Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə236/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   232   233   234   235   236   237   238   239   ...   243

437 

 

qəbildəndir ki, bu məqalələrdə yalnız ədəbiyyatla bağlı faktlar deyil, tarixi faktlarda öz əksini tapmışdır. Bu 



elmi mədəniyyətli yazıda əsasən yer adlarının ilkin mənaları araşdırılaraq öyrənilmişdir. 

“Azərbaycan yurd bilgisi” məcmuəsinin işıq üzü görməsində görkəmli ziyalılarla yanaşı bir sıra 

azərbaycanlı gənclərdə yaxından iştirak edərək mühüm fəaliyyət göstərmişdilər. Mir Əziz Seyidli, Sadıq 

Sənan, Sürəyya Talıbxanbəyli, Fövziyyə Abdulla kimi gənclər də ali təhsillərini Türkiyədə alaraq sonrakı 

həyatlarını da bu ölkə ilə bağlamışdılar. 

“Azərbaycan yurd bilgisi”jurnalıTürkiyə mətbuatında özünə görə müəyyən yer qazanıb elmi məcmuə 

olaraq böyük maraqla qarşılanırdı. Türkiyəli alimlər, xüsusu ilə də filoloqlar bu məcmuənin çıxan 

nömrələrini izləyir və jurnala rəğbət göstərirdilər. Tanınmış türkoloqlardan olan dünya şöhrətli türkoloq 

Mehmet Fuad Köprülüzadə, Əbdülbaqi Gölpinarlı, Sadəddin Nühavət, Mahmudraqib Keşəmihalzadə, Xəlil 

Nemətulla, Mehmet Şərafəddin, Adnan Cahid və başqaları jurnalın daimi müəlliflərindən olmuşdular. 

Avropa Türkoloqları da “Azərbaycan yurd bilgisi” məcmuəsində ara-sıra çıxışlar edirdi. Buna misal 

olaraq Q. Rakuet, Q. Yaşke, M.Rəsənən, P. Vitek və başqa avropalı şərqşünasların Azərbaycan  və Türk 

mədəniyyətinə dair yazılarını göstərə bilərik. (4. Həsənova. Ş) 

Məqalədən göründüyü kimi XX əsrin 20-30-cü illərində işıq üzü görən Azərbaycan mühacirət mətbu 

orqanları Azərbaycanın istiqlal davası ilə yanaşı türk birliyi mövzusunu da daim diqqətdə saxlamış, bu 

mövzu ilə yazıları qəzet və jurnallar müntəzəm olaraq öz səhifələrində işıqlandırmışdır. “Azərbaycan yurd 

bilgisi” jurnalı isə türkologiya və ümumən türk birliyi mövzusunda digər mühacir mətbu orqanlarından bir 

qədər də öndə olmuşdur. “Azərbaycan yurd bilgisi” jurnalı azərbaycanlı mühacirlərin və Azərbaycan siyasi 

mühacirət mətbu orqanlarının gərginlik yaşadığı bir dönəmdə işıq üzü görsədə məcmuə geniş olmayan 

imkanlarına və ona qoyulan məhdudiyyətlərə məhəl qoymayaraq üzərinə götürdüyü işin öhdəsindən gələ 

bildi və Azərbaycan siyasi mühacirət mətbuat orqanı olaraq Azərbaycan mətbuat tarixində parlaq iz qoyaraq 

özünə məxsus yer tutmuşdur. 

 

Ədəbiyyat 



1. “Azərbaycan” jurnalı (Ankara) 

2. “Azəri-türk” jurnalı (İstanbul) 

3. “Azərbaycan yurd bilgisi” jurnalı (İstanbul) 

4. Həsənova Şəlalə “Mühacirət irsimizin “yurd bilgisi” Bakı 2014 

5. “Odlu-yurd” jurnalı (İstanbul) 

 

VƏFA FƏTULLAYEVA 



Azərbaycan Dillər Universiteti             

                         

BAYATILARDA SOSİAL GERÇƏKLİYƏ SƏRT MÜNASİBƏT 

(Naxçıvan ərazisindən toplanan materiallar əsasında) 

 

Açar sözlər: bayatı, ərazi, gerçəklik, Naxçıvan  



 

Tough stance on social reality in bayaties (On the basis of materials collected in Nakhchivan) 

 

The article deals with the feelings and longing for the homeland and people’s struggle and desire to defend it, 



also severe attitude towards social reality, dissatisfactions with the current community expressed in a higher poetic 

style in the bayaties collected in the area of Nakhchivan. No doubt, these bayaties have always lived and will always 

live in the memory of people. 

Key words: bayatı, region, brave, mean, Nakhchivan. 

 

Azərbaycan bayatıları yalnız tərənnüm hadisəsi deyil, burada həm də bütün olacaqlara, həyata və 



həyat hadisələrinə real münasibət var. Bayatı simvolik işarələr sistemidir. Bu simvolik düşüncənin mühüm 

bir hissəsini mətn modeli prinsiplərinə uyğun cəmiyyət nizamının ifadəsi təşkil edir. Bizim elə bayatı 

nümunələrimiz vardır ki, onlarda ictimai varlığa və sosial gerçəkliyə son dərəcəsərt bir münasibət görünür. 

Bu da əslində xalq təfəkkürünün real həyatla,gerçəkliklə, ictimai mühitlə sıx əlaqə və bağlara malik olmasını 

təsdiq edən biramildir. Prof.P.Əfəndiyev yazır: “Bayatılarımızda şah zülmü, saray əyanlarının özbaşnalığı, 

bəylərin, xanların, mülkədarların xalq kütlələri üzərində zorakılığı, kəndlilərin istismarçılara qarşı sonsuz 

nifrəti də öz əksini tapmışdır” [1, 205]. Azərbaycanın bütün regionlarından, o cümlədən Naxçıvandan 

toplanan bayatılarda bu bir tarix, reallıq kimi daşınır.Naxçıvan bayatılarında sosial gerçəkliyə sərt münasibət 

mövcudcəmiyyətdən narazılıq hisslərində özünü tam açıqlığı ilə göstərir. Şübhə yoxdur ki, bu bayatıları da 



438 

 

hər hansı bir şəxsin, yaxud fərdin deyil, geniş mənada xalq təfəkkürünün məhsulu hesab etmək lazımdır. 



Çünki belə bayatılarda xalqın daxili tələbatından irəli gələn ümumiləşmiş məqamlar da az deyildir. Məsələn: 

Əzizim qar qalandı, 

Qar yağdı, qar qalandı. 

Qarğalar laçın oldu, 

Laçınlar qarğalandı [2, 92]. 

Bayatının əsas məzmunu ondan ibarətdir ki, cəmiyyətdəki insanlar arasında qeyri-bərabərlik ədalət 

prinsiplərinin pozulmasına söykənir. Yəni insanlar özlərinin layiq olmadıqları yerləri tuturlar, yaxud da buna 

iddialıdırlar. Qarğaların laçın kimi görünməsi və əksinə, laçınların qarğa şəklinə düşməsi cəmiyyətin 

tarazlığını pozan amillərdəndir.Bu bayatı üçün maraqlı olan cəhətlərdən biri də budur ki, cəmiyyətdəki 

haqsızlıqlara qarşı yönələn narazılıq təbiətlə, xüsusilə qış fəsli ilə bağlı formada öz bədii ifadəsini tapmışdır. 

Yəni, sosial ədalət prinsipinin pozulması simvolik mənada qarın yağıb bir yerdə qalanması məzmununa 

uyğundur. Burada formanın özü məzmunyaradıcı funksiyasında görünür. Fonopoetik sistem bir növ 

morfopoetik sistemi gücləndirən hadisəyə çevrilir. Burada reallıqdan çox realist detalların rəmzləşməsi, mətn 

funksiyası var. Məhz mətn funksiyasında qarın özünün kəsb etdiyi semantik məna qarğanın mətndə yeri ilə 

eyni cərgədə dayanır və cəmiyyətin problemini işarələyir. Bir növ ədalətin, müəyyənləşmiş nizamın 

pozulması düşüncəsini ortaya qoyur.Yeri gəlmişkən qeyd edək ki, Naxçıvan ərazisindən toplanan bayatılarda 

müəyyən fikrin ifadəsi üçün təbiət obyektlərindən istifadə ənənəvi hal almışdır. Nümunə üçün bildirək ki, 

insanlar öz dərdlərinin çoxluğunu, hətta çəkilməz olduğunu təbiətlə müqayisədə belə qabardır: 

Sözümü sirdən desəm, 

Sədəfdən, dürdən desəm. 

Uçular İlanlı dağ, 

Dərdimi birdən desəm [3, 93]. 

Onu da əlavə edək ki, “Naxçıvan, Batabat, İlanlı dağ onomastik vahidləri bizə əsas verir ki, bu cür 

bayatıların yaranma məkanının Naxçıvan olduğunu qətiyyətlə iddia edək” [4, 10]. Bu region bayatılarının 

spesifikasını, müəyyənliyini işarələyən vahidlərdir. Yuxarıdakı nümunədə də belədir. İlanlı dağının adının 

çəkilməsi fikrin o ərazi ilə bağlılığını təsdiqləyir. 

Başqa bayatılarda mərd insanları təqdir və cəmiyyətə etiraz mənasında namərd insanlara etiraz da 

təbiətlə müqayisədə verilir. Bu baxımdan bir-birinətam şəkildə yaxın olan, başqa sözlə, biri digərini 

tamamlayan iki bayatını nəzərdən keçirmək kifayətdir. 

Birinci bayatı: 

Eləmi duman olar, 

Duman göz yaran olar. 

Getmə namərd yanına, 

Yayda da boran olar [3, 95]. 

İkinci bayatı: 

Eləmi duman olar, 

Duman göz yaran olar. 

Get sən mərdin yanına 

Qışda da bahar olar [2, 95]. 

Hər iki bayatıda ilk iki misra bir-birinin eynidir. Amma üçüncü və dördüncü misralar tamamilə 

fərqlidir, hətta onları bir-birinin tam əksi də hesab etmək olar. Birinci variantda xalq müdrikinin məsləhəti 

namərd insanları oxuculara tanıtmaq məqsədinə yönəlmişdir. Belə ki, “Getmə namərd yanına, Yayda da 

boran olar” misraları insanlarda namərdlərə, üzüdönüklərə qarşı nifrət aşılayır, belə insanlarla son dərəcə 

ehtiyatlı olmaq tövsiyə edilir. 

İkinci variant isə sanki mərd adamların şəninə söylənmişdir. Çünki sonuncu iki misrada insanları mərd 

adamlarla bir olmağa çağırış vardır: “Get sən mərdin yanına, Qışda da bahar olar”. Yəni müdrik xalq 

məsləhəti mərdlərə yoldaş olmağı bir arzu, istək kimi yox, prinsip kimi irəli sürür.Beləliklə, mərd və namərd 

qarşılaşması bayatı müstəvisində öz həqiqi dəyərini alır. Xalq təfəkkürünə görə, mərd yanında qış bahara, 

namərd yanında isə, əksinə, yay borana çevrilir.Xalq bayatılar vasitəsilə mərdlə namərdin fərqli 

xüsusiyyətlərini də göstərir və əslində oxucuları bu xüsusiyyətlərlə tanış edir: 

Mən aşiq sırğa oldu, 

Bazubənd sırğa oldu. 

Namərdlə alver etdim, 

Qulaqda sırğa oldu [4, 281]. 

 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə