Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə235/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   231   232   233   234   235   236   237   238   ...   243

435 

 

tərəfindən göndərilən almadadır. Var-dövlət baxımından heç bir çətinlikləri olmayan imtiyazlı şəxslərin 



qəlbinin sevindirilməsi, onların insanlara yaxşılıq etməsi, kasıblara əl tutması ilə birbaşa əlaqəlidir. Nəzir-

niyazla istədikləri övlada sahib olan valideynlər Haqqın tələb etdiyi buyruğu yerinə yetirdikdən sonra 

dərvişləri görə bilirlər. 

Dastanlarda qan, buz, külək və s. üsullarla möcüzəli doğuluşlar təsvir edilsə də onların ən çox istifadə 

edilən forması alma vasitəsi ilə baş verən doğulma motividir.Bu motivi türk xalqlarına məxsus bütün 

dastanlarda görmək mümkündür. 

 

Ədəbiyyat 



1.

  Azərbaycan dastanları: (Tərtib edən: Axundov Ə. ). 5 cilddə; III c. Bakı: Lider, 2005, 328 s. 

2.

  Alptekin B.A. Halk hikayelerinde motiv yapısı. Ankara: Akçağ yayınevi, 1997,417 s. 



3.

  İnan A. Tarihte ve bu gün şamanizm. Ankara: Türk tarih kurumu yayınları, 1986, 229 s. 

4.

  Kerem ile Aslı. (Hazırlayan: Kaya M. )İstanbul: İnkilap yayınevi, 2012, 191 s. 



5.

  Ögel B. Türk mitolojisi bugün. Ankara: Türk tarih kurumu yayınları, 1989, 320 s. 

 

 

ÜLVİ MİKAYILOV 



                                                         Bakı Slavyan Universiteti 

 

XX ƏSRİN 20-30-CU İLLƏRİNDƏ AZƏRBAYCAN SİYASİ MÜHACİRƏT MƏTBUATINDA 



TÜRK BİRLİYİ MÖVZUSU 

 

Açar sözlər:“Türk birliyi”,“Mühacirət”, “Azərbaycan yurd bilgisi”,“İstiqlal” 



  

İn article was given short information about Azerbaijan emigration press – “Yeni Qafqasya” (New Caucasus), 

“Azeri-Turk”, “Odlu yurd” (Fire Land) magazines. Discussed detail information about “Azərbaycan yurd bilgisi” 

(Azerbaijan land knowledge) magazine and given information about themes and authors of the magazine.Special 

attention given to idea of Turkish Union in articles of  magazine.  

Key words:“Turkish union”, “Emigration”,  “Azərbaycan yurd bilgisi”, “Liberty” 

 

XX əsrin I rübü Azərbaycan tarixi üçün bir tərəfdən şanlı, digər tərəfdən də ağrılı, acılı günlərlə yadda 



qalmışdır. Bu dövrü belə xarakterizə etməyə rəvac verən 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq 

Cümhuriyyətinin iki il sonra 1920-ci il aprel ayının 27-də XI Qızıl Ordu tərəfindən devrilməsidir. 

Azərbaycan Xalq Cümhuriyyətini devirən Sovetlər birliyi milli şüurumuzu, ədəbiyyatımızı, mədəniyyətimizi 

kökündən sarsıtmaq istəsələr də ürəkləri vətən eşqi ilə döyünən ziyalılarımızın əvəzsiz xidmətləri və 

istiqlalımız uğrunda apardığı mücadilə və mübarizə buna imkan vermədi. Sovetlər birliyinin Azərbaycana 

qarşı yönələn bu siyasəti yalnız ölkəmizə deyil, ümumən türk birliyinə qarşı yönəlmiş siyasət və təpki idi. 

Sovetlər birliyi Azərbaycan Xalq Cümhuriyyətini devirməyə nail olsada cümhuriyyətin ideyaları onun 

qurucularından biri olan Məmməd Əmin Rəsulzadə və digər ziyalılar tərəfindən qətiyyətli şəkildə davam 

etdirilirdi. Rəsulzadə 1922-ci ildən Türkiyəyə mühacirət edərək İstanbulda Azərbaycan siyasi mühacirət 

məbuat orqanını yaratmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyasını və məqsədini mətbuat vasitəsi 

ilə beynəlxalq aləmə çatdırırdı. Məmməd Əmin bəyin İstanbula mühacirət etməsi də təsadüfi deyildi. Din və 

dil baxımından Türkiyənin Azərbaycana daha yaxın olması və bu ölkədə mühacirlərə yaradılan şərait 

baxımından qardaş ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin məqsəd və ideologiyasını davam etdirmək 

daha münasib idi. Digər tərəfdən isə Rəsulzadə bu mübarizəni İstanbulda davam etdirməklə Cümhuriyyəti 

devirənlərə və Türk birliyinə kölgə salmaq istəyən Sovet rejiminə göstərirdi ki, bütün təpkilərə baxmayaraq 

istər xoş, istərsə də acılı günlərdə türklər bərabər və həmrəydir. Rəsulzadənin bu addımı Azərbaycanın 

İstiqlal mücadiləsini davam etdirməklə yanaşı eyni zamanda türk birliyinə böyük önəm verdiyini göstərir. 

İstanbulda çıxan siyasi mühacir mətbuat orqanlarında yalnız Azərbaycanın İstiqlal davası deyil, türk 

xalqlarının mədəniyyəti və türk birliyi ilə bağlı mövzular da əsas yer tuturdu. 

İlk Azərbaycan siyasi mühacirət mətbu orqanı olan “Yeni Qafqasya” jurnalı 1923-cu ilin sentyabrında 

ilk dəfə İstanbulda nəşr olunarkən özünün məqsəd və proqramını açıqladığı zaman göstərirdi ki, “Yeni 

Qafqasya” türkçüdür. Türklərin kültürəl tanışmalarını, mədəni iztibatlarını, mənəvi vəhdət və istiqlallarını 

göz önünə alır.Bununla yanaşı “Yeni Qafqasya” yalnız Azərbaycançılıq, türkçülük və Qafqazçılıqla qalmır, o 

Şərqdəki Milli İstiqlal hərəkatını da müdafiə edir.(1, №6, 1952). 

Jurnalın açıqladığı məqsəddən də aydın olur ki, “Yeni Qafqasya” yalnız Azərbaycan istiqlalı 

mövzusunu yox eyni zamanda türk birliyi mövzusunu da öz səhifələrində işıqlandıraraq beynəlxalq aləmə 

çatdırmağa səy göstərəcək. 



436 

 

“Yeni Qafqasya”nın 1927-ci ildə bağlanmasından sonra onun ardıcılı olan “Azəri-türk” jurnalı 1928-ci 



ildən işıq üzü görməyə başlamış elmi, ədəbi, ictimai, siyasi, milliyyətçi məcmuə olan bu jurnalda 

Azərbaycanın İstiqlalı uğrunda mücadilə mövzusu ilə yanaşı Türk birliyi mövzusunu da nəşr olunduğu 

müddətdə öz səhifələrində yer ayırmışdır. Elə jurnalın adından da göründüyü kimi azərbaycanlıların və bütün 

türklərin  dərgisi olan bu məcmuədə türk xalqlarının mədəniyyəti və adət-ənənələri ilə bağlı publisistik 

yazılar və məqalələr dərc olunur bu dəyərli məlumatlarla jurnal digər xalqları tanış etməyə səy göstrərirdi. 

“Azəri-türk” jurnalı öz gedəcəyi yolu və məqsədini müəyyən edərkən özünü belə xarakterizə edirdi: 

1. “Azəri-türk” Azərbaycan istiqlalı davasını müdafiə etmək vəzifəsini yerinə yetirən millətpərvərlərin 

orqanıdır. 

2. Əsarətdə olan türk ölkələrinin qurtuluş və istiqlallarını digər məsələlərdən üstün tutur. 

Müddəalardan da göründüyü kimi “Azəri-türk” yalnız Azərbaycanın deyil bütün türk xalqlarının 

müstəqil olmasını ağrı-acılardan qurtulmasını istəyir və bu istiqamətdə olan yazılara daha çox üstünlük verir. 

1929-1931-ci illərdə nəşr olunan “Odlu yurd” jurnalı da özündən əvvəlki mühacir mətbu orqanlarının 

yolunu davam etdirərək Azərbaycanın İstiqlal davasını və Türk birliyi mövzusunu öndə tutur, hər zaman 

diqqətdə saxlayır. Jurnal öz proqramını elan edərkən göstərirki “Odlu yurd” türk xalqlarını bir-birinə tanıdır 

və xüsusilə Türk dünyasının yeganə, müstəqil Cümhuriyyət türkiyəsinə aid oxuculara məlumat verir. 

1932-1934-cu ildə nəşr olunan son nömrəsi isə 1954-cü ildə çıxan “Azərbaycan yurd bilgisi” jurnalı 

özündən əvvəlki mühacir mətbu orqanlarından fərqli olaraq Türk birliyi mövzusunu Azərbaycanın İstiqlalı 

uğrunda mücadilə mövzusndan daha üstün tutur, jurnal əsasən türk mədəniyyətini elmi cəhətdən, görkəmli 

ziyalıların məqalələrində daha çox səhifələrində işıqlandırırdı. 

“Azərbaycan yurd bilgisi”nin təsisçisi və baş redaktoru əslən azərbaycanlı olan dünya miqyasında 

tanınan türkoloq, alim Əhməd Cəfəroğlu idi. Əhməd Cəfəroğlu (1899-1975) Qafqaz İslam ordusu tərkibində 

1918-ci il sentyabrın 15-də Bakının bolşevik erməni quldurlarından azad olunmasında topçu kimi iştirak 

etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Bakı universitetində təhsilini yarımçıq 

qoyub,Türkiyəyə gedərək mühacir həyatı sürməyə başlamışdır. Əhməd Cəfəroğlu daha sonra İstanbul, Berlin 

və Breslau universitetlərində filoloji təhsil alır və 1929-cu ildə Almaniyada Gəncə dialektində 75 

Azərbaycan bayatı türküsü bir dil araşdırması ilədoktorluq dissertasiyası müdafiə edir. Alimin sonrakı həyatı 

da İstanbul universiteti ilə bağlıdır. Əhməd Cəfəroğlu əvvəlcə universitetin Türk dili kafedrasının  dossenti 

1938-ci ildən professoru olaraq çalışmış, 1946-cı ildən ömrünün sonuna qədər həmin kafedranın müdiri kimi 

fəaliyyətini davam etdirmişdir. 

Jurnalın mövzuları çox şaxəli və müxtəlif istiqamətlərdə idi. “Azərbaycan yurd bilgisi”nin 

nömrələrində, Azərbaycan xalqının tarixi, dili, ədəbiyyatı, coğrafiyası, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı 

ilə bağlı çox sanballı məqalələr çap olunur, eyni zamanda Türk dilli xalqların tarixi, ədəbiyyatı, tanınmış 

şəxsiyyətləri,ictimai xadimləri və qəhrəmanları haqqında da bəhs edilirdi. Jurnalda çap olunmuş elmi və 

nəzəri əsərlər Azərbaycan ədəbiyyatşünaslığının və türkologiyasının ümumən filologiyasının inkişafında 

xüsusi yer tutur, mötəbər mənbə olaraq bu gündə öz aktuallığını qoruyub saxlamaqdadır. Professor Əhməd 

Cəfəroğlunun “Azərbaycan tarixinə ümumi bir baxış”, “Böyük azəri alimi Mirzə Kazım bəy”,“Azəri 

ədəbiyyatında istiqlal mücadiləsi izləri”,“Şərqdə və Qərbdə azəri ləhcəsi tədqiqatları” kimi məqalələri 

jurnalın müxtəlif nömrələrində yer almışdır. Jurnalın yazarlarından biri də dünya şöhrətli böyük türkoloq 

alim Fuad Köprülüzadə olmuşdur ki, alimin türk birliyi ilə bağlı bir sıra məqalələri jurnalda dərc 

olunmuşdur. “Dədə Qorqud” kitabına aid “Notlar”, Fizulinin yeni əsərləri, İsmayl bəy Qaspiriniski,“Nami” 

kimi yazılarını göstərə bilərik. Fuad Köprülüzadə “Dədə Qorqud” dastanınaaid “Notlar” adlı üç hissədən 

ibarət silsilə məqaləsində keçmişdə olan inanc və təsəvvürlərlə müasirliyi müqayisə edərək bir araya gətirir, 

bundan başqa dastanda yer alan Türklüyün mənəvi cəhətlərini məqaləsində daha qabarıq göstərirdi.(3, 

AYB)Bundan başqa Kazanlı Abdullah Battalın “Kitab əl-idrak li-lisan əl-ətrak” məqaləsi dilçilik və 

lüğətçilik baxımdan maraq doğuran bir məqalədir. 

Əbdülqadir Süleymanın  “Türk qövmlərinin xalq ədəbiyyatında rus istilasının inikası”, “Türkistanın 

milli qəhrəmanları” və başqa məqalələri türkologiyaya və türk tarixinə sanballı töhvələr vermiş bu gün üçün 

də çox əhəmiyyətli elmi əsərlər hesab olunur.“Türk qövmlərinin xalq ədəbiyyatında rus istilasının inikası” 

adlı məqalə ümumən türk folklorunu nəzərdən keçirmək baxımından çox sanballı araşdırma olaraq 

dəyərləndirilir. Müəllif məqalədə son 300 ilin türk folklorunu müqayisəli şəkildə araşdırır və eyni zamanda 

bununla yanaşı şifahi xalq ədəbiyyatını mövcud gerçəklik ilə, siyasi ictimai həyatla əlaqələndirirdi. 

Jurnal dil, ədəbiyyat, mədəniyyət ilə bağlı yazıları işığlandırmaqla bərabər etnoqrafik mövzulu 

yazılara da  yer ayırırdı. Etnoqrafiya ilə bağlı məqalələr yazan müəlliflər arasında Səlim Rəfiq və Zəki Vəlidi 

Toğan xüsusi yer tutur. Zəki Vəlidinin Azərbaycanın Türk etnoqrafiyasına dair silsilə məqalələri bu 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə