Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
61
1922-ci ildə SSRİ-nin yaradılması ilə bir dövlət halında birləşdirilən
sovet respublikalarının xarici ticarətinin vahid
mərkəzdən idarə edilməsində
yeni mərhələ başlandı. ZSFSR Xalq Xarici Ticarət Komissarlığının 1923-cü
il fevralın 15-də keçirilən kollegiya yığıncağında komissarın müavini
Hacınskinin məruzəsində irəli sürülən təkliflər əsasında ixrac şərtlərində
dəyişikliklər aparıldı. İxracına icazə verilməyən malların siyahısından kon-
yak spirti, at qılları və qoz ağacından alınan taxtanın çıxarılması təklifi
qəbul edildi. Bu siyahıya daxil olan mallar üç qrupa ayrıldı: 1) ixracı
müvəqqəti olaraq qadağan edilən mallar, o cümlədən metallurgiya, elek-
trotexnika, dağ-mədən və kimya sənayesi məhsulları, müxtəlif heyvan bağır-
saqları, biyan kökü,
rafinad qənd və şəkər tozu, tütün və Qafqazda istehsal
olunmayan xalça məmulatları; 2) ixracı dövlət inhisarında olan mallar; 3)
ümumi qaydalarla ixracına icazə verilən mallar, o cümlədən aşılanmış və ya
xam quzu və keçi dərisi, müxtəlif xəzlər, kürü, balıq yapışqanı, ipək, bal,
Qafqazda istehsal edilən xalçalar və dəvə yunu.
Kətan istisna olmaqla digər toxuculuq məmulatlarına
lisenziya veri-
lirdi.
ZSFSR Xalq Xarici Ticarət Komissarlığının 1923-cü il fevralın 27-də
Hacınskinin sədrliyi ilə keçirilən yığıncağında Federasiyaya daxil olan
respublikalara xarici ölkələrdə ticarət əməliyyatlarının sərbəst aparılması
səlahiyyətinin verilməsi müzakirə edilmişdi. XXTK Zaqafqaziya XKŞ-nin
1923-cü il 15 fevral tarixli 9 saylı qərarının 2-ci bəndinə əsaslanaraq qərara
alınmışdı: 1)
Azərbaycan, Ermənistan və Gürcüstanın XKŞ və Torpaq
komitələrinə xaricdə ticarət əməliyyatları aparmalarına icazə ZSFSR XXTK
tərəfindən yalnız bu ölkələrdəki ticarət nümayəndəliyi
vasitəsilə verilir; 2)
digər dövlət və təsərrüfat orqanları isə ayrıca olaraq hər bir kommersiya
əməliyyatlarında öz nümayəndələrini xarici ölkəyə ezam etməli və həmin
nümayəndələr ZSFSR XXTK-nin həmin ölkədəki ticarət nümayəndəliyinin
rəhbərliyi və nəzarəti altında işləməlidir [211, 17, 19].
ZSFSR XXTK-nın 1923-cü il dekabrın 14-də keçirilən kollegiya
yığıncağında neft ixracının yeni qaydaları müəyyən edildi. Bu münasibətlə
Cənubi Qafqaz Gömrük idarəsinin rəis müavini A.Lebedevin imzası ilə
Gürcüstan, Azərbaycan, Ermənistan və Naxçıvan ölkəsinin gömrük inspek-
torlarına, I, II və III dərəcəli gömrükxanalara ünvanlanan təlimatda göstə-
rilirdi: 1) Neftesindikatın Yaxın Şərq kontoru Cənubi Qafqaz ərazisindəki
xaricə aparılan neft məhsullarının ümumu həcmi və hər bir gömrükxanadan
keçiriləcək miqdarı haqqında oktyabrın 1-dən başlamaqla ixrac planı hazır-
layır. Bu lisenziyalar əsasında Yaxın Şərq kontoru kontragentlərə xüsusi
vəsiqə verir; 2) neft məhsullarının Culfa və Şahtaxtı gömrükxanalarından
şimal-qərbi İrana Cənubi Qafqaz ticarət idarəsinin (“Zaqqostorq”) Yaxın
Şərq kontoru ilə müqavilə əsasında ixrac edilir
və hər əməliyyat üçün
ZSFSR XXTK-dən lisenziya alınmalıdır; 3) Türkiyəyə neft məhsullarının
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
62
daşınması Aleksandropol gömrükxanasından keçməklə bilavasitə Neftesin-
dikat və ya onun kontragenləri vasitəsi ilə həyata keçirilir; 4) gömrükdən
neft məhsulları keçirilməsinə ZSFSR XXTK tərəfindən Neftesindikat və
onun kontragentlərindən başqa heç bir
təşkilata lisenziya verilmir; 5) əgər
yük bilavasitə Neftesindikat tərəfindən aparılırsa, gömrükxanada lisenziya
rüsumu tutulmur. Neft məhsullarını sərhəddən kontragentlər tərəfindən
daşındığı halda, gömrükxanadan ödənilən lisenziya rüsumunun qəbzi tələb
edilir [30, 380].
Beləliklə, Azərbaycan SSR-in xarici ticarət əlaqələrində 1922-ci ildən
aşağıdakı hallar müşahidə edilirdi: a) idxal-ixrac əməliyyatları İttifaq
hökuməti tərəfindən həyata keçirilirdi; b) xarici ticarət bütünlükdə dövlətin
inhisarında idi; c) xarici ticarət ciddi surətdə aparılan makroplanlaşdırmanın
əhatə dairəsində idi; ç) Azərbaycan SSR-in idxal-ixrac əməliyyatları ittifaq
dövlətinin mənafelərinə xidmət edirdi və d)
xarici ticarətlə respublika
rəhbərliyi səviyyəsində demək olar ki, məşğul olunmurdu.
1923-cü ildən başlayaraq xarici ölkə bazarlarında Azərbaycanın yerli
kənd təsərrüfatı məhsullarına, o cümlədən təzə meyvə və qarın-bağırsaq
məhsullarına tələbat artdı. Bunu dərhal nəzərə alan sovet hökuməti bu
məhsullarla ticarəti inhisara almaq üçün “Zakutilsıryo” adlı səhmdar şirkəti
yaratdı.
Azərbaycan SSR-dən ixrac olunan mallar içərisində neft və neft məh-
sulları, xam ipək və ipək məhsulları, biyan kökü və heyvandarlıq məhsulları
əsas yer tuturdu. İxrac edilən neft məhsullarının daha sürətlə artması
sayəsində respublikanın xarici ticarət dövriyyəsi öz həcminə görə 1913-cü
ilin səviyyəsini keçmişdi. Lakin xalça, texniki bitkilər və bəzi heyvandarlıq
məhsullarının ixracı üzrə göstəricilər hələ də aşağı idi [65, 17, 19].
Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının (“Azərittifaq”) İşçi
Kooperativləri Komitəsinin Azərbaycan KP(b) MK-ya, XKŞ və Maliyyə
Komissarlığına göndərilmiş 6 mart 1923-cü il 1082 saylı məktubun məz-
munu ilə tanışlıq aydınlıq gətirir. Məktubda yazılır:
“Azərbaycan gömrüyü
ASSR-ə gətirilən və aparılan yüklərdən, hətta işçi kooperativlərinin yük-
lərindən 10 faizi natura ilə vergi tutur. Bir neçə dəfə bu məsələ yuxarı
dövlət müəssisələrində, partiya və həmkarlar təşkilatları səviyyəsində müza-
kirə edilmiş, nəticədə işçi kooperativlərinin xeyrinə həll edilmiş, idxal və
ixrac edilən belə yüklər gömrük vergisindən tamamilə azad edilmişdir.
Hazırda Bakı fəhlələri üçün Türküstandan taxıl gətirilmişdir. Taxılın
boşaldılması körpüdə ləngidilir və oğurlanır. Bakı gömrükxanası 10 faizlik
ödənc tələb edir”.
Məktuba XKS-nin sədri tərəfindən belə bir dərkənar qoyulmuşdur:
“Yol. Tağıyevə. Türküstandan daxil olan ərzaq XKS-nin 9 mart 1922-ci il
tarixli qərarı əsasında ödənişdən azad edilir. Musabəyov” [45, 563].