Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə30/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   26   27   28   29   30   31   32   33   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
71
və müavinləri aşağıdakı  məsələlər üzrə xalq komissarı qarşısında hesabat 
verirdi: 
a) vəzifəli  şəxslərin  işə  qəbulu, yeni vəzifəyə  təyini və  işdən azad 
edilməsi (Gömrük İdarəsi rəisinin köməkçisi haqqında); 
b) prinsipial xarakterli, o cümlədən qanuni həllinin digər komissarlıq 
və təşkilatlarla razılaşdırılması tələb olunan məsələlər; 
c) digər idarələrin və XXTK-nin qurumlarının səlahiyyətinə aid olan 
və gömrük idarəsi ilə razılaşdırıl mayan işlər; 
d) yeni gömrük məntəqələrinin açılması  və  dərəcələrinin təyin edil-
məsi; 
e) mərkəzi aparat və yerli gömrük orqanlarının  ştatının müəyyən 
edilməsi; 
f)  büdcədənkənar kreditlər haqqında; 
g) yeni tikinti işləri haqqında; 
Gömrük İdarəsinin rəisi və onun müavinləri müstəqil olaraq aşağıdakı 
məsələləri həll edir: 
gömrük  əməkdaşlarının işə  qəbulu və azad edilməsi (maddə 4-də 
göstərilənlər vəzifələrdən başqa), həmçinin bütün əməkdaşların məzuniyyətə 
buraxılması; 
Gömrük rayonu inspektorlarının, gəmi kapitanları və mexaniklərinin 
işə qəbulu, yerlərinin dəyişdirilməsi və vəzifədən azad edilməsi
gömrük işinin təşkili üzrə  RSFSR XKS-nin təlimat və qaydalarına 
uyğun əsasnamə və təlimatların nəşr edilməsi; 
gömrük nəzarətinə aid təlimat məktubların çoxaldılaraq yerlərə 
göndərilməsi; 
yerli gömrük müəssisələrinin praktik və  sənədlər üzrə  təftişi və 
inspeksiyası; 
gömrük təşkilatına ayrılan kreditlərə  sərəncam vermək və cavab-
dehlik daşımaq; 
RSFSR Gömrük İdarəsinə müntəzəm olaraq hesabat və statistik 
məlumatlar təqdim etmək; 
məhkəmə orqanlarında gömrük işinə aid dövlətin maraqlarını müda-
fiə etmək; 
tikinti-təsərrüfat işləri üçün ayrılan kreditlərə sərəncam vermək; 
Əsasnamənin 4-cü maddəsində göstərilənlərdən başqa digər məsə-
lələr. 
Gömrük İdarəsinin tərkibində 7 bölmə: Ümumi hissə; Təşkilat-əməliy-
yat; Tarif; Yük-texniki; İstintaq-müsadirə; Statistika və Tikinti-təsərrüfat 
bölməsi təşkil olunurdu. Əsasnamədə qeyd olunurdu ki, gömrük 
inspektorluğu sahəsi Gömrük idarəsi tərəfindən Maliyyə Komissarlığı ilə 
razılaşdırılır. Sahə inspektorları Gömrük İdarəsinə tabedir və göstərişləri 
ondan alır. Gömrük sahə inspektorları gömrük rayonuna daxil olan gömrük 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
72
müəssisələrinin  əməkdaşlarının fəaliyyətinə, onların gömrük işinə aid 
dekret, əsasnamə və sərəncamlara düzgün əməl etməsinə, xidməti və əmək 
intizamına nəzarət edir. Sahə inspektoru gömrük müəssisəsinin vaxtaşırı 
təftişini keçirməli, əməkdaşları təlimatlandırmalıdır. Sahə inspektoru yoxla-
malar zamanı aşkar edilən nöqsan və sui-istifadə halları aşkar edərsə, onla-
rın aradan qaldırılmasına çalışmalı, yol verilən nöqsanların təhqiqatını apar-
malı, xüsusilə zəruri hallarda gömrük əməkdaşlarını vəzifədən uzaqlaşdırıb 
bu haqda Gömrük idarəsinə  məlumat verməlidir. Gömrük rayonu ərazi-
sindəki gömrük müəssisələri xidməti fəaliyyətlə  əlaqədar, tikinti-təsərrüfat 
məsələləri istisna olmaqla, inspektorlar vasitəsilə  əlaqə saxlamalı, bütün 
yazışmaların surətləri gömrük sahə inspektoruna göndərilməlidir. Gömrük 
sahə inspektoru mütəmadi olaraq rayon gömrük müəssisələrinin fəaliyyəti 
haqqında Gömrük idarəsinin rəisinə hesabatlar təqdim etməlidir. Gömrük 
idarəsinin rəisi tərəfindən gömrük sahə  rəisinə  məhkəmə orqanlarında 
gömrük işi üzrə dövlət mənafeyinin müdafiəsi tapşırıla bilər [40, 1-4]. 
Sovet dövlət aparatının yaradıldığı ilk illərdə gömrük mühafizəsinin 
tarixən formalaşmış xidməti vəzifələrini həyata keçirən orqan kimi yox, 
daha çox sərhəddə dövlət maraqlarını qoruyan siyasi orqan kimi baxılırdı. 
Dövlət sərhədinin gömrük baxımından mühafizəsinin gücləndirilməsi üçün 
əlavə tədbirlər görülürdü. Cənubi Qafqazın Gömrük İdarəsi və Siyasi İdarə-
lərinin birgə  təsdiq etdikləri və yerli gömrükxanalara və siyasi şöbələrə  
göndərilən 1923-cü il 31 yanvar tarixli 15 maddədən ibarət olan təlimatda 
bu qurumların fəaliyyətini əlaqələndirmək üçün aşağıdakı göstərişlər veril-
mişdi. 
Xaricdən gələn gəmi, dəmir yolu qatarı  və quru yol nəqliyyatının 
qəbulu və baxışı gömrük və siyasi şöbə  əməkdaşları  tərəfindən həyata 
keçirilir (maddə 1).  
Xaricdən gələn sərnişinlərin  şəxsiyyətinin müəyyən edilməsi və 
sənədlərin yoxlanılması siyasi şöbə əməkdaşlarının səlahiyyətlərinə daxildir, 
gömrük nəzarətçilərinin işinə müdaxilə etmədən aparılan yoxlama zamanı 
sərnişinlərdə  aşkar edilən və qanunsuz keçirilməsinə  cəhd edilən  əşyalar, 
əksinqilabi xarakter daşıyan sənəd və  əşyayi-dəlillər istisna edilməklə, 
gömrükxanaya təhvil verilməlidir (maddə 2).  
Sərnişinlərin yüklərinə gömrük baxışı gömrükxana əməkdaşları  tərə-
findən, siyasi şöbə  əməkdaşlarının müdaxiləsi olmadan həyata keçirilir 
(maddə 3).  
Gömrük baxışında sərnişinə  məxsus yükdə qaçaqmal aşkar edilərsə, 
müvafiq akt tərtib olunur və qaçaqmal siyasi şöbə  əməkdaşlarına təhvil 
verilir (maddə 4).  
İdxal və ixrac mallarına gömrük baxışının vaxtı və həyata keçirilməsi 
gömrüyün səlahiyyətlərinə daxildir. Siyasi şöbə əməkdaşlarının bu əməliy-
yatlarda iştirakı məcburi deyildir (maddə 5).  


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
73
Gömrük baxışında yüklərdən qadağan edilmiş mallar, o cümlədən 
silah və partlayıcı maddələr, əksinqilabi xarakterli əşyalar aşkar edildilərsə, 
gömrük baxışı  dərhal dayandırılır, siyasi şöbə  əməkdaşlarının dəvət edilir, 
gömrük baxışının nəticələri haqqında akt tərtib edilir (maddə 6).  
Siyasi şöbə əməkdaşları yük haqqında xüsusi məlumata malik olduqda 
gömrükxana rəisinə müraciət edib, gömrük əməkdaşları ilə  təkrar gömrük 
baxışının keçirilməsində iştirak edə bilər (maddə 7). 
 Çap məhsulları, əlyazma, kino-lent, not vərəqləri, işığa həssas kağız-
lar və s. senzura tətbiq edilən yük və bağlamalar mütləq siyasi şöbə 
əməkdaşlarının iştirakı ilə gömrük baxışından keçirilməlidir (maddə 8).  
Gömrükxanaya böyük miqdarda çap məhsulları yükləri və bağlamalar 
daxil olduqda siyasi şöbə öncədən xəbərdar edilir (maddə 9). 
 Siyasi  şöbənin nümayəndələri gömrük baxışına təyin edilən vaxtda 
gəlmədiyi halda, baxışın keçirilməsi 48 saat ərzində dayandırılır. Həmin 
müddət bitdikdən sonra gömrük baxışı  və  sənədlərin tərtibi siyasi şöbə 
əməkdaşlarının iştirakı olmadan həyata keçirilir, nəticəsi haqqında Dövlət 
Siyasi İdarəsinə bildiriş göndərilir (maddə 10).  
Siyasi şöbə tərəfindən gömrük baxışı zamanı sərnişinlərdən və gömrük 
rayonundan kənarda aşkar edilən qiymətli  əşyalar və mallar protokol 
əsasında gömrükxanaya təhvil verilir (maddə 11).  
Qaçaqmalçılıqla mübarizədə fərqlənən əməkdaşlara mükafat verilməsi 
ilə bağlı  məsələlərə gömrükxana rəisinin, müavinlərinin, baş müfəttişin
həmkarlar təşkilatı  sədrinin və siyasi şöbə nümayəndələrinin daxil olduğu 
müşavirədə baxılır (maddə 12).  
Siyasi  şöbə gömrükxananın işində baş verən mənfi meyllər və 
nöqsanlar haqqında Cənubi Qafqaz Siyasi İdarəsinə məlumat göndərməlidir 
(maddə 13).  
Siyasi  şöbə  əməkdaşları gömrükxananın səlahiyyət dairəsinə  və ya 
fəaliyyətinin texniki cəhətlərinə müdaxilə etdikləri halda, müvafiq akt tərtib 
edilir və nüsxələri Cənubi Qafqaz Siyasi İdarəsi və Gömrük İdarəsinə 
göndərilir (maddə 14).  
Sənədin sonunda sərhəd mühafizəsinin etibarlı və səmərəli olmasında 
hər iki qurumun əməkdaşlarının birgə  fəaliyyətinin mühüm əhəmiyyət 
daşıdığı göstərilirdi [30, 180-184]. 
RSFSR XKS-nin 1922-ci il 30 dekabr tarixli (№72) dekretinə əsasən 
Cənubi Qafqaz ərazisi üç gömrük dairələrinə bölünmüşdü: 1) Gürcüstan və 
Abxaziya; 2) Azərbaycan; 3) Ermənistan və Naxçıvan ölkəsi. Hər bir 
gömrük dairəsinə gömrük müfəttişi rəhbərlik edirdi. Azərbaycan gömrük 
dairəsinin müfəttişi B.Bəhramovun imzası ilə təsdiq edilən təlimatda dövlət, 
ictimai, kooperativ, ticarət təşkilatlarına və şəxsi mülkiyyətə aid olan ixrac 
mallarının gömrük nəzarətindən keçərkən möhürlənməsi (damğa) haqqında 
göstəriş verilirdi.  


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə