Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə23/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   19   20   21   22   23   24   25   26   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
57
M.Nalivalko,  İ.Qordeyev onun müavinləri təyin edilmişdi. “Nefteflot”un 
Moskvaya göndərdiyi hesabatdan aydın olur ki, Bakıdan Xəzərdəki bütün 
sovet limanlarına, (Həştərxan, Petrovsk, Krasnovodsk və b.) iyun ayı 
ərzində 21139 min pud, iyul ayında isə 28864 min pud neft və neft 
məhsulları aparılmışdı. Təkcə Bibiheybət mədənlərindən may-iyul ayları 
ərzində “Maştağa” barkası ilə 5305 min pud neft daşınmışdı. Növbəti 4 ay 
ərzində 95232 min pud neft və neft məhsullarının daşınması  nəzərdə 
tutulmuşdu. Sənəddə  həmçinin qeyd olunurdu ki, neft daşınmasını sürət-
ləndirmək məqsədi ilə  qış mövsümündə  təqribən 100 neftdaşıyan barj və 
paroxodların təmir edilməsi üçün gəmi təmirçilərinin sayının 2500 nəfərə 
çatdırılması  nəzərdə tutulurdu. Neft daşıyan gəmilər aksiz və gömrük 
rüsumlarının tutulması, brand vaxta görə ödənişlər ləğv edilmişdi. Neft 
kəmərləri  İdarəsinin 1920-ci il avqustun 1-nə olan qısa hesabatında 
göstərilirdi ki, montaj işləri aparılaraq Balaxanı  və Suraxanı  mədənlərinin 
neft kəmərləri birləşdirilmiş, bununla da istənilən mədən və zavoddan liman 
körpülərinə neft vurulması mümkün olmuşdur [34, 264; 139, 6-9]. 
V.İ.Leninin dekreti ilə 1920-ci il iyunun 9-da yaradılan RSFSR Xalq 
Xarici Ticarət Komissarlığının qarşısında xarici ticarətin idarə edilməsi 
vəzifəsi qoyuldu. Bundan əlavə, yeni yaradılan  Şura xarici ticarət  əməliy-
yatlarının ümumi planını  tərtib etməli, xarici ticarət iştirakçısı olan müəs-
sisələrin maraqlarının təmin edilməsinə yardım göstərməli idi [197, 1920, 
11 июня].  
1922-ci ilin martında Azərbaycan XTK ləğv edildi və xarici ticarət 
əməliyyatlarının vahid bir mərkəzdən idarə edilməsi səlahiyyətləri yeni 
təşkil olunmuş ZSFSR Xarici Ticarət Komissarlığı təşkil olundu. Bu komis-
sarlığın ayrı-ayrı respublikalarda, o cümlədən Azərbaycanda  şöbələri yara-
dıldı. Həmin ilin avqust ayından isə Komissarlığın yerlərdəki  şöbələri  
dövlət idxal-ixrac kontorları ilə əvəz olundu [29, 3]. 
1922-ci ilin sentyabrında Zaqafqaziya Sovet Respublikası Gömrük 
İdarəsinin təşkil edilməsi sovet gömrük sisteminin formalaşdırılması sahə-
sində Moskvanın həyata keçirdiyi strateji planın tərkib hissəsi idi. ZSFSR 
İttifaq Sovetinin sədri N.Nərimanovun imzası ilə  təsdiq olunan “Zaqaf-
qaziya Sovet Respublikası Gömrük İdarəsinin təşkili haqqında” Zaqafqaziya 
Sovet Sosialist Respublikası İttifaq Sovetinin 1922-ci il 24 sentyabr tarixli 
Dekretdə göstərilirdi: 
1.  Zaqafqaziya Sovet Sosialist Respublikası  İttifaq Sovetinin Rusiya 
Sosialist Federativ Respublikası ilə 1922-ci il 5 sentyabr tarixli razılaşması 
əsasında Zaqafqaziya hüdudlarında bütün gömrük məsələlərinin tənzim-
lənməsi məqsədilə Zaqafqaziya Sovet Sosialist Respublikası Xalq Xarici 
Ticarət Komissarlığının tərkibində RSFSR-in ümumgömrük orqanları ilə 
birləşdirilən vahid Zaqafqaziya Gömrük İdarəsi yaradılır. Ayrı-ayrı respub-
likaların Zaqafqaziya Xalq Maliyyə Komissarlığı  nəzdindəki Nümayən-


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
58
dəliklərinin gömrük şöbələri ləğv edilir və yerlərdəki bütün gömrük müəssi-
sələri birbaşa Zaqafqaziya Gömrük İdarəsinin tabeçiliyinə verilir. 
2.  Zaqafqaziya Gömrük İdarəsi Zaqafqaziya Sovet Federativ Sosialist 
Respublikasının Xalq Xarici Ticarət Komissarlığına tabedir. ZSFSR Xalq 
Maliyyə Komissarlığı  və onun yerli orqanlarının gömrük gəlirlərinin 
yığılmasına nəzarət etmək hüququ vardır. 
3.  Bu  nəzarətin aparılması qaydaları Zaqafqaziya Sovet Federativ 
Sosialist Respublikasının Xalq Xarici Ticarət Komissarlığı və Xalq Maliyyə 
Komissarlığının birgə hazırladıqları və ZSFSR İttifaq Sovetinin təsdiq etdiyi 
xüsusi təlimatla müəyyən edilir” [65, 113-114 ]. 
ZSFSR  İttifaq  Şurasının 23 noyabr 
1922-ci il tarixli qərarı ilə idxal rüsumu 
və aksizlərinin ödənilməsi qaydalarında 
da müəyyən dəyişikliklər aparıldı. 
Xaricdən Batum və Poti limanından 
keçməklə Tiflis və ya Bakıya ünvan-
lanan Avropa mənşəli mallara görə rü-
sumlar sahibinin arzusu ilə daxil olduğu 
gömrükxanada deyil (Batum və ya Poti), 
malın göndərildiyi gömrükxanada (Tif-
lis və ya Bakı), Asiya mənşəli mallar 
isə, eyni qaydada, Bakı, Culfa və Alek-
sandropoldan Tiflis, Bakı, Batum və 
Potiyə göndərildikdə ödənilirdi. Qərara 
əsasən, xarici malların idxalından aksiz 
vergisi yalnız daxili bazara buraxılan 
mallardan alınırdı. 
ZSFSR Xarici Ticarət Komis-
sarlığının  əsas vəzifəsi  şərq ölkələri ilə 
ticarət  əlaqələrini bərpa etmək, üç 
Qafqaz respublikasının idxal-ixrac potensialının idarə edilməsi və dövlətin 
xarici ticarət üzərində inhisarını möhkəmlətməkdən ibarət idi. ZSFSR İttifaq 
Sovetinin sədri N.Nərimanovun imzası ilə  təsdiq edilən  “İdxal və ixrac 
vergilərinin tətbiq edilməsi haqqında” Zaqafqaziya İttifaq Sovetinin 1922-ci 
il 11 oktyabr tarixli Dekreti xarici iqtisadi-ticarət əlaqələrinin yeni gömrük 
qaydalarını müəyyən edirdi. Dekretə görə, ZSFSR İttifaq Soveti ilə RSFSR 
XKŞ arasında gömrük-tarif razılaşması aşağıdakı məsələləri əhatə edirdi: 
1)  1922-ci il sentyabrın 10-dan Zaqafqaziyaya xaricdən gətirilən 
Avropa mənşəli mallara RSFSR Xalq Komissarları Şurasının 1922-ci fevral 
7-də  təsdiq etdiyi RSFSR-in vahid Gömrük tarifinin bütün əlavələr və 
dəyişikliklərlə birlikdə tətbiq edilməsi; 
Nəriman Nərimanov 
 (1870-1925) 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə