Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə239/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   235   236   237   238   239   240   241   242   243

442 

 

xalqları içərisində ingilislər Nizami ilə daha çox maraqlanan xalqdır. Bəşəriyyətin böyük dühası olan Şekspir 



əsrinin də bilikli adamı olmuşdur. Onun xronikaları Şərq əfsanələrindən xeyli istifadə etdiyini açıq göstərir. 

Hər halda dünya dramaturgiyasının bəzəkli gəlini olan “Romeo və Cülyetta” ilə “Leyli və Məcnun” 

arasındakı ümumi və daxili oxşayış diqqətəlayiq haldır” (2, 234). Mirzə İbrahimova görə “Leyli və 

Məcnun”u yalnız yüksək bir eşq dastanı adlandırsaq yanılarıq. Burada varlıq və həyatla bağlı bir çox 

məsələlərin – zülm və zülmkarlıq əleyhinə mübarizə, azad qadın məsələsi, insanı mərd, azad, qorxmaz və 

qəhrəman olmağa çağırışın bədii əksini müəllif dahi sənətkarın humanizmi kimi qiymətləndirmişdir. 

Beləliklə, Mirzə İbrahimov ədəbi-nəzəri fəaliyyətindəki Nizami mövzusuna nəzər saldıqda görürük ki, o, 

sənətkarın yaradıcılığı haqqında irəli sürdüyü fikirlərin bitkin, dolğun və ardıcıllığına görə heç də 

nizamişünaslıqdan geri qalmır. 

Görkəmli alim publisistik fəaliyyətində klassiklərimizdən söz açanda Azərbaycan şeirinin fəxri və 

ölməz klassiki olan Məhəmməd Füzulidən yan keçə bilməzdi. Çünki Füzuli irsi digər klassikləri öyrənmək 

və tədqiq etmək üçün bir açar olmuşdur. Mirzə İbrahimov “Məhəmməd Füzuli”, “Füzuli haqqında qiymətli 

tədqiqat ”, “Şeirimizin şərəf və iftixarı”, “Azərbaycan şeirinin sönməz günəşi”, “Azərbaycan xalqının dahi 

şairi” kimi məqalələrində Füzulinin böyüklüyünü, misilsizliyini, əzəmətini işıqlandırmışdır. “Məhəmməd 

Füzuli” adlı məqaləsində Füzuli dühasının tükənməz bir xəzinə olduğunu deyən müəllif dahi qəzəl ustadını 

bu şəkildə xarakterizə edir: “Dörd yüz il ərzində Füzulinin eşq şairi, tərkidünya dərvişi, böyük filosof, qəm-

qüssə tərənnümçüsü, həyat aşiqi – deyə ziddiyyətli, barışmaz sifətlərlə bəzəmişlər. Hər əsr, hər dövr, hər 

sinif, hər cərəyan Füzuliyə bir cür yanaşmış, onun bir cəhəti bir çay kimi qərinələr keçərək gəlmiş, həqiqi 

mənasını, rəngini, keyfiyyətini qeyb etməmişdir” (2, 367). Görkəmli ədib dahi qəzəl ustadı Füzulini “həyat 

şairi”, “mübarizə şairi”, “gələcək şairi” adlandırır və bu da əsassız deyildi. “Həyat şairi” dedikdə Füzuli 

irsindəki həyatiliyi, “mübarizə şairi” dedikdə sənətkarın mübarizə əzmini nəzərdə tutmuşdur. Alim “gələcək 

şairi” dedikdə isə Füzuli həyatiliyindən, mübariz əzmindən gələcək nəsillərə pay düşdüyünü nəzərdə 

tutmuşdur. Mirzə İbrahimov bu məqalədə qəzəl ustadını yaşadığı dövrə, mühitə əsaslanaraq onu hakimlərin 

gücünə uyub məddahlığa uymadığına, dini ehkamların əsiri altında olub onu təbliğ edən bir vaizə 

çevrilmədiyinə görə yüksək qiymətləndirmişdir. “Füzuli haqqında tədqiqat” adlı məqalədə Mirzə İbrahimov 

dahi klassikin poetik dühasını bir günəşə oxşatmışdır. Müəllifə görə bu günəş həmişə insanların ürəyinə işıq 

saçmış, yüksək bəşəri duyğular, fikirlər və meyllər oyatmışdır. Alim burada sənətkarı yalnız qəzəl ustası, 

böyük poemalar yaradıcısı kimi deyil, eyni zamanda zəmanəsinin böyük alimi, özündən əvvəlki bəşər 

mədəniyyətinə və xüsusən yunan fəlsəfəsinə, İran və başqa xalqların ədəbiyyatına dərindən bələd olan bir 

filosof kimi dəyərləndirmişdir. 

Görkəmli alim Mirzə İbrahimov “Ədəbi novatorluq və həyat” adlı məqaləsinin müəyyən bir hissəsini 

Nizami, Füzuli, hətta dünya ədəbiyyatının Şekspir, Şiller, Şevçenko, Molyer, Bayron kimi klassiklərin 

yaradıcılığını və onların oxşar və fərqli cəhətlərini, novator sənətkar olaraq dünya ədəbiyyatına gətirdikləri 

yenilikləri bu şəkildə səciyyələndirmişdir: “Dünya ədəbiyyatının ölməz simaları məhz zəmanələrinin ruhunu, 

mübarizəsini, cəmiyyətin həyatını əks etdikləri üçün ədəbiyyat tarixində yeni dövr aça bilmişlər, özlərindən 

əvvəlki böyük sənətkarların heç birini təkrar etmədən novator sənət yarada bilmişlər. Şekspirin, Puşkinin, 

Şevçenkonun, Şillerin, Cavcavadzenin, Nizaminin, Abovyanın sənəti belə sənət olmuşdur. Kim deyə bilər ki, 

Şekspirin xronikalarında o zamankı ingilis cəmiyyətinin ehtirasları, psixoloji həyatı, idealları öz bədii 

ifadəsini tapmamışdır? Kim deyə bilər ki, bizim böyük Nizami, süjeti uzaq tarixi keçmişlərdən alınmış 

poemalarında XII əsr Azərbaycan cəmiyyətinin əxlaqını, fəlsəfəsini, hətta ehtiraslarını əks etməmişdir? 

Əksinə, tədqiqatçılar “İsgəndərnamə”dəki, “Leyli və Məcnun”dakı bir çox səhnələrin o zamankı həyatdan 

alındığını, o dövrün konkret hadisələrinə işarə olduğunu sübut etmişlər” (2, 15-16). 

Klassik ədəbiyyata aid yazılarında, mülahizələrində Mirzə İbrahimov realizmi, inqilabı demokratik 

istiqaməti, yüksək sənətkarlıq prinsiplərini müdafiə edirdi. Yəni klassik ədəbiyyatı o, müasir sovet 

ədəbiyyatının, sovet cəmiyyətinin inkişafı cəbhəsindən tədqiq edirdi. 

 

Ədəbiyyat 



1. İbrahimov Mirzə. Sənət, sənətkar və zəmanə // Azərbaycan kommunisti, 1965, № 4, s. 23-32.  

2. İbrahimov Mirzə. Böyük satira ustası. Bakı: Azərnəşr, 1966, 94 s.  

3. İbrahimov Mirzə. Ədəbi qeydlər. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1970, 299 s.  

4. İbrahimov Mirzə. Əsərləri. Dörd cilddə. III cild. Bakı: Yazıçı, 1972, 484 s.  

5. İbrahimov Mirzə. Seçilmiş əsərləri. On cilddə. VII cild. Bakı: Yazıçı, 1981, 330s 

6. İbrahimov Mirzə. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. İyirmi cilddə. I cild. Bakı: Yazıçı, 1982, 352 s. 

 

 

 




443 

 

YEGANƏ İSMAYILOVA 



Filologiya üzrə elmlər doktoru, professor 

Bakı Dövlət Universiteti 

 

TÜRKOLOGİYADA «KİTABİ-DƏDƏ QORQUD» DASTANLARI VƏ 



 MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI» PROBLEMİNİN ÜMUMNƏZƏRİ ƏSASLARI 

 

Açar sözlər: «Kitabi-Dədə Qorqud», dastan, literature of Azərbaycan 



 

Dastan “Kitabi Dada Korgud” and general teorethical bases of problems  

of modern literature of Azerbaijan in turkology 

 

Dastan “Kitabi Dede Gorkud” is ancient source of culture and esthetic mind. It is ideological fundament not just 



for its creation time, but also for national culture, literature and art of modern time. The main purpose of research of 

“Kitabi Dede Gorkud” is a study of dastan influence on the modern literature of Azerbaijan. Main tasks according to 

main purpose are:  

-

 description of “Kitabi Dede Gorkud” as a first source of esthetic and artistic mind. Studying of epos influence 



on Azerbaijan literature of middle and ancient centuries, on the bases of detection of role and place of dastan in artistic 

mind. “Kitabi Dede Gorkud” 

-

  Influence of epos “Kitabi Dede Gorkud” on national literature, poetry and prose in stalinizm period of XX century. 



-

 Role of epos in propogande of national self-assertio, ideas, national unity and survival and e.t.c. 

-

 Research of influence of Ideas of “Dada Gorkud” on modern Azerbaijan literary mind and e.t.c. 



Key words: “Kitabi Dede Gorkud”,  dastan, literature of Azerbaijan 

 

Azərbaycan mədəniyyəti və ədəbi-estetik düşüncəsinin ulu qaynağı olan «Kitabi-Dədə Qorqud» təkcə 



öz yarandığı və yaşadığı çağda deyil, eyni zamanda müasir dövrümüzdə də milli mədəniyyətimizin, 

ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalır. Azərbaycan tarixinin bütün milli-mənəvi 

dəyərlərini özündə cəmləşdirən bu ulu abidə elə bir enerji mənbəyidir ki, çağdaş milli mənəviyyat və 

mədəniyyət tariximizi onsuz təsəvvür etmək mümkün deyildir. «Kitabi-Dədə Qorqud»un milli tariximizin 

dünəni və bugünündəki rolunu müdrikcəsinə «Milli varlığımızın mötəbər qaynağı» kimi səciyyələndirən 

müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əlirza oğlu Əliyevin söylədiyi kimi: «Bizim 

zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz «Kitabi-Dədə Qorqud» eposunda öz 

əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə 

bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məkbtəbdən başlayaraq 

bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, 

vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir» (1, s.8). 

Əslində, «Kitabi-Dədə Qorqud» abidəsinin müasir Azərbaycan ədəbiyyatına təsiri ulu öndərin ölməz 

və müdrik kəlamında hərtərəfli və aydın şəkildə ifadə olunur. «Ana kitabımızın» hər bir azərbaycanlı, o 

cümlədən elm adamları tərəfindən dərindən öyrənilməsi elmin və elm adamlarının milli vətəndaşlıq 

borcudur. Bu cəhətdən «Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri problemi 

Azərbaycan ədəbiyyatşünaslığının son dərəcə zəruri və aktual elmi problemlərindəndir. Belə ki, müasir 

Azərbaycan ədəbiyyatı «Kitabi-Dədə Qorqud»la sıx və qırılmaz tellərlə bağlıdır.  

XIX əsrdən elm aləminə bəlli olan, Azərbaycan elmi və ədəbi düşüncə dövriyyəsinə XX əsrin birinci 

yarısında daxil olmuş «Kitabi-Dədə Qorqud» abidəsi elə həmin zamandan milli ədəbiyyat, mədəniyyət və 

incəsənətimizə güclü şəkildə təsir etməyə başlamışdır. Həmin təsir fasiləsiz olmuş, onilliklər keçdikcə 

abidənin ədəbiyyatımıza təsiri getdikcə güclənmiş, «Kitabi-Dədə Qorqud»un obrazlar aləmi, ideya və 

mövzuları ilə bağlı çoxsaylı nəsr, nəzm və dram əsərləri yazılmış və bu proses indi də davam etməkdədir.  

«Kitabi-Dədə Qorqud» Azərbaycan tarixinin bütün kəşməkeşlərini özündə inikas edərək onun 

ayrılmaz, qopmaz parçası olduğu kimi, müasir Azərbaycan tarixinin də bütün kəşməkeşlərini yaşayaraq 

bizimlə birgə vətənimizin müstəqilliyinə qovuşmuşdur. Abidə XX əsr sovet totalitarizminin, stalinizm 

epoxasının bütün amansız zərbələrinə sinə gərərək milli varlığımızı dağılmağa qoymamışdır. Özündə 

Azərbaycan-oğuz xalqının birliyi və vəhdəti ideyalarını daşıyan «Kitabi-Dədə Qorqud» XX əsr tarixinin ən 

dəhşətli çağlarında ziyalılarımızı sınmağa qoymamış, abidədə daşınan milli birlik, vəhdət və bütövlük 

ideyaları ədəbiyyat və incəsənətimizə nüfuz edərək kütlələr arasında yayılmış və xalqın mənəviyyatını 

sınmaqdan, məhv olmaqdan qorumuşdur. «Kitabi-Dədə Qorqud» müasir ədəbi düşüncəni daim milli 

ideyalarla zənginləşdirmiş və ədəbiyyatda yaşayan bu ideyalar xalqımızı müstəqillik uğrunda mübarizəyə 

qaldıraraq bağımsızlığa qovuşdurmuşdur. Bu cəhətdən müasir Azərbaycan ədəbiyyatı öz ideya-məzmun və 

ədəbi-estetik əsasları ilə qırılmaz şəkildə «Kitabi-Dədə Qorqud» abidəsinə bağlı olduğu kimi, bu ədəbiyyatın 

tədqiqi də bütün istiqamətlərdə «ana kitabımıza» bağlanır.  




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə