömrük rüsumu ödənilmirdi.  
Bu dövrdə Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət 
əlaqələri nisbətən sərbəst idi. 1920-ci il iyul ayında Azərbaycan SSR Xarici 
Ticarət Komissarlığı (AXTK) təşkil olundu. Komissarlığın əsas vəzifəsi bir 
sıra ölkələrlə ticarət  əlaqələrinin bərpa olunması  və xarici ticarətin dövlət 
inhisarına alınmasına nail olmaq idi. Qısa müddət  ərzində bir sıra Avropa 
ölkələri ilə, o cümlədən  İtaliya, Almaniya, Fransa və  İsveçrənin ticarət 
firmaları ilə  əlaqə yaradıldı. Batum limanı vasitəsilə ölkəyə  zəruri texniki 
avadanlıq, metal məmulatları, elektrik avadanlıqları, kənd təsərrüfatı alətləri 
və kütləvi istehlak malları (dərman preparatları, paltar, ayaqqabı, qənd, çay 
və s.) idxal edilirdi. Azərbaycandan isə bu ölkələrə xalça və ipək məmulatı, 
qaragül dəri, qara kürü, yun və s. mallar göndərilirdi [221,1921, № 6, 20]. 
Paralel olaraq, eyni müddətdə RSFSR və Azərbaycan SSR arasında 
beş sahəni əhatə edən razılaşma, o cümlədən xarici ticarət məsələlərini əhatə 
edən saziş imzalandı. Bu sənəddə Qafqaz respublikaları, İran və Türkiyə ilə 
ticarət əməliyyatlarının idarə edilməsi səlahiyyətləri Azərbaycan SSR Xarici 
Ticarət Komissarlığına (Vneştorq) verilirdi. Məhz bu sənədlərlə sovet 
Rusiyasının Azərbaycanda milli maraqlarının hüquqi təminatının  əsası 
qoyuldu. Azərbaycan Rusiyaya xammal ixracatçısı (əsasən neft) rus malla-
rının satış bazası və mühüm nəqliyyat qovşağı kimi lazım idi. Türküstanda 
və Azərbaycan SSR-də pambıqçılıq mədəniyyətinin bərpa edilməsi 
haqqında RSFSR XKS-nin 1920-ci il 2 noyabr tarixli qərarı bu məqsədə 
xidmət edirdi [33, 1-2]. 
1920-ci ilin sentyabrın 30-da Moskvada Azərbaycan Respublikası ilə 
RSFSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə imzalandı. 
Müqavilənin  şərtlərinə görə, hər iki hökumət qısa müddət  ərzində  hərbi 
təşkilatları  və  hərbi komandanlıqları, xalq təsərrüfatı  və xarici ticarəti, 
təchizat, dəmiryolu və su nəqliyyatını, poçt-teleqraf və maliyyə orqanlarını 
(gömrük xidməti də daxil olmaqla) birləşdirməli idi [194, 222-223]. 
1920-ci il aprelin 29-da şüşə-farfor istehsalı  işçilərinin qurultayında 
sovet Rusiyasının daxili və beynəlxalq vəziyyətini şərh edən V.İ.Lenin Bakı 
neftini nəzərdə tutaraq deyirdi ki, “biz elə bir iqtisadi baza əldə etmişik ki
bizim bütün sənayemizi canlandıra bilər. Bakıda milyon pudlarla neft vardır 
ki, son vaxtlar satışı mümkün olmamışdır. Beləliklə bizim nəqliyyatımız və 
sənayemiz Bakı neft mədənlərindən çox mühüm kömək ala bilər”.  Xəzər 
ticarət donanmasının gəmiləri Bakı neftini Həştərxana daşımağa başladı. 
Təkcə 1920-ci il aprelin 30-dan mayın 2-dək Həştərxana 12 gəmi ilə 1,3 
mln. pud neft aparılmışdı. Neftin daşınmasının sürəti RSFSR XKS-ni qane 
etmədiyindən bu sahədə  işlərin gücləndirilməsi 1920-ci ili iyunun 1-də 
yaradılmış Neft donanması idarəsinin (“Nefteflot”) rəhbərliyindən tələb 
olunurdu. Moskvadan göndərilən V.Dyakonov idarənin rəisi, D.Astafyev, 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə