Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə21/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   17   18   19   20   21   22   23   24   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
53
Azərbaycan SSR Xarici Ticarət Komissarlığının  İranla sərhədyanı 
ticarətin aparılmasına mane olan şəxslərin hərbi tribunala verilməsi haq-
qında əmri də var idi. Artıq 1922-1923-cü illərdə SSRİ-nin İranla ticarətində 
Azərbaycanın xüsusi çəkisi artaraq idxal üzrə 81,8, ixrac üzrə 88,0 faizə 
çatmışdı. Gömrük statistikasına  əsasən, 1924-1925-ci illərdə Azərbaycan 
gömrükxanalarından  İrana 23201 min manat ixrac, 27542 min manat 
həcmində idxal malları keçməkdi ki, bu göstəricilər 1922-1923-cü illərdə 
olduğundan müvafiq olaraq 7 və 2,7 dəfə çox olmuşdu [151, 87-88]. 
Azərbaycanın öz neft məhsullarını RSFSR xarici ticarət orqanları ilə 
razılaşmadan və nisbətən aşağı satış qiymətləri ilə reallaşdırılmaq cəhdləri 
Moskvada separatçılıq kimi qiymətləndirilirdi. Azərbaycan SSR-in bu 
təşəbbüsü Londonda olan sovet xarici ticarətinin rəhbəri L.B.Krasin 
tərəfindən etirazla qarşılamış, Qərbi Avropa bazarında neft satışından  əldə 
edilən gəlirin aşağı düşməsini əsas göstərərək, Moskvadan bu “anarxiyaya” 
son qoyulmasını xahiş etmişdi. Artıq 1921-ci ilin sentyabrından neft 
sənayesi və ona tabe olan sahələr Azərbaycan XTŞ-nin tərkibindən çıxarı-
laraq birbaşa Moskvaya tabe edilmişdi. 1921-ci ilin sentyabrında təşkil 
edilən “Azərneft” trestinə xarici ticarət, neft və neft məhsullarının ixrac edi-
lərək zəruri texniki avadanlıqlar gətirilməsinə müəyyən sərbəstlik verildi. 
1921-ci ilin noyabrından sovet Ermənistanına da əvəzi ödənilməyən min-
lərlə ton neft məhsullarının göndərilməsinə başlanıldı [217, 180; 211, 307]. 
 
1921-ci ilin martın 16-da Moskvada Sovet Rusiyası ilə Türkiyə 
arasında müqavilə imzalandı.  İmzalanan müqavilə iqtisadi əlaqələrin, hər 
şeydən əvvəl ticarət əlaqələrinin yaranması və inkişafında böyük rol oynadı. 
1922-ci ilin yanvarında Ankarada Sovet Ticarət nümayəndəliyi fəaliyyətə 
başladı. Bu nümayəndəliyin vəzifəsi Türkiyə ilə ticarət münasibətlərini 
inkişaf etdirməkdən ibarət idi. Türkiyə özünə lazım olan bir sıra zəruri 
malları, o cümlədən neft və neft məhsullarını, tikinti materiallarını Sovet 
İttifaqından almağa başladı. ZSFSR Gömrük İdarəsinin verdiyi məlumata 
görə “Azneftsindikat” şirkəti vasitəsilə 1922-ci ildə Batum limanından 
Türkiyəyə 92-94 ton neft, 340 ton benzin, 1923-cü ildə 509 ton benzin, 2695 
ton maşın yağı, 180 ton mazut və toxuculuq dəzgahları üçün 48 ton motor 
yağı göndərilmişdi. Hesablamalara görə, təkcə 1923-1924-cü illərdə 
Azərbaycandan Türkiyəyə 16931 ton neft məhsulları göndərilmişdi [209, 
443-444].  
Azərbaycanla xarici iqtisadi əlaqələrin bərpa edilməsində maraqlı olan 
bir sıra ölkələrin diplomatik nümayəndəlikləri fəaliyyətlərini davam 
etdirməyə  səy göstərirdilər. Almaniyanın Bakıdakı konsulu 1921-ci il 
noyabrın 21-də Xarici ticarət komissarı T.Əliyevə yazırdı:  “Bəzi alman 
şirkətlərindən daxil olan məlumatlara görə, Azərbaycanda xüsusi ticarət 
bazarından 1000 puda qədər ozokerit almaq mümkündür. Həmin  şirkətlər 
məndən xahiş edirlər ki, Sizə müraciət edərək Almaniya ilə Azərbaycan 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
54
arasında mübadilə predmeti ola biləcək fond yaradılması üçün bu miqdarda 
ozokeritin xaricə daşınmasının mümkünlüyünü aydınlaşdırım. Bu məsələni 
ən yaxın zamanda keçirilən yığıncağınızda müzakirəyə qoyub nəticəsi haq-
qında məni məlumatlandırmanızı xahiş edərdim. Alman Konsulu” [81, 122]. 
Gömrük idarəsi 1922-ci ilin yanvarından başlayaraq Azərbaycan SSR 
ərazisindən digər sovet respublikalarına gedən sərnişinlərin özləri ilə ümumi 
çəkisi 5 puddan artıq ərzaq mallarını aparmasını qadağan etmişdi. Gömrük 
idarəsinin razılığı olmadan Bakı gömrükxanasının rəhbərliyi respublika 
ərazisindən hər hansı bir adda yükün çıxarılmasına müstəqil surətdə icazə 
verə bilməzdi. 
1922-ci ilin birinci yarısında Azərbaycandan 934, 6 min pud müxtəlif 
adda mallar ixrac edilmişdi. İxrac malları xüsusi çəkisində əsas yeri neft və 
neft məhsulları (483 min pud), sonrakı yerləri müxtəlif xammal növləri (187 
min pud), taxıl məhsulları (97 min pud), şəkər (50, 7 min pud) və balıq (37 
min pud) tuturdu. Azərbaycan SSR-də xarici ticarət dövriyyəsinin 70 faizi 
xüsusi kapitalın, 19 faizi kooperasiya ticarətinin, cəmi 11 faizi dövlət ticarət 
orqanlarının əlində idi [144, 306-307]. 
 
 
1.3. Sovet gömrük aparatı Azərbaycanın iqtisadi-ticarət maraqlarına 
qarşı 
 
Azərbaycan SSR-in xarici ticarətin milliləşdirilməsi hələ RSFSR 
XKS-nin 1918-ci il  22 aprel tarixli dekreti ilə müəyyən edilən prinsiplər 
əsasında həyata keçirilməkdə idi. Xarici dövlətlər və ayrı-ayrı ticarət şirkət-
lərindən alınacaq bütün növ mallar üzrə ticarət sövdələşmələri xüsusi 
səlahiyyət verilmiş orqanlar aparırdı. Bu orqanlar istisna olmaqla, xariclə 
ixrac və idxal sahəsində ticarət sövdələşmələri aparılması qadağan edilirdi. 
Ticarət və Sənaye Komissarlığıdır xarici ticarətin milliləşdirilməsinə məsu-
liyyət daşıyan orqan idi [215,1918, №38, статья 432].  
Dövlət xarici iqtisadi münasibətlər tarixində ilk dəfə olaraq xarici 
bazara vahid alıcı  və satıcı kimi daxil olurdu. İdxal-ixrac  əməliyyatlarının 
qeydiyyatı və bu mallara qiymət qoyulması, yüklərin daşınması, daxil olan 
valyuta vəsaitlərinin və ixrac mallarının bölüşdürülməsi inhisara alınırdı. 
Xarici ticarət əməliyyatlarına dövlət müəssisələri ilə yanaşı, bir sıra koope-
rativ və ictimai təşkilatlar da cəlb edilirdi. Əsas vəzifələrdən biri gömrük 
müəssisələrinin fəaliyyətinin xarici ticarətin milliləşdirilməsi prinsipləri 
üzərində yenidən qurulması idi. Sovetlərin və yerli icra orqanlarının 
gömrükxanaların fəaliyyətini nəzarətdə saxlaya bilər, lakin gömrük nəzarəti 
və  rəsmiləşdirməsinin inzibati və texniki tərəflərinə müdaxilə edə bilməz-
dilər. Sovetlər tərəfindən gömrükxanaların işinə nəzarət etmək üçün gömrük 
əməkdaşları içərisində seçilən və ya bu orqanlarda işləməyən  şəxslərdən 
komissar təyin edilir və Fövqəladə Komissiyanın əməkdaşları ezam edilirdi. 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə