Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə241/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   235   236   237   238   239   240   241   242   243

446 

 

Mühacirətin daha böyük olanvə kütləvi xarakter daşıyan II mərhələsiAzərbaycan Xalq 



Cümhuriyyətinin  süqutu ilə  başlamışdır.  Bu mərhələ  sovet hakimiyyətinin ilk  illərindən II dünya 

müharibəsinə  qədər olan dövrü əhatə edir.  Təxminən 1920-1941-ci illəri əhatə edən bu mərhələdə 

bolşeviklərin müsavatçılara, ittihadçılara və azad fikirli   şəxsiyyətlərə qarşı  güclü  terror  və repressiya  

tədbirləri  aparırdılar.  Bu səbəbdən də Azərbaycanın siyasi xadimləri ilə yanaşı olarla vətənpərvər, ziyalı, 

alim, yazıçı ölkəni tərk etmək  məcburiyyətində  qalmışdılar.  Bunların içərisində Mirzə Bala Məmmədzadə

Almas İldırım, Əbdülvahab Yurdsevər , Yusif Vəzir Çəmənzəminli , Kərim Odər,  Əhməd Cəfəroğlu,  

Mehmet Sadiq Aran,  Əlimərdan bəy Topçubaşov,  Ceyhun Hacıbəyli və başqaları kimi görkəmli 

şəxsiyyətlər vardır. Sovet dönəmində adları çəkilən şəxsiyyətlər öz vətənlərində  vətən, millət  xaini kimi 

qələmə verilir,  onlar haqqında  düşmən  təsəvvürləri  yaradılırdı.  Sovet  mətbuatında  müntəzəm olaraq 

“məktublar” təşkil olunur, onlar “xalq düşməni”, “vətən xaini” damğası ilə ifşa edilirdi. 

Əvvəlkindən  fərqli olaraq bu mərhələnin təmsilçiləri vahid təşkilatda – 1924-cü ildə Məhəmməd 

Əmin bəyin  İstanbulda əsasını qoyduğu Azərbaycan Milli Mərkəzində birləşmişlər. Mərkəzin qurucuları  

Azərbaycan  mübarizəsini  təkcə siyasi çərçivədə deyil, həmçinin  mədəni-kulturoloji  aspektdə  dərk 

etdikləri üçün  milli-mənəvi xəzinəmizin təbliğinə xüsusi yer ayırırdılar. Azərbaycan mühacirətinin  

təşkilatmasında M.Ə. Rəsulzadənin  mühüm xidmətləri olmuşdur. M.B.Məmmədzadənin  qeyd etdiyi kimi, 

həqiqətən də Məhəmməd Əmin bəyin gəlişinə qədər  Azərbaycan mühacirəti  “bağsız, imkansız, pərişan bir 

şəkildəydi”. Məhz onun ciddi, səmərəli fəaliyyəti nəticəsində Türkiyəyə və Avropanın müxtəlif ölkələrində 

səpələnmiş Azərbaycan mühacirəti birləşmiş və məqsədyönlü  fəaliyyət  göstərə bilmişlər. 

Azərbaycan mühacirət ədəbiyyatının  bu aparıcı mərhələsindəsistemli şəkildə nəşrinə və təbliğinə  

1922-ci ilin  sonundan dərc olunmağa başlayan mühacirət mətbuatının çox böyük təsiri olmuşdur.  1922-

1931-ci illərdə  İstanbulda nəşr olunan  “Yeni Qafqkazya” , “Azəri-türk”, “ Odlu Yurd” jurnalları, “Bildiriş”, 

“İstiqlal” və s. kimi qəzetlərdəAzərbaycan  mühacirətinin  ədəbi-bədii  və nəzəri-tənqidi yazılarına ardıcıl  

şəkildə  yer ayrılırdı.  Bu qəzetlər  Avropanın  müxtəlif şəhərlərində  işıq üzü görürdü.  1932-34 və 1954-cü 

illərdə Əhməd Cəfəroğlunun  redaktorluğu ilə nəşr olunan  “Azərbaycan  yurd bilgisi”  jurnalı isə  mühacirət 

ədəbiyyatşünaslığı və ədəbi  tənqidinə daha çox üstünlük verirdi. 

Azərbaycan mühacirət ədəbiyyatının  III mərhələsi II Dünya müharibəsinin  başlanması nəticəsində  

yaranmış və əsas etibarı ilə  1941-1945-ci illərdə  əsir düşmüş, yaxud Sovet imperiyasının  zülmündən 

yaxasını  qurtarmaq üçün bilərəkdən əsirlik həyatını  seçən siyasi-intellektual  potensialı əhatə edir.  Sovet 

höküməti almanlara əsir düşmüş əsgərlərin alman kəşfiyyatına xidmət etdiklərindən şübhələnirdi.Ona görə 

də əsirlikdən vətənə  dönənlərin  çoxu, ya yenidən sürgün olunur,ya da həbs edilirdilər.  Onların arasında  

müharibədən  sonra  xarici ölkələrdə  qalaraqAzərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafına təkan 

verən  yazıçılar və şairlər də  var idi.  Onu da qeyd etmək lazımdır ki,  əvvəlkidövrlərlə müqayisədə  bu 

mərhələnin  yaradıcı nümayəndələri  o qədər də  böyük deyildir.  Lakin  bütün çətinliklərə baxmayaraq, 

mühacir ədiblərinin bu nəsli də ədəbiyyatımızın  inkişafında bir çox xidmətlər göstərmişlər. Bu dövrün 

yazarlarının əsərləri Almaniyada  nəşr olunan  “Azərbaycan”  qəzetində, həmçinin  Türkiyə mətbuatında  işıq 

üzü  görürdü . Ən görkəmli nümayəndələri Altay Dağlı, Süleyman  Təkinər, Fətəlibəy Düdənginski, 

Məhəmməd Kəngərli, Məcid Musazadə və başqaları  hesab olunurlar. 

Mühacirət ədəbiyyatının son – IV mərhələsi. Daha çox  Azərbaycanın Güneyində İslam rejimindən 

formalaşması ilə başlanmışdır. Təxminən həmin illərdən etibarən keçmiş Sovetlər Birliyində  milli-azadlıq  

hərəkatının güclənməsi, yenidənqurma, aşkarlıq və s. bu kimi proseslər “dəmir pərdə”nin tədricən aradan 

götürülməsinə gətirib çıxarmışdır. Bu da  mühacirətin yeni dalğasının yaranmasına təkan vermişdir. Bu 

illərdə olan  mühacirətin yaranmasını şərtləndirən başlıca amil vətənimizin  Güneyində yaşayan 

 

soydaşlarımızın  milli hüquqlarının  tapdalanması ilə  bağlıdırsa, digər tərəfdən  Quzeydə  milli-azadlıq 



hərəkatının  güclənməsi, itirilmiş dövlətçiliyin bərpa olunması (1991-ci ilin oktyabrın 18-də) Azərbaycan 

respublikasının yaranması, azad  demokratik dünya ilə əlaqə və rabitə ehtiyaclarının təmin edilməsidir. 

Azərbaycan mühacirətinin sonuncumərhələsi özünəməxsus  xüsusiyyətləri ilə seçilməkdədir. Lakin, 

 

mühacirətin  bu mərhələsi  əvvəlkilərdən  fərqli olaraq,  oturuşmadığı üçün  onun haqqında  ciddi tədqiqatlar 



aparlmamış, sabit yekdil rəylər formalaşmamışdır. 

Azərbaycan mühacirət ədəbiyyatının   müasir mərhələsinin  digər özünəməxsus  cəhətlərindən  biri də 

onun  daha çox Güneydəki  ədəbi potensiala  söykənməsidir. Bu isə, ciddi sosial-siyasi səbəblərlə bağlıdır. 

Belə ki, onun uzun müddət Güneydə  “dəmir pərdə”nin mövcud olmuş  dünya ilə əlaqəsinin  zəifləməsinə  

gətirib çıxartmışdır. Lakin rejimin bütün məhdudiyyətlərinə baxmayaraq  dünyaya  çıxış imkanlarının tam 

aradan qaldırılmaması Güney əsilli mühacirətin formalaşmasının qarşısını ala bilməmişdir. Bu gün 

Güneydən olan soydaşlarımızın  mühacirətdə  sayca üstünlük təşkil etməsinin bir səbəbi bununla 

əlaqədardırsa, digər tərəfdən isə bütövlükdə dörddə üç hissəsinin həmin ərazini əhatə etməsi ilə bağlıdır. 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə