Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə238/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   235   236   237   238   239   240   241   242   243

441 

 

zülm və cəhaləti içərisindən həqiqi bir günəş işığı kimi süzülüb gəlmişdir. Nizaminin əsərləri bir xəzinədir – 



insan həyatı və yaşayışının mənasını açan müdrik fikirlər, hakimanə sözlər xəzinəsidir” (2, 283). Mirzə 

İbrahimov məqalədə Nizaminin həyatı və yaradıcılığı haqqında ardıcıllıqla müfəssəl, ətraflı şəkildə məlumat 

vermiş, eyni zamanda dahi sənətkarın “Xəmsə”sinin yaranma tarixi və bura daxil olan beş məşhur poeması 

haqqında maraqlı mülahizələrlə çıxış etmişdir. Müəllif “Xəmsə”dəki poemaları təhlil edərək Nizaminin bədii 

yaradıcılığının özünəməxsusluğunu bu şəkildə vurğulamışdır: “Nizami dahi sənətkar, böyük mütəfəkkir və 

alim idi. Onun yaratdığı əsərlər söz xəzinəsinin həqiqi inciləridir və heç bir zaman öz qiymətini 

itirməyəcəkdir. Nizami Azərbaycan şeirinin şöhrəti və iftixarıdır. Bir çox xalqların ədəbiyyatına təsir etmiş, 

zəngin yaradıcılığı əsrlər boyu Azərbaycan yazıçıları və şairləri üçün tükənməz, köhnəlməz və müdrik 

sənətkarlıq məktəbi olmuş və olaraq qalmışdır” (2, 307). 

Mirzə İbrahimov bununla kifayətlənməyərək dahi sənətkar Nizaminin “Xosrov və Şirin”, “Leyli və 

Məcnun” poemalarını ayrılıqda ətraflı şəkildə təhlil etmişdir. Bu poemalardan bəhs edən məqalələr onların 

adlarına uyğundur. Görkəmli ədib “Xosrov və Şirin” adlı məqaləsində bu poemanın bədii forması, üslub 

xüsusiyyətləri, insanlığın estetik inkişafına müsbət təsiri haqqında danışmış və Nizamini insanı bütöv, 

parçalanmaz bir varlıq kimi canlandırdığı üçün təqdir etmişdir. Nizaminin bu poema ilə şərq xalqları 

ədəbiyyatında tamamilə yeni yol açdığını, lirik-romantik poeziyanın əsasını qoyduğunu iftixarla qeyd edən 

görkəmli alim yazır: “Nizami insanın mürəkkəb psixoloji aləmini, daxili ziddiyyətlərini böyük ustalıqla açıb 

göstərir və bu psixoloji dərinlik reallıqla, həyatiliklə birləşir. Heç şübhəsiz ki, Nizami yaradıcılığında yüksək 

romantika ilə yanaşı realizm də tam formalaşmış halda mövcuddur” (3, 442). Mirzə İbrahimovun bu 

fikirlərindən belə bir nəticəyə gəlmək olar ki, o, Nizami yaradıcılığına ardıcıl və hərtərəfli bələddir. 

Məqalədə diqqəti cəlb edən ən maraqlı məqamlardan biri də Mirzə İbrahimovun “Xosrov və Şirin” poeması 

ilə bağlı bir çox tədqiqatçıların fikirləri ilə razılaşmamasıdır. Belə ki, bu poemada insanın təbii halında, 

başqa sözlə desək, insan şəxsiyyətinin realistcəsinə təsvir olunduğunu qeyd edən görkəmli alim bir sıra 

tədqiqatçıların bunu etiraf etməmələrinə, Nizaminin bədii yaradıcılığa gətirdiyi yeni keyfiyyətlərin 

görməzdən gəlmələrinə təəssüflənir. Mirzə İbrahimov Nizaminin tədqiqatı ilə məşğul olmuş Qulamhüseyn 

Beqdeli və onun “Nizaminin “Xosrov və Şirin” poeması və bu mövzunun Şərq ədəbiyyatında işlənməsi” adlı 

geniş tədqiqat əsəri haqqında söhbət açmışdır. Beqdelinin “pak sevgi və təmiz məhəbbəti əsərin əsas 

məzmunu və ana xətti” fikri ilə razılaşan görkəmli yazıçı onun tədqiqatının əsaslı və müfəssəl olduğu üçün 

yüksək qiymətləndirmişdir: “O, “Xosrov və Şirin” mövzusunu Azərbaycan, fars-tacik, türk və özbək xalqları 

ədəbiyyatda necə işlədiyini, bu barədə müxtəlif alimlərin və ədəbiyyatşünasların rəylərini tədqiq edərək, 

düzgün, ümumi elmi nəticələr çıxarmaqla qalmayıb poemanın həmin dillərə tərcüməsindən də danışır. Bu 

əsər nizamişünaslığa gözəl bir hədiyyədir” (3, 451). Görkəmli alim bu məqalədə dahi sənətkarın “Xosrov və 

Şirin” poemasının bədii və nəzəri təhlilinə diqqəti yönəltməklə kifayətlənməmişdir. Müəllif bu poemanın 

fonunda Nizaminin bədii irsinə bütövlükdə nəzər salaraq qeyd edir: “İnsan şəxsiyyəti onun psixoloji aləmi, 

təbii arzu və istəkləri Nizami yaradıcılığının mərkəzində durur, humanizminin əsasıdır. Humanizm mahiyyət 

etibarı ilə insanı müqəvvata çevirən, şəxsiyyətini, azadlığını əlindən alıb beynini, qəlbini buxovlayan dini 

ehkamlara qarşı çevrilmişdi, ictimai zülmü, zorakılığı, ədalətsizliyi rədd edirdi” (3, 441). Nizami irsinin 

böyüklüyünü, bu irsin fikri, fəlsəfi dairəsi insan xarakterlərinin zənginliyi, rəngarəngliyi, bədii estetik və 

ictimai-fəlsəfi problematikasının genişliyini qeyd edən Mirzə İbrahimov “Leyli və Məcnun” adlı 

məqaləsində eyniylə “Xosrov və Şirin”də olduğu kimi dahi sənətkarın bədii yaradıcılıq məziyyətlərini, 

özünəməxsus qanunauyğunluqlarını peşəkarcasına təsvir etmişdir. Məqalədə diqqəti cəlb edən əsas 

məqamlardan biri görkəmli alimin “Leyli və Məcnun”un hansı sifarişə əsasən yazılmasına münasibət 

bildirməsidir: “ “Leyli və Məcnun” Şirvanşahın tapşırığı iləmi, yoxsa Nizaminin oğlu Məhəmmədin xahişi 

iləmi yazılmışdır, bu məsələlərlə məşğul olmaq, bizcə, heç bir şeyə dəyməz. Çünki belə məsələlərlə məşğul 

olmaq Nizami yaradıcılığında “Leyli və Məcnun”u təsadüfə bağlamaq deməkdir” (3, 231). Nizami 

yaradıcılığında “Leyli və Məcnun”un zəruru olmaqla yanaşı, çox böyük yer tutduğunu vurğulayan Mirzə 

İbrahimov poemadakı “Kitabın yazılmasının səbəbi” fəslinə öz münasibətini bildirmişdir. Bu fəslin yazılma 

səbəbini müəllif dahi sənətkarın budan bir priyom kimi, öz ürəyinin dərdini, başına gələn bəlanı ifadə etmək 

üçün istifadə etməsində görür. Adı yuxarıda qeyd edilən fəsildə Nizaminin kəskin bir şəkildə öz ana dilini – 

Azərbaycan (türk) dilini dərin məhəbbətlə sevdiyini bildirməsi, öz doğma xalqının, vətəninin dönməz 

patriotu olduğunu çoşğun bir ürəklə tərənnüm etməsini Mirzə İbrahimov təqdir etmişdir. “Leyli və 

Məcnun”u bütün Şərq ədəbiyyatında uzun əsrlər boyu davam edən güclü bir məktəb yaratdığını, sərhəd 

tanımadığını və bu təsirin ancaq Şərqlə kifayətlənmədiyini, Qərb ədəbiyyatında da bu böyük sənət əsərinin 

təsiri olduğunu fəxarət hissi ilə qeyd edən görkəmli alim yazır: “...Şekspirin “Romeo və Cülyetta”sını 

xatırlatmaq istərdik. Biz, Şekspirin Nizamini oxuyub oxumadığını bilmirik, lakin burası aydındır ki, Qərb 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə